Məgər Qorbaçovun ABŞ-a növbəti səfəri anında Los-Ancelesdə gizli ehtiraslar partlayıb, özündən sonra vəhşi dağıntılar və çoxsaylı insan tələfatı qoymadılar?
Məgər...Məgər ÇAES-in 4-cü blokunun sarkovaqı ilə paralel yüksək templərlə, düzdür, xalqdan gizli, Foros qorbaçov qəsri tikilmədimi ki, 1986 ilin aprelindən 5 il sonra, 1991 ildə özünü yeni ictimai-siyasi Çernobıl təcəssümü etsin və bütün bəşəriyyət üçün təhlükəli «tullantılar» yaratsın? Məgər… Məgər… çoxlu çox nöqtələr bu «məgər»dən sonra artıq doldurulmuşdur. Lakin, artıq tamamilə doldurulduğuna və davamı olmayacağına zəmanət verilməyib»… B.Oleynikin nəzər nöqtəsinə görə, «damğalı» Qorbi planetar Şərin simvoluna çevrilmişdir.
T.Romanenkova və A.Baboçkin şesab edirlər ki, Mixail Qorbaçovdan nə Danton, nə də Marat alınmadı. Onların sözlərinə görə, keçmişin buxovu və Mixail Sergeyeviçin şəxsi keyfiyətləri onu tədricən kənara çəkmişlər. «Hadisələr özbaşına inkişaf etməyə başladı. Düşənbə, Tiflis, Vilnyus, Bakı, müstəqillik paradları, ölkənin dağılması. Avqust qiyamı olmasaydı da, Qorbaçovun talei qabaqcadan öz həllini tapacaqdı. Elə Mixail Sergeyeviçin siyasi və insani faciəsi də bunda idi». Romanenkova və Baboçkin çox səhv edirlər; Qorbaçov bütün olanları özünün faciəsi saymır. O, özünün çoxsaylı müsahibələrinin hamısında deyir ki, borcumu ödəmiş hissi ilə getdim. Və bəzi şeylərdə ona inanmaq olar: nəyi mümkün idi dağıtdı, azacıq imkan olan yerdə isə – qan dənizi yaratdı. Və o, heç nədən peşiman deyil. Bu, SSRİ-nin eks prezidentinin öz sözləridir. Yada salaq ki, Qərb və Rusiya ekspertləri 2000 ilin əvvəlində görkəmli sovet siyasətçiləri üçlüyünü belə göstərmişdilər: Lenin, Stalin, Qorbaçov.
İvan Qroznının islahatçı dövlət fəaliyətinin başlanğıcında Rusiyada 6 milyon nəfər var idi, onun islahatlarından sonra isə 4 milyon oldu. İ Pyotr vaxtında ölkədə 16,5 milyon insan yaşayırdı, onun islahatlarından sonra 14 milyon qaldı (təkcə Sankt-Peterburqun tikintisində o, 500 min insan məhv etdi). Ölkənin stalin dövlətçiliyinə ödədiyi qurbanların sayı, müxtəlif mənbələrə görə 40-dan 60 milyona qədərdir..
Qorbaçovun başladığı yenidənqurma və sonrakı islahatlar Rusiyanı ölümə sürüklədi – uzun illərdən bəri birinci dəfə idi ki, ölənlərin sayı doğulanlardan çox idi. Amma, əsrin əvvəlində amerika demoqrafları qabaqgörənliklə demişdilər ki, Rusiyada əsrin sonuna 600 milyon insan olacaqdır. BMT-nin regional məruzəsində iddia edilir ki, «…Rusiyada indi doğulan oğlanların təqaüdə qədər yaşamaq ehtimalı yoxdur. Bu etibarlı sənədə görə, Rusiyada 1989-1993 illərdəki doğum əmsalı – Avropada ən aşağıdır.
«Yenidənqurma», belə çürümə ilə həm iqtisadi, həm də siyasi baxımdan mübaizənin labüdlüyü faktının etirafını əks etdirirdi. Lakin, indiki qarma-qrışıqlıq şəraitində sağlamlığın həqiqətən bərpa olunacağına heç bir etibar yoxdur. Rusiyada qocalar zarafatla deyirdilər ki, əgər balıqdan uxa hazırlamaq nisbətən asandırsa (yəni, bazar iqtisadiyatını sosyalist iqtisadiyatına çevirmək), onun tərsinə necə nail olmağı heç kəs bilmir». Bu mənalı diaqnoz-parça, məşhur Amerika tədqiqatçısı Pol Kennedinin «XXİ əsrə giriş» kitabındandır.
RF Dövlət dumasının qadın, ailə və gənclər üzrə iş Komitəsinin sədri S.S.Semyonovun yazdığı kimi, «Rusiyada yaranmış demoqrafik vəziyyəti böhranlı adlandırırlar. Bu belə deyildir. Bu böhran deyildir, bu – milli fəlakətdir. Dövlət statistika komitəsinin axırıncı məlumatı: əhalinin azalması davamlı xarakter alır. O, hər min sakinə 6 nəfər təşkil edir. Rus məskunlarının üstünlük təşkil etdiyi vilayətlərdə sakinlərin sayı, hər il 12-15 nəfər azalır. Və bunlar müharibələrin, epidemiyaların, təbii fəlakətlərin nəticəsi deyildir. Цmumiyyətlə, Rusiya Federasiyasının, sakinlərinin 93%-i rus olan 70 subyektində ölüm, doğumu üstələyir».
Yenidənqurmanın və sonrakı islahatların son nəticələrinə 5-7 ildən sonra yekun vurmaq olar, lakin artıq aydındır ki, dağıtma kəmiyyətinə görə Qorbaçovun yuxarıda göstərdiyimiz cərgəyə – İvan Qroznı, İ Pyotr, Stalin – düşmək ehtimalı böyükdür (bir daha vurğulayaq – dağıtma kəmiyyətinə görə, çünki, sadalanan siyasi xadimlərin ilk pozitiv addımları da olmuşdu).
Çox da çətinlik çəkmədən isbat etmək olarki, M.S.Qorbaçovun hərəkətlərinin əsasını konformizm və prinsipsiz praqmatizm təşkil edir. Əgər kicik də olsa «xal qazanmaq» və özünü göstərmək ehtimalı varsa, həm də fərq etməz nəyin bahasına, şübhə etməmək olar ki, o, istifadə ediləcəkdir. Bu, SSRİ-nin eks prezidentinin özünəməxsus kredosudur. Arvadının həyatdan getməsi kimi bir böhran vəziyyətində də o, buna xəyanət etmədi.
Aydındırki, böyük siyasətçilərin və ya tanınmış ictimai xadimlərin hamısı (M.S.Qorbaçov özünü məhz birincilərə aid edir), tezi-geci bir bədbəxtliklə üzləşir, lakin onların heç biri, bunu ümumdünyalıq etmir. Bu yaxınlardakı Olimpiya oyunlarında, məlum olduğu kimi, Beynəlxalq olimpiya komitəsinin başçısı X.A.Samarançın arvadı vəfat etmişdi. Və o, bədbəxtliyi səssiz keçirdi, ictimaiyətin diqqətini nə özünə, nə də mərhuma cəlb etmədi. Samaranç tək bircə gün Sidneyi tərk etdi, mərhumu dəfn edib yarımçıq qalmış işə – Olimpiya oyunlarına – qayıtdı.
Onu da qeyd edək ki, matəm mərasimində yalnız qohumlar və yaxınlar iştirak etmişdilər. ABŞ-nın eks prezidenti Ronald Reyqan sağalmaz xəstədir. Lakin dünya onun xəstəliyinin gedişatını izləmir: onun arvadı Nensi Reyqan heç nə elan etmir, talein zərbəsini ailə dairəsində keçirir.Fransa öz böyük oğlu Şarl de Qollu həmişəlik itirəndə,15ilə yaxın dövlət sükanının arxasında olmuş bu milli qəhrəman və eks prezidenti hər hansı bir dəbdəbəsiz onun ata-baba mülkündə torpağa tapşırdılar. Burada da matəm mərasimi sadə idi: 20-30 nəfər ən yaxın adamlar. 2000 ilin axırında isə, faktiki olaraq onun ailəsinin icazəsi olmadan, Fransa hökumətinin qərarı ilə de Qolla heykəl ucaldılmışdı.
Azərbaycan prezidentinin də zövcəsi, tanınmış həkim və alim Zərifə Əliyeva da həyatdan köçdü. O,uzun müddət və ağır xəstəlik keçirirdi, lakin heç vaxt ətrafındakılara dözülməz ağrıların ona əzab verdiyini bildirmirdi. Və o vəfat etdikdə – bu, yalnız Heydər Əliyevin və onun ailəsinin həyat draması oldu. bir neçə il keçəndən sonra onun cənazəsini Moskvadan gətirib Bakıda yenidən dəfn etdikdə də bu qəmli hadisə «ailə çərçivəsindən» kənara çıxmadı – heç kəs ictimaiyəti narahat etmədi.
M.Qorbaçov oxşar şəraitdə özünü tamamilə başqa cür apardı. Bəli, o gözə çarpan ictimai-siyasi fiquradır, SSRİ-nin eks prezidentidir və Nobel laureatıdır, lakin, ümumi qəbul edilmiş ölçü həddi, nəzakət, təvazökarlıq da nəhayət vardır axı…Amma bütün bu andayışlar, deyəsən burada işlənə bilməz. M.Qorbaçov, amerikalıların təbirincə desək «donuz balasının ciyiltisindən başqa, hər şey işə gedən» çikaqo sallaxxanası kimi, praqmatikdir. Dünya agentliklərinin müxbirləri Raisa Maksimovnanın yatağının yanında az qala «diplomatik nümayəndə» təyin edilmişdilər. M.Qorbaçovun özü idman qiyafəsində və üzündəki kədər ifadəsi ilə demək olar ki, hər gün xəstənin vəziyyətini və müalicənin gedişatını müfəssəl surətdə şərh edirdi. Bir sözlə, ümumdünya kədəri və matəmi. Amma arvadının vəfatından bir neçə gün sonra onun İspaniya çimərliklərində peyda olub, ətrafdakıları şoka salaraq, suda şellənməsinə heç nə mane olmurdu. Yeri gəlmişkən, SSRİ-nin eks prezidentinin qeyri səmimi və saxta davranışını təsdiqləyəcək faktlardan biri də odur ki, sonralar, Raisa Maksimovnanın qəbrinin üstündəki heykəlin açılış mərasimində praktik olaraq dövlət xadimlərindən heç biri iştirak etməmişdi (Y.Primakovdan başqa, onu da bu gün yarımdövlət kişisi adlandırmaq daha dəqiq olardı ).
Çox təəssüflər olsun ki, NTV keçmiş kombaynsürənin köməkçisinin «tilovuna» ilişib onu özünün Müşahidə şurasının başçısı təyin etmişdir. Məlum olduğu kimi, bu telekampaniyaya «basqın» edəndən sonra M.Qorbaçov prezident V.Putinlə görüşmüşdü. Bu, həm də kampaniya üçün çox əhəmiyətli bir görüş idi. Lakin bunun ardınca keçirilən press-konfransda Mixail Sergeyeviç özünü NTV-nin nümayəndəsi kimi deyil, Rusiya prezidentinin spoksmeni kimi aparırdı, «Putin bu işlərə qarışmır» deyə, məlumat verirdi. Gərək həddən artıq sadəlöhv olasanki, buna inanasan. Yadımdadır, rusiya dövlət başçısı İspaniyada rəsmi səfərdə olarkan NTV-nin problemləri barədə olduqca işi bilən və bütün incəliklərdən xəbərdar olan şəxs kimi, NTV-nin problemlərindən, məsələn, telekampaniyanın borçlarının bir dollaradək dəqiqliklə məbləğindən danışırdı. SSRİ-nin eks prezidenti Putinlə görüşündən bir neçə gün sonra, öz vəzifəsini yerinə yetirmiş şəxs hissləri ilə ABŞ-a, mühazirə oxumağa getdi və orada şübhəyə yer qoymadan, özünü müstəqil jurnalistliyin müdafiəçisi adlandırdı.
Qorbaçovun ikili (daha doğrusu, n-li) davranışı praktiki hamını: həm kommunistləri, həm demokratları, həm hərbçiləri, həm alimləri, həm ziyalıları, həm idmançıları, və s., və s. qıcıqlandırırdı. Hamının arzusu bir idi – tezliklə yaxalarını ondan qurtarsınlar. Qorbaçovu devirmək hərəkətləri «paxanların» çəkişmələrinə oxşayır. Hakimiyəti belə kommunistcəsinə devirmək cəhdlərindən biri barədə N.Zenkoviç hekayət edir: «…daha bir epizod var idi. Bu, MK-nin əsasən ucğardan gəlmiş üzvlərindən bir hissəsinin öz baş katiblərinə toy tutanda baş vermişdi. Lakin Siyasi Büronun moskvalı üzvləri işə qarışdı və nəticədə FHDK –da olduğu kimi cəsarətsiz və oyuncaq dövlət mini-qiyamı alındı. Bu, MK-nin 1991 ilin aprelindəki Plenumunda olmuşdu. Qorbaçovun respublika və vilayət partiya komitələrinin rəhbərləri tərəfindən tənqidi diş sındırmaq idi. İki şeydən birini tələb edirdilər: ya ölkədə qayda yaratmaq, və bunun üçün fövqəladə vəziyyət elan etmək, ya da istefaya getmək. Bir sıra respublika və vilayət kommunist partiyaları MK katibləri sonrasından qorxmayaraq, Qorbaçovun siyasətinin xalqın əleyhinə olduğunu açıq deyirdilər. Ukrayna partiya təşkilatının rəhbəri S.İ.Qurenko SovİKP-na qanunvericiliklə yenidən hakim partiya statusunun verilməsini, rəhbər kadrların əvvəlki yerləşdirmə sisteminin, partiyanın kütləvi informasiya vasitələri üzərində nəzarətinin bərpasını tələb edirdi. Onu Moskva şəhər təşkilatının rəhbəri Prokofyev, Leninqrad vilayətindən – Gidaspov,
Belorus respublikasından – Malofeyev dəstəklədilər. Ən sərt çıxış Kuzbasdan Zaysevinki idi. Onun, sayca iyirmi üçüncü çıxışında Qorbaçovun hövsələsi partladı.
Prezidiumda təqib olunan görkəmində əyləşmiş Baş katib, tribunadan onun üzərinə tökülən tənqid selinə dözmədi. İyirmi üç çıxış – və hamısı da onun əleyhinə. Rəngi qaçmış halda ayağa durdu və dedi:
– Yaxşı, madam belədir – mən gedirəm. Xahiş edirəm mənim istefa barədə ərizəmə baxasınız.
Tənəffüs elan edildi.
İncimiş Baş katibin sevimliləri ona tərəf axışıb, istefa barədə qızışmış halda verdiyi ərizəsini geri götürməsi üçün dilə tuturdular.
– Mixail Sergeyeviç, əzizim, bizi tərk etmə. Fikir verməyin – onlar bilmirlər nə edirlər. Qəzəb, onların ağlını dumanlandırıb. Onların dediklərini yaddan cıxarın. Onlar sizsiz bir gün də yaşaya bilməzlər.
MK üzvlərinin bir hissəsi ərköyün Baş katibə öyüd-nəsihət verir, xidmətlərini şişirdir, inandırıdılarki onsuz hər şey dayanar, obiri hissəsi isə, Qorbaçovun ərizəsinin müzakirədən çıxarılması üçün imza toplayırdı. Qol çəkənlər arasında – Qorbaçov getsə, biz də gedəcəyik – məlum adlar: Nəzərbayev, Volski, Bakatin, Latsis, Qraçov var idi. Cəmi 72 imza. SovİKP MK-nın 72 üzvü Baş katibin dəyişilməsi təklifindən «utandılar». Səhnəarxası pıçıltılar qurtardı. İclas elan etdilər. Plenum, Siyasi Büronun təklifinə əsasən, əksər səs çoxluğu ilə ( 400 iştirakçıdan13 əleyhinə və 14 bitərəf ) Qorbaçovun öz istefası barədə verdiyi təklifin müzakirədən çıxarılmasını qərara aldı. Sakitləşmiş, «utandırılmış» Plenum, faktiki alçalaraq Qorbaçovdan öz mənsəbində qalmasını xahiş etdi. Baş katib lütfkarlıqla razılaşdı».
N.Nəzərbayev bu plenumda Baş katibin dəstəklənməsində çox böyük rol oynadı. O, hədələmişdi ki, əks halda Qazaxstan KP SovİKP tərkibindən çıxacaqdır. Qorbaçov, bu dəstəyə cavab olaraq Nəzərbayevi SSRİ nazirlər Soveti Sədri vəzifəsinə təyin etməyi planlaşdırmışdı. Lakin SSRİ yox oldu.
Qorbaçovu rəhbər kreslosundan dartıb çıxarmaq üçün, başqa cür demək olmur, ikinci cəhdi qekaçepistlərin yığma komandası etdi. İ.Buniç onların Qorbaçovla həlledici görüşlərini belə təsvir edir. «Prezidentin iş otağında əsəbi söhbət alındı. Şenin başladı. Vəziyyət gərgindir. Ölkəni və partiyanı xilas etmək gərəkdir, bunun üçün də tezliklə fövqəladə vəziyyət elan etmək lazımdır. Tezliklə. Qorbaçov Baklanova baxdı. O başı ilə təsdiqlədi: «Başqa çıxış yolu yoxdur». Qorbaçov başlayandaki, «Əgər Ali Sovet…» öz aparatının rəhbəri – Boldin onun sözünü kəsdi: «Artıq Ali
Sovetin çağırılmasını gözləməyə vaxt yoxdur. Moskva silahlı döyüşçülərlə doldurulmuşdur. Hakimiyəti ələ keçirməyə hazırlıq gedir. Gecikmədən hərəkət edilməlidir. Şenin ortağını dəstəklədi: «Ali Sovet lazım olan bütün səlahiyətləri Qorbaçova vermişdirki, o özü ölkədə fövqəladə vəziyyət halını yeritsin. Budur tekst – ona yalnız qol cəkmək lazımdır». Prezident tekstə göz gəzdirdi. «Yox – dedi – mən bunu etmərəm». «Siz Prezidentsiniz – siz partiyanın Baş katibisiniz – deyə Baklanov sərt dilləndi – və siz, ölüm ayğında olan ölkəni xilas etməlisiniz». Qorbaçov cavab verdi: «Başa düşün, belə etmək olmaz. Siz hər şeyi məhv edərsiniz. Şenin soruşdu: «Nəyi məhv edərik? Onsuz da hər şey artıq məhv olubdur. Və əgər hələ nəsə bir şey xilas etmək mümkündürsə bu, yalnız təklif etdiyimiz tədbirlərin köməyi ilə ola bilər». qorbaçov qətiyyətlə cavab verdi: «Necə istəyirsiniz, lakin mən bunu etməyəcəyəm». «Onda istefaya get! – general Varennikov gözlənilmədən bağırdı – ölkəni məhv edib, indi burada oturub bizə ağıl verir!». Quru qoşunlarının Baş komandanı bərkdən, əskər sayağı, ana söyüşü söydü. Elə bil Prezidenti partlatdılar. «Siz mudaksınız! – rus sözü ilə prezident ətrafındakılara elan etdi – Daha sizinlə danışmaq fikrim yoxdur. elə sabah Moskvaya qayıdacağam və məsələ qoyacağam ki,…» «Sən heç yerə getməyəcəksən! – Varennikov bağırmağında davam etdi – Ya indi istefaya gedəcəksən, ya da…» «General, sakitləşin – Baklanov əsəbi halda bunu deyib Qorbaçova müraciət etdi: «Mixail Sergeyeviç, siz səlahiyətlərinizi vitse-prezidentə verməlisiniz və istefa haqqında ərizəni imzalamalısınız».
Tanınmış amerika qanqsterləri Əl Qapone, Dilincer və b. öz ayırd etmələrini, Qorbaçov və onun komandasına nisbətən daha yüksək intellektual səviyyədə keçirirdilər.
Qorbaçovun transformasiyası və süqutunun səbəb-nəticə təşkiledicisini, fikrimizcə, İ.Zemtsov olduqca düzgün qiymətləndirir. «Tarixdə hökmdarın şəxsiyətinin yenidən doğuluşunun baş verdiyi hallar olurdu. Lakin belə dərin mənəvi və əqidə dəyişməsi – sosyalizmə sədaqətdən ondan tamamilə imtina etməyə qədər, həm də belə bir qısa müddətdə – ilk dəfə müşahidə edilirdi: Qorbaçovun seçimi qalmamışdı. Kommunistlər onu tərk etdi, millətçilər lənətləndirdi, liberallar ardıcıl olmamağı və cəsarətsizliyi ona bağışlaya bilmədi. Və o qərara gəldi ki, özünün demokratlar lagerindən olan yaxın keçmişdəki düşmənlərinə söykənsin. Başqa sözlə, hakimiyəti (və özünü hakimiyətdə) saxlamaq üçün – onun sosyal bazasını dəyişsin. Yelsinin tərəfdarları bundan istifadəni əldən buraxmadılar. Onlar, avqustun 19-da Kremldə iş görənlərdən daha artıq ixtiraçılıq və qətiyyət göstərdilər. Haray çəkilmiş və insan kütləsi partiya komitələrini və heykəlləri darmadağın etməyə cummuşdular. MK və SovİKP RK binaları surğuclanmış, kommunist qəzetləri qadağan edilmişdi. Zidfikirlilərin, «Sən 19-21 avqust hadisələrində və ondan qabaq nə etmisən və harada olmusan?» sualı altında təqibləri və qovulmaları başlandı. Onlar ikinci çevrilişi başa çatdırdılar – yeni demokratik hakimiyət köhnə totalitar mahiyət göstərdi. Цçüncü çevrilişə hazırlıq başlandı. O, tədricən və yavaş-yavaş genişlənir və– ittifaq hakimiyətinin mövcud strukturlarının dağıdılması və parçalanması ilə davam edirdi. Yeltsin, özünəinamını itirmiş Qorbaçovu Nazirlər Sovetinin buraxılması, nazirliklərin əhəmiyətli dərəcədə ixtisarı ideyasına gətirdi, saxlanmışlar isə, birinci növbədə güç nazirlikləri, rusiya prezidentinin tərəfdarları ilə dolduruldu və ya onların nəzarəti altına qoyuldu. Yeltsinin saray adamlarından bir qrupunun necə cəsarətlə, axırki Qorbaçovu sürüyüb atması barədə N.Baybakov danışır: «RSFSR Ali Sovetinin 21 avqust 1991 il fövqəladə sessiyası yadımdadır: sədrlik edən Yeltsin «gedən» Prezident Qorbaçova söz verdi. Deputatlar onu fitlə və ayaq tappıltıları ilə qarşıladılar – ta onun çıxışının axırına qədər. Qorbaçovun rəngi qaçmışdı, inadla təngə gətirmiş izahları ilə nitqini davam etdirirdi, lakin ona qulaq asmırdılar. Budur, o tərləmiş üzünü silə-silə tribunadan düşdü və deputatlar sual verməyə başladılar, suallar isə çox idi – əzici, kinli. Qorbaçovun cavabları isə, öz qorxacaq anlaşılmazlığı ilə hay-küy, qışqırıq, fit və hiddət doğururdu. İş o yerə çatdı ki, Yeltsin dedi: «Yoldaşlar, sakitləşmək üçün. İcazə verin rusiya kommunist partiyasının fəaliyətinin dayandırılması haqqında qərar imzalayım». O an zalda kütləvi psixoz başladı. Alqışlar, uçadan «Afərin», «Ura» səsləri. Yeltsin qışqırıq və hay-küy altında SovİKP-yə məxsus olan binaların hamısının möhürlənməsi haqqında qərarı də tələsik imzaladı. Bəs Qorbaçov? O, üzündə heç bir tərpəniş olmadan oturmuşdu. Partiyanın Baş katibi, öz gözləri qarşısında bağladıqları partiyanın müdafiəsinə qalxmadı, halbuki, hər işdə, o cümlədən hakimiyət Olimpinə qalxmaqda ona borclu idi.1991 il avqustun 25-də axşam, radio və telegörüntüdə Qorbaçovun Baş katib səlahiyətlərini öz üzərindən götürməsi və MK-yə özünü buraxma təklifi barədə ərizəsi oxundu. Son nöqtə qoyuldu. Qalan işlərin hamısı nəticə idi».
Keçmiş kombayn sürücüsü köməkçisinin, vaxt keçdikcə isə Nobel mükafatı laureatının, özünün dağıtdığı ölkənin birinci və axırıncı prezidentinin siyasi karyerası belə şərəfsizcəsinə bitdi.
Belovej razılaşması, məlum olduğu kimi, onun uzun çəkməyən SSRİ prezidenti karyerasının final nöqtəsi oldu. Şuşkeviç Qorbaçova zəng edib dedi ki, Belovejsk meşəsində üç rəhbər ümumi razılaşdırılmış qərara gəlmişlər – İttifaqı buraxmaq və müstəqil dövlətlər birliyi yaratmaq. «Necə olmuşdur ki, Qorbaçov bir neçə ay ərzində iki dəfə derilmişdir? – İ.Zaytsev özünə sual verir. – SSRİ prezidenti ilə axırıncı görüşə yollananda mən bu barədə düşünürdüm. Onun gözlənilmədən boşalmış dəftfrxanasına yaxınlaşdıqca – küçə qapısının yanında bir neçə maşın və dəhlizlərdə ölü sükunət – fikirləşlim: Sovet İttifaqının bütün əpçrazisi Kremlin bir binasının ölçüsünə qədər kiçilmişdir. Bir neçə gündən sonra isə bu da olmayacaqdır: küçə qapısında yeni prezidentin keşikçiləri duracaqdır – tamamilə ayrı dövlətin başçısı».
Onu da deyəkki, sonralar aydınlaşdığı kimi, eks prezident kifayft qədər tez .zünə gəldi və özünün digər qabiliyətlərini göstərdi. «Arqumentı i faktı» qəzeti görün nə yazır: «Siyasət, biznes, estrada ulduzları: Lujkov, Volski, Vladislavlev, Qromov, Auşev, Moiseyev, Sokolov, Pastuxov, Vaynberq, Durova, Yuryeva, Dolina, Tolkunova, Qradski, Vinokur, Leşenko və başqaları ad günü keçirilən İosif Kobzonun böyük solo konsertini öz diqqətləri ilə şərəfləndirdilər. Kobzonun ecazkar oxuması və minlərlə qəşəng güllərin fonunda bizim eks-prezident Qorbaçov xüsusilə seçilirdi. Tamaşaçılar, onun arvadı ilə birlikdə zalda olduğunu bildikdə, ona gurultulu alqışlar ünvanladılar. Цrəklənmiş Mixail Sergeyeviç səhnəyə qalxdı, lakin səbəbkar haqqında deyil, «İttifaqı saxlamaq olardı», «hər şeyi analiz edir», Lujkovun onu məhkəmələrə çəkməsindən danışmağa başladı.
Tamaşaçılar nə qədər istiqanlı və xeyirxah olsalar da, onun hər kəlməsini gülüşlə qarşılayırdılar. Elə bil səhnədəki eks-prezidentin özü deyil, onu yamsılayandır və son dərəcə müvəffəqiyətli «oxşarlığa» görə zal gülməkdən axıb gedirdi. Belə ki, səhnəyə siyasətçi kimi çıxan Mixail Sergeyeviç, oradan istedadlı estrada artisti kimi düşdü.Və yenə də – zalın alqışları altında». Tarixə müxtəlif presedentlər məlumdur, məsələn, parlaq aktyor Reyqan SSRİ-yə qarşı soyuq müharibəyə nöqtə qoymaqla, Amerikanın görkəmli prezidentlərindən biri oldu. Qorbaçova gəldikdə isə, bir qədər başqa xət müşahidə olunur: SSRİ-ni dağıdandan, azərbaycan xalqının cəlladından tutmuş – adi təlxəyə qədər. Qorbaçov öz prezident mövqeini itirəndə o, SSRİ prezidentinin toxunulmazlıq statusunun saxlanmasını xahiş etmişdi və bu qəbul edilməmişdi. O, çoxsaylı cinayətlərinə görə, o cümlədən Bakıda tökülən günahsız qanlara görə məsuliyətdən qorxurdu.
Qorbaçov «Bez qalstuka» televerilişində demişdi: «Xoşbaxt islahatçılar olmayır, zaman hər şeyi öz yerinə qoyur». Nə demək olar, zaman həqiqətən hər şeyi və hər kəsi öz yeinə qoydu: təlxəyi də, şou-biznesmeni də. Elə həmən televerilişdə o şikayətlənirdi: «Maaşım 160 dollardır…»
N.Zenkoviç yazır: «SSRİ-nin eks-prezidenti, bir vaxtlar böyük olmuş dövlətin rəhbərləri üçün, elə öz xarici həmkarları üçün də, görünməmiş rolda çıxış edir. O, dünyanın müxtəlif ölkələrində çıxan bir sıra qəzetlərin şərhçisi olmağa razılıq vermişdir. O cümlədən, Qorbaçov sütuncüğünun italiya «La Stampa»sında, London «Qardian»ında, amerika «Nyu-York Tayms»ında peyda olacağından xəbər tutulmuşdur. Moskvadakı müşahidəçilərin çoxu, istefaçı prezidentin iri dövlət xadimi üçün belə qeyri adi məşğulluğa müraciət etmə qərarını, onun özünə yaxın adamlarla bölüşdüyü aşağıdakı səbəblərlə izah edirlər: Mixail Sergeyeviç şikayətlənirdi ki, onun altı il yarım rəhbərlik etdiyi ölkədə təqaüdlə yaşamaq praktiki mümkün deyil. O, mağaza qalmaqallarından və ailə büdcəsinin zəifliyindən sarsılaraq Raisa Maksimovnanın qarşısında – «Dollar qazanmaq lazımdır, bəli, lazımdır!» – deyə vurğulayırdı.
Və budur, qazanır. Yaxşı ki, xarici mətbular qonorarı dollarla ödəyir».
London «Sandi tayms»ı xəbər verirki, hər şeydən göründüyü kimi, Mixail Qorbaçov siyasətdən yorularaq yeni karyera – aktyorluq – mənimsəyir. Aşkarlığın atası, «Pittssa xat» restoranlar xəttini reklam edən çoxdollarlı klipin baş rollarında çıxış etdi. O, ssenariyə uyğun olaraq bir parça pittssa təklif edir, nahar edənlər isə cığırırlar: «Yaşasın bizə «Pittssa xat» gətirən Qorbaçov!». Lakin, çətinki bu reklamı Rusiya ekranlarında görələr – qəzet qeyd edir. Məşhurluq reytinqi 1% olan Qorbaçovun belə tamaşaları, öz ölkəsində çətin həzmə gedən xörək olardı.
SSRİ DTK-nin 9-cu İdarəsinə 9 il başçılıq etmiş general Yuri Storojev xatırlayır: «Qorbaçov cütlüyü növbəti dəfə Almaniyaya gəldilər. Mixail Sergeyeviç və Raisa Maksimovna ZDF telekanalındakı əyləncəli «Kernerin şousu»nda iştirak etdilər, bu dəfəki mövzu, alman otellərində xidmət oldu. Məşhur aparıcı Kerner yenidənqurmanın ilhamçısına toy generalı rolunu ayırmışdı, yerli sakinlərin dediyinə görə böyük dövlətin keçmiş rəhbəri bunun öhdəsindən pis gəlmədi: həmişəki kimi danışqan və fəal idi. O, veriliş gedə-gedə bir sıra hiyləgər sualları ayaqüstü cavablandırdı:
– Niyə Sizi qərbdə daha çox sevirlər, nəinki öz vətəninizdə?
– Rusiyada mənə çox yaxşı münasibət göstərirlər. Ruslar belə hesab edirlər: nə qədər Qorbaçov sağdır, nə qədər onun fondu mövcuddur – ümid qalır.
– Bəs niyə sizin çıxışlarınız zamanı zalda həmişə bədxahlar olur?
– Mənə çox sual verilir. Lakin, hər dəfə mənim səhnədən gedişim alqışlar fırtınası doğurur.
– Onda, niyə prezident seçgilərində sizə səs verən seçicilər, o qədər də çox deyildi?
– Yoldaş Stalinin dediyi kimi (Qorbaçov bu kəlmələri qafqaz aksenti ilə ifa etdi. – Müəllif ), seçgilərdə başlıca, kimlərin səs verməsi deyil, səsi kimlərin saymasıdır. Sizki bilirsiniz, bu bizdə necə baş verir.
– Sizi qidaların reklamına vadar edən nədir?
– Bəs mən nə etməliyəm? Yeltsin binanı məndən aldı. Mən fond üçün qazanmağa məcburam. Və bu verilişdə iştirak üçün, deməliyəm ki, mənə yaxşı pullar ödədilər.
…Şounun axırında sənət ustalığı konkursu keçirildi: öz xidmət pilləkanına nə vaxtsa, oteldə xidmətçi vəzifəsindən başlayaraq qalxan iki sanballı xanım çarpayıların tez və düzgün yığışdırılmasında yarışırdılar. Bunun üçün səhnəyə iki mebel vahidi və yataq ağları gətirilmişdi. Mixail Sergeyeviçə baş hakim rolunda çıxış etmək etimadı verilmişdi. O, ordu çavuşu qərəzliliyi ilə balışın maillik bucağını şəxsən dəqiqləşdirərək, işi qəbul etdi».
Necə deyərlər, düşmə bucağı əksetmə bucağına bərabərdir.
Qorbaçov fondunun fəaliyətindən bir fraqmentə baxaq: San-Fransiskoda Qorbaçovun sədrliyi ilə «Dünyanın vəziyyəti» konfransı keçirilirdi. C.Buş, M.Tetçer və daha 700 nəfər konfransda iştirak edirdi. Bunların çoxusu həmən tədbirdə iştirak etmək üçün 5000 dollardan artıq çıxarıb vermişdi. Afrikadan, Avropadan, Amerikadan olan qonaqların arasında ruslar, demək olar ki, heç görünmürdü. Jurnalist M.Fyodorina «Müflisləşmiş Qorbaçov» məqaləsində (yanvar 1999 il, «MK») yazır: «Qorbi var-yoxdan çıxmışdır. Onun fondu rus böhranından sonra tamam pullarının hamısını itirdi və işçilərinə maaş verməyə bir şeyi yoxdur. SSRİ-nin axırıncı prezidenti, indi bütün dünyanı ələk-fələk edib pul tapmağa məcburdur və bunun üçün az qala San-Remo festivalında oxumağa da hazırdır – son vaxtlar qərb presi belə dedi-qodularla doludur.
Bəs, Mixail Sergeyeviç əslində özünü necə hiss edir? Doğrudanmı onun heç bir qəpiyi də yoxdur? Biz bu sualları Qorbaçovun özü ilə aydınlaşdırmağı qərara aldıq. Onun fondunun işləri böhrana qədər dağa qalxırdı: Mixail Sergeyeviçin sözlərinə görə azdan-çoxdan «yunanlar da, yaponlar da, koreyalılar da, və ərəblər əl tuturdular». Tərəfdarlardan yadigar «Pittssa xat» reklamının çəkilişindən sonra isə, hətta yeni ofisin tikintisinə başlamaq mümkün oldu. İndi isə, oxşayır ki, Qorbaçov doğrudan da iflas olmuşdur…
– Avqust gəldi və bizim vəsaitlərin hamısı uçub getdi. Kredit razılaşması da puça çıxdı və mən öz cibimdən ödəməli oldum. Lakin ən başlıcası – böyük memuarlara görə aldığım milyon dollar məbləğində qonorar İnkombankdan yoxa çıxdı. Цç yüz min vergiyə getdi, üç yüz min – fonda, qalanları isə şəxsi idi. Bax elə onlar da İnkombankın uçğunları altında qaldı…Məlum oldu ki, əməkhaqqını ödəmək üçün fondun heç bir şeyi yoxdur, maliyələşdirmə yoxdur… Yenə də pul axtarmaq lazımdır. Mənim özümə böyük öhdəliklər götürməyim lazım gəlir. Səfərlər edirəm, dəvətlərə cavab verirəm, tutarlı qonorara çıxışlar edirəm…
– Sizin SAN-Remodakı musiqi festivalına getmək imkanı da pul qazanmaqla əlaqədardır?
– Xeyir, burada birinci yerdə başqa işlərdir. Onlar, fəxri qonaq kimi bir qrupp Nobel mükafatı laureatını və digər görkəmli adamları dəvət ediblər. Müəyyən bir anda jurnalist bu adamlarla söhbət edəcəkdir. Məndən yeni minilliyin astanasında gənclərə və ümumiyətlə insanlara hər hansı bir istiqamətləndirici fikir gözləyirlər. Özü də biryarım milyard auditoriya qarşısında. Belə bir imkan məndə hələ olmamışdı…
«Pittssa xat»a bənzər təkliflər olarsa, risk edə bləcəyim istisna olunmur. Axı fondun binasını tikib qurtarmaq və avadanlıqla təchiz etmək lazımdır. Mən hesab edirəm ki, İvan Vasilyeviç kimi sənətimi dəyişməməliyəm. Axı mənim müəyyən imicim var. Lakin həyat belədir ki, gözlənilməz addımlar atmağa məcbur olursan…»
Və onlar baş verdi…Aleksey Munipov («İzvestiya», 1999 il) yazır: «İtaliya musiqisi – bu hind kinosu kimi bir şeydir. Pop musiqinin yaxşısı, pisi, bir də italiyalısı var. Neapoldan və Veronadan olan hərarətli gənclər elə bilirlər ki, rok, blyuz, hətta soul çalırlar, amma fərqi yoxdur, elə «Milli Vanili» alınır. …Və, əlbəttə, bizim eks-prezidentin festivalda iştirakı xüsusilə duzlu oldu. Qorbaçovu toy generalı qismində dəvət etmişdilər – uyğun mükafatın müqabilində o səhnəyə çıxıb əlini yellətməli və bununla da festivalın hörmətini qaldırmalı idi. bəzi məlumatlara görə onun qonorarı 100 min dollar təşkil etmişdir. Lakin, nəğdə əlavə olaraq M.S. beş dəqiqəlik efir tələb etmişdi ki, sülh, mehribanlıq və həmrəylik haqqında nitq söyləsin.
Xoşməramlı akt böyük qalmaqala çevrildi. Vəd edilmiş beş dəqiqəni son anda bir-ikiyə endirdilər – gərək Qorbaçov çıxıb, dəbdə olan komik Fabio Fatsio ilə sərbəst çərənləyəndən sonra səhnəni tərk etsin. Təşkilatçılar Mixail Sergeyeviçi pis tanıyırmışlar – o, birbaşa efirdə on beş (!) dəqiqə danışmışdı. Rusca. Siyasətdən.
Keçmiş prezidentdən dəbbələmə pulunu tələb etmədilər – onun iştirakı ilə teleötürmənin reytinqi bütün rekordları ötüb keçdi: konsertə 15-16 milyon insan baxmışdı. Ondan başqa, bu məxməri qalmaqala görə San-Remodakı festival dünyanın bütün məlumat agentliklərinin başlıqlarına düşdü. Demək lazımdır ki, mətbuat Qorbiyə rəhm etməmişdi. Jurnalistlər yazırdılar: «Yazıq, bu nə taledir – Kremldən - San-Remoya. Onu başa düşmək olar – Vətənində sevmirlər, pul ödəmirlər, odur ki, fırlanmalı olur», vergüldən sonra «Pittssa xat»da iştirakını da yada salırdılar.
Qərb mətbuatından digər, bundan da maraqlı təfərrüatlar aydınlaşdırıldı. Sən demə San-Remo festivalı, illərdən bəri baş verən müntəzəm qalmaqallara görə pis ad qazanmışdır. Bunların hamısı da hələ 1967 ildən, nəğməkar Luici Tenso finala çıxmadığına görə özünü güllələdikdən sonra başlanmışdır. (Bizim ötürmələrimizdən oxşar hadisələr, ayırd etmələr və əzişdirmələr, əlbəttə, səliqə ilə kəsilib atılırdı). Bundan başqa, dedi-qodular gəzir ki, festivalda iştirakı və hətta qalib yerlərini pula almaq olar».
Heç nədən iyrənməyib bütün dünyadan yığdığı vəsaiti saxlaya bilməyən siyasətçi, böyük bir dövləti saxlaya bilərdimi. Sual, qeyri- şərtsiz, ritorikdir.
M.S.Qorbaçovun arvadı R.M.Qorbaçova, bir şəxsiyyət kimi, tamamilə ərinə uyğun idi. nahaq deməyiblər ki, «ərlə arvadın torpağı eyni yerdən götürülmüşdür».
Ölənlər haqqında ya heç nə, ya da yaxşılığına danışılmalıdır – qədimdən qayda belədir. Azərbaycanda bu torpağa və bu xalqa bu qədər bəla gətirən Qorbaçova olan münasibəti avtomatik olaraq onun arvadına şamil etmirlər. Ancaq onun özü, Qorbi kimi öz çoxsaylı müsahibələrində etiraf etmişdi ki, ərinin mənəvi müttəfiqi olmuşdur. Odur ki, istisna olaraq, bir sıra və bəzən xoşa gəlməyən faktları yada salaq.
Nensi Reyqan öz memuarlarında yazır: «Cenevrədəki birinci görüşdə çay içməyə gələrkən o, ötkəm qadın kimi görünmək istəyi ilə məni heyrətləndirdi. Oturduğu kürsü onun xoşuna gəlmədi, – o çırtma çaldı. DTK-dən keşikçilər o dəqiqə başqasını verdilər. Mən öz gözlərimə inanmırdım. Mən birinci xanımlar, şahzadə qadınlar, kraliçalar görmüşəm, lakin, onların heç birinin özünü belə aparmasını görməmişəm». R.M.Qorbaçovanın «Mən arxayınam» kitabında belə sözlər var: «Atamda partiyaya inam mənim ərimlə – Mixail Sergeyeviçlə, birlikdə gəldi. Yaş fərqinə baxmayaraq o, atam üçün düzgünlük və qanunauyğunluq təcəssüm etdirən kommunist oldu». bu sətirlərin tarixi – avqust hadisələri ərəfəsi, – onların nə qədər riyakarlıqla işləndiyini göstərir.
V.Boldin Qorbaçovun və onun yaxın ətrafının ölkəyə iş səfərindən Moskvaya qayıdarkən təyyarədə baş vermiş bir epizod haqqında yazır: «Qədəhlərə «Mukuzani» tökdülər. Qorbaçov azca dadına baxdı, tabeliyində olanlardanmı utandı, ya başqa səbəblərdənmi, hər nə isə içmədi. Söhbət tez səfərin nəticələrinə və təəssürata yönəldildi. Birdən R.M.Qorbaçova dedi:
– Gəlin bizim işimizin, Mixail Sergeyeviçə sədaqətin şərəfinə içək, and için ki, siz ona sadiq olacaqsınız.
And içmə haqqında gözlənilməz təklif, buradakıları bir qədər pərt etdi. A.N. Yakovlev üzünü ilyüminatora baxırmış kimi döndərdi. Q.P.Razumovski gözlənilmədən güldü, mən isə, deyilənin ciddiliyinə inanmadan və şəxsi andın buraya nə dəxli olduğunu doğrudan da anlamadan, bütün bunları zarafata çevirməyə çalışdım. Biz Vətənin işinə xidmət edirik, bu və ya digər şəxsə vəya ər-arvada yox. Ata yurdu ilə Əlahəzrəti qarışdırmaq yaramaz. Birdə ki, axı bu monarx sülaləsi deyil. Lakin Raisa Maksimovna buna özünün hansısa fikrini qataraq təkid edirdi. Qorbaçov fujerini qaldırdı, lakin arvadı təkidində davam edirdi:
– Yox, yox, siz deyin – «and içirik».
Artıq bu, bütün sərhədləri keçirdi, həm də elə çıxırdı ki, ona and içmək lazımdır. A.N.Yakovlev hiss olunmadan söhbətin mövzusunu dəyişərək, başqa ölkələrin hansısa təcrübəsindən danışdı və məsələnin üstü bir qədər yöndəmsiz örtüldü».
Vladimir Medvedev xatırlayırki, «İspaniyada ənənəvi olaraq qəbul zalını əvvəlcə sahiblə birlikdə hörmətli qonaqlar, sonra isə yerdə qalanlar tərk edir. Qəbul qurtardı, Mixail Sergeyeviç kral və kraliçanın müşayiəti ilə çıxışa tərəf tərpəndi. Raisa Maksimovna burada da mənə eləgəldi ki, qəsdən, kiminləsə danışaraq, özünün əhəmiyətli, hamının onu gözlədiyi persona olmasını vurğulamaq üçün ləngidi. Kral, kraliça, prezident – pilləkəndə dayanmışdılar, Raisa Maksimovna onlara azacıq da olsa diqqət yetirmədən, kübar söhbətini davam etdirirdi. Xoşagəlməz pauza bir neçə dəqiqə çəkdi, Mixail Sergeyeviç özünü güçlə saxlayıb gülümsəyərək xahiş etdi:
– Raisa Maksimovna, yanımıza qalxın.
O, öz söhbətində idi, bir dəqiqə də keçdi. Qorbaçov bərkdən və kəsgin təkrar etdi:
– Raisa Maksimovna, hamımız gözləyirik!
O, ərinin səsində hökm hiss edib, bizə tərəf gəldi. Əlbəttə bu, onun yaxşı oynadığı tamaşa idi. Eyni hallar, Mixail Sergeyeviçin arvadı ilə danışıqda hirsli pıçıltıya keçməsi, həm xanım Koll, həm də xanım Nensi Reyqanla görüşlərdə də baş vermişdi».
Raisa Maksimovna, əslində fəhlə və kəndli dövlətinin şanlı nümayəndəsinə eyb olan qiymətli daşlara hərisliyini saxlaya bilməyərək, cah-cəlallı London mağazası «Kartye»dən 2500 dollar dəyərində brilyant sırğalar aldı, ödənişi «Ameriken Ekspress» kredit kartı vasitəsilə etdi.
O, özünün «Mən arxayınam» kitabında böyük sevinclə G.Şahnəzərovun 8 mart münasibəti ilə göndərdiyi titrək məktubunu verir:
«Əziz Raisa Maksimovna! Əgər nikahlar doğrudan da göylərdə kəsilsəydi, Allah çalışardı ki, qabaqcadan təyin olunmuş missiyasına uyğun olaraq Mixail Sergeyeviçə məhz belə həyat yoldaşı versin… Səmimiyətlə sizin – Şahnəzərov».
ABŞ-ın erməni diasporu ona bahalı zərgər bər-bəzəyi bağışlarkən R.Qorbaçovanın dediklərini yada salaq: «Bu, sovet və erməni xalqları arasında (!? – müəllif) dostluğun möhkəmlənməsinə xidmət edəcəkdir. Görünür, bu parça təsadüfən (və ya qəsdən) Mərkəzi telegörünüşdə verilmişdi, axşam o artıq kəsilmişdi.
Daha bir maraqlı an. A. Karaulov yazır: «Ortancı qardaşı – Stası – Yakubovski «hüquqşünas xətti» ilə buraxdı: Yakuboviçin özü, dedidiyim kimi SSRİ vəkillər şurasının katibi oldu, Stası isə SSRİ hüquqşünaslar İttifaqının katibliyinə göndərdi.
Stasa «fırlanğac» qoydular.
Madamki, yoldaş S.O.Yakubovski – İttifaqın katibidir, ona (arvadına da) SSRİ xalq deputatları qurultayınlarının qonaq bileti düşürdü. Stasın o zaman nə arvadı, nə də aşnası olmadığından o, Kremlin qurultaylar sarayına Vladimir Vinokuru çağırdı – öz dostunu. Buradaca, foyedə gəzişən Raisa Maksimovna Vinokurovla qarşılaşdı:
– O, Volodya, siz burada neyləyirsiz?!
– Mən həmişə harada gülməlidirsə, orada oluram – Vinokurov başını əsdirdi – lütfən, tanış olun: mənim dostum Stas, SSRİ hüquqhünaslar İttifaqının katibi.
– Belə gənc…–Raisa Maksimovna dedi.
«Belə, – Stasik fikiləşdi – tanış olarıq!»
– Raisa Maksimovna, görün nə alınır – elə burdaca, tez dedi – Siz və Mixail Sergeyeviç – hüquqşünassınız, yoldaş Lukyanov – hüquqşünasdır, SSRİ hüquqşünaslar İttifaqı isə bütün yenidənqurmanı cəhənnəmin təkində, Kursk vağzalının yanındakı zirzəmidə sığınmışdır, orada daki, təkcə b… sərnişinlər, milyon sərnişin xaricilərin gözünün qabağında – ayıbdır… bir sözlə,dəhşətdir.
Цçüncü zəng vuruldu, foye boşaldı.
– Ardımca gəlin – Raisa Maksimovna dedi – bu çox vacibdir… siz dedikləriniz…
Stas sevinirdi, Vinokuru isə keşikçilər səssizcə kənarlaşdırdılar.
Bu görüşün finalını Anatoli İvanoviç Lukyanov danışırdı. Qurultayın tribunasında – hansısa şaxtaçıdır. Gərginlik artır. Şaxtaçılar ümumi tətillə
hədələyirlər. Qurultayı Qorbaçov aparır. Raisa Maksimovnanın yanında isə – bir arıq, qəşəng gənc, o və Raisa Maksimovna arası kəsilmədən nə barədəsə söhbət edirlər, özü də (yaxşı eşitsin deyə) Raisa Maksimovna həmişə başını ona tərəf əyir. Kənardan elə gəlir ki, o, başını sadəcə olaraq gəncin çiyninə qoymuşdur.
Qorbaçov quruyub qalmışdı. Lukyanov görür ki, o yalnız Raisa Maksimovnaya baxır, Raisa Maksimovna isə başı ilə bir xmıra sürtünür.
– Bu kimdir? – Qorbaçov məktubla Lukyanovdan soruşur.
– Mixail Sergeyeviç, fikrinizi yayındırmayın. Qurultayı aparın. Bu saat aydınlaşdırarıq. Mən hər şeyi görürəm, müşahidə aparıram.
– Tolya, dərhal məlumat ver, bu sırtıq kimdir, – Qorbaçov yazır.
– Adamlar göndərilmişdir – Lukyanov cavab verir.
– Öyrənin haradandır! – Qorbaçov əmr edir.
Dərhal aydınlaşdıra bilmədilər. Qorbaçovun təzyiqi kəsgin qalxdı. Stas sonralar təəccüblənirdi ki, onu SSRİ xalq deputatları qurultayına dəvət etmirlər – orada elə maraqlı idi ki…»
M.Qorbaçov sovet mükafatlarına biganə idi. M.Dokuçayev xatırlayır ki, «Qorbaçov Baş katib və dövlət başçısı vəzifələrində fəaliyət göstərdiyi müddətdə, hətta özünün altmış illiyi münasibəti ilə də heç bir sovet mükafatı almamışdı, lakin, onları qərb dövlətlərindən və müxtəlif xarici təşkilatlardan böyük məmnunətlə alırdı». Belə münasibət dövlətin nüfuzuna mənfi təsir göstərirdi.
V.Boldin xatırlayır: «Qorbaçov SovİKP-nın parçalanmasını labüd saya bilərdimi? Lakin bu halda o, alicənablıq iddiasında olan insan kimi ümumxalq miqyasında öz mövqeini açıqlamalı, səbəblərini göstərməli və ya kommunistləri dəyişikliyin labüdlüyünə inandırmalı, ya da qurultayda Baş katib səlahiyətlərini öz üzərindən götürməli idi. Qorbaçov nə bunu, nə də obirini etmədi, SSRİ-nin və SovİKP-nin gizli, partlatma üsulları ilə dağılmasına üstünlük verdi. Bundan başqa, çox ehtimalki, A.N.Yakovlevdən, A.S.Çernyayevdən və G.X.Şahnəzərovdan başqa heç kim, o cümlədən, baş katibin sözlərinə görə hamıdan çox inandığı Təhlükəsizlik Şurasındakı tərəfdarları da onun niyyətini bilmirdi».
Xruşşov1956 ildə İngiltərəyə səfər etdiyi zaman Uinston Çörçil ona heyrətamiz dərəcədə uzaqgörənliklə demişdi: «Cənab Xruşşov, siz böyük islahatlara başlayırsınız, bunlar yaxşıdır! İstərdim sizə yalnız məsləhət görüm ki, çox da tələsməyəsiniz. Uçurumu iki hoppanışda dəf etmək çətindir». Xruşşov beləcə uçuruma düşdü. Yalnız özünə qulaq asıb ölkəni dağıdan Qorbaçov, özü də uçuruma düşdü, bütünlükdə ölkəni də oraya dartdı.
N.Zenkoviç yazır ki, «Çörçilin nə vaxtsa Xruşşova verdiyi məsləhət yada düşür. Müdrik ingilis bizim böyük volyuntaristə demişdi: «Köhnə qanunu dayandırıb onun əvəzinə yenisini, əgər onun məğzi sizin dövlətin axırıncı adamına aydın deyilsə, yeritmək olmaz».
Qorbaçov kimi şəxsiyyət, ondakı şəxsi keyfiyyətlərlə, riyakarlıqla, boşboğazlıqla və s. nəhəng bir ölkəni, belə bir böhranlı anda, əlbəttə saxlaya bilməzdi.
A.Qromıko həyatının bütün qalan hissəsini, Qorbaçovu məhz onun özünün irəli çəkdiyi səbəbindən, peşimançılıqla keçirmişdir. V.Kryuçkov xatırlayır: «Mənə məlumdur ki, partiyanın lideri mövqeinə namizədlər müzakirə edilərkən, Qorbaçovun adını ilkin çəkən Qromıko oldu. O, ondan başladı ki, bəsdir oyun oynadıq, rəhbərliyin arasında gənc, enerjili adam var və onu da seçmək lazımdır. Qromıkonun mövqei müzakirənin gedişini müəyyənləşdirdi, onu başqaları da dəstəklədi, məsələ həll edilmişdi. Tezliklə Qromıko partiyanın lideri postuna Qorbaçovun namizədliyini verməsi barədə təəssüflə danışmağa başladı. Ömrünün axırında o artıq bu barədə daha yüksəkdən heyfsilənirdi, böyük səhv etdiyini, Qorbaçovda aldandığını hesab edirdi. Özünü, təklif etdiyi və namizədliyində təkid etdiyi insanın ucbatından ölkədə dövlət və cəmiyyət üçün təhlükəli proseslərin başlanmasında günahkar bilirdi».
A. Qromıko təqaüdə gedərkən demişdi: «Yakovlev və Şevardnadze – o adamlar deyil, onlar Qorbaçovla bir yerdə hara gedə bilər?».
«Mən Yeltsinə acımıram, özü görmüşdü, iki il Siyasi Büronun iclaslarında elə bil ağzına su almışdı…sonra isə həyəcanlı cıxış etdi. Bu, arxadan vurulan zərbə adlanır. Bununla bərabər, Qorbaçovun Yeltsinin üzərinə qaladığı təqiblər və qovmalar məni iyrəndirir. Bu, mətbəx rəftarıdır. Təəssüflər olsun ki, mənim baş katibliyə irəli sürdüyüm və indiki Qorbaçov – tamamilə müxtəlif adamlardır.
Burada Andrey Qromıko bərkdən, heyrətamiz dərəcədə şəraiti dəqiq əks etdirən aforizm söylədi:
– Hökmran papağına Senka yaraşmadı, yaraşmadı Senka!». Bu, Ant.Qromıkonun xatirələrindəndir.
A.Borovik yada salır: «Biz Buş və Qorbaçov haqqında «İkili portret» düzəltmək istəyirdik. Mən Qorbaçova zəng edib dedim: Mixail Sergeyeviç, bax biz «İkili portret» düzəltmək istəyirik: siz və Buş, iki keçmiş prezident. Siz razı olarsınızmı? O, bir dəqiqə fikirləşib dedi: Artyom, sən doğrudanmı elə fikirləşirsən ki, Qorbaçovu ümumiyətlə kiminləsə müqayisə etmək olar? O, tamamilə buna inanırdı: mən necə cürət edib ona, totalitarizmin və kommunizmin dağıdıcısına təklif edirəm, mən, ümumiyətlə necə olur ki, onu, hər hansı bir başqa şəxslə müqayisə etmək fikrinə düşür və bunu ona təklif edirəm. O, Buşla müqayisədən imtina etdi və, mən başa düşəni, müasir aləmdə özünə bərabər ikinci bir adam görmədiyini bildirdi».
Və burda Qorbaçov haqlıdır. İkinci belə «zülmət knyazı» tapmaq çətindir. İvan Passerin «Stalin» adlı amerika filmində belə bir epizod var: sürgündə, Cuqaşvilinin şəxsi işi ilə tanış olanda aşkarlanır ki, onda fiziki nöqsan var – ayağının iki barmağı bitişikdir. Komisiya üzvlərindən biri bunu – «İblis damğası» - kimi qeyd edir. Eynilə belə «İblis damğası» Qorbaçovun başında vardır. Onun Bakı «qoçaqlığından» sonra bu, qan rənginə çalır. A.Karaulov yazır: «Aktyor Andrey Myaqkov – yaxşı rəssamdır. O, ziyalıların Qorbaçova tam inandığı 86-cı ildə bir şəkil çəkmişdi: Xristos venalarını kəsir və Qorbaçovu qanla «damğalayır ki, onun kommunistlərlə mübarizəsi uğurlu olsun, hər tərəfdən Qorbaçova doğru əcayib sifətlər – Lenin, Trotski, Stalin, Beriya və b. – cumur.
92-ci ildə, artıq istefa verdikdən sonra Qorbaçov, Oleq Nikolayeviç Yefremovun Bədii teatrın yenicə açılmış restoranında bayram edilən ad gününə baş çəkir.
Birdən İya Savina – Mixail Sergeyeviç, siz bilirsinizmi ki…- oxuya-oxuya deyir – bizim Andrey Vasilyeviç… rəssamdır və onda…sizin portretiniz vardır.
– həə…? – Qorbaçov təəccüblənir.
– Baxardıq də, - Raisa Maksimovna deyir.
Myaqkov söz Verir: göstərərəm.
Bir il keçir. Telefon zəng edir.
– Andrey Vasilyeviç… nə oldu, biz gözləyirik…
– Bağışlayın, bu kimdir?
– Raisa Maksimovna.
– Hansı…Raisa Maksimovna?
– Qorbaçova.
Myaqkov rublevsk daçasına gedir. Şəkili bağışlamaq istəyir.
Mixail Sergeyeviç yüksək əhval ruhiyədə idi– Biz hələ baxmayacağıq, əvvəlcə qəhvə içək.
Qəhvə gətirdilər. Bəs şəkil – odur, ağ parçaya sarınmış halda divanın üstündədir.
– Mixail Sergeyeviç, açım?
– Bu saat, bu saat.
Qorbaçov və Raisa Maksimovna kresloda oturdular.
– Ver gəlsin!
Qorbaçov görəndə ki, Xristos qanı axa-axa onun alnına toxunur, daşa döndü.
– Sən… bu nədir, istəyirsən… deyəsən… Allah yaramazlıq damğası vurur – beləmi?
Myaqkov donub qaldı:
– Mixail Sergeyeviç, Siz nə danışırsınız…
– Necə yəni, – Qorbaçov onun sözünü kəsdi – mən ki, görürəm!».
Myaqkov nahaq donub qaldı – Qorbaçov bu şəkili öz daxili aləminə uyğun olaraq qəbul etmişdir. Qorbaçov kimi adamlarda ilk reaksiya çox əhəmiyətlidir. O, adətən səmimi olur. Sonra o fikirləşəcək və uyğun rəyə gələcəkdir…». Bəli, bunların hamısı onun haqqındadır.
Yeri gəlmişkən, belə əxlaq, SSRİ eks-prezidentinin təkcə öz məğzinin əksi deyil, həm də SSR İttifaqının siyasi elitasının əxlaq normalarının diktəsi idi. Nəhəng və son dərəcə mürəkkəb«Yuxarıya yol», o zamankı şərt və şəraitdə yol gedənin özünün də transformasiyasını nəzərdə tutur və güman edirdi. Yalnız ayrı-ayrı fərdlər bu məsafəni keçə və necə var qala bilərdi. Qorbaçov bu fərdlərə aid deyildi. Lakin onu alçaldanda o, çox vaxt nəinki «öz xaçını» necə lazımdı aparırdı, həm də məğlubiyəti belə hallarda mümkün qələbəyə çevirmək üçün əlavə xal da qazanmağa çalışırdı. Qorbaçov özünün bu istedadını 1984 ilin yazında, K.Çernenko siyasi Olimpə qalxdığı zaman, göstərməli oldu. İ.Zemtsov yazırkı o zaman, siyasi oyunların Moskva qaydalarına uyğun olaraq, baş rol ona ayrılmışdı. Məhz ona, «Çernenko ilə qarşılıqlı mübarizədə alçaldılmış və devrilmişə təklif edilmişdi ki, öz rəqibini Ali Soverin Rəyasət heyətinin növbəti Sədri elan etsin. O da bunu, 11aprel 1984 ildə Ali Sovetin hər iki palatasının birgə iclasında etdi. Qorbaçov xoşagələn baritonla (güman edilməlidir ki, xidmət göstərməyə hazır olduğunu vurğulamaq xatirinə), yüngülcə əsəbi halda (görünür səsi, vəziyyətin birmənalı olmamasından narazılığı biruzə verirdi) Çernenkoya «kommunizm uğrunda sınanmış və möhkəm mübariz» kimi mədh oxudu. Və – bunu ilk dəfə edirdi – onu «görkəmli xadim» adlandırdı.
Yeri gəlmişkən, Mixail Qorbaçovun özü, praqmatik olaraq bir siyasi məqsəddən digərinə yan almış, insan ləyaqəti, vicdan və sədaqət kimi «xırdalıqlarla» heç vaxt hesablaşmamışdır. Məsələn, o çətinlik çəkmədən tabeliyində olan insanları alçalda bilər, dostlarını «təhvil» verər və ya tərəfdarlarına xəyanət edə bilərdi… Nə etmək olar, bumeranq, məlumdur ki, qayıtma xassəsinə malikdir. SovİKP MK Baş katibinin özü də alçaltma badəsindən dadmalı oldu. «Novaya qazeta» yada salır ki, 1991 ilin dekabrında Yeltsin, Qorbaçovla onun SSRİ prezidenti vəzifəsindən getməsi şərtləri barədə danışmışdı. «hesabladılar: yanvarın 7-8-i üçün o
tələsmədən, ləyaqətlə iş otağını, hökumət mənzilini və dacanı tərk edir.
Yeltsin hər şeyə – təqaüdə,müşayiət maşınına, ZİL-ə və s. – söz verir. Yalnız bir anda gözlənilmədən höcətləşdi: «Əgər siz heç bir pis iş görməmişsinizsə, sizi mümkün hüquqi məsuliyətdən azad etmək nəyə lazımdır?». Qorbaçov, centlmenlərin müzakirəsi üçün bunun əhəmiyətsiz, sırf sxolastik məsələ olduğunu dərk edərək, razılaşdı və öz istefasına qol cəkdi.
Amma artıq bir neçə gündən sonra, əmlakın siyahıya alınması və ümumiyətlə – 24 saata – çıxıb getməsi üçün onun evinə nümayəndələr gəldi. Keşikçilərin ev sahibini gözləmək, qanunauyğun hərəkət etmək – axı orda Qorbaçovun şəxsi əmlakı da var – xahişi kömək etmir… Ailənin əşyalarını meydançaya çıxarırlar. Fövqəldövlətin dünənki prezidenti, onu da tərk etməli olduğu daçada gecələyir. O, sabah axırıncı görüşünü keçirməlidir – yaponlarla. Səhər 8.50-də Kremlə yaxınlaşır. Maşındakı telefonda zəng olur: «Mixail Sergeyeviç, Yeltsin, Poltoranin, Burbulis və Xasbulatov sizin iş otağınızdadırlar. Artıq, bağışlayın, bir şüşə konyak ötürmüşlər. Bəlkə, siz buraya girməyəsiniz?» Qorbaçov xahiş edir ki, onun üçün hər hansı bir otaq tapsınlar ki, söz verdiyi görüşü keçirtsin. Yaponlarla üçüncü mərtəbədə, inzibatçının iş otağında görüşür və dərhal gedir – bu dəfə həmişəlik.
Bir neçə aydan sonra qüdrətli Qaydar ölkəni pulsuz qoyur. Qorbaçov hökuməti tənqidlə çıxış etdi. Bu barədə nə fikirdə olduğunu dedi. Demək olarki, elə həmin anda Yeltsinin qərarı çıxdı: «… maliyyə akademiyasına çevirmək, Qorbaçov fondunun binalarını tutmaq» və s. Səhər,işçiləri fondun Leninqrad prospektindəki, iki – milis və jurnalistlərlə – həlqəyə alınmış binasına buraxmadılar. Moskva milisinin o zamankı rəisi Muraşev qorbaçovçuların arasında gəzişib, pıçıltıyla üzr istəyirdi. Axırdan axıra min metr tutmağa icazə verdilər: qorbaçovçuları içəri buraxdılar, dərhal onların gözü qarşısında «lazımsız» dəhlizləri fanerlə bağladılar və kommersiya qiymətləri ilə kirayə haqqı ödəmələrini tələb etdilər. M.S.-dən keşikçilərin götürülməsini, ZİL-in, telefonların geri alınmasını, ona tibbi xidmətdən imtina edilməsini və s. deməsək də olar.
Sonralar, «Novaya qazeta»nın yazdığı kimi, Rusiyanın prezidenti kiçik sancmalar taktikasını seçdi. Klassik misal: Qorbaçov Piterə gəlir. Sobçak isə dərhal nədənsə şəhərdən çıxır… Qorbaçov-fond çox da ciddi olmayan xahişlərlə Moskva meri Y.Lujkova müraciət edir. O, intizamlı surətdə bu xahişləri nədənsə hökumətə göndərir, oradan da həmişə başdansovma cavablar alınırdı. Yeri gəlmişkən, bir dəfə «Yeltsin özü şəxsən Qorbaçovu yada salır və sələfinin həyat şəraitini yaxşılaşdırır. İş ondadırki, B.Y.-nin qərargahında istefa hallarında prezidentə zəmanət barədə tərpəşmə
başlamışdı. O anda Qorbaçovun təqaüdü 4 dollar təşkil edirdi; Rusiyanın prezidenti, təsəvvür edin, bunu qeyri kafi, əslində təhqiramiz hesab etmiş və özünün inqilabi ədası ilə onu ağlasığmaz dərəcədə – 150 dollara qədər – artırmışdı, belə ki, indii SSRİ-nin keçmiş prezidenti bəzi tutulmalardan sonra 3000 rubl alır».
Belə-belə işlər, necə deyərlər, hərənin özünə görə.
Sonda, bütün yuxarıda deyilənlərə əsasən, bir, lakin başlıca suala cavab vermək istərdik: Azərbaycanın qarabağ probleminin ədalətli həllinə belə bir siyasi paylaşmada, Qorbaçovun, Yeltsinin, o illərin siyasi bomondunun, sovet və rusiya KİV-lərinin, elm və mədəniyyətin aparıcı xadimlərinin, sovet və rusiya ordusunun, xüsusi xidmətlərin və s. Azərbaycana belə münasibətində, heç olmasa hər hansı bir şansı var idimi?
Sual, əlbəttə, ritorikdir.
Məlumdur ki, istənilən, o cümlədən siyasi şəraiti, modelləşdirmədə ən mühüm hissə «fon səs-küyündən» azad verilənlər bazasıdır. Yalnız belə verilənlər bazası olduqda baş verən proseslərə adekvat istənilən modelləri sıraya düzmək olar. Kibernetikadan o da məlumdur ki, aşkarlanmış kəmiyyətlər tədqiq olunan prosesi nə qədər dəqiq təsvir edərsə, korrelyasiya əmsalı o qədər yüksək olar, yəni qurulmuş model o qədər dəqiq olar. Yuxarıda ayrılan «qəhrəmanlardan» başqa mərkəzdən qarabağ prosesinə hiss olunan qədər təsir edəcək başqa bir müxtəlif planlı xadimlər tapmaq çətindir.
Yuxarıda göstərilən mövqelərə görə qurulmuş modelin özü isə, zənn edirik, heç kəsdə şübhə doğurmur – Azərbaycanı mənəvi və fiziki məhv etmək və Dağlıq Qarabağı ayırmaq.
3500 il bundan əvvəl Misirdə qəflətən günün günorta çağı, bir müddət davam edən zülmət qaranlıq çökdü. Vaşinqtonun Smitsono institutunun alimləri bu hadisənin sirrini açdılar. Hadisəyə səbəb, Egey dənizinin Tir adasındakı Santorin vulkanının püskürməsi olmuşdur. Tirin nəhəng buludları, vulkan külündən kütlələr Misiri örtmüşdü. O vaxtdan «misir qaranlığı» ifadəsi işlənməkdədir.
«İblis damğalı» adam – Qorbaçov – Azərbaycana oxşar qaranlıq gətirdi. Həmin qorbaçov zülmət qaranlığında Azərbaycana qarşı hər növ şər işlər törədildi.
Və bütün bu şər işlər, başqa respublikalara nisbətən belə demək olarsa, ən düzgün, SSRİ tərkibində həmişə ittifaq fonduna aldığından çox verən və ən çətin vaxtlarda öz borcuna həmişə sadiq qalan respublikaya münasibətdə baş verdi.
Məhz bu respublikanın, onun neftinin, neftçilərinin, neft emal
edənlərin səbəbinə SSRİ və, təbii ki, Avropa faşizmlə mübarizəyə davam gətirdilər. Bütün Avropa nefti, Bakı neftindən başqa, alman faşizminin maraqlarına xidmət edirdi. Faşistlər Rumıniya, Albaniya, Polşa, Macarıstan, SSRİ (Maykop və Qroznı) neft mədənlərini işğal etmişdilər və təkcə Bakı, faşizmlə mübarizədə haqq işinə xidmət edən bütün neftin 90%-ni vermişdi.
Müəllifin, SSRİ-nin o illərdəki bütün neft təsərrüfatının göstəricilərinə əsaslanan axırıncı tədqiqatı, birmənalı tərzdə göstərir ki, azərbaycan nefti olmasaydı, SSRİ müharibəni uduzardı və bu səbəbdən də Avropa bütövlükdə faşistlərin əsarəti altında olardı.
Və ümid etmək istərdik ki, yeni tarixdə azərbaycan xalqı özünə qarşı bu münasibəti uzun müddət yadda saxlayacaqdır.
Və, başlıcası, düzgün nəticə çıxaracaqdır.