Postsovet dövründə Azərbaycanın başına gələnləri dürüst qiymətləndirmək üçün,məlum hadisələrdən qabaq ölkəmizin nə vəziyyətdə olduğunu yada salmaq lazımdır.

Qeyd edək ki, Azərbaycan həmişə ümumi daxıla, o vaxtlar deyildiyi kimi, aldığından çox verməklə SSRİ üçün heç bir problem yaratmamışdır. Bura, keçmiş SSRİ-də ən sakit region olmuşdur. Respublika dəfələrlə İttifaqın hər növ mükafatı ilə mükafatlandırılmışdı. Onun əhalisinin böyük əksəriyyəti əməkhaqqı ilə dolanırdı və burada orta yaşayış həddi Gürcüstan və Ermənistandakından aşağı olmuşdur. Azərbaycanda ət və yağa məhdudiyyət qoyulduğu, talonla paylandığı bir zamanda Tiflis və Yerevan mağazalarında bu məhsullar sərbəst satılırdı, yəni qonşu respublikaların mərkəzlərinin təchizatı həmişə Bakınınkından yaxşı olmuşdur.

Azərbaycan keçmiş SSRİ-nin ən qonaqpərvər və xeyirxah guşələrindən biri olmuşdur. Müxtəlif respublikaların burada keçirilən mədəniyyət gynlərinin, ümumittifaq tədbirlərinin, beynəlxalq yığıncaq və seminarların idman yarışlarının və s. sayı- hesabı olmamışdır.Müxtəlif milliyətli insanlar mədənlərdə, zavod və fabriklərdə, əkin sahələrində çiyin-çiyinə işləmişdir. Azərbaycanlılar müxtəlif millət və xalqların burada yaşayan nümayəndələrinə həmişə isti münasibət bəsləmişlər. Əslində, o illər SSRİ-də yaşamış orta və böyük yaşlı nəsil adamlarının yadına,yəqin ki, adi həqiqəti catdırmağa lüzum yoxdur. Bakı müxtəlif millətlərin nümayəndələrinin birgə və mehriban yaşamalarının əsl nümunəsi idi. Məsələn, o illər ermənilər Bakı əhalisinin 25%-indən az deyildi, hökumət orqanlarında işləyən nümayəndələrinin payı isə daha artıq faiz təşkil edirdi.

Rusların demək olar ki, hamısının Ermənistanı tərk etdiyi halda, Azərbaycandan bir rus ailəsi belə getməmişdi. Onlar, burada məskunlaşmış bir çox başqa millətlərin nümayəndələri kimi artıq bu ölkənin əsl vətəndaşına çevrilmişdilər. Onlar bu diyarda heç də arzuolunmaz və ya müftəxor, artıq və ya biganə insan deyildilər. Rusiyanın Azərbaycandakı keçmiş səfiri A.Bloxinin sözləri ilə tam razılaşmaq olar ki: «rus adamları Azərbaycanda heç vaxt özgə hesabına yaşamamışdır. Zənn edirəm ki, ən qatı bədxahlar belə inkar etməz ki, onların bacarıq və talantı həm keçmiş sovet respublikası, həm də indiki müstəqil Azərbaycan dövləti üçün az önəmli olmamışdır. İdeal halda biz rusiyalılar istərdik ki, bizim bütün həmvətənlərimiz Azərbaycanın yeni şəraitinə uyğunlaşsınlar və özlərini yerli əhali kimi mənən rahat hiss eləsinlər».

Şəksiz ki, respublikada mühüm sosyal problemlər olmuşdur. Lakin bunlar respublikanın bütün regionlarında olmuş, DQMV-də isə Azərbaycanın başqa regionlarından az hiss edilmişdir.

DQMV-də sosyal problemlər SSRİ-dəki orta vəziyyətlə bir, Ermənistandakı vəziyyətdən isə yaxşı olmuşdur (cədvəl)

 № 
   Adı   
   AzSSR   
   DQMV   
   SSRİ   
   Erm.SSR   
xəstə carpayısı ilə təminat, 10 min nəfərə
97,7
10,7
130,1
86,2
2
bütün ixtisas həkimlərilə təminat,10 min nəfərə
38,4
29,1
42,7
38,6
3
orta tib personalı ilə təminat, 10 min nəfərə
93,5
122,7
114,7
93,5
4
kütləvi kitabxanaların sayı, 10 min nəfərə
6
13
4,8
4,1
5
klubların sayı, 10 min nəfərə
5
15
4,8
3,8
6
kino qurğularının sayı, 10 min nəfərə
3
11,2
5,4
2,9
7
uşaqların əhatəsi üçün məktəbəqədər müəssisələr (uyğun yaşlı əhalinin sayına görə, %-lə)
20
35
57
39
8
birinci növbədə məşğələ keçən şagirdlərin sayı (şagirdlərin sayına görə %-lə)
74,3
92,5
78,2
87,8
9
1 sakin üçün mənzil fondu (kv.m), o cümlədən:
10,9
14,6
14,9
13,7
9a
şəhər yerlərində
12,2
14,6
14,3
13,1
9b
kənd yerlərində
9,2
14,6
16,1
15,0

Ermənistan kinostudiyasının Qarabağ hadisələrindən bir neçə ay əvvəl nümayiş etdirdiyi, Yerevanın 30 km-liyində yerləşən qəsəbədəki dəhşətli yoxsulluğu göstərən sənədli filmini yada salaq.

Və budur, Qorbaçov yenidənqurması gəldi.

Qorbaçovun xeyir-duası ilə, birinci olaraq ön səhnəyə korrupsiyaya qarşı məşhur «mübarizlər» Qdlyan və İvanov çıxdılar.

Dostoyevski yazırdı ki, «rus xalqının ali və ən səciyyəvi xüsusiyəti ədalət hissi və ona can atmasıdır». Kommunistlər özlərinin bütün hakimiyət dövründə bax elə bu hissi istismar etmişlər. Qdlyan da bundan istifadə etdi.

Sovet hökumətinin ideoloqları uzun illər boyu, daxili və xarici siyasətin praktiki bütün sferalarında, düşmən obrazı uydurub tətbiq etmişlər. Otuzuncu illərdə bu «xalq düşmənləri» və vaxtilə «həkimlərin işi» və ya «şaxta işi» ilə məşhurlaşan ziyankarlar idisə, Qorbaçov dövründə «özbək məsələsi» kimi hay-küylü əməliyatlar başlandı. Bunlara geniş miqyasda iri küçə açmaqla, süni olaraq dövlət əmlakını dağıdanlar obrazı yaradırdılar. Belə aksiyaların təşəbbüsçülərinin təbirincə desək, guya həmin obrazlar ölkənin iqtisadi inkişafına mane olurdular. On milyonlarla insanlarda belə təsəvvür yaranırdı ki, bu biabırçılıq qurtaran kimi ölkədə firavanlıq hökm sürəcəkdir. Belə siyasətin obyekti kimi çox vaxt «qafqaz milliyətli şəxslər», bəzən isə orta Asiyadan olanlar seçilirdi.

Xalq deputatlarının birinci qurultayında uraldan olan deputatın hiddətli çıxışını yada salaq. O məlumat verirdi ki, onun diyarının fəhlələri imkanlarının yüksək həddində işləyir, lakin « özbək məsələsi» hələ də açılmamışdır. Sonra onun coşqun, pafosla dediyi «Halal pullarımız görün hara gedir!» sözləri gurultulu alqışlarla qarşılanmışdı. Demək lazımdır ki, bu gebbels modeli yaxşı işləyirdi: sadə rusiyalıya onun «halal pullarının hara getdiyi aydın olur və eyni zamanda müsəlmanlara qarşı ədavət yaradırdı. Düşmənçilik yarat və hökm et - müstəmləkəçilik həyat tərzinin növmüxtəlifliyidir.

«Özbək məsələsi» barədə mətbuat və o zamankı Mərkəzi telegörüntülər şeypur çalırdı.

«Pravda», «Sobesednik», «Komsomolskaya pravda», «Nedelya», «Moskovskiye novosti», «Arqumentı i faktı», «Trud», «Smena», «Krestyanka», «İzvestiya» və başqalarında antimüsəlman yönümlü ifşaedici məqalələr çıxırdı. Zəncirvari reaksiya başlandı, Matfey effekti peyda oldu: tez-tez işlənən sözlər daha da tez-tez işlənir, böyük şəhərlər daha tez böyüyür və s. Qorbaçovun fitvası və Qdlyanın məharəti ilə açılmış, açıq-aydın antimüsəlman xarakteri daşıyan «özbək məsələsi» xalqa olmazın müsibətlər gətirdi.

Özbəkistanın prezidenti İslam Kərimovun sözlərinə görə təkcə Qoşqardərya vilayətində 1650 nəfər həbs edilmişdi. İ.Kərimov «özbək məsələsi»ni özbək xalqının soyqırımı adlandırmışdı.

A.Karaulovun «Qdlyan və İvanovun təşkil etdikləri məhkəmə prosesləri sizə otuzuncu illəri xatırlatmırmı?» sualını cavablandıran məşhur vəkil Reznik olduqca dəhşətli rəqəm dilə gətirdi: «özbək məsələsi» üzrə 1984-cü ildə 27000 adam həbs edilmişdi.

İ.Kərimovun sözlərinə görə Özbəkistanda Qdlyanın dəstəsini «desantçılar» adlandırırdılar.

Qdlyan və İvanovun işləyib hazırladığı korruümplaşma sxeminə görə (yeri gəlmişkən, sistem tərtibatına görə pioner plakatı səviyyəsində yerinə yetirilmişdi) «özbək məsələsi»ndə SovİKP MK-nin Siyasi bürosu, SovİKP MK, Özbəkistan KP MK-nin bürosu, Özbəkistan KP MK və vilayət partiya komitələri, İttifaq idarələrinin, Moskvanın rəhbərləri,SSRİ və Özbəkistanın hüquq mühafizə orqanları, sovet orqanları və s. Bir sözlə, Baş katib L.Brejnevdən tutmuş DİRŞ rəisi A.Daudova qədər cəmi 200 nəfər. Milli baxımdan bu siyahının 90%-i müsəlmanlar idi, burada ruslar, yunanlar, gürcülər də vardı, lakin…bir nəfər də olsa erməni yox idi. Yuxarıda adları çəkilən təşkilatlarda 1000-dən çox erməni işləyirdi ,lakin Qdlyanın fikrincə onların içərisində heç bir nəfər dəolsa korrupsioner yox idi. Bununla bərabər, Qdlyan və İvanovun sxemi üzrə,təkcə bir Azərbaycanlı – Qaz sənayesi naziri S.Orucov korrupsionerlər siyahısına salınmışdı, halbuki o görkəmli mühəndis idi və həmişə həm kreml oyunlarından, həm də özbək pambığından uzaq olmuşdur. Əgər Qdlyan və İvanov ehtimal nəzəriyəsinin əsasları ilə tanış olsaydılar, təəccüblə aşkar edərdilər ki, hadisələrin belə üst-üstə düşməsi—mindən heç, birdən bir—xəyaldan başqa bir şey deyildir. Hadisələrə uyğun parametrləri yerinə qoyaraq və statiki sınaq üsulu ilə uyğun modeli kompüterdə milyon dəfə «çək-çevir» etsək, bir dəfə də olsa Qdlyanın təklif etdiyi gedişata rast gəlmərik. Hadisələrin belə üst-üstə düşməsi iyulda qar yağması ehtimalı ilə analojidir.Qdlyan və İvanovun «memuar»larında iki erməni soyadı xatırlanir: SSRİ prokurorluğunun işçisi Karakozov və Özbəkistan DTK-nin sədri Melkumov, lakin onlar, əlbəttə Qdlyanın fikrincə – korrupsiyaya qarşı fəal mübarizlərdir.

Jurnalist S.Peres öz kitabında xatırlayır ki, o günlər «Plotnikov döngəsindəki restoranda şam yeməyi zamanı Nişanov Vəzirova pıçıldayırdı ki: « Sən başa düşürsən? Bizi respublikalarda milli problemlərəilişdirmək istəyirlər. Bax götür «özbək məsələsi»ni. Bizdə milis dəstələri və başqa orqanlardakı zabitlərin ən azı dörddə biri ermənidir. Amma Qdlyan onların arasında bir nəfər də olsun taqsırlı tapmamışdır. Özbəklər, aydındır, ruslar da var, hətta yəhudilər…Əslində bu belə deyildir. Hamı da bunu bilir. Bax qazan qaynayır. Məgər bu yenidənqurmadır? Nəticədə biz respublikalarda öz problemlərimizlə məşğul oluruq, mərkəz isə özününkülərlə, o da istədiyini edır…Axı biz bir dövlətik! Bu nə ilə qurtaracaqdır?...»

Bu işin başqa gizli məqamı da var idi. Müttəhim Y.Çurbanovun ifadəsində baxın nə deyilir: «Yəqin ki, hiss edirsiniz niyə onlar Özbəkistandan başladılar və işləmək üçün sizə gen-bol imkan yaratdılar? Kim köhnə meydanda bu pambığa və şişirdilmiş rəqəmlərə himayədarlıq edirdi? Həmin Qorbaçov—axı o kənd təsərrüfatı üzrə MK –nin katibi idi. Özbəkistanda onun necə qarşılanmasını mənə danışıblar. Təkcə o deyil, çoxları buradakı şişirtmələri ört-basdır edirdilər. Və qəflətən belə bir fəallıq göstərirlər, özbəkistanda açıq mühakimə prosesləri başlanır. Əksinə, bəlanı özlərindən kənarlaşdırırlar. Axı tez-gec bunların üstü açılacaqdı. Odur ki, nə qədər hakimiyyətdəyik bunu özümüz, öz nəzarətimiz altında etsək yaxşı olar. Təkcə özbəkləri taqsırlandıraraq özümüz təmiz qalaq!? İndii Kim barmağı ilə Qorbaçovu göstərər? Bəli, heç kəs cürət edə bilməz…». Qorbaçovun «özbək məsələsi»ndə əli olduğunu SSRİ Ali Sovetinin deputatları Yarin və Qolik kütləvi informasiya vasitələrində və telegörüntülərdə tez-tez deyirdilər. Sonralar hər ikisi birdən susub bu barədə danışmadılar. Görünür Qorbaçovun əhatəsi onlara yol tapa bilmişdilər.

Rus kommunisti Suslovun qərblə başladığı ideoloji qarşıdurma hərbi qarşıdurmayadək böyüdü və SSRİ-na o zaman 200 milyard manata başa gəldi. E.Şevardnadze SSRİ XİN-ə rəhbərlik edərkən demişdi: «Xarici işlər nazirliyinə gələrkən mən uyğun materiallarla tanışlıq ixtiyarına malik oldum və öyrəndim Ki, təkcə axırıncı iki onillikdə qərblə ideoloji qarşıdurma hərbi qarşıdurma xərclərinə 700 milyard manat əlavəyə səbəb olmuşdu. Bu ABŞ və Qərblə hərbi paritetə nail olmaq üçün tələb olunandan artıq idi ». Bu vəsait də rus kommunisti Suslovun vicdanına yazılmışdır.

Əfqan müharibəsi bu pulların 60 milyardına başa gəldi.

4 il ərzində Moskva ətrafında generallar üçün hər biri 650-700 min dollar dəyərində şəxsi bağ evi tikilmişdi, halbuki o zaman generalın aylıq maaşı hansısa 280-300 dollar təşkil edirdi. «Özgə torpağının bir qarışını istəmirik, lakin öz torpağımızın bir verşokunu da vermərik». Vaxtı ilə Demyan Bednıya məxsus olmuş, sonralar isə Budyonnının istila etdiyi ərazidə rus generalları cəld, hər birinin milyon dollara yaxın dəyəri olan kottec tikdirdilər.

L.Tolstoy demişdi: «Rütbə, rubllar, vəzifə». Zaman öz əlavəsini etdi - dollarlar. Rusiyanın tarixində generallar heç vaxt bu qədər «qənimət» əldə etməmişdi. Y.Andropov ölkədə qayda-qanun yaratmağa başlayanda (hərbi-inzibati sistemdə bunun xeyri yox idi) o təkcə şişirtmələrdən danışmırdı, o ki qalsın təkcə pambıqdan.

Göstəricilərin şişirdilməsi onlarla iqtisadi cinayətlərdən birinin növmüxtəlifliyi sayılırdı.

Qorbaçov isə öz erməni əhatəsinin öyrətməsi ilə şişirtməni və onunla əlaqədar olan korrupsiyanı kənd təsərrüfatı sahəsində, daha müxtəsər desək pambıqçılıqda, iqtisadi cinayətin əsas və yeganə növü olduğunu elan etdi. Etiraf etmək lazımdır ki, bu, kütləvi şüura dərin yeridilmək üçün hesablanmış incə bir oyun idi: belə cinayətləri aşkar etmək və əhaliyə nymaüiş etdirmək asandır. Pambıqçılıqla məhz müsəlman respublikalarının məşğul olması da az əhəmiyyət kəsb etməyən durum idi. Xalqa həqiqəti: əmək məhsuldarlığının artmamasını, avadanlığın 70 %-nin köhnəldiyini, büdcənin yarısını hərbi xərclər təşkil etdiyini, daha doğrusu kommunist sisteminin dağılmağa doğru getdiyini demək olmazdı ki. Burada isə təcrübədə, ən əyani surətdə Xruşşovun məlum deyimi nümayiş etdirilirdi: SSRİ-də heç olmasa bircə gün oğurluq etməsəydilər, çoxdan kommunizmə gəlib çıxardıq.

Faktlar var, miqyas var, ifaçılar var, «pula satılmayan və mərd» qayda-qanun güdənlər var və nəhayət, bütün SSRİ-ni xəbərdar edən güclü təşviqat apparatı var. Vəziyyəti nümayiş etdirən təşviqat modeli belə idi və o bir gün ərzində az qala 24 saat yeridilirdi.

Şişirtmə faktlarını inkar etmədən qeyd etməliyik ki, əsas cinayət növü hər halda başqa idi. Dövlət plan komitəsində, mərkəzdəki və yerlərdəki statistika idarələrində on minlərlə adamlar birindən alırdılar, başqalarına əlavə gdirdilər, qiymətləri dəyişir, cürbəcür əmsallar uydururdular və s.bütün iqtisadiyat yalan artırma (şişirtmə)-mafioz xarakter daşıyırdı. Sovet iqtisadiyatı elə qurulmuşdu Ki, praktik olaraq heç bir istehsal sahəsi şişirtməsiz işləmirdi.

Şişirtmə keçmiş SSRİ-nin bütün respublikalarında özünə yer eləmişdi. Lakin, bütün bu iqtisadi özbaşınalıqlardan yalnız «pambıq» işi seçilib ayrılmışdı. Zaman hər şeyi öz yerinə qoydu, qdlyançıların belə dağıdıcı basqınına məruz qalan Özbəkistan hər il 6,5 milyard dollarlıq məhsul ixrac edir və Avropanın ən yaxşı banklarında milyard dollardan çox dəyərə malik qızıl saxlayır. Amma sovet dövründə, İ.Kərimovun kədərlə xatırladığı kimi, Özbəkistan 30 % yardım alan respublika idi. İ.Kərimov deyir ki, o,Özbəkistan Dövlət plan komitəsinə başçılıq etdiyi zaman vaxtının çoxunu SSRİ Dövlət plan komitəsinin dəhlizlərində respublika üçün ət «qoparmaq» üçün sərf edirdi.

«Özbək məsələsi»nə qayıdaraq yada salaq ki, rəsmi məlumata görə vurulan ziyan bir neçə on milyon rubl təşkil edir. Çox da tam olmayan hesabdamalara görə «Özbək məsələ» si xalq deputatları qurultaylarında, 500 dəfədən çox mətbuatda və telegörüntülərdə qeyd olunmuşdu, lakin yuxarıda göstərilən «qəhrəmanlıqlardan» cəmi bir neçə dəfə danışılmışdı. Necə deyərlər, heç zaddan hay-küy yaradılmışdı.

Qızıl sikkələr, üzüklər və pullar qalağı fonunda «Qdlyan və kompaniyası» adlı uydurma, lakin effektli kadrlar mərkəzi nəşriyatlarda səciyyəvi şəkillərdən biri kimi çap edilərək zəhlətökənliklə camaata çatdırılırdı. Sonralar məlum oldu ki, bu qiymətli əşyalar mühakimə olunanlərın hətta uzaq qohumlarından da alınmış imiş.

«Özbək məsələsi»ndən sonra SovİKP MK-nın komisiyası Vəzirovun fəal iştirakı ilə Azərbaycanda pambıq işlərini yoxlamağa başladı, lakin az-çox əhəmiyətli bir şey tapmadı.

Bununla əlaqədar olaraq «Şamxor məsələsi» adlanan (şəhər indi Şəmkir adlanır) və SSRİ DİN-nin ən mühüm işlər üzrə baş müstəntiqi Anatoli Lıskovun başçılıq etdiyi briqadanın baxdığı iş üzrə «orijinal» vəsait nümayiş etdirilmişdi. «Komsomolskaya pravda» qəzetinin müxbiri A. Nikitinski yazırdı: «sovka» əməliyatı Şamxorun firma sirri idi, heç kəs güman etmirdi ki, müstəntiqlər bu, çətin gizlədilə bilən yeyintilərə xas olan izləri buraxmadan görülmüş işin üstünü aça bilsin. Lakin istintaq briqadası 1979-1982-ci illərdə Şamxor məskunlarının əli ilə yığılan pambıq qurdlarının sayını hesablamaq qərarına gəldi. Məlum oldu ki, hər hektara düşən ziyankarların hesabat cədvəllərində göstərilən sıxlığı həmin illər ərzində bir qram da olsun pambıq yığılmasına imkan verməzdi: sovka pambığı tər-təmiz yeyərdi.

Arxiciddi sənəd olan ittihamnamədə gözlənilmədən gülüş notası səslənir, Lıskov yazır: «əgər guya tarlalardan yığılmış üç santimetrlik qurdları bir xət üzrə düzsək, onda xəttin uzunluğu 1979-cu ildə 959 km, 1980-da 1794 km, 1981-də 4007 km, 1982-də 5109 km, tam 4 ildə isə 11min 869 km olardı, axırıncı rəqəm Şamxordan Bakıya qədər olan məsafədən 37 dəfə çoxdur. Guya sovka yığımına görə kimə gəldi yazılan on və yüz minlərlə pullar kolxozların xəzinələrindən keçərək yığılırdı. Lakin bu oğurluğun aralıq mərhələsi idi, sonra onlar yeni dövriyəyə buraxılırdı. Oğurluq mexanizmi kifayət qədər mürəkkəb idi, istintaq onu addımbaaddım, qəpiyinəcən izləmişdi, lakin mən onu burada qəsdən sadələşdirirəm ki, oxucunu hesablama və rəqəmlərlə yormayım.»

Cənab Lıskov dövlətə dəyən ziyanın orijinal ölcülməsini tapmışdır: «sovka-kilometr-pullar», düz deyilmi? «Şamxor məsələ»si dövlətə real olaraq nə qədər ziyan vurmuşdur? Sözü təzədən Lıskova verək: «Şamxor işindən dövlətə bütövlükdə 2,5 milyon rubl qaytarılmışdır», …arım var, arım var…

Cinayətkar və mafioz strukturlar Özbəkistanda da, Azərbaycanda da cəzalandırılmalı idilər, bu şübhəsizdir. Lakin, cinayətkar və pozğun dövlət özünə nisbətən kiçik fırıldaqçılarla mübarizə edirsə və buna müəyyən milli don geydirirsə iş başqalaşır, tamam müəyyən xarakter alır.

O zaman mütəşəkkil cinayətkarlıq və rüşvətxorluqla mübarizə üzrə 6-cı Baş İdarənin rəisi işləmiş Aleksandr Qurov «özbəkistan məsələ»si barədə görün nə nəql eləyir: «Daşkənddə, Gülabədə və başqa şəhərlərdə gördüklərim ölkənin başqa regionlarındakı vəziyyətlə heç necə uzlaşmırdı. Misal üçün, Daşkənd hər biri yerli «avtoritet»in hökmündə olan 4 zonaya bölünmüşdü. Milis orqanlarında hətta şəxsi işi rəsmiləşməmiş mafiya nümayəndələri fəaliyət göstərirdi. İfadə vermək üçün şahidləri dustaqxanaların pəncərələrindən atanlar onlar idi. Cinayətkarlar uşaqları oğurlayır, rəqiblərini muzdla aradan götürür, qətllər təşkil edirdilər.

Qdlyan o zaman nəyin haqqında yazırdısa və hər yerdə, harda gəldi nə deyirdisə bunlar mənim gördüklərimlə heç cür uzlaşmırdı. Qdlyanın bütün rüşvətxor məmurları öz qarmaqlarına ilişdirmiş cinayətkar mühitin liderləri ilə məşqul olmaması məni təəccübləndirirdi. Görünür Qdlyanın qarşısında başqa məsələ qoyulmuşdu—həddini aşmış rayon və vilayət katiblərini yerində oturtmaq. Bu da alınırdı, «ovlamağa» icazə var idi.

« Beləliklə Qdlyan əsl mafiyanın yanından ötüb kecirdi. O qiymətli əşyaları zorla alır, şübhəli adamları tuturdu. Bildiyimiz kimi bu adamları sonralar buraxdılar, onun özünə qarşı isə istintaq zamanı şübhəli üsullar işlətdiyinə görə Özbəkistanda cinayət işi açmaq istədilər. Hər bir hüquqşünasa məlumdur ki, rüşvəti postfaktum sübut etmək çətindir. Ya səmimi boynuna almaya «nail» olmaq, ya da hər hansı bir əlavə sübut tapmaq lazımdır. Mənim yadıma SSRİ DİN SƏOB-un bir təcrübəli işçisi M.Averkovun sözləri düşdü. O deyirdi: «Mən Qdlyanla işləməkdən imtina etdim, ona görə yox ki, nədənsə qorxdurdum, sadəcə olaraq insanları təhqir etməyə adət etməmişəm.

Qdlyanın Özbəkistandakı sapın Kremlə qədər uzandığını deməsi heyflər olsun ki, yüngülcə desək, sübuta yetmədi, hətta onun sürtülmüş qeyri qanuni əlaqələr sxeminin tez-tez nümayiş etdirməsi də kömək olmadı. Qorbaçov gedəndən sonra kim onun bu məsələni işıqlandırmasına mane oldu?»

Yalnız bir məsələdə Qurovla razılaşmaq çətindir: Qdlyanın qarşısında həddini aşmış rayon və vilayət katiblərini yerində oturtmaq məsələləri dururdu. Qdlyanı heç pambıq işində əli olmuş konkret cinayətkarlar da maraqlandırmırdı. Fikrimizcə hər iş dərin və qəddar düşünülmüşdü. Birinci məsələ ondan ibarət idi Ki, keçmiş SSRİ-nin müsəlman dünyasına zərbə vurulsun və ölkənin var-dövlətinin hara getdiyi, və kimin onları qarət etdiyi göstərilsin, daha doğrusu müsəlmanlarla xristianlar arasında müəyyən qarşıdurma yaradılsın. Bu, Qdlyana sözsüz ki, başlamasından çox-çox qabaq məlum olan Qarabağ hadisələri ərəfəsində Qarabağ erməniləri üçün yaxşı siyasi fon yaradırdı. Sonra, ermənipərəst mövqe tutmayan kreml xadimlərinə qara yaxmaqla onları bu işlərə «qatmaq» (məsələn, Liqaçovu) və bununla da lazım gələndə öz mövqeindən istifadə edə bilmək üçün kreml çəkişmələrində fəal fiqur olmaq. Üçüncüsü, demokratiya və xalq uğrunda mərd mübariz—erməni obrazı yaratmaq və nəhayət, əsas məqsədə – SSRİ-nin Baş prokuroru vəzifəsinə nail olmaq (artıq Moskva və Zelinoqradda «Qdlyan – SSRİ-nin Baş prokuroru » şüarı meydana çıxarılmışdı). Bundan sonra yeni pambıq turuna, bu dəfə Azərbaycanda, başlamaq (Ə.Vəzirov bir neçə dəfə bunu xahiş etmişdi) və nəyin bahasına olur olsun, H.Əliyevə qara yaxmaq.

Liqaçov Bakıya gəlib olduqca ehtiyatla erməni separatçılığını taqsırlandırmağa macal tapan kimi ona mafiyanın, və birinci növbədə Qdlyan dəstəsinin zərbələri endirildi. V.Kryuckovun yazdığı kimi Liqaçov və Yakovlevə qarşı güclü hücum başladı. Düzdür, sonralar ikincini sakit buraxdılar: «DTK-nə daxil olan materialdan Qdlyan və İvanovun ilk mərhələdə Yakovlevin də üzərinə rüşvət alma kölgəsini necə salmaq istədikləri görünürdü…düzdür, sonralar Qdlyan və İvanov bu fikirlərindən əl çəkdilər və ona dəyməməyə razılaşdılar».

Onlar niyə Yakovlevi sakit buraxdılar? Aydın məsələdir: o, birmənalı olaraq ermənipərəst mövqe tutdu.

Yəqin bilirəm ki, Qdlyan və İvanov hər haldaYakovlevi, arası kəsilmədən kreml işlərindən danışmaqla öz qarmaqlarına ilişdirmişdilər. Bu, onların adi, heç də gizlətmədikləri taktikaları idi. Onlar Liqaçova, Solomentsevə və başqalarına, hətta… Qorbaçova qarşı da belə hərəkət etmişdilər.

SSRİ eks-prezidentinin keçmişdə, uzun müddət ən yaxın adamlarından biri olan V.Boldin bu barədə görün nə deyir: «Qdlyan və İvanovun başçılıq etdiyi SSRİ Prokurorluğunun istintaq briqadası özbəkistan rəhbərliyinin işi ilə məşqul olarkən, necə oldusa ehtiyatsızlıq edib baş katibin stavropol keçmişinə toxundu. Mixail Sergeyeviç elə hiddətlənmişdi ki, o dərhal DTK-nə bu işlə məşqul olmağı və onun keçmişinin eşələnməsi ilə kimin maraqlandığını, göstərişlərin haradan gəldiyini və bunun yenidənqurma memarı əleyhinə siyasi sui-qəsd olub-olmadığını aydınlaşdırmağı tapşırdı.

Baş katib mənə də SSRİ-nin keçmiş Baş prokuroru Rekunovla danışıb Stavropolla məşqul olmaq göstərişinin Kimin tərəfindən verildiyini öyrənməyi tapşırdı. Rekunov o vaxt artıq təqaüdə çıxmışdı. Mən onu MK-yə çağırdım. Qorbaçov eks-prokuroru şəxsən dindırdı. Kim prokurorluğa onun Stavropol keçmişini eşələmək göstərişini verib? Kim müstəntiqləri oraya göndərmişdir? Bu, Çernenkonun və ya Moskva rəhbərlərindən daha birinin işi idimi? Rekunkov baş katibin maraqlarını təmin etməyib gedəndən sonra o mənə dedi: «burada mənim baş katib seçilməyimə bərk maneçilik törətmək istəyənlərin iştirakı istisna olunmur. Elə bu gün də kiməsə keçmişi eşələmək sərf edir. Hamısını araşdırmaq lazımdır. Mən sənə köhnə tanışım, daxili işlər nazirinin müavinin məktubunu vermişdim, o açıqca deyir ki, eşələmək göstərişi verilmişdir. Ona yüksək rəhbərlik sanksiya vermişdir. Mən bunu axıra çatdıracağam. Artıq Kryuçkova göstəriş vermişəm. Bir o daxili işlər nazirinin müavini ilə danış».

Oxşayır ki, sonra Qorbaçov bu «şirin cütlük», Qdlyan və İvanovla ümumi dil tapa bilmiş və ya özü onları qarmağına keçirə bilmişdi. Çox güman ki, bir yolun yolçusu olmuşdular. Bəli, biri obirisini inkar etmir.

Bu çoxpilləli modeldə, təbii ki, vaxtaşırı düzəlişlər edilirdi, lakin onun baş hədəfi – Azərbaycan, dəyişdirilmirdi. Qdlyan son məqsədinin ləzzətini qabaqcadan duyaraq Azərbaycandakı rüşvətxorluğun miqyasından danışır, H.Əliyevə cirkinliklər yağdırırdı. Öz cinayətlərinə görə həbsxanaya düşməmək üçün SSRİ xalq deputatları Qdlyan və İvanov Ermənistanın xalq deputatları oldular. Sonralar boyunlarına alırdılar ki, «ikinci mandat bizim əlavə təhlükəsizliyimizi təmin edirdi. Əgər biz mafioz-kommunist rejimli başqa cənub respublikalarından birinin deputatı olmağa cəhd etsəydik heç kəs bizi başa düşməzdi, Ermənistan – başqa işdır».

Qdlyan və İvanov özlərinə ikiqat toxunulmazlıq yaradaraq haq məhkəməsindən qaça bildilər. Özlərinin etirafına görə hakimiyyət «dilemma qarşısında qalmışdı. Ya iki konstitusiyanı –SSRİ və Ermənistan SSR konstitusiyalarını pozaraq bizim statusumuzu saymamaq, ya da bu maneədən də ötüşmək. O da var ki, maneə qanuni yolla ötüşülən deyildi. Ona görə ki, SSRİ-nin oyuncaq Ali Şurasından fərqli olaraq Ermənistanın Mərkəzi seçki komisiyası bizim cinayət məsuliyyətinə cəlb edilməmizə heç vaxt razılıq verməzdi, sadəcə olaraq qoymazdı ki, bizdən qisas alınsın. Xalq belə qərara yol verməzdi. Beləliklə baş prokuror Suxarev və onun kreml ağaları üçün daha bir başağrısı peyda oldu». Bu sətirlər N.İvanovun «Əyalətdən gələn müstəntiq» kitabındandır. Başqa sözlə onlar ikili vətəndaşlıq aldılar—Rusiyanın və Ermənistanın vətəndaşlığını.

Bu «Əyalətdən gələn müstəntiq» də təsadüfi peyda olmadı. K.Simonovun «Dirilər və ölülər» romanının qəhrəmanlarından biri – kombat İvanovun sözlərini xatırlayaq: «Yarım-Rusiya mənim soyadımla saxlanır». Cəsarətli erməni və namuslu rus əyalət adamı cütləşib rusiyalılarda unudulmaz təəsürat yaratmalı idilər. İlk vaxtlar belə də oldu. Yalnız ilk vaxtlar.

Ədalət uğrunda qızğın mübariz imicli erməni yaratmaq - erməni təbliğatının sınaqdan cıxarılmış fəndidir. «Mübariz» Qdlyanın kimliyi məlum olandan və o əslində siyasi arenadan düşdükdən sonra ön səhnəyə başqa bir həqiqət aşiqi, hərbi sirri açan və buna görə düzgün olaraq cinayət məsuliyətinə cəlb edilən Mirzoyanov çıxdı. Onun da ətrafında düzgünlük haləsi yaradıldı, lakin o tez söndü, belə ki, bu «böyük əzabkeşin» əməllərindəki cinayət aspektləri həddindən artıq aşkar idi. Mİrzoyanovun düzgünlük əsiri olmayıb, hansısa çirkli oyunda iştirakını (erməni maraqlarını güdməklə də olsa, vacib deyil) Rusiyanın eks-baş prokuroru İlyuşenko bilvasitə etiraf etmişdi. O demişdi ki, onu (İlyuşenkonu) həbs etməklə FTX onunla, Mirzoyanova bəraət qazandırdığına görə haq-hesab çəkmişdir. Mirzoyanovun Rusiyanın HSK-nə arxadan zərbə vurması KİV-də dərc olunan çoxsaylı məqalələrdən aydın oldu. Lakin bu əməllərin törədilmə səbəbləri və onun miqyası haqda FTX həmişə olduğu kimi axıracan açıqlama vermir. Sonra isə Mirzoyanov Qdlyanın marşrutu ilə «gedərək»: özünü «ifşa edən» və buna görə «ziyan çəkən» kimi göstərib o saat federal-demokrat hərəkatı tərəfindən deputatlığa namizədliyini verdi.

Georqgi Podlesskix və Andrey Tereşonok Qdlyanın mafiyanın köməyi ilə hakimiyətə can atması barədə sübutlu ifadə verirlər: «…Kryuckova haq qazandırılmalıdır. Şəxsən o Qdlyan dəstəsinin fəaliyətində siyasi və iqtisadi hakimiyətə artıq can atan cinayətkar aləmlə əlaqəni görmüşdü… Qdlyanın getdikcə artan fəaliyəti heç bir yaxşılıq vəd etmirdi.

SovİKP MK-nə və Siyasi büroya hücumda o, bir qədər təşəbbüs əldə etmişdi, pressin köməyi ilə ali hakimiyət orqanlarında fərz edilən korrupsiyanın miqyasını göstərərək ağıllarda çaşğınlıq yaratmış və xeyli hörmət qazanmışdı. İndi o Ermənistandan SSRİ deputatlığına qeydiyata hazırlaşırdı.

Kryuçkov şübhə etmirdi ki. bu qoçaq istər düzlük, istərsə də əyriliklə hakimiyətə can atırdı. Sual: onun arxasında kim durur? Kryuçkov yetişən sui-qəsdin düzgün qiymətləndirilməsinə lap yaxınlaşmışdı.axırıncı addımı atmaq üçün azacıq çatmırdı—partiya doqmasından azad olmaq. Kryuçkov vurnuxur və dövlət əleyhinə fəaliyət mərkəzinin harda olduğunu myəyyən edə bilmirdi. Belə bir mərkəz heç yox idi də. Sui-qəsd isə var idi. Real qüvvələr sui-qəsdi. Kryuçkov partiya sxolastikası səbəbindən buna real rəqib kimi yanaşa bilməzdi, -- bu, dövlətdə-- radikallarla konservatorlar arasında böyük dalaşmanı çoxdan gözləyən cinayətkar aləm idi. Kryuçkovun nahaq yerə axtardığı həmin rəhbər mərkəzi isə öz saatını gözləyən cinayətkar kapitalın böyük məbləği əvəz edirdi. Burada Qdlyan necə qəhrəman kimi görünməsin? Ümumi rəyə görə yalnız o, öz dəstəsi ilə cinayətkar klanların gizli əməliyatlarının üstündən məxfilik pərdəsini qaldıra bildi. Əslində isə Qdlyan heç bir zərrə qədər də mafiyanın «xaç atasına» yaxınlaşmamış, əksinə onlar bunun addımlarını istiqamətləndirmiş, sadəcə olaraq öz maraqları üçün istifadə etmişdilər. Bu gün bir şeyi yəqin demək olar: Yalnız Kryuçkovun yüksək peşəkarlığı və insani saflığı çoxlu faciələrin qarşısını almağa imkan verdi və mafiyanın «xaç ataları»nın hakimiyətin dövləti idarə qollarını ələ keçirməsinə yol vermədi».

Kryuçkovun təmizliyi barədə mühakimə yürütməyəcəyik, lakin mafioz strukturlar tərəfindən yaradılan təhlükənin yaxınlaşdığını məhz onun hiss etməsi şübhəsizdir. Onu da əlavə edək: hamıya məlum idi ki, «qanunda oğru» Kaqramanyan 80-cı illərin axırına qədər, Qdlyan dəstəsinin adamlarının tər tökə-tökə əlləşdiyi vaxtlar, Daşkəndin tam hakimi idi.

Qdlyan əslində ona yaxşı tanış olan keçilmiş yolla gedirdi. 18 iyul 1922-ci ildə, o zaman Türküstan XKS-nin sədri olmuş L.Atabayev Türküstan MİK-nin iclasında Fərqanədə «Türküstan muxtariyəti» elan edildikdən sonra qızıl əskərlərin oraya etdiyi reyddən danışırdı: «Bizim dəstə bütövlüklə daşnaqlardan ibarət idi. Onlar yaranmış vəziyyəti dərhal nəzərə alıb varlanmaq qərarına gəldilər. Divantutma ən çox ticarət xətti ilə gedirdi. Yerli tacirlərin hamısı güllələndi. Onların əmlakı ambarlara və vaqonlara dolduruldu, nə qalmışdısa yandırıldı. Əhali zorakılığa və talana məruz qaldı, şəhər isə dağıdıldı».

Həqiqət yavaş-yavaş üzə çıxır. Baş prokurorluğun yanında xüsusi əhəmiyətli işlər üzrə müstəntiqi Boris Poqorelov «Komsomlskaya pravda»nın səhifələrində Qdlyan və İvanovun əsas silahdaşlarından biri—Rusiyanın prokuror müavini O.Qaydanov haqqında görün nələr deyirdi: «Qaydanov mənə «pamğıq işi»ndən tanışdır. O zaman onun, Özbəkistan prokurorunun müavininin, sanksiyası ilə üç minə yaxın adamı, sadə pambıqyığanlar da daxil olmaqla həbs etdilər. Şərait belə idi—Brejnev epoxasının siyasətçilərini ləkələmək lazım idi. Öz tərəfimizdən qeyd edək: o cümlədən H.Əliyevi.

Azərbaycan əleyhinə işlərdə Qaydanovun fəal iştirakı təsadüfi deyildi: o, hələ «Özbək işi»ndən başlayaraq qdlyan mafiyasına qoşulmuşdu. Amma, cənab Qaydanov öz əməllərini SSRİ Baş prokurorunun müavini vəzifəsindən azad olunmaqla başa vurdu. Maraqlı bir dəlil: məlum «hökmdar» V.Solovyovun məlum xanım rəhbəri bildirmişdi ki, yüksək mənsəbli məmurlar, o cümlədən bu firmada 700 min dollar saxlayan O.Qaydanov, onun firması vasitəsilə çox böyük pullar hərlədirdilər. Qaydanovdan təkzib gəlmədi, Baş prokurorluq isə bu işi bir növ tənbəlliklə araşdırmağa başladı.

Beləliklə SSRİ-də fon yaradılmışdı və Qarabağ separatçılarının vaxtı gəlib çatmışdı.

Azərbaycana hər tərəfdən, biri obirindən qəddar zərbələr endirilməyə başlandı. Bu kompaniyaya kommunist və demokratlardan başlayaraq yarımfaşistlərə qədər hamı qoşulmuşdu.

Antiazərbaycan kompaniyasına startı M.Qorbaçov verdi. Öz memuarlarında görün o nə yazır: « həmin günlər mənim şairə Silva Kaputikyan və jurnalist Zori Balayanla görüşüm baş verdi. Söhbətdə Q.Şahnazarov da iştirak edirdi.

Söhbət uzun cəkdi. Mən məsələnin başlama tarixini müfəssəl şərh etmələri üçün həmsöhbətlərimə imkan verdim. Qarabağ ətrafında mübahisələr, necə deyirlər, saçı ağarmış tarixə malikdir. İki xalq əsrlər boyunca bu bərəkətli torpaqda yan-yana yaşamışlar. Torpaq əldən ələ keçmiş, yüzillərlə farsların hakimiyəti altında olmuşdur. Amma erməni sakinlər daha çox olmuşdur. İnqlabdan dərhal sonra onların çoxdankı ana vətənlə birləşmək arzusu az qala baş verəcəkdi. Lakin, Azərbaycanın o zamankı rəhbəri Nəriman Nərimanov əvvəlcə buna razılıq versə də sonra onu geri götürdü. Sonralar məsələ bir neçə dəfə, o cümlədən müharibədən sonra, qaldırılmış və yenə də öz həllini tapmamışdır.

Kaputikyan və Balayan bütün bunları təfsilatı ilə danışır, əsaslı surətdə yığılmış sənədləri, xəritələri, tarixi məlumatları göstərirdilər. Sonra isə Qarabağın erməni məskunlarının necə sıxışdırılmasından, onların Ermənistandan təcrid edilməsindən, qədim abidələrin dağıdılmasından danışmağa başladılar. Əslində söhbət ermənilərin vilayətdən məqsədyönlü sıxışdırılıb çıxarılmasından gedir, necə ki bunu Naxçıvan ASSR-də edə bilmişdilər, -- orada inqilabdan sonra erməni məskunlar çoxluq təşkil edirdilər, indi 95% Azərbaycanlılardır. İslamın xristianlığa hücumu davam edir – bax bütün bunları mənim qonaqlarımdan hər hansısa biri belə səciyyələndirirdi.

Hə, bundan sonra mən söz aldım və mən də müfəssəl surətdə rəhbərliyin mövqeini şərh etdim. Onun məğzi bundan ibarət idi ki, DQAV ermənilərinin qanuni və ədalətli arzuları təmin olunmalıdır, lakin bu, ölkədə zəncirvari reaksiya yaranmasına, qan tökülməsinin başlanğıcına səbəb ola biləcək milli-ərazi bölgüsünün yenidən biçilməsi olmadan edilməlidir.

Sonra SovİKP MK Siyasi bürosu Qorbaçov stilinə tam uyğun olan qərar qəbul etdi. Orada deyilirdi: respublikaların sərhədlərini dəyişdirməmək və «problemi yenidənqurmanın gedişatında bütünlüklə həll etmək». Bu qərarı hərə öz bildiyi kimi izah edə bilərdi, lakin əsas etibarı ilə ermənilərin xeyrinə olması şübhəsizdi, belə ki, Lenin və Stalindən sonra ilk dəfə olaraq mərkəz zəiflik göstərdi və praktiki olaraq belə problemlərin həllini respublikaların özünə həvalə etməklə öndəmdə olan «xalqlar dostluğu» anlayışını ləğv etdi. Bu, DQMV-də fəal hərəkata işarə kimi qəbul edildi.

Bu kompaniyanın, eləcə də bütövlükdə tam yenidənqurmanın baş ideoloqu SovİKP MK-nin katibi Aleksandr Yakovlev, bu ideoloq-rasstriqa (N.Zenkoviçin təbirincə) idi. Alman faşizmi ilə müharibədə beş gülləyə tuş gələn A.Yakovlev parlaq partiya karyerasına müvəffəq olmuşdu – SSRİ –nin Kanadada səfiri və SovİKP MK-nin ideologiya üzrə katibi stuluna qədər irəliləmiş, «Kapitalizmin qürubu» kitabını yazmışdı. Sonra isə elan etmişdi ki, «… artıq SovİKP çərçivəsində demokratik islahatlar işinə xidmət etmək mümkün deyil və əxlaqsızlıqdır» və SovİKP-dan çıxdı, bundan da sonra öz həmfikirləri-kommunistlərlə haq-hesab apardı.

Onu həqiqətən Azərbaycandakı qanlı hadisələrin kommunist ideoloqu adlandırmaq olar (demokrat ideoloqlar da vardır). Şəxsən o Yerevanda demişdi ki, «Qarabağ hərəkatını xalq-azadlıq» hərəkatı hesab edir. V.Kryuçkov A.N.Yakovlevi belə xatırlayır: o «Qafqazda Ermənistana «rəğbət» bəsləyirdi, əslində isə onları Azərbaycana qarşı çıxmağa təhrik edir, Qarabağ problemi ətrafındakı mühiti qızışdırırdı.Ümumiyətlə Azərbaycan haqqında aşkarca qərəzli fikir yürüdürdü».

Şəxsən A.Yakovlevin təşəbbüsü ilə, hamısı seçmə antiazərbaycan yönümlü: A.Saxarov, Y.Bonner, A.Zubov, L.Bakatin, Q.Starovoytova daxil olmaqla, «ziyalıların» nümayəndələri Bakıya göndərilmişdi. Əslində bu Moskva qeydiyatlı erməni nümayəndələri idi. Yerevanın səlahiyətli nümayəndələrinin Bakıya gəlmələrinə yol verməsi, bundan da betəri, Moskvanın qabaqcadan proqramlaşdırdığı müzakirədə iştirak etməsi Vəzirovun danılmaz səhvi idi. lakin tərəflər toxunma nöqtələrini tapa bildilər – faktiki olaraq Yerevanın lobbistləri ermənilərin Azərbaycandakı əzablarından, Vəzirov isə həmişə olduğu kimi H.Əliyevin milli məsələdəki «səhvlər»indən danışdılar.

Yakovlev Stalin dövründə repressiyaya uğramışların sayı barədə, həbs olunanların yaxınlarını və qohumlarını nəzərə alaraq «ailəlik əmsalının 3 qəbul edilməsini» təklif etmişdi. Buna etiraz olunmur. Həmin məntiqə əsasən Azərbaycana «xalqçılıq əmsalı 7000000» tətbiq edilə bilər, çünki, Yakovlevin hər antiazərbaycan əməlinin Azərbaycana gətirdiyi bəla heç də Stalin repressiyası illərində həbs olunanların qohum və yaxınlarının çəkdiyi əzablardan az olmamışdır.

SSRİ DTK-nin keçmiş sədri V.Kryuçkovun göstərdiyi kimi: «1993-cü ilin fevralında «sovetskaya Rossiya»da mənim böyük məqaləm çap edilmişdi.

Bu məqalədə onun (A.Yakovlevin --- müəllif) fəaliyəti haqında müfəssəl danışılırdı. Yeri gəlmişkən, orada o nüfuz agenti adlanmır, lakin mənim mülahizələrimdən belə birmənalı nəticəyə gəlmək zənn edirəm, olardı. Məqalənin bir yerində mən belə də demişəm ki, mənim sualım yoxdur». Kryuçkov təsdiq edirdi ki, Yakovlev Kolumbiya universitetində oxuyarkən MKİ tərəfindən cəlb edilmişdi. Baş qərargahın rəisi S.Axromeyev təsdiqləyirdi ki, hərbi kəşfiyatdakı məlumatlar təxminən DTK-dəki məlumatlarla eynidir. Qorbaçov həmişəki kimi «yenidənqurma ideoloqu»nun ünvanına yönəlmiş ittihamlar barədə fikir söyləmirdi. V.Boldin xatırlayır ki, «bir dəfə Yakovlevin İspaniyayamı, ya başqa bir ölkəyəmi getməsi barədə Siyasi büronun qərarını imzalayarkən o yarımzarafat şəklində: «görünür rezident onu oraya çağırır» demişdi.

Qekaçepeistlər üzərində «qələbəyə» həsr olunmuş mitinqdə A.Yakovlev konkret ünvan sahiblərinin adını çəkmədən «siyasi xuliqan» ifadəsini işlətmişdi. Kommunistlərdə özünütənqidin hərəkətetdirici qüvvə sayıldığını diqqətə alsaq, maraqlıdır, o kimi nəzərdə tuturdu? Hər halda V.Kryuçkovun xatırladığına görə bir dəfə Y.Andropov A.Yakovlevin Moskvaya qayıtması haqda Arbatovun xahişini şərh edərək qeyd etmişdi ki, Q.Arbatov «qəfil nədənsə bu fırıldaqçısız dolana bilmir». Və əlavə etmişdi: «balıqçı… balıqçını».

Bəs cənab A.Yakovlev necə rəhbərdir? O, bunu «Ostankino» TG-nın başçısı vəzifəsində olarkan nümayiş etdirmişdi. O, həftədə bir dəfə işə gəlməklə, sağa və sola qorbaçosayağı fitnə-fəsad səpələməklə və mafioz strukturlar tətbiq etməklə «Ostankino»nu tamamilə dağıtdı və çıxıb getməyə məcbur oldu. A.N.Yakovlev cümə günü,10 mart 1995-ci ildə, Dumanın axşam iclasında, deputatın Rusiyada indi baş verənlərə görə o vicdan əzabı çəkirmi sualına cavabında demişdi: «Mənim vicdanım tam qaydasındadır və mən nə etmişəmsə, onlarla fəxr edirəm… Mənə yenə də vicdan barədə sual verilərsə, mən ümumiyətlə cavab verməyəcəm, zaldan çıxıb gedəcəm». Zaldan çıxıb getmək olar…

«Üçüncü dünya məlumat-psixoloji müharibəsi» kitabından bir parçaya baxaq: «Bir dəfə, iyunun birinci günlərində günorta çağı mənim iş otağımda, adəti üzrə gözlənilmədən, Yakovlev peyda oldu. O vaxt artıq o Siyısi büronun üzvü, Baş katibin yaxını ola bilmişdi. A.N.-in geniş, kobud çəkilmiş sifəti təntənəli gülümsəməylə işıq saçırdı. Aşkar görünürdü ki, o yüksək, demək olar ki, bayram əhval-ruhiyəsində idi. Elə astanadan, ovuclarını qalibcəsinə qarşısına gətirərək ağzından od tökdü: «Budur! Əllərim tam qanlıdır! Dirsəyəcən!». Bunun ardınca həyəcanlı aydınlaşdırmasından məlum oldu ki, mənim qonağım Siyasi büronun növbəti iclasından qayıdır, orada Rustun işinə görə kadr haq-hesabı çəkilirmiş. Bir sıra yüksək sovet hərbi rəislərinin öz vəzifələrindən cıxarılması haqqında qərar qəbul edilmişdir. Yakovlevi də belə coşqun qalib halına salan bu iclasın nəticələri imiş. Onun əlləri məğlub olmuş düşmənlərinin «qanına» batmış imiş. Qorbaçov «Rust işi» nin kütləvi tamaşasının səhnə arxasındakı əsl nəticələrinə yekun vuraraq özünün yaxın köməkçilərindən biri- Çernyayevlə telefon danışığında demişdi: «İndi hərbçilərin Qorbaçovla müxalifətdə olduğunu, onların onu atacağını onun həmihə onladan çəkindiyini deyən carçılar susacaqlar».

«A.Yakovlevin «Andropov zamanı» materialı «AiF»-də dərc edildikdən sonra qəzetin redaksiyası oxucuların çox sayda qəzəbli məktublarını almışdı. Onlar diqqəti dərc olunmuş məqalənin mətninin İ.Buniçin «Partiyanın qızılı» kitabı ilə üst-üstə düşdüyünə yönəltmişdilər. Aleksandr Nikolayeviç bununda əlaqədar olaraq qəzetin redaksiyasından xahiş etmişdi ki, belə bir izahat versinlər: «Yaranmış anlaşılmazlığa görə «AiF»-in oxucularından üzr istəyirəm. Andropov və qeneralların ölümü barədə şərh edilənləri mən özüm də bilirdim. Lakin İqor Buniçin razılığı ilə və uyğun göndəriş etməklə qismən onun variantında şərh etdim. Amma dəfələrlə yenidən çap edilmələr və düzəlişlər nəticəsində göndəriş itmişdir. Mən buna görə çox heyfslənirəm. Axı mən özümü bilə-bilə gülünc vəziyətə sala bilməzdim. Memuarlarda hər şey öz yerində olacaqdır. Hörmətlə, A.Yakovlev». Bu onun memuarlıq fəaliyyətinin ön tarixidir.Gördüyümüz kimi başlanğıc o qədər də müvəffəqiyətli deyil.

Və, nəhayət, artıq yoldaş deyil və hələ ağıllı-başlı cənab olmamış A.Yakovlevin axırıncı mənsəbi --- «Rusiyada demokratiya və söz azadlığı»na «qol çəkən». SovİKP-nin bayraqları altından---B.Berezovski oliqarxının bayraqları altına. Bu, güman etmək olar ki, hələ axırıncı deyil. Olsun ki, o gələn dəfə Qızıl meydana hər şansı bir transparantla çıxacaqdır.

Nə isə… qayıdaq Qarabağa. Qorbaçovun və Yakovlevin niyyətini ilkin göydə tutan Starovoytova oldu: «Azərbaycan öz respublikasının müstəqilliyini qoruyur, lakin millətin, vətəndaş cəmiyyətinin əsası kimi, öz müqəddəratını təyin etməsi, dövlət müstəqilliyi ideyasından üstündür».

Məlumdur ki, bu və ya digər ölkədə ictimai rəyə çox vaxt siyasətçilr, yazıçılar, alimlər və s. ton verir. Bu, SSRİ və Rusiyada, xüsusilə ucqarlarda dərin kök salmışdı. Məgər bir kimsə Penzada və Ryazanda Dağlıq Qarabağ qarşıdurmasının mahiyətinin əslinə çatmaq istəyəcəkdimi? Əlbəttə yox. O, bu barədə ən yaxşı halda kütləvi mətbuatın, xüsusilə tanınmış şəxsiyətlərin dediklərinə görə fikir söyləyəcəkdi. Məhz, bu və ya digər problemlər haqda tanınmış şəxsiyətlərin mülahizələri ictimai rəyin formalaşmasına həlledici surətdə təsir edir.

«Azərbaycanı buraxmaq lazımdır. Qoy türkiyə ilə birləşsin» deyə Soljenitsin telegörüntüdən bütün Rusiyaya car çəkir. (Soruşmamaq olmur: Azərbaycan niyə həmişə kiminləsə birləşməlidir?).

Klassik sonra deyir: «Uzaqgörən İliç birinci olaraq sərhədləri «hətta onuncu dərəcəli» məsələ adlandırmışdı. (habelə---Qarabağı kəsib Azərbaycana qatdılar, nə fərqi vardı—hara, o vaxt Sovetlərin can-ciyərini – Türkiyəni razı salmaq lazım idi). Yazıçı burdaca hər şeyi dolaşdırır. Görəsən, «Krasnoye koleso»da da o, beləcə hər şeyi qarışdırmışdır?

Çeçen xalqı Rusiya ilə Çeçenistan arasında gedən müharibənin gedişatında mərd davranışına görə S.Kovalyova minnətdar olaçaqdır. Bəs o,1990-cı ilin yanvarında qoşunlar Bakıya soxulduqda, özünü necə aparırdı? Curnalist Rəfail Hüseynova söz verək: «bu barədə yazmaq ağırdır, lakin köməkçi S.Kovalyovun telefon zəngi yaxşı yadımdadır. O günlər Cenevrədə olan və növbəti dəfə Dağlıq Qarabağda insan haqlarının pozulması barədə məsələ qaldırmaq istəyən Sergey Adamoviçin tapşırığı ilə onun köməkçisi «silah ambarını ələ keçirmiş Azərbaycan döyüşcüləri» haqda məlumat tələb edirdi.

15 yanvar 1990-cı ildə, o zaman hələ mer deyil, «Baltik deputatı» olan Anatoli Sobçaq Leninqrad telegörünüşünün «pyatoye koleso» proqramında «Azərbaycanda 600 min rusa hazırlanan faciəli tale» haqqında təfriqat xarakterli çıxış etdi və bununla da qanlı 20 yanvar hadisələrinə öz töhfəsini verdi. Gərək «İt ürəkli» (Şutova görə) olasan ki, belə məlumat verəsən. İnsafla desək, Sobçakın özü də sonralar belə ürəklə rastlaşdı və ömrünün axırına qədər təqib edildi.

Moskvanın Azərbaycana və Ermənistana fərqləndirici münasibəti cəfəngiyata gətirib çıxarırdı: Ermənistanda mövcud olmayan «rus icmasına» humanitar yardım göstərdiyi halda Azərbaycanda yaşayan 400 min rusu görməməzliyə salırdı. Dəqiq desək, adi məişət problemləri ortaya çıxdıqda və bunları süni surətdə yüksək dərəcəyə qaldırmaq mümkün olduqda onlar yada düşürdü.

A.D.Saxarovun antiazərbaycan çıxışları hamıya məlumdur və biz onların üstündə dayanmayacağıq. Bu sovet hidrogen bombası və nüvə başlığının okean üzərindən keçərək ABŞ sahillərinə çatdırmaq ideyası atasının Bakıdakı təkliflərini və çıxışlarını yada salmaq kifayət edər. Düzdür, Saxarovun antiazərbaycan çıxışlarını onun arvadı Bonner-Əlixanyan təhrik etmişdi, lakin bu, böyük alim və ictimai xadimin Azərbaycan xalqı qarşısındakı məsuliyətini onun üstündən götürürdümü? İsrail publisisti Robert David A.D.Saxarovun Dağlıq Qarabağ məsələsindəki mövqeini «qanlı səhv» adlandırmış və bu mövqein əsas səbəbkarının Yelena Bonner olduğunu göstərmişdi. Düzdür, o Saxarova bəraət də qazandırmırdı: «Saxarovun özü də taqsırsız deyil, belə ki, heç bir ər yol verməz ki, arvadı onu idarə etsin, əlbəttə, əgər bu, onu təmin etmirsə». Qarabağ ermənilərinin «mühafizəçisi» və əvəzçilik qismində A.D.Saxarovun arvadı – A.D.Saxarovun xatirəsinə həsr edilmiş Moskva beynəlxalq konqresində demişdi ki, «Qafqaz torpağı Azərbaycan döyüşçülərinin tökdükləri qanla hopdurulmuşdur».

Ermənilərin Bonner-Əlixanyanın təsiri altında düşünülməmiş, cəfəngiyata çatan Saxarovsayağı müdafiəsi aşağıdakı faktla aydınca nümayiş edilir. 1973 ildə Moskvada bir neçə —25 Oktyabr küçəsində, Dzerjinski meydanında və metrosunda, 29 adamın ölümü ilə nəticələnmiş terror aktı törədən Stepanyanın, Zatikyanın və Bağdasaryanın məhkəməsi başlananda «İzvestiya»da A.Saxarovun məqaləsi peyda oldu, məqalədə o, …terroristləri müdafiə edirdi.

İndi də «yeni milli siyasət»in elmi əsaslandırılması iddiasına baxaq. «Dünya civə damcıları qanunu ilə yaşayır. Müsəlman dünyası da, həmçinin. SSRİ dağılandan sonra «sahibsiz» müsəlman dövlətləri yarandı—Azərbaycan, Türkmənistan, Qazaxstan, Özbəkistan və başqaları. Onlar hamar masanın üzərində diyirlənirlər. Yanlarında da eyni, Çeçenistan, Abxaziya, Dağıstan kimi «damcılar». İctimai həyatın məntiqinə görə bu damcılar nə vaxtsa birləşməlidirlər – müsəlman imperiyası. Bu da Türkiyə, İran, İraqla birləşəcəkdir. Bu bizdən asılı deyildir. Bizdən yalnız civəli müstəvini vaxtından qabaq döndərməmək asılıdır».

Növbəti...