Jirinovskinin «cənuba axırıncı sıçrama»sı və onun Azərbaycan üçün Rusiyalı qubernator axtarışları məlumdur. Vladimir Volfoviçin Dağlıq Qarabağ haqqında dedikləri isə belədir: «Bu gün Dağlıq Qarabağ müstəqil olmalıdır. Onu Ermənistana da vermək olar. Mən, hələ İttifaq dağılmamış demişdim ki, Arsaxı Ermənistana vermək üçün təkcə Moskvanın qərarı lazımdır. Naxçıvanı da Ermənistana vermək lazımdır. Axı Naxçıvan süni törəmədir: Ermənistan ərazisində Azərbaycan əhalisi. Əslində bura Ermənistanın qədim ərazisidir. Azərbaycanlılar isə istilaçılıqla yüksəlmiş fars qəbiləsidir. Elə bu zaman Şərqdən türklər gəlir. Onlar bu fars qəbilələrini türkləşdirirlər. Bu azərbaycanlılar kimdirlər? Xəzər dənizi sahilində yaşayan qəbilələr».
Jirinovskinin Dumada Qafqaz və Orta Asiya xalqları üçün təhqiramiz çıxışını misal gətirək. «Buyurun, müsəlman reqionları. Orada sağlam münasibət var. Seks yoxdur. Tamamilə, möhkəm. Bəs bu regiondan olan gənclər nə edir? Onlar bizim qadınları zorlayırlar. O, öz yerlərində, aulda nə qıza, nə qadına yanaşarlar. Rusiya genişliyinə çıxdıqda isə… Bütün silahlı qarşıdurmalar zamanı minlərlə qadınlarımız Qafqazda, Özbəkistanda, Orta Asiyada zorlanmıhlar. Lakin, rus ordusunun durduğu yerlərdə—tək-tük. Mən demirəm ki, rus oğlanları müqəddəsdirlər, lakin nisbət minin onadır. Əgər rus gənci bu … yüz ildə bir dəfə, yaxud bir yerli qadını … bu qafqazlılar və Orta Asiyadan olanlar bizim on minlərlə qadınımızı vəhşicəsinə zorlamışlar… Lakin onlarda hər şey yaxşıdır! Qadına münasibət onlarda əladır! Allah hifz eləsin, o tam örtülüdür! Orada heç bir seks yoxdur. Onlar ümumiyətlə qadını başdan ayağacan örtmüşlər. Özününkünü! Amma başqa sivilizasiyalı qadını nəinki çılpaqlamış, həm də zorlamış və öldürmüşlər. İkili mədəniyət, ikili əxlaq bax, budur. Onlarda hər şey yaxşıdır. Onlarda—Allahu əkbər! Rus genişliyində isə, nə istəsən etmək olar».
Jirinovskinin müsəlmanlara nifrət «tutma»ları tez- tez baş verir, lakin nədən baş verməsi heç də aydın olmur. Ancaq o da məlumdur ki, hansı fırıldaqlarına görəysə o bir vaxtlar Türkiyədə həbsxanaya düşmüş, oradan isə necə deyərlər, son dərəcə narazı çıxmışdı. Vladimir Volfoviç gizlətmir ki, həvəslə qey-klublara baş çəkir, bunu bilərək onun davranışının əsil səbələrini anlamaq olar. Psixoloq-freydistlər təsdiq edirlər ki, «əvəzetmə» adlanan reaksiya mümkündür, belə hallarda axıra qədər həyata keçməyən istəklər nifrətə çevirilir.
Jirinovski əslində kimdir axı? «Gənc və çiçəklənən RKP sürətlə doğub törəməyə başladı və ilkin olaraq cəmiyyətə Jirinovskinin Liberal-Demokratik partiyasını bağışladı. Yeni partiyanın doğum haqqında şəhadətnaməsində deyilirdi: «RSFSR KP MK-nin istehsal və maliyyə-təsərrüfat haqqında qərara əsasən fəaliyət göstərən İşlər İdarəsi MK-nin işlər idarəsinin rəhbəri yol. Qolovkovun şəxsində bir tərəfdən, və «Zavidiya» firması sonralar «Firma» adlanacaq firmanın prezidenti yol.Zavidiya Andrey fyodoroviçin şəxsində digər tərəfdən aşağıdakılar barədə müqavilə bağladıq: «İdarə «Firma»ya 3 (üç) milyon rubl məbləğində müvəqqəti azad vəsait (faizsiz kredit) təqdim edir».
Müqavilənin mürəkkəbi qurumağa macal tapmamış dünyaya Jirinovski partiyası peyda oldu və o, həmin an özünün Rusiya prezidentinə namizədliyini irəli sürdü, vitse- prezidentliyə isə, müqavilədə «Firma» adlanan Andrey Fyodoroviç Zavidiyanı təklif etdi… Bu sətirlər İ.Buniçin «Partiyanın qızılı» kitabındandır. Kommunistlər və onlarla birlikdə olanlar beləcə təzədən hökmdarlığa biçilirdilər.
Jirinovski İsrail qəzeti «Maariv»in əməkdaşına demişdi: «Yəhudilər Rusiyada xüsusi rol oynayırlar. Lenin partiyası üzvlərinin 90%-i yəhudi əsilli idi. Mənim də partiyamda yəhudilər 90%-dir.
Bununla bərabər, çoxsaylı müsahibələrində o, Rusiyanın problemlərinin çoxunu yəhudilərlə əlaqələndirir, onu necə başa düşmək olar.
Jirinovski xidmət edir və çoxlarına xidmət etmək istəyir. K.Simonov yazırdı—«mənim və çoxlarının sevgisi».
Düzdür, bu deyim qadınlara aiddir, lakin onun qey-klublara olan sevgisini nəzərə alsaq tamamilə Jirinovskiyə də uyğun gəlir.
Təkzibedilməz təkcə odur ki, Jirinovski – kiminsə tərəfindən hazırlanmış və buraxılmış antimüsəlman şəxsdir.
Ruspərəst KİV-lərdə tez-tez jirinovskiyə arikaturalar görmək olur. Əslində etiraz etmədən demək lazımdır ki, bu fiquranın arxasında olduqca təhlükəli və ciddi qüvvələr durur. Rusiya Dövlət dumasına seçgilərdə RLDP-nın seçgiqabağı kampaniyasına müxtəlif təşkilatlar tərəfindən 11 milyard rubl ayrılmışdı. Müqayisə üçün – RBE-yə - 5 milyard, «Yabloko»ya – 3 milyard, RFKP-yə – 2 milyard ayrılmışdı.
Yeri gəlmişkən, Jirik (B.Nemsova görə) maliyyə vəsaitlərinə və maddi nemətlərə, bəzən iyrəncli dərəcəyə çatan xüsusi münasibət bəsləyir. Bir misal-sitat: «25 aprel 1996-cı ildə mənim 50 illiyim münasibəti ilə RLDP fraksiyasının binasında hədiyyələr və təbriklər qəbul ediləcəkdir. Xahiş olunur hədiyyələr seçilərkən günə uyğun təvazökarlıq göstərilməyib onun dəyərinin 50 milyon rubldən artıq olmamasına çalışasınız».
Fransız jurnalı «Kurye internasonal» isə Jirinovski haqqında yazır: «Rus faşizmi özünü cəzalandırmanın elə zirvəsinə çatmışdır ki, özunun birinci nümayəndisi kimi qeyri-normal yəhudi – Vladimir Jirinovskini, keçmiş baş tutmayan kaqebeisti seçmişdir. O həm də onun keçmiş kontorasındakı fəaliyyətinin maliyyələşdirilməsində prezident əhatisinin dəstəyindən mütəmadi istifadə etmişdi». Əgər Vladimir Volfoviç həm də dəlidirsə o, jurnalist A. Minkinin yazdığı kimi «çox bilmiş dəlidir». Jirinovskinin erməni xalqını daşnaklara sə verməyə çağıran alovlu şüarları heç də təsadüfi deyildir. A.Fadeyevin qəhrəmanlarından biri edamdan qabaq öz cəlladlarına demişdi: «Siz qorxulu deyilsiniz, qorxulu - sizi törədənlərdir». Bu sözləri tamamilə Jirinovskiyə aid etmək olar.
Ostankino teleqülləsində yanğın baş verən kimi Jirinovski ora qaçaraq demişdi ki, bu «düşmən təbliğatının yuvası»nı o yandırmışdır. Lakin bununla bərabər üç adamın, o cümlədən «düşmən təbliğatının yuvası»ndan xəbərsiz olan lift işçisi Svetlana Losevanın məhvi bu rus yalançı Qerostratı narahat etmirdi. Özlüyümüzə təsəvvür edək ki, amerikalı, fransız və ya ingilis senatoru deyə bilərmi ki, o Empayrstilbildinqi, Eyfel qülləsini və ya Biq-Beni yandırmışdır? Bununla əlaqədar sual yaranır: bu necə Rusiya Dövlət dumasıdır ki, Onun müavini Qerostratdır? Və Rusiya necə ölkədir ki, onun belə Dövlət duması var? Nəhayət, axırıncı sual: niyə Jirinovski dövlət əmlakını qəsdən yandırdığına və bu yanğının üç vətəndaşın ölümünə səbəb olmasına görə dərhal həbs olunmamışdı?
«Drujba narodov» jurnalının keçmiş baş redaktoru Serqey Baruzdinin təxribatçı cıxışı yadınızdadırmı: «Cinayətin törədilməsində yüzlərlə vətəndaş, əsasən Azərbaycan millətindən olanlar iştirak edirdilər… Azərbaycandan Ermənistana qardaşlıq köməyinin göndərilməsinə mane olan qüvvələr tapıldı»? Belə çıxır ki, xalqlar dostluğu burada yalnız jurnalın adındadır, onun baş redaktorunun fəaliyyəti və mülahizələri yalnız milli ədavətin qızışdırılmasına tuşlanmışdır.
Rəsul Həmzətov Qarabağ məsələsində «qəribə» müdriklik aşkarladı, o öz həmkarı --tanınmış Azərbaycan şairi Nəbi Xəzriyə yazdığı açıq məktubunda deyir: «Mən böyük Azərbaycan xalqının hisslərini, onların torpaq hissini başa düşürəm. Torpaq hissi – Vətən hissidir. Bunlar əsrlər boyunca ayrı düşmüşdülər. Bu xalq öz torpağına malikdir. Lakin, bu torpaq hissi ərazi hissinə çevrildikdə --- bu bizim fikirlərimizlə ziddiyət yaradır. Ərazi və torpaq eyni şey deyildir. Bu hiss həddən artıq vətənpərvərlik ola bilər, lakin sovet vətənpərvərliyinə bunun dəxli yoxdur …». Belə sözlərdən sonra bu sovet vətənpərvərinin əvvəlki yazılarının səmimiliyinə inam bir növ azalır.
Məşhur artist, Vaxtanq Kikabidzedimi, ya Bubadımı müsahibəsindən bir parcaya baxaq. Sual: «Qadını sizdəmi-- insanın dostu-- sayırsınız?» Cavab: «Əzizim, gəl gürcüləri təhqir etməyək. Bu frazanı «Kafkazskaya plennitsa»da Azərbaycanlı demişdir (?!- müəllif). Gürcüstanda qadın – müqəddəsdir». Bax belə! Filmdə bu qəhrəmanın soyadı Cəbrayılovdur – Azərbaycanlı soyadı deyil. Bu rolu Etuş oynayır— Azərbaycanlıqdan tamam uzaqdır, film isə Qara dəniz kurortlarından birində çəkilmişdir. Kinokomediyanın nəzakətli müəllifləri deyirlər ki, hadisə «hardasa cənubda» baş verir. Kikabidze isə inandırır ki, özündə o dövrün az qala bütün neqativliyini cəmləşdirən bu antiqəhrəman - Azərbaycanlıdır. Bu, onun xalqımız haqqında dostluqdankənar aktlarının birincisi deyildir. Elə demək istəyirsən ki, «quşcuğaz», get xırıltnı davam et və gürcülərlə Azərbaycanlılar arasındakı münasibəti korlama. Onu da deyək ki, Bubanınmı, Vaxtanqınmı belə mövqei təsadyfi deyil: bütün neqativləri Azərbaycanlılara sırımaq Moskva bomondesində sistem şəklini almışdır.
«Ağlayan bolşevik» (Sobçaqa görə, Spitakda ağlamışdır) İ.Rıjkov Bakıdakı 20 yanvar hadisələrinin şahidi və müəyyən dərəcədə səbəbkarı (özü boynuna almışdı ki, o, Qorbaçovun sərəncamı ilə hərbçilərin Bakıya yeridilməsi əmrini vermişdir) ikən, hər il Vaqankov qəbristanlığında Spitak zəlzələsi qurbanlarını hüznlə yad edir və görünür,faciəli Bakı hadisələrinin qurbanları qarşısında taqsırlı olması fikrini yaxın da buraxmır.
Erməni ekstremistlərinin sovet hərbi qüvvələrinin köməyilə Xocalıda törətdiyi Azərbaycan xalqının soyqırımı; 20 yanvar 1990-cı ildə Sovet Ordusunun dinc əhalini tanklar altında əzməsi və güllələməsi kimi faciəvi hadisələr; Ermənistanı Azərbaycana qarşı tam dəstəkləməklə Azərbaycanın öz torpaqlarının 20%-ni itirməsi və bir milyon insanın öz ölkəsində qaçqına çevrilməsi – bütövlükdə qorbaçov yenidənqurmasının nəticələri idi. Sovet respublikaları arasında ən çox əziyyət Azərbaycanın payına düşmüşdür və yəqin ona görə ki, o, SSRİ-nin ən «düzgün və nəzakətli» respublikalarından biri olmuşdur – həmişə aldığından çox vermiş vəSSRİ xalqlarının hamısı ilə səmimi dost olmuşdur.
Qorbaçov, Saxarov, Soljenitsın, Jirinovski, Lixaçov,Adamoviç – əqidələrinə görə bir-birindən uzaq şəxsiyətlərdir. Deyək ki, Saxarovla Jirinovskinin yanaşı durmasını yalnız dəhşətli yuxularda təsəvvür etmək olar. Lakin onların hamısı, Azərbaycana münasibətdə riqqətə gətirəcək birlik nümayiş etdirirlər. Kommunistlər, demokratlar, vətənpərvərlər, faşistlər və bunların hamısının arasında nəisə orta - bütün bunlar,Rusiyanın gələcəyinə baxışları müxtəlif ola-ola, Azərbaycana acıq və ya gizli şəkildə, həm də məəttəl qalmalıdır ki, səbəbini demədən, eyni neqativ münasibət göstərmişlər. Burada Fazil İskanderi necə xatırlamayasan – o çox dəqiq qeyd etmişdir ki, «bəzən ümumi üfunəti ruh yekdilliyi kimi qəbul edirlər».
Qriboyedov dekabristlər haqqında yazırdı: «heç nədə möhkəm olmayan ağılların titrəyişi». Ağılların titrəyişi rus siyasətçilərinin yeni formasiyasında davam edir və sonsuzluğa qədər davam edəcəkdir, lakin Azərbaycana münasibətdə heç bir titrəyiş yox idi – bu ağıllar möhkəm idi. Düzdür, son illər hərdənbir erməniləri kor-koranə dəstəkləməkdə peşimanlıq notları səslənir: «Biz hamımız (regionlararası qrup – müəllif) erməniləri həmişə dəstəkləmişik, bu gün isə mən inanmıram ki, biz həmişə haqlı olmuşuq», Y.Afanasyev sonralar belə deyəcəkdi.
Son illər ərzində Rusiyanın aparıcı siyasətçilərinin bir sıra kitabı çıxmışdır: A.V.Rutskoyun «Tanınmamış Rutskoy» və «Rusiyada ağrar reforma», Jirinovskinin trilogiyası «Rusiyanın taleləri», («Tarixin dərsləri», «Cənuba axırıncı hücum», «Mənim nöqteyi nəzərimlə»), İ.Rıbkinin «Dövlət duması – beşinci cəhd», deputat Sergey Qlazyevin «İqtisadiyat və siyasət. Mübarizənin epizodları», A.N.Yakovlevin «Acı badə», A.Kozırevin «Preobrajenie». B.Fyodorovun «Çto i kak mı budem delat», «Zametki ob oçevidnom», T.Qdlyan və İvanovun «Kreml işi», V.Pavlovun «Upuşşen li şans» və «Avqust iznutri», N.İ.Rıjkovun «Mən Rusiya adlı partiyadanam». Lakin oxucu, nahaqdan bu kitablarda 20 yanvar, Xocalı, erməni təcavüzü haqqında heç olmasa ötəri yada salma axtarmasın.Əgər kimsə Azərbaycan haqqında yazırsa o yalnız və yalnız əksini yazır, kütləvi dəlilik təsəvvürü yaranır
Müəllif, göstərilən siyasətçilərin cəmiyyətin inkişafında əsas mövqelər üzrə kontent-təhlilini aparmışdır. Hesablamalar göstərmişdir ki. konkordasiya əmsalı çox kiçikdir və statik kriteriyalar baxımından əhəmiyətsizdir. Bunula bərabər, Azərbaycandakı hadisələr üzrə siyasətçilərin mövqeləri arasında konkordasiya əmsalı vahidə yaxın olmuşdur, daha ələlərdə qeyd edilirdi (gərək əhali ordunun yeridilməsi barədə xəbərdar ediləydi, adamlara sürüşmüş mərkəzli yox, adi güllələrlə atəş açılmalı idi və s.)
RTV-nin şərhçisi D.Kiselyov (Yevgeni Kiselyovla qarışdırmamalı) özünün Xankəndindən verdiyi reportajında sovet tankını göstərir və bütün ölkəyə, hardansa tapdığı erməni oğlanın sözlərini yayırdı. Uşaq deyir: «Əmican getmə, yoxsa azərbaycanlılar gələr və bizi öldürər». Az vaxtdan sonra artıq bu tank Azərbaycan kəndlərini ütüləyir və Xocalının dinc sakinlərini əzirdi. D.Kiselyov bu dəfə RTV-də ağzına su alıb dinmirdi.
İ.Fesunenkonun uzaq Braziliyadan verdiyi romantik reportajları hamının yadındadır. Lakin, «uzaq səyahətdən qayıtdıqdan» sonra «Vremya» proqramında Qarabağ məsələsi üzrə onun qəliz antiazərbaycan mülahizələri baş alıb getdi. Bir neçə ildən sonra hər iş aydınlaşdı: Deməyinən o, SSRİ DTK-nin «əvəzetmə» əməkdaşı imiş və bu təşkilatın bir çox işçiləri kimi Azərbaycandakı durumun sabitliyini pozmağa çalışırmış. Onun təxribatçı reportajlarından belə çıxır ki, Braziliyada da Qarabağ probleminə düzgün yanaşırmışlar.
«Vesti» və «Vzqlyad» niyə Azərbaycana qarşı belə qeyri obyektiv idilər, çətin anlaşılır, lakin maraqlı bir məqam var: jurnalist Yoffe, hər dəfə Xankəndinə ezamiyyətdən qayıtdıqdan və oradan etdiyi ürəkağrıdıcı telereportajlarından sonra Fransada peyda olurdu. Orada isə erməni diasporasının fəallığı məlumdur və hadisələrin onun şərhilə yazılmış görüntü-kassetləri lap yerinə düşürdü. Teletəxribatçı Yoffe qondarma erməni «soyqırımını, sumqayıt hadisələrini və qarabağ «müdafiəçiləri»nin həlakını bir sistemə bağlayırdı. Müxtəlif zamanlar, müxtəlif hadisələr, müxtəlif şərhlər…və yalnız eyni,Yoffe kimi təxribatçı-muzdurlar həmişə hazır idilər, təki yaxşı pul versinlər. Hər şeydən görünürdü ki, yaxşı pul da verirdilər.
Moskva telegörünüş kanallarının bəzi jurnalistlərinin mövqelərinə nələrin təsir etdiyi haqda təsəvvürü aşağıdakı dəlillərə əsasən yaratmaq olar. Rusiya generalı çeçen kəndi Romni-Çunu bombaladıqdan sonra (28 nəfər həlak olmuş, 60 nəfər yaralanmışdı) «Vesti»yə demişdi ki, bu rus təyyarələri deyil, …Azərbaycan tərəfdən uçub gələn təyyarələr idi. Hətta Qebbelsin özü bu cənablara həsəd aparardı.
Bi-Bi-Si, Pridnestrovyenin «Oliviya-press» məlumat agentliyinə istinad edərək xəbər verirdi ki, tanınmış «Vzqlyad» və «Vesti» proqramlarının bir neçə əməkdaşı Pridnestrovyenin rəhbərlərini ləkəmək üçün 50 min dollar məbləğində rüşvət almışdılar. Əgər bu, doğrudan da belədirsə, onda həqiqətən «pulların qoxusu olmur», çünki Rusiya Pridnestrovyeni dəstəkləyir. Həmən mövzu və həmən şəxslər barədə daha bir misal. «İzvestiya»nın jurnalisti İrina Petrovskayanın yazdığına görə «Aleksandr Tolmaçovun sözlərinə görə bir az bundan qabaq Aleksandr Lyubimov ona zəng edərək … 15 min dollar müqabilində Brınsalovun «Odin na odin» proqramında iştirakı təklifini vermişdi. «Teleutro»nun rəhbəri Pavel Kasparov 6 min dollara mənim şefimin çıxışının təşkilini təklif etmişdi».
Bu gün, seçgiqabağı kompaniyada «çornıy nal» artıq hec kəsi təəcübləndirmir. Sankt-Peterburq humanitar- politoloq mərkəzi «Strategiya»nın prezidenti Sunqurov heç bir ammasız qeyd edir: «Bizim vəzifəmiz ondan ibarətdir ki, «çornıy nal» bir balaca açıq rəngdə olsun». Əfsuslar olsun, bu mümkün deyil. Amma, müəyyən müddət keçdikdən sonra onun bir qədər şəffaflaşması – faktdır. Və dərhal rusiya demokratları və qarabağ ekstremist hərəkatının ideoloqları «aşkarlandılar». Mafioz çəkişmələində öldürülən Q.Starovoytovada tapılmış milyon dollar «çornıy nal»ı yada salsaq kifayətdir. Onun tabutu belə azərbaycanlılara nifrətini əks etdirirdi – ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarındakı ağacdan hazırlanmışdı.
Bu da O.Popsovun xatirələrindən parlaq bir misal. «Təxminən gecə saat üçdə Şabolovka studiyasının mikrofonunda ostankinonun kobud, səksəninci illərin axırlarındakı liberal dalğasının komandası göründü. Onlar, həmən, telegörüntüdə yarımicazəli demokratik canlanmanı başlayanlar idi. «Vzqlyad» komandasının uşaqları. Anatoli Lısenko (Ə.Vəzirovun komsomol dostu və qatı antiazərbaycanlı – müəllif) yuvasının quşcuğazları. Həyasız, ədəbsiz, istedaddan kəm olmayan: iki Aleksandr – Lyubimov və Politkovski, Vladislav Listyev, Dima Zaxarov, Andrey Razbaş. İndi onların bir çoxu telegörünüşdə kəskin biznes eləyir. Onlar hələ də öz lovğa xasiyətləri dairəsində qalmışlar – nə vaxtsa cavan, lakin, artıq saçları yüngülcə ağarmış efir canavarları. Onlar üçün lovğalıq - peşəkar davranışın həlledici başlanğıcıdır. Onlar biznes dəhlizinə başqalarından tez düşmüş və sürətlə hər şeyi: məlumatları, siyasi baxımları, yoxsulluğu, gülüşü və hətta əzabları da əmtəə kateqoriyasına keçirmişlər».
Rusiya jurnalistlərinin «ulduz saatı» o anda oldu ki, onlar görkəmli jurnalist və politoloq Yevgeni Kiselyovu «təhvil verdilər». Demək olar ki, təkcə S.Dorenko, aralarındakı mühüm fikir ayrılığına baxmayaraq, mərdlik edib onunla yanaşı durdu. Rusiya teleekranının digər qrandları – Svanidze, Lyubimov, Leontyev bir- birini qabaqlayaraq E.Kiselyova «bıçaq soxmağa» tələsirdilər. Svinadzenin «Zerkalo» verilişinə baxanda istər-istəməz dəfələrlə oxunmuş sətirlər yada düşür: «Çar Rusiyasında ziyalı təfriqatçılar xüsusilə qiymətləndirilirdi». Hər şeydən görünür ki, indiki Rusiyada da onların qiymətini bilirlər. Leontyev məşhur «Optimistiçeskaya tragediya»dakı sifilislini xatırladan səsi ilə «Media-Mostu»na bir-birinin ardınca zərbələr endirir, hamısı da -- qurşaqdan aşağı. Lyubimov haqqında isə danışmağa dəyməz – onun fitnəkarlığı – ailə ənənəsidir. Keçmiş NTV-çilər Aqalakova və Revenko Alma Materin ünvanına bədxahlıqlarıını gizlətmədən «ORT» və RTR» haqqında quruldayırlar. «Pullar qoxu vermir» prinsipi bu gün, keçmiş vaxtlara nisbətən daha aktualdır. M. Jvanetski də putin dividentlərinə doğru cumdu. Görünür, bu, telekanalın öz ekranlarının qapısını onun son zamanlar kəskinliyini qismən itirmiş reprizlərinin üzünə geniş açmasına görə «təşəkkür» idi. çox illər qabaq, A.Raykinin ölümündən sonra Jvanetski demişdi ki, «Raykinin kölgəsindən çıxdım», bununla o metrin mətnlərinin müəllifi olduğuna işarə edirdi.
Bəzi Moskva jurnalistlərinin antiazərbaycan hərəkətlərini qiymətləndirsək, onları «birdəfəlik» və «uzunmüddətli» fitnəçilərə ayırmaq olar. Onların siyahısı şübhəsiz ki, Aleksandr Lyubimovla başlayar. O, artıq on ildən çoxdur ki, tədricən Azərbaycana zərbələr endirir, hamısı da – qadağan olunmuş dərəcəli. V.Oskotski, A.Bitov, M.Lotman, D.Sinitski, İ.Burkova, V.Loşak, S.Jeltov və başqaları antiazərbaycan imicinin təşəkkülünə böyük «töhvə vermişlər. Lakin Yeqor Yakovlev antiazərbaycan televerilişlərinin özünəməxsus generatoruna cevrilməklə xüsusilə fərqlənir. Bu yoldaş-cənab, Zenkoviçin yazdığı kimi, sovet vaxtında V.İ.Leninin həyat və yaradıcılığı haqqında öz publisist işləri ilə tanınmışdı, qorbaçov vaxtında isə əvvəlki ideallarını devirməklə tanındı. Bir sözlə, Y.Semyonovun «Baharın 17 anı» romanındakı gestapo şefi kimi: «Müller əvvəlcə sosyal-demokratlara qulluq edirdi, sonra eyni səylə onları dustaqxanaya salırdı». Prezident Yeltsin onu «Ostankino» telekompaniyasının sədri vəzifəsindən azad edəndən sonra Yakovlev siyasi əyatdan uzaqlaşdı.
Qorbaçovun sadiq silahdaşı K.N.Brutens də öz antiazərbaycanizmi ilə məşhurdur. Bu keçmiş kommunist fəalı hamıya məlum həqiqətlərin əksinə gedərək, azacıq xəcalət çəkmədən, ağı qara adlandırıb, ermənilərin Azərbaycanda sıxışdırıldığını təsdiqləyir. Bu böhtanları təkzib etmək üçün onların əksini sübut edən ehtirassız statistik verilənləri göstərmək olar. Azərbaycan SSR-nın dövlət idarəçiliyi sisteminin müxtəlif mərtəbələrində ermənilər, yəhudilər və rus nümayəndələrinin nəinki mövcudluğu, bəzən böyük üstünlük təşkil etməsi haqda şəksiz sübutlar vardır. Bakının, burada böyüyən və yaşayan hər millətin nümayəndəsinin haqlı olaraq doğma şəhər adlandıra biləcəyi şəhər olduğu hamıya məlumdur. Bir sözlə, bu, SSRİ-nin istənilən yaşlı məskununa məlum olan aksiomadır. Ona görə də statistikaya müraciət etməyəcək və yazılı həqiqətləri rəqəmlərlə təsdiqləməyəcəyik. K.N.Brutensin özünün keçmişinə nəzər salaq.
Yadımdadır, bu SovİKP MK Beynəlxalq şöbə müdirinin müavini Bakıya səfərlərinin birində,Azərbaycan KP MK-nin nümayəndəsinin müşaiyəti ilə mənim başçılıq etdiyim şahmat məktəbinə gəldi. O, şahmatçıların, bizim məktəbdə tətbiq edilmiş kompüter sistemi vasitəsilə hazırlanmasından heyrətə gəldi. Şagird və müəllimlərin milli tərkibi ilə eləcə də Azərbaycanın şahmat üzrə yığma komandasının tərkibi ilə də tanış oldu – orada ermənilər də var idi. Bunu biləndə Brutensin gözləri parıldadı və məmnun halda dedi: məşhur bakı beynəlmiləlçiliyinin həyatiliyi bax, budur!
Başqa bir fakt. Volqoqrada, axırıncı məktəb Olimpiadalarının biri keçirilərkən Ermənistan SSR-nin nümayəndələri tərkibində necə olmuşdusa, bir Azərbaycanlı da – təhsil nazirinin müavini Ağayev soyadlı biri - iştirak edirdi. Bu, elə nadir və təəcüb doğuran fakt idi ki, coxları gəlib erməni komandasında Azərbaycanlının olmasını şəxsən yəqin etmək istəyirdi.
İndi bir qədər unudulmuş faktı da yada salaq. SovİKP MK-nin «Lenin milli siyasəti»nə əməl edilməsini sayıq izlədiyi sovetlər vaxtı, Azərbaycan bu yönümdə həmişə nümunəvi sayılırdı. Elə həmən vaxtlar, qonşumuz Ermənistan SSR SovİKP MK-nın xüsusi qərarına «layiq» görülmüşdü – orada « zəhmətkeşlərin beynəlmiləlçilik ruhunda tərbiyələnməsi» işindəki nöqsanlar, eyni zamanda «titulsuz millət»dən olan vətəndaşların hüquqlarına xələl yetirilməsi, o cümlədən kadr siyasətindəki nöqsanlar qeyd edilmişdi.
Bu mövzunu yekunlaşdırmaqdan qabaq daha bir, bu dəfə şəxsi xarakterli faktı da misal gətirmək istərdim. Bakının 6 saylı məktəbində oxuyarkən həmsinflərimdən biri Ernest A. vaxtilə Moskvaya köçmüş və orada möhkəm təməl qoymuşdu. O, stomatoloq kimi ad qazanıb geniş dost və tanış əhatəsi yaratmışdı, bir sözlə SSRİ-nin paytaxtı onun ikinci vətəni olmuşdu. Lakin sonralar, artıq1990-cı il hadisələrindən sonra, Erik ağır xəstələnir və axır günlərini yaşadığından xəbər tutaraq, Azərbaycan hökumətinə rəsmi müraciət edib Bakıda dəfn edilməsinə icazə istəmişdi. Onun xahişi təmin edilmişdi... Bu qədər. Köhnə məsəli bir qədər dəyişib demək olar: aldadılmamış oxucuya bu bəs edər!
K.N.Brutens «Köhnə meydanda otuz il» kitabında yazır: «Qarşıdurmalar və bundan da pis silahlı toqquşmalar cox vaxt kənardan törədilirdi, qızışdırıcıları isə adətən çar hökumətinin adamları idi.». Qeyd edək ki, inqilabdan qabaqkı Rusiyada qarşıdurmalar tez-tez kənardan törədilirdi, təhrikçi isə çox vaxt həqiqətən hakimiyyət idi. Lakin, keçmiş kommunist bossu (görünür sistem təfəkkürünün məhdud imkanlarına görə)dövrlərin əlaqələrini izləməyir: Qorbaçov dövründə millətlərarası qarşıdurmalar daha böyük vüsətlə təhrik edilirdi. Əgər çar keşikçiləri bəzi məmurların və təxribatçıların əli ilə iş görürdülərsə, Qorbaçovun vaxtında bununla demək olar ki, hamı və hər üzünə: kommunistlər, demokratlar, dövlət adamları, qəzetlər, telekanallar, və radio stansiyaları, xülasə saymaqla bitməyənlər məşğul olurdular. Çar rejimi bu məsələdə Qorbaçov rejiminə nisbətən necə deyərlər - toya getməli idi.
Hər şeyi qavralayan zəbt etmə gedirdi. Rəyasət heyətlərini, sədr kürsülərini, mikrofonları zəbt edirdilər. Jirinovski və Lısenkonun «qoçaqlığını» - öz həmkarlarını necə əzişdirdiklərini rusiya telegörüntülərinin bütün kanallarında dəfələrlə nümayiş etdirən verilişin müəllifləri, nədənsə, «demokratların» burada da pioner olduğunu yaddan çıxarmışdılar. Yadımdadır, Xalq nümayəndələri qurultayı ryasət heyətinin masası qarşısında dava salan «demokrat» Şabadı üç yekəpər partokrat dayandıra bilmirdi. R.Xasbulatovun köməyə çağıran çığırtısından sonra onu dayandırmaq mümkün oldu. O vaxtlar demokrat olan güclü telejurnalist A.Tixomirov isə, mikrofona can atan bütün vətənpərvərləri qovub dağıtdı… Bunların hamısı olmuşdu. Yeri gəlmişkən, A.Tixomirov yanvarın 28-də «7 dney» verilişində Azərbaycandakı qanlı hadisələr haqqında danışaraq, Bakıda baş verənlərə düzgün siyasi qiymət verilməsini tələb edən kimi, onu «kadrdan açdılar», «7dney» verilişinin özünə isə xitam verildi. Hər halda, vicdanlı jurnalistlər olub və olacaqdır.
Azərbaycan o zamanlar tam informasiya blokadasında idi. Mərkəzi hakimiyət və KİV-lə yanaşı, Azərbaycan DTK-si də buna imkan yaradırdı. Qərb müxbirləri bütün
Ermənistan boyunca hər yerə sərbəst gedə bildikləri halda, onlar,Moskvanın xoşu gəlsin deyə Azərbaycan DTK-nin şefi Vaqif Hüseynovun əmri ilə, cürbəcür bəhanələrlə Azərbaycandan qovulurdular. Praktiki olaraq, yanvar hadisələrindən sonra Azərbaycana gəlmiş qərb müxbirlərinin hamısı respublikadan qovulmuşdular. Onların arasında fransuz müxbirlər Janen Daniel Klod, Dyudubl Dominik, Bantyura Stefan, Peynar Mişel, Alen Noges, Neşiç Vlastimir (axırıncı iki nəfər Moskvada «Siqma» və «Qamma» agentliklərinin fotomüxbiri kimi akkreditə edilmişdilər), Böyük Britaniya təbəələri - Bi-Bi-Si-nin əməkdaşları - Braun, Bencamin və Pek Rori və s. Türk jurnalistləri Rafet Ballı və Mücahid Buberle isə, həbs edilmiş və 75 gün DTK-nın dustaqxanasında saxlanmışdılar.
Görkəmli yazıçı R.İbrahimbəyov böyük risk edib, iki fransuz müxbirini bakılı adıyla Azərbaycana gətirmişdi. R.Abutalıbov- R.İbrahimbəyov cütlüyü demək olar ki, birinci olaraq, republikamızın o ağır illərdə düşdüyü informasiya blokadasını yara bildi. R.İbrahimbəyov o zaman Azərbaycanda baş verən hadisələrin düzgün şərhini «Liberasyon» və «Le Krua» qəzetlərindəki məqalələrində verə bilmişdi.
İnformasiya blokadasında ilk böyük və sonuncu olmayan yarıq, H.Əliyevin vaxtında «Oqonyok» jurnalının büiöv bir nömrəsinin Azərbaycana həsr edilməsi ilə açıldı.
Rusiya Dövlət dumasının bir deputatı deyirdi ki, telegörüntünün Rusiyaya vurduğu ziyan, İkinci dünya müharibəsi gedişatında hitlerçilərin vurduğu ziyandan daha böyükdür. Bu barədə fikir söyləməyib, deyiləni deputatın vicdanına tapşıraq. Lakin, SSRİ və Rusiya telegörüntülərinin Azərbaycana dəhşətli və kəskin zərbələr vurduğu – birmənalıdır. Onu heç bu çirkli, pul və qanla qarışdırılmış biznes müəlliflərinin özləri də ümumiyətlə inkar etmirlər. Bununla bərabər, «NTV»-də, bir sıra problemlər burada da olmuş və qalırsa da, Azərbaycandakı hadisələrə, ümumiyətlə düzgün qiymət verildiyini (Mitkovadan başqa) qeyd etmək lazımdır.
ORT və RTV-nin belə «qələbə»sinə Azərbaycan telegörüntüsünün simasız mövqei də imkan vermişdi. O, aşkar fitnələrə qarşı, hadisələrə heç bir təsiri olmayan ayrı-ayrı atmacalarla cavab verirdi. TG-də Xalq cəbhəsi hakimiyətindən əvvəl, o zaman və sonra cüzi dəyişikliklər baş vermişdi. Məlumdur ki, sistem əleyhinə o cür də sistem sıralanmalıdır (Moskva telegörüntüsünün Azərbaycana sistemli və yaxşı ödənilən hücumuna şübhə ola bilməz). O illər, Azərbaycan telegörüntüsündə sistemli işə heç bir işarə də edilmirdi. İçkeriya hökumətinin mətbuat və informasiya naziri M.Uduqovun fəaliyəti, düzgün qurulmuş təbdiğata parlaq misal ola bilər. Rusiya pressinin sözlərinə görə o, «təklikdə SovİKP MK-nin təbliğat və təşviqat şöbəsini əvəz edirdi». Telegörüntüdə ən azı, fitnəkar antiazərbaycan verilişlərinin kompüter bazasını yaratmaq və bircəciyini də diqqətdən yayındırmayaraq, onları geniş müzakirəyə çıxarmaq lazım idi.
Bununla bərəabər Rusiya KİV-indəki istənilən, düzdür, nadir hallarda çıxan antierməni məqalənin finalı qanunauyğun idi: ya müəllifin ünvanına, çox vaxt reallaşan hədələr, ya da dərhal təkzib etmə. V. Brınsalov ermənilərin hərəkətindən nə isə xoşa gəlməz bir söz deyən kimi, Zori Balayan onun ünvanına tufan qopardı: «Əlbəttə, saymazyana sükutla … milyarderin çıxardığı qərarın yanından keçib getmək olardı. teleekranda bu özündən razı, həyasız insanı görmək kifayət edər ki, səhv etmədən onda xəcalət və vicdan hisslərinin olmadığını təyin edəsən. Ona görə də, onu duelə çağırmaq, mənim üçün alçaq bir addım olardı.
…Redaksiya, yalnız klinik sağlam olmayan subyektin danışığında yol verilə biləcək çirkin atmacanı qayğıkeşliklə saxlayıb sonra da çoxaltmalı idimi?»
Görünür yalnız Azərbaycana çirkinlik yaxanlar klinik sağlamdır və onlarda xəcalət, vicdan vardır. Klinika barədə bir söz deyə bilmərəm, lakin onların vicdan və ləyaqətdə böyük problemləri olmuş və vardır – bu, danılmaz faktdır.
«Mneniye» sosial xidmətinin 90-cı ilin ortalarında,yəni Azərbaycana qarşı informasiya müharibəsi başlanmasından dərhal sonra keçirdiyi bütün sorğulara görə, sorğu siyahısına daxil olan bütün xalqların nümayəndələrindən – yaponların, almanların, ukraynalıların, qazaxların, bolqarların, amerikalıların, türklərin, finlərin, çinlilərin – yalnız azərbaycanlılara düşməncəsinə münasibət bildirilmişdi. O xalqa ki, sözü və əməliylə sovet hakimiyətinin bütün mərhələlərində, başqa respublikaların hamısının nümayəndələrinə yalnız xoş hisslər nümayiş etdirmişdi. KİV-in bu «qələbə»sinə gebbels təbliğatı həsəd apara bilərdi. SSRİ və sonralar Rusiya KİV-nin belə münasibəti təbii ki, iz qoymadan ötüşməzdi – təxminən belə bir mənzərə 1998-ci ildə də müşahidə edilmişdi. Görünür bu ənənə hələ uzun müddət saxlanılacaqdır. «Yazıya pozu yoxdur». Bu cənablar, Azərbaycan xalqına qarşı öz iyrənc fəaliyəti ilə özlərinə «əl çatmayan heykəl» qoydular.
Rusiya KİV-i Ermənistanın Azərbaycana təcavüzü ilə bir başa əlaqədardır, daha doğrusu, onun strateji tərtibatındann biri, daha dəqiq desək təbliğat hissəsidir. Erməni hissələri növbəti rayonu işğal etməyə hazırlaşan kimi, rusiya TG-nün bütün kanallarında Azərbaycanın hərbi hazırlaşmaları və erməni mövqelərini top atəşinə tutması haqda «həyəcanlı» xəbərlər gedirdi. Bir müddətdən sonra erməni silahlı dəstələri rusiya qüvvələrinin köməyi ilə həmən rayonu işğal edirdilər.
Ən sarsıdıcısı və dəhşətlisi o idi ki, nə heç bir taqsırı olmayan minlərlə dinc məskunların həyatına son qoymuş Xocalı hadisələri, nə 20 yanvar 1990-cı ildə hərbçilərin Azərbaycana vəhşicəsinə yeridilməsi, nə Azərbaycan ərazisinin 20%-nin işğalı informasiya epopeyasının sabitliyinə təsir etmədi, yəni Azərbaycanda necə dəhşətli hadisələr baş veir-versin, onlar rusiya qəzet və telegörüntüləri üçün informativ deyil, yalnız hay-küy fonudur. Əgər sabah Ermənistandakı rus MİQ-ləri Azərbaycan şəhərlərini bombalasalar, rus mass- mediası bunu dağlıq-qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək zərurəti kimi qələmə verəcəklər.
Aşağıda,1988-ci ildən (bəziləri ondan qabaq), daha doğrusu qarabağ hadisələrinin başlaması ilə özlərini göstərən sovet və rusiya isteblişmenti nümayəndələrinin siyahısı verilir: Qorbaçov, Qromıko, Liqaçov, Razumovski, V.Medvedev, Rıjkov, A.Yakovlev, Lukyanov, Nişanov, Yazov, Şapoşnikov, Bakatin, Kryuçkov, Primakov, Yelsin, Saxarov, Adamoviç, Pavlov, Volski, Xasbulatov, Qaydar, Çubays, Şaxray, Abdulatipov, Rıbkin, Jirinovski, Qraçev, Lujkov, N.Lısenko, Skokov, Lebed, Starovoytova, Şabad, Ponomaryov, Zyuqanov, İlyuxin, Q.Popov, Zatulin, Tuleyev, Şumeyko, Yavlinski, Sterliqov, Varennikov, Lapşin, Kozırev, Şeynis, Nuykin, B.Fyodorov, Laxova, Barkaşov, Nevzorov, Kurkova, Baburin, Qdlyan, İvanov, Stepaşin.
Bu siyasətçilərin hamısı erməni-azərbaycan qarşıdurması barədə dəfələrlə fikir söyləmişlər. Lakin bir neçəsi – ehtiyatlı və obyektiv, əksəriyəti isə birbaşa və ya dolayı, separatistləri dəstəkləmişlər. Kommunistlərlə demokratlar arasında fərq, yalnız ondan ibarət olmuşdur ki, birincilər sözdə bərabərlik və qardaşlıq elan edib işdə ermənipərəst mövqe tutmuşlar, «demokratlar» isə həm sözdə, həm də işdə açıq-aydın erməniləri dəstəkləmişlər. Bir də ki, «o olmasın, bu olsun».
Soljenitsin yazır: «Mən bilirəm ki, siyasi xadimlərə həqiqi qiymət, yalnız gözdən uzaqlaşdırılmış hadisələr aşkarlandıqdan sonra verilə bilər. Bax beləcə, mən yalnız yarım əsrdən sonra 1917-ci il xadimlərinin əsl mətləbini və psixologiyasını öyrənərək «Krasnoe koleso» epopeyasını yazdım. Zənn edirəmki, vaxt keçəcək və başqa bir rus yazıçısı 1985-1995-ci onilliyin bütün sirləri ilə yaxşı tanış olduqdan sonra onun haqqında başqa epopeya - «Joltoye koleso» yazacaqdır.
Bizim arzumuz başqadır: vaxt gələr və Azərbaycan yazıçısı «Rusiya kommunist-demokrat antiazərbaycan çarxı» kitabını yazar.
Azərbaycan üzdən iraq rus demokratlarının ilk poliqonu – hərbi təlim və döyüş meydanı idi. Onlar məhz burada öz «demokratik» sözazğınlığını itilədilər. Demaqoqluq, qeyrisəmimilik, vəzifəpərəstlik, əfsus, bir sıra özünəməxsus talantlı şəxsiyətlərin başlıca silahı oldu. Azərbaycana ideoloji ekspansiya çox müvəfəqiyətlə baş tutdu, belə ki, K.Bağırovun, Ə.Vəzirovun və A.Mütəllibovun vaxtında buradan cavab olaraq yalnız SSRİ-yə, kommunizm ideallarına, xalqlar dostluğuna və s. sadiqlik şüarları səslənirdi.
Qeyd etmək lazımdır ki, rus demokratlarının süqutu da Azərbaycandakı hadisələrlə əlaqədardır. Demokratların silahlandığı və son nəticdə onların süqutuna gətirib çıxardığı ikili standart siyasəti öz başlanğıcını Azərbaycanda almışdır.
Sumqayıt, Vilnyus və Tiflis hadisələrində ümumiyətlə 40 nəfərə qədər adam həlak olmuşdu, demokratlar öz kəskin sözlərini dedilər. Lakin yüz minlərlə azərbaycanlı öz torpaqlarından qovulduqda və qışın soyuğunda qarlı dağları aşaraq Azərbaycana gələndə onlar susdular. Demokratlar sovet tanklarının Bakıda dinc adamları əzişdirdiyi zaman da, susurdular, Xocalı soyqırımı oldu – susdular, erməni təcavüzkarları bizim şəhərləri işğal edir, dağıdırdılar, susurdular. Bu «igidlik»lərin nəticəsində on minlərlə azərbaycanlı həlak olmuş və bir milyon insan qaçqına dönmüşdü. Demokratlar isə susurdular, onlardan bir neçəsi Starovoytova, Nuykin, Ponomaryov, Şabad, Şeynis, Adamoviç və başqaları isə bu hərəkətləri nəinki pisləmədilər, əksinə,dəstəklədilər.
V.Kryuçkov yazır: «O seminarda ( Leninqrad sosyal-iqtisad İnstitutunda, 1988-ci ilin iyununda «18-ci otağın seminarı» adlanan yığıncaqda – müəllif ) Starovoytova millətlərarası əlaqələrin mərkəzsizləşdirilməsi üzrə daha bir yeni mübarizə poliqonu – Dağlıq Qarabağda vəziyəti mürəkkəbləşdirməklə - qeyd etdi – bu Ermənistan idi. Bu regionda vəziyətin mürəkkəbləşdirilməsi haqqında hələ iki il qabaqcadan (mən ayırmışam – müəllif) bildiyini özü etiraf edirdi. Starovoytova dediyinə ğörə ermənilərin azərbaysanlılar üzərində qələbəsi çox vacibdir, bedə ki, bu Lenin-Stalin milli siyasəti üzərində birinci, əsas və həlledici qələbə demək olacaqdır».
Q.Starovoytovanın dediyinə ğörə o Dağlıq Qarabağ əhalisi ilə «orada elmi tədqiqatlar» apararkən tanış olmuş və «qarabağlıların incil sürəti» onda böyük təəssürat yaratmışdır.
«Mən çox içə bilərəm, - deyə Q.Starovoytova etiraf edirdi – ona görə ki, qafqaz etnoqrafik ekspedisiyasında təcrübədən keçmişəm və Boris Nikolayeviç Yelsinlə işləmişəm. İkincidə daha asan idi. Birincidə qırx dərəcəli istidə ikiqat işlənmiş çaça içməli olurdum».
«İncil» sürətlər və çaçalar Azərbaycan xalqı ilə sonralar qanlı tökülməsinə gətirmiş ideoloji mübarizənin başlanması üçün kifayət imiş. Bununla bərabər Q.Starovoytova başqa millətlərin, hətta Qarabağda gördüyü «incilliləri» ona yada salmayan ucqar millətlərin nümayəndələrində separatizm təhrik edirdi. «İncil» və «qeyri incil» sürətlər Xocalıda soyqırım törətdilər. Soyqırım
Rəsul Həmzətovun sözlərinə görə Dağıstanda Starovoytova ləzgiləri azərbaycanlılara qarşı qızışdıraraq məsləhət verirdi: «Şamili yaddan çıxarmayın». Starovoytova deyirdi: «Qadının cinsi hələ onun tavanı deyil». Bu baxımdan Starovoytova haqqında birmənalı demək olar ki, Azərbaycana qarşı nifrətində o öz tavanına çatmışdır.
Yavlinskinin köməkliyi ilə Peterburqda deputat olduqdan sonra o «təşəkkür edərək», dərhal Yavlinskinin səslərini əlindən almağa başladı.
Mərkəzi seçgi komitəsi aşkar etmişdi ki, Q.Starovoytovanın imzalar vərəqində milyon imzadan 600000-ni (! – müəllif ) saxtadır və birsəslə onun prezidentliyə namizəd qeydiyatına alınmasından tam imtina etdi. Belə saxtalıqda ifşa ediləndən sonra nəinki hər hansı bir siyasi imicə iddialı olmaq, sadəcə olaraq adamlar arasına çıxmaq belə ayıbdır. O.Popsovun yazdığına görə, «Qalina Starovoytovanın istefasının səbəbi çox güman ki, bundadır. Ona elə gəlirdi ki, o fəlsəfə yaratmaq üçün təyin olunmuşdur, amma «burnunun ucundan uzağı görməyə» ehtiyacı var idi «ki, küçədə nə baş verdiklərini görəsən. S.Dövlətovun: «kommunistlərdən sonra mən, hamıdan qabaq antikommunistləri sevmirəm»ifadəsi məhz Starovoytova kimi xadimlərə aid edilə bilər.
Q.Starovoytovanın qətlindən sonra müxtəlif ehtimallar yarandı. Lakin, «5-ci» və «11-ci» kanalların teleproqramlarının müəllifi və prodüseri A.Borisoqlebskini dinləyək.
- Aleksandr, belə alınır ki, ön plana qətlin adi talan məqsədilə törədildiyi ehtimalı çıxır?
- Bir şeyi təsdiq etmək olar: Qalina Vasilyevna elə «cəhd göstərən» siyasətçi deyildi ki, biznesə yad olsun. İstintaq aparan dairələrdəki etibarlı mənbələrdən məlumdur ki, o, Moskva Qeydiyat palatasında qeydə alınmış 36 müəssisənin təsisçilərindən biri imiş,
bu müəssisələr pulların nəğdləşməsi və xarici hesablara köçürülməsi ilə məşğul olurmuş.
Starovoytova bu hesablardan pulları götürüb Peterburqa aparırmış. Gələcək talançıların bundan xəbərdar olması və onu izləməsi istisna edilmir.
Qalina Vasilyevna özü də təsdiqləyirdi ki, onun ətrafında ciddi pullar fırlanır. Yaz fəsli Peterburqda «Dem.Rossiya» federal partiyasının konfransı keçirilirdi. Konfransın başlanmasından qabaq Starovoytova jurnalistlərə məlumat vermişdi ki, Peterburqun qanunvericilik iclasına seçgilərdə bütün demokratik partiyalardan vahid namizədlərin irəli sürülməsi planlaşdırılır. Qalina Vasilyevna zarafatlamı, ya ciddimi demişdi ki, əgər vahid namizədlərin irəli sürülməsi baş tutmasa, «Dem.Rossiya» şəhər parlamentində 50 yerin hamısını tutmalı olacaqdır. Orada hər deputat yerinin qiyməti isə, onun fikrincə 150 min dollardır. «Dem.Rossiya» seçgiqabağı kompaniya üçün 5 milyon dollar tapacaqmı sualına Starovoytova: «5 də olmasa 3 var» cavabını vermişdi.
Qanlı antiazərbaycan mövqeinə görə onun nə qədər «zelyonı» aldığını, nə qədərini
özünə saxladığını, kimə, nə qədər verdiyini çətinki bilərik. Lakin əsas bu deyil. O, Azərbaycana qarşı qanlı qəsdi bütün xırdalıqlarına qədər aça bilərdi. «Ölənlər haqqında heç nə, ya da ancaq yaxşı söz». Bu, əlləri Azərbaycan qanına boyanmış Starovoytovaya aid edilə bilməz.
«Mənim mən boyda kişilərim olurdu, kiçiyi olmamışdı. Mənim xoşuma gəlməsi üçün kişinin döşündə və başında yüngül pöhrə olmalıdır. Ərimin nigahı birinci deyil. Lakin belə arvadı olmamışdır. Gənclikdə, məndən çox-çox yaşlı kişilərin rəğbətini qazanmışdım… Düşünürəm ki, praktiki hər bir normal adam arvadına və ya ərinə xəyanət edir. Buna baxmayaraq istərdim ki, xəyanətə düçar olmuşlar da özlərini itirməsinlər. Hətta o vaxt dəbdə olmadığı halda mən ərə gedəndə tam bakirə olmuşam. Bu, ərim üçün problema yaratmış, o özünü itirmişdi. İkinci ərimlə birincidən boşanmamış görüşürdüm. Baxmayaraq ki, mən ərə gedəndə bakirə idim, mənim kifayət qədər kişim olubdur».
Müəllif riyakar deyil və hesab edir ki, burada hər kəs özü nəticə çıxarmalıdır. Lakin, Freydə görə bir sıra sosyal problemlərə baxışla sıx əlaqədar olan seksual ideologiyanın… belə daşıyıcıları Azərbaycan xalqının taleinə qarışdıqda,bu, ikrah hissi oyatmaya bilmir.
«İzvestiya»nın jurnalısti P.Qutiontovanın Yerevan və Stepanakertdən antiazərbaycan reportajları, onun «Dolq soldata i dolq obşestva» məqaləsindəki iyrənc yalana sirayət etmişdi. Nə dərəcədə gərək vicdanını itirəsən ki, belə ağ yalan yazasan: «Zabit ailələri kiçik şey bağlamaları və ciblərindəki onluqla, həddən artıq dolu paromlarda Bakıdan köçürülərkən,sahildən qadın və uşaqların ardınca atəş açılırdı…».
1989-un oktyabrında iqtisad elmləri doktoru V.Şeynisin qışqırığını yada salmaq yerinə düşər: «Qarabağı Ermənistana verin, yoxsa pis olacaq, qan töküləcək, ikinci Sumqayıt olacaq!».
Yalançı uşaqsevərliyi ilə tanınmışAlbert Lixanov vaxtilə təhrik edici sual vermişdi:«Bu gün balaca azərbaycanlının çətin izah edilən nifrətlə həmyaşıdı erməniyə baxmasında günahkar kimdir?». Öz katibəsi ilə uşaqların pullarını yeyən A.Lixanovun sətirlərini oxuyanda özündən çıxmaya bilmirsən.
RF Sentrizbirkomunun sədri N.Ryabov press-konfransda demişdi ki, «Za çestnıye vıborı» hərəkatını yaradan A.Şabad və V.Şeynisin başçılığı ilə (hər ikisi qarabağ ermənilərinin əsas müdafiəçilərindən biridirlər. – müəllif ) deputat və ekspertlərdən ibarət qrup xarici səfirliklərdən birinin damı altında işləyir və xaricdən pul alırlar. Ryabov söz vermişdi ki, «vaxtı gələndə» müvafiq sənədləri təqdim edəcəkdir. Şabad təsdiqləmişdi ki, onun həmfikirləri «maliyyə dəstəyi üçün bir sıra ölkə və xarici fondlara müraciət etmişlər». Lakin, onun sözlərinə görə «hələlik biz bir qəpik də almamışıq, nə vaxt və əgər alsaq bunu elan edəcəyik». Azərbaycan oxucusu üçün bu informasiyada təzə bir şey yoxdur: cc Şeynis və Şabadın muzdurluğu məlumdur. təəccüb doğuran, bu cənabların sadəlövhlüyüdür – istifadə edilmişə (b/u) kim vəsait verər?
Bu kompaniyanın bir üzvü də – Q.Yakunindir. O, erməni-azərbaycanlı qarşıdurmasına etnik rəng vurulmasında çox iş görmüş, şəxsiyəti təhqir etdiyinə görə A.Nevzorovu məhkəməyə vermişdi. A.Nevzorov pressə demişdi ki, deputat Yakuninin Dövlət dumasının bufetindən boşqabları necə «çırpışdırması» onu heyran etmişdir. Yakuninin sözlərinə görə o boşqabları «çırpışdırmamışdır», onun anlayışında bu oğurlamaq deməkdir, sadəcə öz hərəkətlərini heç kəsdən gizlətmədən, onlarıbufetdən götürüb aparmışdır. Yakunin aydınlaşdırdı ki, Nevzorovun dediyi boşqablar təkrar işlənməyəndir və yemək alınanda onların da pulu çıxılır. O, istifadə etmədiyi boşqabları öz xüsusi əmlakı tək götürüb iş otağına aparmışdır.
Xüsusi komisiya bir milyon dolların xarici banklardan birinə qeyri qanuni köçürülməsində B.Kurkovanın əli olduğunu aşkarlamışdır. Y.Şutovun ifadəsinə görə «Pionerskaya pravda»nın bu qəzəbli redaktorşası SSRİ-nın şimal-qərb tərəfdən ideoloji yandırılmasının baş müəllifi olmuşdur. Əlavə edək – qarabağ senarisinin alovlu müəlliflərindən biri.
Demokratka-deputatka A.Gerber ərz eyləyir: «Müharibə bütünlüklə əhalidə faşizmə qarşı nəhəng immunitet yetişdirmişdir. Ona görə də telegörünüşdə, kütləvi informasiya vasitələrində izah etmək lazımdır ki, bizim opponentlər – faşistdirlər». Mərkəzi telegörünüşün kanallarında bu xanımların Azərbaycan xalqına qarşı iyrənc məzəmmətli çıxışlarını yada salaq.
Q.Starovoytovanın tələbəsi Şellov-Konedyayev deyir: «Cənab Çernomırdin iki il yarımdır ki, canlı insanlar üzərində bazar iqtisadiyatı təlimini keçir». Bu çıxışı,onun vicdanına həvalə edək. Amma Şilov-Kkovedyayevin azərbaycanlılar üzərində qantökmə ideologiyası təlimini keçməsi – faktdır. Onun, o böhranlı günlərdə söylədiyi hər fikir xalqımıza qarşı fitnəkarlıq xarakteri daşıyırdı.
Tanınmış müğənni A.Puqaçova bütün Rusiyanı xəbərdar edir ki, kommunistlərdən sonra seçgiyə getməyən «pofigist»lərə (yəni laqeydlərə – müəllif ) nifrət edir- belələri 100 milyon nəfərdir. Vaxtilə o, ana və oğulcuğaz Kasparovlarla birlikdə belə nifrəti azərbaycanlılara münasibətdə nümayiş etdirmişdi.
Nuykin isə öz əclaflığı ilə hamını geridə qoymuşdur, hər şeyi tərsinə deyir, azərbaycanlıları cəllad, erməniləri qurban adlandırır. Nuykin, azərbaycanlıların qanından doymayıb, sonra da çeçenləri məhv etməyə çağırdı.
Bu antixrist titrəyən saqqalı və xəstə gözləriylə dəhşətli təəssürat yaradırdı.
Mətbuatda çıxan çoxsaylı məqalələrdən məlum olur ki, A.MakarovSSRİ DTK ilə fəal əməkdaşlıq etmişdir, Xəzər probleminin böyük «bilicisi» Rusiya Federasiyası Şurasının başçısı V.Şumeyko isə öz mənfəətini güdərək amerikanın «Filipp Morris»i ilə əməkdaşlıq etmiş və buna görə də «Vladimir Morrisoviç» ləğəbini almışdı. Vaxtilə Şumeykonun köməkçisi Romanyuxa Kanadaya qaçmış və orada anasının adına milyondan artıq dollara ev almışdı. Şumeyko Rusiya prokurorluğunda dindirilərkən huşunu itirmişdi. Görünür, Vladimir Filippoviç, gərək əvvəlcə «Filipp Morris» firmasını və Romanyuxu öyrənəydi, bundan sonra Xəzər problemini «həll» edəydi və Rusiyanın cənub sərhədlərində kimin forpost olacağını təyin edəydi. Tütün istası birdən-birə Xəzər problemlərinin bilicisi və qatı antiazərbaycanlı oldu.