«Komsomolskaya pravda» yazırdı ki, V.Şumeyko bir vaxtlar rəhbərlik etdiyi Krasnodar ölçü sihazları zavoduna, Yelsini təbliğ etməyə gəlmişdi: «MTİ tərəfindən zavodun baş texnoloqu çıxış etdi. Biz bir qohum kimi sizdən xahiş edirik, deyə o Vladimir Filippoviçə müraciət etdi, yadınıza salın: nədən yapışırdınızsa – zavodda, hökumətdə, Baş Sovetdə, Federasiya Sovetində – onu körlayırdınız. Lütfən, daha heç nədən yapışmayın. Ölkəyə yazığınız gəlsin. Yaxşı olardı ki, memuarlar yazasınız».

Poltoraninin Almaniyada daşınmaz əmlakinin bölünməsində, SovİKP MK və BTK arxivlərinin Amerikanın Quverov hərb və sülh institutuna satılması əhvalatında iştirakını, onun gündoğan Ölkəyə səyahətini ödəmiş yapon biznesmenləri ilə şübhəli əməkdaşlığını yada salmaq olar. Poltoraninin siyasi sonluğu da səciyyəvidir. Jirnalist Q.Kovalskaya yazdığı kimi ona «nə indi dəbdə olan «düzgün» vətənpərvərlik oyunları, nə tələsik –seçki kampaniyasının başlanan kimi – «Rusiyada demokratik seçkilər»dən çıxmaq kömək etmədi». Məğlubiyət - necə var. Prezidentin keçmiş ən yaxşı dostu, keçmiş, nüfuzuna görə üçüncü, ya dördüncü rus siyasətçisi, KİV üzərində keçmiş baş rəis, keçmiş liberal, keçmiş demokrat Mixayıl Poltoranin çətin ki, bir daha böyük siyasətə qayıtsın».

Burbulis Yelsinə xəyanət edib təzə ağalar axtarır, lakin, yaxşı tanıdıqlarına görə heç kəs onu öz siyasi kompaniyasına qəbul etmir. Məhz o, Q.Kasparovla birlikdə buxarlıqlarda qeyri rəsmi «qarabağ dinləmələri» təşkil etmişdi. Bu «dinləmələrin» Azərbaycan üçün nə ilə qurtardığı yaxşı məlumdur.

Rusiya ordusunun başkomu P.Qraçov da «fərqli» oldu. Onunla bir yerdə qulluq edənlər qeybət edirdilər ki: Qraçov Napoleondan nə ilə fərqlənir? Napoleon cavanlığında böyük sərkərdə olmaq arzusunda idi, Qraçov isə – xizək təlimatçısı. Rusiya və SSRİ tarixində birinci dəfə idi ki, ordunun baş komandanı rəsmi deyil, oğru ləqəbi «Paşka-Mersedes» adını almışdı. Müdafiə eks-naziri Y.Şapoşnikov sənədllərlə sübut etmişdi ki, Çeçenistana silahı vaxtilə P.Qraçov satmışdı. General A.Lebedin qeyd etdiyi kimi, Qraçov 1991 ilin avqustunda ustalıqla ikili oyun aparırdı. Jurnalist A.Budberq yazır: «P.Qraçov H.Əliyevə axırıncı arqument kimi, erməni tanklarının (daha doğrusu, rus tanklarının. – mü əllif) bir neçə saat ərzində Bakıya necə çatacağını başa salır». «Paşka-Mersedes»lə söhbətin H.Əliyevdə necə nifrət hissi yaratdığını təsəvvür etmək olar. Lakin bu, onun problemi deyildi – Rusiyanı kim təmsil edirdi.

« Mən, Moskva hərbi dərəcələrinin Vilnüs hadisələrində iştirakını təsdiq, və ya inkar edəcək məlumata malik deyiləm lakin bilirəm ki, prezidentin buna qarışacağı yoxdur». Medvedev özünün «qorbaçov Suslovusu» (Starkovun təbirincə – «Suslik») ləğəbini bax belə qazanırdı.

Rusiya xüsusi xidmətinin, adının çəkilməsini istəməyən yüksək vəzifəli əməkdaşlarından biri «Komsomolskaya pravda»nın səhifələrində qeyd edirdi:«Əfsuslar olsun ki, DTK-nin üzdən iraq yenidən təşkili faktiki olaraq onun məhvinə gətirib çıxardı. V.Bakatin (Bakıda qanlı 20 yanvar 1990-cı ilin əsas ruhlandırıcısı və ifaçılarından biri – müəllif ) bu işi başladı. ««DTK-nə atılan» bu adam, vilayət partiya komitəsinin keçmiş birinci katibinə xas olan enerji ilə və başındakı qarma-qarışıqlarla işə başladı. Tez bir vaxtda, komitənin bir necə yüz əməkdaşı onun mərkəzi və yerli orqanlarından qovuldu. 1991 avqustun axırından 1992 iyuna qədər 20 mindən çox adam özləri işdən çıxdı – mənəvi-ideoloji fikirlərinə görə. Rusiya xüsusi xidmətçləri faktiki olaraq başsız qaldı, onların ixtisas səviyyəsi bir neçə dəpəcə aşağı endi».

M.S.Dokuçayev öz kitabında yazır: « S.Bakatindən … daha ağır bir günah da götürülməmişdir. O, həyasızcasına, lovğalıqla və bütün çekist kollektivinə münasibətdə açıqcasına ədəbsizlik edərək silahdaşlarının böyük zəhməti, nəhəng yaradıcı, elmi və əməli səyi nəticəsində əldə edilmiş məxvi sirləri Amerika xüsusi xidmətinə vermişdi… o. Amerika səfirliyində quraşdırılmış əməli-texniki vasitələrə aid məlumat və sənədləri təntənəli surətdə ABŞ-ın Moskvadakı səfiri R.Strausa təqdim etmişdi. Hələ heç bir təhlükəsizlik xidməti öz rəhbəri tərəfindən belə alçaq xəyanətə düçar olmamışdı».

Amerikalılar Bakatinin bu addımının məxvi saxlanması təkliflərindən təngə gələrək onu açıqlamışdı. V.Bakatin sonralar öz hərəkətini izah edərək demişdi: «mən fikirləşirdim ki, aşkarlıq, bizim azad dünyaya qədəm qoymağımıza xidmət edəcəkdir, lakin dünya mən fikirləşdiyimdən daha amansız imiş». Bax belə sadəlövh, hollivud «Happy end» təfəkkürü ilə bu cənab – Bakıdakı 20 yanvar 1990 il qanlı hadisələrinin «qəhrəmanlarından» biri qlobal, o cümlədən bizim problemləri, həll edirmiş. Azərbaycanda da iyrənərək ona əl verməmişdilər.

O günlər SSRİ daxili işlər naziri V.Bakatin Bakı DİRŞ rəisi ilə görüşdə öz tabeliyində olanlardan hərbçilərin törətdiyi özbaşınalıqlar haqqında eşidəndə demişdi: «Detallar və konkret hadisələr lazım deyil. Mən onları çox saya bilərəm». Lakin parlament araşdırmaları iştirakçıları ona rəsmi sorğu ilə müraciət etdikdə – saymadı.

Zaman, çox sirlərin üstündən pərdəni götürür. Qolları dirsəyəcən azərbaycan xalqının qanına bulaşmış Bakatinin antiazərbaycan mövqeinin səbəbi bu gün artıq sirr deyildir. Onun gözə çarpmayan oğulcuğazı 25 yaşı tamam olmadan, aksiyalarının çoxu erməni işgüzarlarına məxsus olan iri Amerika kompaniyası «Renessans-kapital»ın rəhbəridir. Hər halda Bakatinə xüsusi tələb vermək olmaz: niyə öz vətəninin maraqlarını asanlıqla satan adam, oğlunun biznesinə kömək etməyən azərbaycanlıları sevməlidir?

Qəribədir, Qorbaçov da elə Bakatin kimi sadəlövh düşüncəli idi. «Ştern» jurnalı müxbirinin NATO-nun Şərqə irəliləməsi barədə verdiyi sualını o belə cavablandırmışdı: «Bəli, Qərb söz vermişdir ki, Almaniya birləşdikdən sonra Şərqə doğru irəliləməyəcəkdir. Sonra SSRİ dağıldı və Qərb öz centlmen sözünü unutdu». Başqa bir qəribəlik də odur ki, hamını və hər şeyi satan və təkrar satan cənab Qorbaçov… centlmenlikdən danışır.

Q.Podlesskix və A.Tereşonok yazırlar: «Bakatinin qoxmağa əsası var idi. ona məlumat çatmışdı ki, Kryuçkovun göstərişi ilə gizli dəstə yaradılmış və bu dəstə DİN-də onun tabeliyində olanların qanundakı oğrularla təmasda olması barədə çox şeydən xəbər tutmuşlar. Təhlükəsizlik xidmətinin əməkdaşları alınan məlumatlara əsasən yeganə və sonralar məlum olduğu kimi, düzgün nəticə çıxarmışlar: DİN 1990 ilə faktiki olaraq cinayətkar aləmə münasibətdə bitərəflik mövqeini tutmuşdur. Bakatinin ətrafında iri kriminal avtoritetlər qeydə alınmışdı. Bakatinin SSRİ DTK-nin sədri olduqdan sonra tələb etdiyi məxvi materialları qeyri adi vurğunluqla oxuması və orada öz soyadını axtarması təəccüblü deyildir». Dövlət sirlərini satmaq, cinayətkar aləmlə əlaqə, dinc vətəndaşların qanının tökülməsini təşkil etmək – SSRİ tarixində belə «kompleks» DTK başçısının olmadığına etirazım yoxdur. Qana hərislər var idi, əxlaqsızlar var idi, konservatorlar var idi, lakin belə «komplekslər» yox idi.

«Demblok»da qarabağ probleminə əslində Q.Popov «hamilik» edirdi, hər dəfə də öz çıxışını (senator Katonun Karfaqen problemi barədə etdiyi kimi) eyni sözlərlə bitirirdi: «millətlərin özünütəyin hüququna hörmət etmək lazımdır». O, Azərbaycanı daima totalitarizm nümunəsi kimi göstərirdi və bunda çətinlik çəkmirdi, çünki, onunla disskusiyalarda Ə.Vəzirov həmişə marksizm-leninizm klassiklərinə sövkənirdi.

Q.Popov Moskva meri vəzifəsindən gedərkən, ona məxsus utancaq gülümsəmə ilə (burada,O.Tabakovun çox gözəl oynadığı «On iki stul» filmindəki qəhrəmanı necə yada salmayasan?) TG-də elan etmişdiki, o, iki ildə vicdanla «sossistemi uçurtmuşdur» və «borcunu yerinə yetirmiş» kimi gedir. Yeri gəlmişkən, «uçurulmuş sossistemin» dağıntılarından birini – Brejnevin daçasını qeyri qanuni yolla mənimsəməyi də yaddan çıxarmadı və bunun üçün müvafiq təşkilatlarla inadlı mübarizə etdi.

«Keçmişdə yaranmış bürokratiya, komanda etdiyi dövlətin dövlət əmlakının xüsusi mülkiyətçisi olmaq istəyir və yeni cəmiyyətə yeni sifətlə – mülkiyətçi sifətiylə daxil olmaq istəyir». – Q.Popov siyasi karyerasının başlanğıcında belə deyirdi. Və bütün hərəkətləriylə isbat etdi ki, ona, yəni Popova da nəyinsə «düyməsi açılmalıdır».

Bir qədər tarixdən. N.Zenkoviçin yazdığına görə «25 dekabrda Moskalenko müdafiə naziri Bulqaninin yanına çağırılmışdı. O, beş nəfərə – Batitskiyə, Yuferevə, Zuba, Baksova və Moskalenkoya Qəhrəman adının verilməsi üçün məlumat yazılmasını təklif etdi. Birinci üç nəfərə birinci, sonunculara ikinci dəfə. Moskalenko bundan qətiyyətlə boyun qaçırdı və əsaslandırdı ki, onlar elə bir şey etməyiblər. Lakin, Bulqanin dedi: sən başa düşmürsən, dərk etmirsən ki, Beriya kimi təhlükəli adamı və onun dəstəsini kənarlaşdırmaqla necə böyük, lap inqilabi iş görmüsünüz. Moskalenko ikinci dəfə belə təqdimat yazmaqdan imtina etdi. Bu dəfə o, bir neçə nəfərin Qırmızı Bayraq və ya Qırmızı Ulduz ordenləri ilə təltif edilməsi üçün məlumat yazılmasını təklif etdi.

Tarix təkrarlanır. Avqust 1991 ildə dövlət çevrilişinə cəhd edənlərin üzərindəki qələbənin bayram şənliklərində o zamankı Moskva meri, professor və demokrat Qavriil Popov B.Yelsinə Sovet İttifaqı Qəhrəmanı adının verilməsini təklif etdi. Yelsinin, əlbəttə xoşuna gəlmədi.

Konstantin Zatulin «Soçidə böyümüşdür, burada ona sərhədçi babası tərbiyə vermişdir. 1981 ildə MDU-nin tarix fakultəsini «SovİKP tarixi» ixtisası üzrə bitirmiş, bundan sonra MDU-nin SovİKP tarixi kafedrasının aspirantı olmuş, elə ovaxtdan da özünü komsomol fəalı kimi göstərə bilmişdir. Aspiranturanı bitirdikdən sonra – MDU komsomol əməliyat dəstəsinin komandiri, iki ildən sonra ЦLKGİ MK-də işləməyə getmişdir. 1989 ildə ЦLKGİ MK katibi İosif Orconikidzenin köməkçisi olmuş, indii Moskva meri Y.Lujkovun müavinlərindən biridir. «Partiya pullarının» komsomol strukturları vasitəsilə «yuyulma»sında birbaşa əli olmuş, bunun nəticəsində də tezliklə, komsomolun süqutundan sonra Buninin sahibkarlıq assosiasiyasında peyda olmuşdur. Tanışlarının mülahizəsinə görə gözə çarpacaq dərəcədə şəxsi kapitala malikdir. Tanınmış hüquqşünas V.Savitski: «bank yaratmaq niyəti ilə pul almış, bankı açmamış və pulları qaytarmamış K.Zatulinin şübhəli maliyyə fəaliyətindən şikayətlər haqqında» açıqlama vermişdir.

Azərbaycanı eşidilənə görə tanıyan cənab Zatulin, Miqranyanla tandemdə qarabağ qarşıdurmasının Rusiya dumasında dinlənilməsinin təşkilinə hədsiz səy göstərmişdir. Ermənistanda olarkən, dəfələrlə dəvət edilsə də,lütf edib Azərbaycana gəlməmiş, lakin dinləmələrdə çox böyük səylə erməni mövqelərini müdafiə etmiş, Azərbaycana çirkinliklər yaxmışdır.

Bu «cütlük» görün nə təklif edir. «Əvvəla, erməni ordusunun Azərbaycanınkından üstünlüyünü dəstəkləmək lazımdır. Sonra həm ikinci, həm üçüncü gəlir: Azərbaycanı federallaşmağa itələmək … Talış muxtariyəti problemini aktuallaşdırmaq …». Müəlliflər, «Neft hasilatı və nəqlinə kapital qoyuluşu riskinin dözülməz dərəcədə yüksək olması …» üçün nə lazımsa etməyə çağırır.

Onun V.Hüseynovla birlikdə «kepkalı təsərüfatçı» Y.Lujkovun komandasında işləyərək, sonuncuya Bakı ilə qarşılıqlı münasibətlərə dair məsləhətlər verməsi Bakıya yaxşı məlumdur.

Miqranyan burnunu Kiyev probleminə soxmağa başladıqda Ukraynanın prezidenti Leonid Kuçma, onu çox əyani, ola bilər, bir qədər ədəbdən kənar, xarakterizə edərək: «o kimdir və hansı prezident sovetinin üzvüdür? Məndə belə üzvlər yoxdur. Belə üzvləri sünnət etmək lazımdır…dilini» demişdir.

SovİKP-nı qadağan edən qərarın müəllifi və Kisa Vorobyaninovun usta bilicisi S.Şaxray hər şeyi və hərtərəfli dağıdıb, yeni təkliflər gözləyir. «Rusiyada həmişə iki problem olmuşdur: axmaqlar və pis yollar bolluğu. Bizim partiya, məhz bu problemləri həll etməyə cəhd göstərir. – Şaxray, Volqoqrad ictimaiyəti ilə görüşündə PRES-in məqsədlərini beləcə qısa şərh etdi. Alınmadı. Görünür, rusiya seçicilərini axmaqlar və yollar az maraqlandırır. Problemlər o qədərdir ki, hələ axmaqlara çatmaq olmur. V.A.Qilyarovskinin məşhur aforizmi: «Rusiyada iki bəla mövcuddur – aşağıda avamlığın hakimiyəti, yuxarıda isə hakimiyətin avamlığı» daha yerinə düşmüş olardı. Bunun əvəzində Şaxrayın qarabağ separatizminə altdan dayaq etdiyi konstitusiya hüququ Rusiyada öz davamını tapdı.

SSRİ deputatlarının İ qurultayında Y.Koryakinin verdiyi məlumatdan sonra Q.Borovik siyasi səhnədən düşdü: o,1968 də, tankın içində oturduğu halda çex kommunistlərinin adından qoşunların Çexoslovakiyaya yeridilməsi xahiş edilən çağırış hazırlayıb. Maraqlıdır, o, utanmadan türkləri hörmətdən salan bədii filmdən kadrlar da yerləşdirdiyi Qarabağ hadisələri haqqında ssenarisini harada yazmışdır. Çox güman ki, Sevan gölü sahilində. Bu, bütün ölkəyə yayılan ilk, bacarıqla düzəldilmiş telveriliş idi.

Akademik Q.Arbatov da birdən-birə siyasi səhnədən yoxa cıxdı. O, oğlu A.Arbatov ilə birlikdə «Rro Armenia» jurnalının əsasını qoymuş, daha doğrusu, Dağlıq Qarabağ ermənilərinin müdafiəsi üzrə ailə podryadı təşkil etmiş və buna görə də Azərbaycanda «məşhur» olmuşdu. Jurnalın şişirtmələrinə diqqət edin: «nə blokada, nə sərt iqtisadi böhran, nə hərbi istila qarabağlını sındırmadı. O öz torpağında Ermənistan dağları kimi möhkəm və məğrur durmuşdur. O, özünün haqlı olduğuna inanır və öz Vətəni uğrunda axıracan vuruşacaqdır!».

Məlum hadisələrdən bir neçə il qabaq üzüdönük-Arbatov deyirdi: «Artıq bir neçə ildir ki, mən SSRİ Ali Sovetində Azərbaycan SSR-nın xeyli dindar müsəlman yaşayan bir dairəsini təmsil edirəm. Vəziyyətlə birbaşa tanışlıq əsasında deyə bilərəm ki. İslam Sovet İttifaqında siyasi problem deyildir. Dindarlar din azadlığına malikdirlər, məscidlər fəaliyət göstərir, müsəlman ruhaniləri hörmət qazanmışlar». Görünür, hətta Azərbaycandan deputat olduğuna baxmayaraq o hələ o vaxt Ermənistana işləyirmiş, necə deyərlər, «akademik – Mata Xari».

DTK-nin eks-sədri V.Krüçkov yazır: «Bir akademik tanıyıram – Arbatov Georgi Arkadyeviç, hansı ki, indi hesabla yeddinci şef arzusundadır. Əvvəlcə Stalinə, sonra-

Xruşşova, Brejnevə, Andropova, Çernenkoya, Qorbaçova işləyirdi, indi isə növbəti mövqeyə can atır. SSRİ EA-nın ABŞ və Kanada İnstitutlarına başçılıq edərək, Arbatov eyni zamanda amerikapərəst lobbinin ürəyi idi. Bunu Qromıko çox gözəl başa düşürdü və ona görə də xarici işlər naziri olduğu zamanlar onunla hər hansı bir iş görməkdən imtina etmişdi.

… Məlumatlara görə Amerika xüsusi xidmətləriylə sıx əlaqədə olmuş, San-Fransiskonun ticarət palatası direktorunun müavini Harri Orbelyan 1988-1990 illərdə Q.Borovikin və Q.Arbatovun ABŞ-a bir necə dəfə səfərinin təşkilində fəallıq göstərmişdi. «Qonaqlara maliyyə dəstəyi göstərmiş: bahalı mehmanxanalarda yaşama haqqını, ölkə ərazisində səfərləri, yaxtada kruizləri və s. xərcləri ödəmişdi».

Nikolay Lısenko fitnəkar antiazərbaycan çıxışlarından sonra elə də əhəmiyyətli dividendlər almadığından daha böyük miqyaslı təxribata keçdi, «azərbaycan izi»nə ümid edərək, Dövlət dumasında öz iş otağını partlatdı. FTX onun muəllifliyini sübut etdi və «deputat-təxribatçını» həbs etdi.

Bonner, Starovoytova, Nuykin, Ponomarev, Şabad, Şeymis, Çerniçenko, Kurkova, Q.Popov, Şellov-Kovedyayev, M.Salye və başqa cənablar xalqların (təkçə azərbaycan və erməni deyil) normal qarşılıqlı münasibətlərinə böyük «töhvə» verdilər.

Partdemokratlara gəldikdə (M.Qorbaçov, A.Lukyanov, A.Yakovlev və b.), onların yenidənqurma illərində bir-birinə, eləcə də məlum hadisələrə munasibətləri heç bir çərçivəyə sığmır, necə deyərlər, islanmamış yeri qalmamışdı. Onları bəsləyən ideologiyaya satqınlıq, SSRİ-nin maraqlarına satqınlıq, yenidən elə özlərinin uydurduğu ideologiyaya (yenidənqurmaya) satqınlığı, bir-birinə münasibətdə satqınlıq, mütəşəkkil mafiya ilə əlaqə, rüşvətxorluq və bu kimi. Nə vaxtsa Rutskoy Lukyanovu həbs etmişdi, sonralar isə onlar birlikdə Züqanovun bayrağı altına keçdilər, sonra Rutskoy yenidən onları satdı və s. Hədsiz və hüdudsuz.

Qorbaçov- Buş ən sirli danışıqlarından biri Malta adasında baş tutmuşdu. Məlumdur ki, ta qədimdən ümumdünya masson mərkəzi sayılan məşhur Malta ordeninin əsası qoyulmuşdur. Görüşlər gəmilərdə, necə deyərlər, dalğa səsi altında keçirdi; Qorbaçov nümayəndəliyinin tərkibində ermənilərin: Şahnazarov, Aqanbeqyan, Sitaryan mini-nümayəndəliyi var idi. Bu danışıqlarda nədən danışıldığını bilməyərək, müxtəsər bir söz demək çətindir, lakin, bir müddət keçdikdən sonra aydın oldu – məhz Maltadan sonra Qorbaçovun Azərbaycana münasibəti sərtləşdi və mini-nümayəndəliyin orada nə etdiyini bilmək çətin deyildir.

Rusiya Dövlət dumasının spikeri Rıbkin, Rusiya dövləti üçün başlıca roblem olan silahlı qüvvələrin öz ərazisində döyüş əməliyatları aparmasını qadağan edən qanunun qəbuluna, V.Yerinin, P.Qraçovun, A.İlyuşenkonun öz vəzifələrinə layiq olmamalarına dövlətə inamsızlığa səs vermədi. Lakin «əvəzində», kommunistlərin gündəliyə üzdəniraq erməni soyqırımı müzakirəsi üzrə sualın daxil edilməsi təklifini fəal dəstəklədi və «lehinə» səs verdi. Sonralar o, kommunist öz partiyasına xain çıxdı və Yelsinin yanına qaçdı, sonra Berezovskinin qanadı altına keçdi və bu kimi.

Rusiya Dövlət dumasının növbəti spikeri Seleznev deyir: «Dağlıq Qarabağın erməniləri özlərinin öz talelərini həll etmək hüququ vardır. Hər millət özünütəyin hüququna malikdir» – o bunu Dağlıq Qarabağ separatçıları haqqında deyirdi.

«Narkomanlar, alkoqoliklər üstə gəl amerika dollarları – bu demokratların əsil sifətləridir» - bunu o Yuqoslaviyada bir neçə xalqın cəlladı Miloşeviçin istefaya getməsinə məcbur edən çoxmilyonlu nümayişlər haqqında deyir.

A.Karaulov öz kitabında yazır: «Türkiyənın prezidenti Süleyman Dəmirəl təəccüblənirdi: «Bax siz gəncsiniz. Deyə bilərsinizmi, sizdə nələr baş verir? Soskoves bizə gəlir. Biz onu sizin rəhbərlikdəki üçüncü adam kimi qəbul edirik. Əgər bu rəsmi gəlişdirsə, təbii ki, biz istərdik Rusiyanın Kiprə görə, Azərbaycanla indicə sahmana saldığımız münasibətlərə görə mövqeini bilək. Bizi ermənistanla sərhədlər də maraqlandırır, bilirsiniz ki, biz orada tam bir ordu saxlamağa məcburuq, - bir sözlə, suallar çoxdur. Sizin XİN cavab verir ki: «Cənab Soskoves Kipr, Azərbaycan, xüsusən Ermənistan sərhədlərindəki problemlərdən heç nə anlamır. O yalnız tanklarla məşğuldur. Və bu tankları nə qədər mümkündür, o tez satmalıdır… De Qoll nə vaxtsa demişdi: Rusiya – Avropa ölkəsidir. Yadımdadır, mən onun sözlərini Kosıginə çatdırdım. Yaxşı, Kosıgin Türkiyəyə gəlmiş və o saat da Ankaraya getmişdir. Cənab Soskoves isə əvvəlcə dörd günlüyə Antaliyaya getmişdi. Məni anlatdılarki, o gərgin işləmiş və ona görə də çox yorulmuşdur. Mən cənab Soskovesə acıyıram. Amma, ədəb qaydaları var axı… protokol…».

Cənab Dəmirəl haradan bileydiki, Soskoves Antaliyada şəxsi maliyyə məsələlərini həll edirdi – «öz köynəyin bədənə daha yaxındır».

Rutskoy yazır: «Rusiya resursları və strateji xammalı satarkən hər il qiymətlər fərqinə görə 60-70 milyard dollar itirir. Qardaş «müstəqil respublikalar» təkcə enerji resurslarına görə bizdən yeddi trilyon rubl borc alıblar, təşəkkür əvəzinə isə rusları qovur, ələ salırlar. Biz özümüzü belə dövlətlərə qarşı necə aparmalıyıq? Sərhədləri möhkəm bağlamalı, elektrik enerjisini açmalı, onların qaz, neft, xammalla təchizini dayandırmalıyıq. Onlara bir qutu araq və açıq məktub göndərməliyik: «Müstəqillik vəistiqlaliyyət münasibəti ilə təbrik edirik». İki aydan sonra sürünərək gələcəklər. Hər il xaricə 20-dən 30 milyardadək oğurluq dollarlar üzüb gedir. Belə ki, xarici borclar probleminin həlli üçün onilliklər tələb olunmur. Əlbəttə, əgər tədbir görülsə».

Цç dəfə əsirlikdə olan adam (ikidəfə Əfqanıstanda, bir dəfə – Ağ evdə) belə mülahizə edir. Bu Sovet İttifaqı Qəhrəmanının Moskvada bir neçə mənzili, Moskva ətrafında isə – dəbdəbəli malikanələri kimin hesabına tiklirdiyi sirr olaraq qalır. Bu bığlı şovinist və populist qatışığı «sürünərək gələcək» ölkələrin hansı sərvətlərə malik olduğunu heç ağlına da gətirə bilmir. Belə, artıq «bu dərsi keçmişik».Rusiya Azərbaycanla sərhəddini kip bağladı və o «sürünüb gəlmədi», əksinə, ağır blokada şəraitində öz istiqlaliyətini qorudu. Nə isə, Rutskoy tək bir az çətinliyə düşən kimi təslim olan subyektlər bunu başa düşməz. Əvvəlcə komunistlərə, sonra Yelsinə xəyanət etdi, sonra yenə Yelsinə tərəf süründü, sonra yenə geriyə süründü və s.

A.Karaulov yazır: «Qəribə səhnədir, Rutskoy və Barannikov (Rusiyanın vitse-prezidenti və FTŞ sədri – müəllifin qeydi) Pridnestrovye qarşıdurmasını yatırtmaq üçün Kanada təyyarəsində Snequrun yanına uçurlar, MOSSAD-dan, heç kimə məlum olmayan bir cənab isə onlara rəhbərlik edir (Birşteyn – müəllif qeydi).

Digər keşiş xidmətçisi A.Lebedi dinc əhaliyə qarşı «igidliiklərinə» görə Bakıda yaxşı tanıyırlar. Sakit Bakıya soxulandan sonra o, buxarxanalarda «qurumaması» ilə məşhurlaşdı. Onun ən böyük «igidliyi» isə, qəza nəticəsində rayonda işıqlar söndükdə, əlində silah, erməni mənzillərinə işıq verilməsi tələbi idi.

Moskvalı təvazökar təqaüdçü qadın canlı efirdə Lebedi «sındırdı»: «sizin gur səsiniz və vahiməli baxışınız, sizin zəifliyinizdən xəbər verir. Güclü insanlar rəvan səslə, mimikasız danışırlar. Və bu da düzdür. Lebed zəif adamdır və həmişə özünə dayaq axtarmış və axtarır. O, lider deyildir və daha güclü şəxsiyət (ya da şəxsiyətlər) tərəfindən asan idarə olunur. Bununla da təhlükəlidir. Pridnestrrovyenin prezidentinin, silah mafiyası ilə birbaşa əlaqəsinə görə Lebedi necə günahlandırdığını yada salaq. Sonralar Lebedi əvəzləyən general Yevneviç bunu təsdiq etdi. Lebed, siyasi cəhətdən tüklənməmiş Dağlıq Qarabağa cumur, özü də bir dəfə, deyil bir neçə dəfə. O bunu, Rusiyadakı və sərhədlərdən kənardakı erməni diasporu ilə danışığa əsasən edir. Qeyd edək ki, Rusiyada prezidentliyə iddiaçı olanlardan heç biri nəinki Qarabağa uçmur, heç şübhəli mülahizələr də etmirlər. Həmin asan yolla o İrkutskda peyda olur və dərhal güclü alümin mafiyasında himayədar axtarır. Zəhmli general kimə oldu qulluq etməyə hazırdır. Bununla da o Rusiya üçün təhlükəlidir. Vaxtı ilə Azərbaycana gələndə o deyirdiki, Lənkəranda, Neftçalada sovet hakimiyətini bərpa etmək istəyir. Bəs, əgər birdən Rusiyanın prezident seçilsə orada nəyi bərpa edəcək? Bu gün artıq aydındır – o heç vaxt heç Kim olmayacaqdır. Krasnoyarsk onun finiş xəttidir.

Kim Lebedi, onun əməllərinin dərinliyini adekvat başa düşə bilər? Birinci növbədə ona oxşar, həmin satqın üsullardan istsfadə edən şəxsiyət, bu isə şübhəsiz ki, Jirinovskidir. Lebed və Jirinovski –iki əqrəb bir bankada – eyni növ təzahürlər, və təbii ki, aralarında mübarizə.

Müxbir Jirinovskiyə deyir:

- Hər halda Demək olmaz ki, o Pridnestrovyedə uduzdu.

- Elə məsələ də ondadır: onun orada elədiklərinin həmısı artıq iş-işdən keçəndən sonradır.

O orada artıq sonra olmuşdu. Berlin alınandan sonra. Təzə ordu gətirib demək olar: biz Almaniyanı aldıq. Şəhərə həmlə edənlər,onu aldılar. Və o orada 4 min moldovanı məhv etdi. Bunların hamısı aşkarlansa, onun üçün acınacaqlı olacaq. Bu planda o həmişə uduzur. O hər yerdə qovub dağıtma ilə məşqul olmuşdur. Tiflisdə – kürəklə başları yarmaqla. Axı bu odur! Rodionov – dairə komandiri, diviziya komandiri isə – polkovnik Lebeddir,əmrləri o verirdi. Əfqanıstan, əgər aşkarlansa. O xidmət etdiyi yerlərdə, kombatlar – hamısı həbsxanadadır. Onlar niyə həbsxanadadır? Narkotiklərin tranziti, intizamın pozulması, talançılıq…

Lebedi çoxdan izləyirlər. O xaricdə və Rusiyada müəyyən qüvvələrə lazımdır. Onu Pinoçet növlü ehtiyat variantı etməyə çalışırlar. O sünidir, olduğu kimi deyil. Onu formalaşdırırlar. Uydurma fiquradır. Onun şəxsi keyfiyəti var: qəddarlıq. Götürün onun kursant keçmişini. Axı o Qraçovun rotasında olmuşdur. O nəyinən məşğul olurdu? Qraçova kursant-uşaqların nə etdiklərindən «xəbərçilik»lə: içgi, qızlar, icazəsiz evə buraxma… «Xəbərçilik! Yəni bu adam uşaqlıqdan xəbərçilik və tez-tez yerini dəyişməklə məşğul olmuşdur. Bəs 91-də, o nə edirdi? O Tula diviziyasının komandiri idi – Yazov ona əmr edir: Ağ evi almaq. O isə Yelsinin yanına gəlir və danışıq aparır: mən sizin tərəfə keçərəm. Və buna görə, sonra general-leytenant rütbəsini alı r və Pridnestrovyeyə göndərilir. Ora-bura qaçırdı, axtarırdı, hara yaxşıdır…».

Necə deyərlər,balıqçı balıqçını..

Oxucunun yəqin yadındadır ki, Dağlıq Qarabağ hadisələrinin müqəddiməsi A.G.Aqanbeqyanın Parijdəki çıxışı olmuşdur. Aqanbeqyan sovet vaxtı ölkənin partiya və dövlət başçıları ilə sıx əlaqəsinə görə tanınmışdı. Siyasi büronun heç bir mühüm qərarı onun iştirakı olmadan keçmirdi. Və o təbiidir ki, ölkə iqtisadiyatına aid əsas məlumatlara malik idi. «Komsomolskaya pravda»dan Y. popova söz verək: «Bu günlərdə müştərək müəssisə yaradılması haqqında müqaviləni oxuyurdum («İst-Vest proyekt» MM ), onun əsas iştirakçıları SSRİ EA-nın məhsuldar qüvvələrin və təbii sərvətlərin öyrənilməsi üzrə komisiyası (qısaldılmış KETS) və Belcika firması «İst-Vest Marketinq HB» olmuşlar. Mətn bir neçə maşınyazısı səhifəsindən ibarətdir – sənədə söz yoxdur, MM-nin yaradılması barədə imzalar və möhürlərlə, məqsədlərindən də biri – sovet və qərb müəssisələri üzrə iqtisadi məlumatların qarşılıqlı mübadiləsidir.

«İst-Vest Proyekt» kimi MM-yə ehtiyac şübhə doğurmur. Amma, yenə də. MM idarəsinin başçısı hamının hörmət etdiyi akademik A.G.Aqanbeqyandır və müqavilədə onun imzası SSRİ EA-nın iri möhürü ilə təsdiqlənmişdir. Niyəsini başa düşmək çətin deyil. Necə olsa adı çəkilən KETS MM-in payçısıdır və məlum olduğu kimi Aqanbeqyanın onunla birbaşa əlaqəsi var. Məsələ başqadır. Vyanada «İst-Vest-Proyekt» MM-nin nümayəndəsi professor Kvint mənimlə söhbətdə etiraf etdiki, bizim qanunvericiliyin mükəmməl olmaması xarici partnyorlara verilən məlumatların mahiyyətinin hətta düzgün tərtibinə və ona nəzarət edilməsinə də imkan vermir. Hələlik bu sahədə sağlam fikir və elementar insani ləyaqətə ümid etmək olar.

Məni daha bir vəziyyət narahat edir – bu yaxınlaradək partiya və dövlət rəhbərlərinin məsləhətçisi olan akademik Aqanbeqyan öz mövqeini tərk edərək dərhal xarici iş adamlarına məsləhətlər verməklə məşğul oldu. Bizim təkmilləşməmiş cəmiyyəti n qanunvericiliyindəki paradokslardan biri də budur – öz fəaliyət dairəsinə görə dövlət sirləri sahəsində geniş məlumatlandırılmış akademikə çox ixtiyar verilir. Eyni zamanda raket hissəsinin hansısa bir yanğın komandasında xidmət etmiş əskəri ordudan buraxıldıqdan bir neçə il keçməyənədək, heç bir vəchlə, hətta turqrupun tərkibində belə xarici səfərə buraxmazlar. Soruşulur, niyə?... Ona görəki, o Qorbaçova yaxın idi və hamı bunu bilirdi. «Qorbiyə yaxın olanların» törətdiyi o özbaşınalıqlar isə hamıya məlumdur.

A.Aqanbeqyan – alim obrazını V.Baronin belə açıqlayır: «Lakin budur, elmi iclasların özünəməxsus patriarxlarından biri akademik A.Aqanbeqyan tribunaya qadxır və, qəribə işdir, söhbət ümumi ifadələrlə davam edir. «Elmi-texniki inkişaf – deyir – çoxtərəfli və çoxsifətlidir. Onun tərkibində iki prosesi ayırmaq olar: tədrici – mövcud texnika və texnologiyaların təkmilləşdirilməsi, - və inqilabi, haradakı söhbət yeni texnikaya keçid, yeni texnoloji sistemlərin yaradılmasından gedir». Sonra Abel Gezeviç yeni texnikanın yeni işçi tələb etməsindən danışdı…Mən bu cıxışlara qulaq asır və fikirləşirdim, çox uzaq olmayan o vaxtlarda necə də məsləhət bolluğu hökm sürürmüş. Cansıxıcı məruzə, sönük çıxışlar – bu heç kəsi o qədər də narahat etmirdi. Rayon, şəhər, ittifaq «naqqalxana»larının iş başlayandan 20 dəqiqə sonra hərə öz işi ilə məşğul olurdu. Kimi qəzet oxuyur, kimi kitab, digəri kürsü qonşusu kişi və ya qadınla öz problemlərini müzakirə edirdi. Natiqlər özihi ilə məşğul idilər, dinləyicilər – həmçinin.

Lakin zaman bu prosesə də öz düzəlişlərini verdi. Əvvəlcə adlı-sanlı natiqin yadına reqlamenti saldılar, sonra isə kifayət qədər səmimi alqışlarla elan etdilər ki, ümumtəhsil mühazirəsi indiki halda yersizdir.

- Mənə elə gəlir ki, bu mühazirə tələbə auditoriyasında edilsəydi yaxşı olardı - deyə öz təəssüratımı iqtisadi elmlər namizədi N.Lınniklə bölüşdürdüm.

- Nə danışırsınız, TSM və ya texnikumda, artıq olmaz, - həmsöhbətim cavab verdi – hətta hərdən bir qəzet oxuyan insan da bizim eşitdiklərimizin hamısını bilir».

BAM tikintisinin iqtisadi əsaslandırılması «böyük» iqtisadçı Aqanbeqyanı xarakterizə edir. BAM-ın dəyəri 1991-in qiymətlərinə görə 12 milyard rubl və ya ozamankı kursa görə 7,5 milyard dollar təşkil edirdi. Aqanbeqyan və onun komandasının hesablamalarına görə BAM-ın özünü ödəmə müddəti 10 il idi. Çox illər keçmişdir, ödəmədən isə söhbət açılmır. Dünya təcrübəsi göstərir ki, belə nəhəng tikintilərin ödənməsi barədə böyük ehtiyatla danışmaq lazımdır; onlar hər şeydən əvvəl prestij xarakter daşıyır və bunu iqtisadiyatı güclü olan ölkələr özünə rəva bilər. (misal üçün, La- Manşın altından keçən ingiltərə-fransa tunelinin istismarı hələlik itgilidir). Bu gün demək olarki, BAM SSRİ-nin zəif iqtisadiyatına hiss olunacaq zərbə endirmişdir. Əgər bir gün məlum olsa ki, BAM-ın tikilməsi məsələsində Aqanbeqyana məsləhətlər okeanın o tayından verilmişdir, müəllif təəccüblənməz: SSRİ iqtisadiyatına son dərəcə gözəl zərbə endirilmişdi – onun iqtisadi qüdrətinin güclənməsi adıyla o, dağıdılmışdı.

Sitaryan və Aqanbeqyan Azərbaycanın iqtisadiyatı ücün təhlükəli tandem yaratdılar. Həm də təkcə iqtisadiyatı üçün yox. V.Medvedev yazır: «ilin axırında, Plenumda ediləcək məruzəni hazırlamaq üçün Serebryanıy bora işçi qrupu çıxarılmışdı. Yekunlaşdırıcı mərhələdə məndən başqa orada Aqanbeqyan, Sitaryan, Volski iştirak edirdilər». Qorbaçovun belə inamından istifadə edərək Qarabağ məsələsində bu üçlüyün necə məlun rol onadığını təsəvvür etmək olar: axı Plenumda məruzə dövlətin siyasətini qabaqcadan mmüəyyənləşdirir.

Bəs Aqanbeqyanın sonrakı talei necədir? Əksər «demokratlar»ın – qarabağ separatizminin müdafiəçilərinin - talei kimi. O, 120 milyona tikilmiş «Xalq təsərrüfatı Akademiyası»nın binasını praktiki tamamilə qərb firmalarına arəndə vermiş və kirayənin böyük bir hissəsini mənimsəmişdi. Rusiyanın baş prokuroru onun əleyhinə cinayət işinə başlayanda o Parisə qaçmışdı.

Volski və Mixaylov ozamankı hərci-mərclik şəraitində Azərbaycan dövlətçiliyinə qorxulu zərbə vurdular. SovİKP MK-nın bu keçmiş yüksək mənsəbli funksionerləri, biri Rusiya millkomunun şefi rolunda, digəri isə yenə həmin rolda, lakin ictimai əsaslarla Bağırov və Vəzirovu, eləcədə onların əhatəsini dəqiq azdırdılar. Bakıda hamının yadındadır ki, Ermənistandan ilk qaçqınlar gələndə Mixaylov respublikanın telegörüntüsündə çcxış edib onların hamısını geriyə, Ermənistana qayıtmağa çağırdı, «belə ki, onları oradan heç Kim qovmaq fikrində deyil». Bunun ardınca nələr baş verdiyini – hamı bilir. Yüzlərlə adam vəhşicəsinə öldürülmüş, sağ qalanlar isə qarlı dağ aşırımlarına tərəf qovulmuşdu. Mixaylovun 1990 yanvar hadisələrindəki rolu da məlumdur.

A.Volskiyə gəldikdə, o çox səliqə və sistemlə bütün Azərbaycanlıları Dağlıq Qarabağdan qovdu, Bakını saymayaraq praktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırdı. Həmin yekəxanalıqla, həmin öyüdverici tonda, sonralar çeçenistandakı kimi , hansısa mafioz strukturlar, üçüncü qüvvələr və s. haqqında danışırdı, özü isə öz bəd əməlini görürdü.

Xüsusi idarə komitəsinin (XİK) tərkibinə baxmaq kifayət edirdi ki, hər şey Allahın günü kimi aydın olsun, beş nəfər Moskvadan: Volski, Kupreyev, Plisov, Mişin, Sidorov, ikisi yerli erməni – Babayan, Tovmasyan və təkcə bir (!) Azərbaycanlı, sonralar faciəli surətdə həlak olmuş Cəfərov. Moskva qrupunda xüsusi xidmət nümayəndələri var idi və onlar bunu heç gizlətmirdilər də. İdeoloji təfriqəçi Sidorov idi, «Arqumentı i faktı» qəzetinə çirkin, sözsüzki, ödənilmiş müsabiqə verən həmən Sidorov. DQMV-nin iqtisadi məsələləri ilə, Bakıdan yan kecərək, SSRİ dövlət Plan komitəsi sədrinin müavini Sitaryan məşğul olurdu. «Ağlayan bolşevik» N.Rıjkov Bakıya tabe olan tək bir müəssisəni də bağladı. Faktiki olaraq xüsusi idarə komitəsi deyil, Dağlıq Qarabağı zorla ayırma komitəsi (ZAK) idi.

30 may, 1 iyunda Stepanakertdə XİK-in sanksiyası ilə mitinqlər kecirildi. Mitinqdə… XİK üzvləri – S.A.Babayan, S.A.Kuprin, V.M.Mihin, V.V.Plisov,V.A.Sidorov iştirak edirdi.

«Mən bu vaxta qədər bilmirəm, - H.Həsənov ucadan deyirdi – DQMV-nə xüsusi idarə formasının yeridilməsi və mərkəzə tabe olan komitənin yaradılmasının təşəbbüsçüsü kimdir? Kim komitənin tərkibinə DQMV-nin Azərbaycandan ayrılması uğrunda mübarizə aparma mövqeini açıq bildirən şəxsləri təklif etmişdir? Bu kimin variantıdır – DQMV-ni Azərbaycanın tərkibindən çıxarıb güzəşt qaydasında Ermənistana yox, mərkəzə və ya hər hansı başqa bir respublikaya vermək. Belə gülməli güzəşt dünya ictimaiyətində fikir yaratmışdır ki, guya bu sadəlövh Azərbaycan xalqı prinsipcə DQMV-nin verilməsinə etiraz etmir,lakin Ermənistana yox, başqalarına».

İradəsiz və boşboğaz Vəzirovun vaxtında prosesin gedişatı faktiki olaraq problemsiz idi – addım-ba-addım. Vəzirov onda öyünürdü ki, Əfqanıstanda sovet qoşunlarının çıxarılması layihəsində iştirak etmişdi. İndii o DQMV Azərbaycanın tərkibindən çıxmasında iştirak edir. Əslində XİK – Qorbaçovun övladıdır, antikonstitusion qurum idi və onun qərarları qüvvədə ola bilməzdi. Hələ o vaxt Bakıda güman edirdilər ki, XİK ideyası Primakova məxsusdur. Bu gün buna şübhə yoxdur.

1 dekabr 1988-də Moskvada SSRİ Ali Sovetinin 12-ci növbədənkənar sessiyasında təkmilləşmiş təxribatçı Volskinin «talantı» tam açıldı. Ermənistanın bir qrup deputatı onun da müəlliflərdən biri olduğu şübhə doğurmayan yazılı sorğu vermişdilər və faktiki olaraq Volskini – azərbaycanpərəst mövqeyinə görə taqsırlandırırdılar. Bu sorğuya yazılı cavab verildi və məsələnin bitdiyi düşünülürdü. Lakin iclasda qəflətən, (qəflətənmi?) axırıncı olaraq, hamı üçün gözlənilmədən Volskiyə söz verilir. «Qarabağ bərbad vəziyyətdədir… Bakı üçün o həmişə ögey olub… Milli məsələ tamamilə məhv edilmişdir… Qarabağ faktiki olaraq xarici aləmdən qoparılmışdır… Bakıda antierməni əhval-ruhiyə hökm edir… Orada mafiya idarə edir» - bax, onun çıxışındakı bəzi incilər bunlardır. Azərbaycan deputatlarından biri müəllifə söyləyirdi ki, erməni nümayəndələrinin cərgəsindəki sevinci gərək görəydin. Volski axırda əlavə etmişdi ki, Ermənistanda da azərbaycanlılara münasibət «idealdan çox uzaqdır» (o zaman üçün on millərlə azərbaycanlılın öz torpaqlarından qovmuşdular). Bu çıxışdan sonra heç kimə söz vermədilər və belə çıxdı ki, Volski növbədənkənar sessiyaya yekun vurdu.

Baş verənlərin məğzini başa düşmək üçün Volskinin şəxsiyyəti ilə tanış olmaq lazımdır. İqor Buniç görün nə yazır: «Veselovskinin (SSRİ DTK-nin keçmiş işçisi – müəllif) xüsusi tapşırığı SovİKP MK rəhbərliyinin və şəxsən Kruçinanın ən səmimi münasibət bəslədikləri «Simako» konserni və Elmi-sənaye ittifaqı haqqında ətraflı məlumatları əldə etməkdən ibarət idi. Partiya İttifaqa və konsernə böyük vəsait qoyurdu, çünki bu nə az, nə çox məşhur HSK – hərbi-sənaye kompleksi idi, - sovet sənayesinin hələ səmərəli işləyən sahəsi idi, hər növ müxtəlif silah istehsal edirdi. HSK-ya və «Simako» şirkətinə SovİKP MK üzvü Arkadi Volski başçılıq edirdi. Keçmişdə partaparatın kiçik məmuru nəyə görə isə Andropova xoş görünmüş və onu özünə köməkçi təyin etmişdi. Sonra o, varislik zəminində Qorbaçova ötürülmüşdü. İndi həm İttifaq, həm şirkət gizli, lakin geniş miqyaslı işlərlə məşğul idi. Premyer olmuş Pavlovun köməyi ilə onlar ölkənin hərbi sirləri ilə ticarət edirmişlər, nəticədə onlar ağılasığmaz kursla – 1 dollara 1,8 rubl kursu ilə rublları dollara dəyişməyə nail olmuşlar. Onlar başqa, çox şübhəli əməliyatlarda iştirak etməklə də iri partiyalarla silah və hərbi sürsatlar alveri edirdilər. Konsern özünün, tərkibi xidmət vəsiqələrini və silahdaşıma hüququnu saxlayan DTK-nin ehtiyata çıxarılmış zabitlərindən ibarət olan təhlükəsizlik xidmətinə malik idi. Veselovski bunların hamısını həm Qruşkoya, həm də Kryuçkovun özünə çatdırmışdır. Hər ikisi onu soyuq dinləmiş və ona məsləhət vermişlər ki, qlobal layihələrə «baş qoşmayıb» yalnız metodikalar yaratmaqla məşğul olsun. Bir neçə gündən sonra Volski şəxsən SovİKP MK İşlər İdarəsinə gəlib Krucinaya qalmaqal yaratmış və tələb etmişdir ki, «şpion» Veselovskini partiyanın müqəddəsdən də müqəddəsindən dərhal götürsünlər. Veselovski başadüşür ki, iki od arasında qalmışdır, – onu istər DTK-nin rəhbərliyi, istərsə də MK rəhbərliyi dəstəkləmir».

Bununla əlaqədar olaraq 1994 ilin bir çox hadisələri anlaşılır. Aleksandr Budberq yazır: «1994 ildə Azərbaycanlılar axırıncı dəfə Qarabağa hücum edərkən , erməni tərəfdə gözlənilmədən, qabaqlar görünməmiş yeni tanklar peyda oldu. O cümlədən, bir neçə Ən müasir «T-80». Onu da qeyd etmək lazımdırki, məhz belə maşında təlim keçməmiş tankçı «T-80»ı idarə edə bilməz. Deməli, erməni tərəfdə texnikadan başqa mütəxəssislər də peyda olmuşlar. Onlar haradan çıxmışlar – çox fikirləşməyə lüzum yoxdur».

Andropov baş katib kimi öldü və ona qarşı münasibətini müəyyən etmək Volskiyə nəsib olmadı, amma Qorbaçovu o səliqə ilə təslim etdi. Volskinin öz etirafına görə «görünür, o zaman, 18 avqustda, onun (Qorbaçovun. - müəllif ) mənim evimə zəng vurması təsadüf deyilmiş. O, telefonunun saat beşdə açıldığını desə də, mənə saat altıda zəng etdi və dedi: «Arkadi, bil ki, mən xəstə deyiləm». Qorbaçov da Volskiyə təsadüfən zəng etməyib, Volski də Qorbaçovu təsadüfən təslim etməyib.

1990-da, SovİKP MK baş katibinin köməkçilərindən biri olmuş Volski «Nedelya» müxbirinə demişdiki, ağır xəstəlik keçirən Andropov vəsiyyətnamə diktə etmişdir (dəqiqləşdirmədən kimə – müəllif ) və orada M.Qorbaçovu öz varisi kimi görmək arzusunu bildirrmişdir. O vəsiyyətnaməni ağıllı-başlı heç kim görməyib, ancaq Volskinin o vaxt kimin istəyini yerinə yetirmək cəhdi - aydındır.

Bəs o Dudayev haqqında nə fikirləşir? Dediyinə görə köhnə tanışı ilə danışıqlara o, dağ cığırlarını keçərək getmişdir. Məlum olur ki, cənab Volski burada da şəraiti modelləşdirirmiş: «Mən bəzilərindən fərqli olaraq istəmirəm ki, Rusiyada gərginlik artsın, faciəli hallar çoxalsın və bunların ardınca fövqəladə vəziyyət elan edilsin. Ona görə mən istərdim ki, cəmiyyət tarixindəki bütün müharibələr kimi, bu müharibə də sülhlə bitsin. Lakin, bunun üçün bəzi rəsmiliklərə əməl edilməlidir. Jukov axırdan axıra təyyarəyə minib Potsdama uçub gəldiki, darmadağın edilmiş Keytellə razılaşmanı imzalasın, bunun ardınca Keyteli asdılar: Biz də razılaşmanı imzaladıq». Volski sonralar etiraf etdiki, Cövhər Dudayevlə görüş zamanı RF hökuməti adından generalın maneəsiz Jordaniyaya ucuşuna, Jordaniya vətəndaşlığı almasına zəmanət vermişdi. Lakin üsyankar general bütün təklifləri rədd edir. Cənab Volski əslində nə planlaşdırmışdı – Dudayevi Jordaniyaya göndərmək, yoxsa Kentel variantı – rus diplomatiyasının daha bir sirri kimi qalacaqdır.

«Komsomolskaya pravda» müxbirinin niyə məhz o Çeçenistana göndərilmişdi sualına Volski cavab verir: «Mən özüm də heç bilmirəm. Mənim həyatım elə belə təşəkkül tapmışdır. 56-da qoşunların yeridilməsi ilə Macarıstana düşdüm, avqust 68-də isə Çexoslovakiyada oldum, 26 apreldə Çernobılda qəza baş verdi, 27-də isə artıq oradaəyləşib şəhəri köcürürdüm. Sonra iki il Qarabağda. Çeçenistana isə iştirakım olmadan qoydular, mən onda ezamiyətdə idim. Mənim qoyulmağım şeytan işidir». Cənab Volski hiyləgərlik edir, şeytana istinad da yerinə düşməyib. Mülkü şəxslər arsında belə xidmətlər siyahısı ilə lovğalanan az tapılar, bu totalitar rejimə və xüsusi xidmətə sadiq, seçilmiş şəxslərin qismətidir. Təsadüfi deyilki, vətəndaşların seçgiqabağı sorğusuuna toxunaraq Volski demişdirki, sorğu aparan heç bir təşkilat, FTX və MİVFA-dan başqa, onda inam doğurmur.

Cənab Volskinin aşağıdakı ifadəsi səciyəvidir: «Rusiyada real olaraq iki partiya mövcuddur: axmaqlar partiyası və müharibə partiyası». Mürəkkəb siyasi palitranın belə sinifləşdirilməsinin qanunauyğunluğu barədə mühakimə aparmayacağıq və bunu, onun vicdanına tapşırırıq. Məsələ başqasındadır: görünür, c-b Volski özünü yeni ağıllılar partiyasına aid edir. Artist Vyaçeslav Tixonov özünün ilk rollarının birində, «Fövqəladə hadisə» filmində Tayvan xüsusi xidmətinin zəbt etdiyi ticarət gəmisində dənizçi rolunu oynayır. Tixonov onu dindirən polkovnikə cavab verir: « Polkovnik, siz burada, Tayvanda ağıllı sayılırsınız, amma bizim Odessada ən çoxu səfeh ola bilərdiniz». Cənab Volskinin Rusiyada necə qəbul edildiyini bilmirəm, Azərbaycanda ona münasibət birmənalıdır, heç kəs onu ağıllı saymır. Murdar – bəli, hiyləgər – bəli.

Yaxşıca uçurdulmuşeşitmək cənab Volski, xarici investisiyalar xüsusunda, Rusiyaya fransuz atalar sözünü gətirdi: «Risk etməyən şampan içməz». d*Artanyan dövrünün romantik atalar sözü onun ağzından yöndəmsiz çıxırdı. Volski Dağlıq Qarabağda heç bir risk etmirdi, lakin təkcə şampan içmirdi. Başqa müsabiqəsində «Çeçenistana bir də nəvaxt qayıdacaqsınız?» sualına Volskinin cavabı belə olmuşdur: «Tərksilah prosesi bitdikdən sonra. Mənim fikrimcə bu üç aya qədər çəkəcəkdir, daxili işlər naziri A.Kulikovun fikrincə –iki aya yaxın. Məni narahat edən odur ki, silah təhvil verilir, amma başqa ölkələr,məsələn Azərbaycan vasitəsilə yenə Çeçenistana daxil olur. Lazımdır ki, sərhədçilər daha dəqiq işləsinlər, axı Dağıstandakı hadisə çox şey deyir». Volskiyə görə, Azərbaycan yenə də Rusiyaya mane olur. «Qozbeli qəbir düzəldər!».

Volski, Dudayevin həlakı barədə deyirdi: «hədəfi dəqiq darmadağın və Dudayevi məhv edən birinci dərəcəli raket yaratmış müdafiə sənayesinə eşq olsun». Volski NTV-də, tək özünün başa düşəcəyi ləzzətlə vurğulayır ki, Dudayevi Allah apardı. Volski kimi qəlbini şeytana satan adamı kim yardıb və kim aparacaq – aydın deyil. Hələ bu cür təkmilləşdirilmiş siyasi təhrikçi haqqında adəlöhv Vəzirov ucadan deyirdi də ki, «Volskinin Dağlıq Qarabağa gəlişi ilə mənim işim xeyli yüngülləşdi».

Bir tərəfdən, Vəzirov düz deyirdi – o, Qarabağı yaddan çıxarıb H.Əliyevin illərlə yaratdığı nə varsa hamısını metodik surətdə dağıtmağa başladı və eyni zamanda öz diqqətini, bütünlüklə, güclənən xalq hərəkatı ilə mübarizəyə yönəltdi.

«Rusiyanın həmkarlar ittifaqı və sənayeçiləri – Əmək İttifaqı» bloku Rusiya Dövlət dumasına seçgilərdə beşfaizli həddi, əsasən Volskinin mənfur şəxsiyətinə görə keçə bilməyərək bilməyərək dağıldı. Lakin, Volski – öz mənəviyatsızlığı səbəbindən batırılmayan gəmiyə çevrildi: köhnə dostu Primakovla birlikdə Putinə doğru yol axtardı.

Mixaylov, əlbəttə,ondan qabaq bu mənsəbi tutmuş və vəzifəsindən azad olunandan sonra Çeçenistanda rus zabiti tək döyüşəcəyini deyən Yeqorov kimi sadədil deyildi. Volski-Mixaylov tandemi dahə incə, həssas təsir buraxır. «İzvestiya» müxbiri İqor Rotar görün nə yazır: «Rus kəşfiyatının məlumatına görə Arkadi Volskinin Dudayevlə görüşündən sonra, axırıncının nəzarətindən bir az əvvəl pərəstiş etdkləri adamın « Rusiya işğalçılarıyla»» «dilbirliyindən» qəzəblənmiş 700-ə yaxın döyüşçü çıxdı.

O illərdə Rusiya və başlıca olaraq Moskva ziyalıları erməni-azərbaycan qarşıdurması məsələsində özlərini çox «orijinal» aparırdılar.

RTV-nin sədri O.Popsov deyirki, «Rusiya ziyalıları çox sadəlövhdürlər: onların zəifliyi də, gücü də bundadır. Azərbaycan xalqı böhranlı vaxtlarında bu gücü hiss etmədi, amma sadəlövhlüyünü yaxşı bilir: erməni mənbələrindən aldıqları istənilən məlumatları heç bir şübhə doğurmadan qəbul edirdilər. Məşhur dramaturqV.Rozovun qeyd etdiyi kimi «ziyalılar bəzən şübhəli rol oynayırlar».

Jurnalist B.Vişnyakov isə «infantiv» yaradıcı ziyalıları «dünyanı ələ almış istər məşhur siyasətçi, istərsə də nüfuzlu qanunda oğru ilə qol-boyun halda özününümayişə ənənəvi həris» adlandırmışdır.

Rusiya ziyalılarının Çeçen hadisələrinə münasibətdə tutduğu mövqeni xalq artisti A.Kalyaqin belə xarakterizə edir: onun indiki fantastik biganəliyi – bu « həm federal hərbçilər, həm də hakimiyyətdəkilər qarşısında vətəndaş kapitulyasiyasıdır, cinayətdir… Mən, insanlar incəsənətin yüksək humanizmə xidmət təyinatı, Dostoyevskinin sözü ilə desək körpənin bir damla göz yaşı haqqında danışaraq eyni zamanda dövlətin öz xalqını məhv etməsiylə barışdıqlarını görəndə susa bilmərəm. Bir-bir yox – yüzlərlə, minlərlə. Azərbaycanda nadir istisnalar olmaqla, Moskva ziyalılarını məhz belə qəbul edirlər.

Azərbaycan, öz acınacaqlı təcrübəsindən insan hüquqlarının pozulmasının və represiyaların nə olduğunu bilən – belə desək, «altımışıncılar»ın da dəstəyini çox gözlədi. Sovet rejimi düşmənlərinin bu kateqoriyası da 1990 il yanvar faciəsinin qurbanlarını və Ermənistanın qəsbkarlığını görmək istəmədi və oradan qovulmuş azərbaycanlı qaçqınların iniltisini eşitmədi, bunların hamısına qarşı kar və kor qaldı. Təəssüflər olsun ki, «altımışıncılar» da erməni-azərbaycan qarşıdurmasına münasibətdə ikili standart tərfdarları mövqeini tutdular. Onların çoxu sadəcə susurdu, hətta, zorakılığa və Azərbaycan ərazisinin işğalına münasibət də bildirmirdilər. Başqaları açıqca təcavüzkara – Ermənistana tərəf oldular. Məşhur dissident, İsrailə mühacirət edilmiş və həsrətini çəkdiyi ölkədə knessetin deputatı və Rus partiyasının lideri Natan Şaranski bir dəfə etiraf etmişdi ki: «Mən ermənilərin səhv hərəkətlərini (erməni-azərbaycan qarşıdurmasında – müəllif ) görəndə həqiqətən əzab cəkirəm». Fələstin-İsrail qarşıdurması gedişatında Yerüsəlimdə baş vermiş oktyabr hadisələrini Moskva telekanalı TV6-da şərh edərkən o, şok açıqlama etdi: «Yasir Arafat qadın və uşaqları qabağa göndərir, onlar əzab çəkir, aləm isə, təəssüflər olsun ki, məhz onlara canıyananlıq edir». Başqa sözlə, Qərb, nümayişçiləri güllələyən israil polislərinin azğınlığına göz yummalıdır. Şaranskiyə görə, dünya, alçaldılmış və təhqir edilmiş fələstinlilərdən üz döndərməlidir. Maraqlıdır, bu keçmiş dissident sovet rejiminə qarşı çıxış edəndə də həmən məntiqə əsaslanırdı? Məlum olduğu kimi, polis «altımışıncılar»a atəş açmırdı, onları göz yaşı axıdan qazla zəhərləmirdilər və yanğınsöndürən brandspoytlar vasitəsilə islatmırdılar. Lakin, Qərb, məlumdur ki, disitentlərin tərəfində idi. Burada, necə yada salmayasan ki, hazırcavablardan biri, nə vaxtsa «altımışınçıları» söz saxlayabilməməkdən əzab çəkənlər adlandırmışdı…Acıdil, kinli deyilmişdir, lakin, indiki hal üçün – ədalətlidır…

Növbəti...