E.Ryazanov da öz televerilişlərində Bakıdakı yanvar faciəsini, milyon qaçqını yada salmadı, halbuki, başqa vaxtlar Azərbaycanı mehribanlıqla yada salır və öz həyatından maraqlı misal gətirərək deyirdi: o, Lənkəranda, «Ən mavi dənizin sahilində» filmini çəkən zaman doğulmuşdur. Ryazanov – dərin insandır və şübhəsiz, başa düşürdü ki, Azərbaycana münasibətdə böyük haqsızlıq törədilir.

O illər Rusiyada, hər halda Azərbaycana münasibətdə, sözün normal mənasında heç bir demokratiya yox idi. E.Ryazanov Yelsinlə söhbətində demişdi: «Hakimiyətə gələn demokratlardan çoxu fırıldaqçı, muzdur, xəzinə oğruları və pulagir çıxdılar» və özümüzdən əlavə edək – qarabağ ermənilərinin ehtiraslı müdafiəçiləri.

Bu, həqiqətən onlar üçün, o qədər də hansısa FHDK və ya SovİKP üzərində qələbə deyil, Rusiya, rus xalqı, böyük bir ölkənin tarixi, onun sərvəti üzərində qələbə idi. Bu qələbə onlara həsrət çəkdikləri kreml yem təknəsinə cummağa, marçıltı və ciyilti ilə böyük miqdarda pulları udmağa, onlara qalan «sümüklər»i çırpışdırıb xaricdə basdırmağa imkan verdi. Bununla bərabər, demokratiya oyununu oynamaq və onun tərkib hissəsi kimi – Qaarabağ hərəkatını dəstəkləmək.

O.Popsov demişkən «millətçilik və şovinizm, hakimiyətdən əli çıxmış partiya funksionerlərində dayaq tapdı. Daha dəqiq desək, partiyanın hakimiyəti itirmiş yuxarı təbəqəsi, onu qaytarmaq üçün hər kiminlə olsa birləşməyə hazır idi. …Demokrat adlananlar isə Moskva və Leninqrad mətbəxlərindən cıxıb kommunist imarətlərinə köçür, bacardıqları qədər talançılıq və oğurluq edirdilər.

E.Qaydar demokratiyanın süqutunu belə izah edir. «Birinci: kommunist rejimi böhran şəraitində dağılır, satılası nə varsa, satılmışdır. İkinci: sadəlövh kommunist populizmi dalğası ilə gəlmiş hakimiyət, miras olaraq iqtisadiyatın xarabalıqlarını alır. Цçüncü: iqtisadi yeniləşmələr belə şəraitdə həmişə vər yerdə çətin olmuşdur, çünki, hökumət birinci gündən xoşagəlməz qərarlar seçgisi qarşısında qalır. Dördüncü: yeniləşmənin müvəffəqiyətlə keçdiyi yerlərdə belə, o, yeni imkanlar yarandıqca, yeni problemlər irəli sürür».

Y.Qaydarın dedikləri ilə bərabər, bizim fikrimizcə demokratiyanın məğlubiyətinin bir səbəbi də odur ki, onların sıralarına Şabad, Starovoytova, Nuykin Ponomaryov, Şeynis kimi və onlara oxşar xadimlər daxil olmuşduar. Onlar, keçmiş SSRİ xalqlarını yaxşıya və pisə, azadlıq sevənlərə və yaltaqlıq edənlərə bölməyə başladılar, birini – təriflədilər, digərini – təhqir etdilər və s. Əsil demokratların ürək yanğısı ilə Rusiyanın sivil dünyaya çıxış yolunu axtardıqları bir zamanda onlar, yalnız, nə cəmiyətin, nə də Rusiyanın həllinə hazır olmadığı problemlər gətirirdilər. Bəzi yerlərdə həyasızlığa keçən qəddarlıq və barışmazlıq – bu cənabların başlıca silahı idi. Məhz bu cənabların siyasi barışmazlığı kommunistlərə təşkilatlanmağa və yenidən güclü siyasi qüvvəyə çevrilməsinə imkan yaratdı. Çətin anlarda kommunistlərin demokratlara nisbətən daha tez təşkilatlanması çoxdan məlumdur. Bu cənabların baş tutmamış reformaları qızışdırıcı antikommunist çıxışları ilə birlikdə – əsil düşmən obrazıdır, kommunistlər bunun öhtəsindən asan gəldi. İqtisadi liberallar iqtisadiyatının Rusiya yolları haqqında mübahisə apararkən Starovoytova kommunitslər üçün lüstrasiya haqqında qanun (sənətin qadağan edilməsi) qəbulunu təklif etdi. O müdafiə naziri olmaq istəyi bildirməklə Rusiya ordusunu da təhqir etdi.

ABŞ-a köçmüş məşhur yazıçı Yuz Aleşkovski yazır: «Yenidənqurmaya ton vermiş demokratlar ideyaca qara camaatı yedirdə bilmədilər, onu incidənlərlə haq-hesab çəkən oxlosu razı sala bilmədilər. Bu demokratiyanın böyük nəzəriyyəçisi B.Popovun və ya dahi mitinq xanımı Q.Starovoytovanın şəxsi taqsırı deyildi. Nə Mandelştamlara, nə Bulqakovlara ehtiyacı olmayan xalqın könlünü birtəhər ala bilməyən demokratların qabiliyyətsizliyi kompartiyanın dirçəlməsinə gətirdi. Mətbəxdə qızışaraq coşğun və kəskin nitq söyləmək – bir şeydir, dövlətçilik təcrübəs və sistemlə düşünmə qabiliyyəti – tamamilə başqadır. Axı, əgər bir sistem dağılmışsa, onun yerində yenisi yaranmalıdır». Lakin yenisi nəinki yaranmadı, köhnə hətta tamamilə talan edildi.

Pavel Voşşanovun yazdığı kimi, « Rusiya ümumən ədavət xəstəliyinə tutulmuşdur. Hamı hamıya nifrət edir. Yoxsullara – ona görə ki, kinlidirlər və lütdürlər. Varlılara – ona görə ki, oğrudurlar. Ziyalılara – ona görə ki, «uydururlar». Rus olmayanlara – ona görəki, «tökülüb gəliblər». Xalqımız son illərdə qana və ölümə öyrəşmişdir. Sosioloqlar deyirlər ki, bu gün hər yüz kişidən təxminən qırxı «Siz adam öldürə bilərsinizmi?» sualına müsbət cavab verir. Gənclərin arasında potensial qatillərin sayı iki dəfə çoxdur.

…Xəstə cəmiyyət nadir hallarda hakimiyətin başına ləkəsiz insanları qaldırır. Çox vaxt – özünə uyğunları.

…Başlıca məqsəd – hakimiyətin müqəddəs ocağına qalxmaq və orada uzun müddət qalmaqdır. Hər hansı kompaniyada, hər hansı bayraq altında, hər hansı himn ilə».

Çeçenistandakı müharibə barədə fikir yürüdənlərdən biri də… Çernomırdin idi: «Müasir imkanlarla Çeçenistanı 3 günə süpürüb atmaq olar. Lakin biz buna Rusiya ərazisikimi baxırıq».(?! – müəllif ). Viktor Stepanoviç, yaxşısı budur qarmoşka çalasınız! Milyonlarla teletamaşaçı təsdiq edə bilər ki, sizdə bu yaxşı alınır.

Rusiya təbii elmlər akademiyasının müxbir üzvü, tarix elmləri doktoru L.Medvedkonun məlumatına görə Çeçenistanda 1997 ildə 40 minə yaxın insan həlak olmuşdur ki, bu da Qafqazda Vətəndaş müharibəsi döyüşlərindəki itgilərlə tutuşdurula bilər. Qroznıda zirehli texnika itgiləri isə, mütəxəssislər isbat edirki, xüsusi göstəricilərinə görə Berlinin alınmasındakı itgilərdən çoxdur. «İstəyirdik yaxşı alınsın…».

Demokatların qana həris siyasətçiyə necə çevrildiklərini, oktyabr hadisəsi günlərində «mənfuru əz» volter çağırışını atan Yuri Çerniçenko yaxşı nümayiş etdirmişdi.

Digər demokrat, qubernator Nemsov keçmiş partokratdan tələb edirdi: «Viktor Stepanoviç, onları əzin! Çəld əzin! Vaxtımız yoxdur!».

Bulat Okucava da – gənclikdə «toz basmış şlemli komisarlara» olan sevgisinə and içmiş, 1993-də isə Ağ ev müdafiəçilərinin cəzalandırılmasını təkidlə tələb etmişdir.

Söz sözü cəkər, həmişə gülümsəyən kommunist-demokrat marşal Y.Şapoşnikov 1991 il hadisələrində Rusiyanın müqəddəs yerini – Kremli bombardman edəcəyi ilə hədələyirdi. Ondan, bərk soruşmaq istəyirsən: «Bəs, sizin ananız olub?». Qarabağ hadisələri zamanı o, nəzakət xatirinə də olsa, Azərbaycana aşkar antipatiyasını gizlətmədi və Türkiyəni, məlum qarşıdurmaya qarışacağı halda hədələdi.

Demokratlar yox, onlara qulluq edən dövlət adamı Qraçev «mənfuru əzdi». Başını itirmiş insanların qanlı şənliyi. Müəllif qətiyyən Ağ ev müdafiəçilərinin mövqeini bölüşdürmür – əqidələr fərqindən yaranacaq qan qoxusu qorxudur.

1990 il yanvarında Bakıdakı faciəli hadisələrə öz kütləsində səs verməyib susan Rusiya demokratları konstitusiyanın tam pozulması və başqa cür düşünənlərin durğunluq dövrünün xoş ənənələrinə uyğun cəzalandırılması başlananda da susurdular, sözsüz ki, pis, lakin qanuni parlamentin güllələnməsini alqışlayırdılar. Bu güllələnmə onilliklərlə Rusiyanın imicinə təsir etdi. Bütün sivil dünya CNN-də rus tanklarının öz parlamentini necə vurduğunu təəccüb və bir növ qorxu ilə müşaidə edirdi. Xarici telemuxbirlər bütün dünyaya xəbər verirdi: «Tanklar atəş mövqelərini tutdu», «tuşlanmış atəş açılır», «bir-birinin ardınca mərtəbələr yanır», «ruslar rusları öldürür», «meyidləri və yaralıları binadan çıxarırlar», «tamaşaçıların bir hissəsi hər atəşi qışqırıqla salamlayır» və s. Axı 99% xarici teleauditoriya bilmirdi ki, Rutskoy və ya Xasbulatov yaxşıdır və pisdir, heç ümumiyətlə onların kim olduğunu təsəvvür edə bilmirdilər. Onlar hadisələr haqqında «şəkilə» görə, gördüklərinə əsasən mühakimə edirdilər.

Rusiya presində xəbər verildi ki, yeni Rusiyanın 2200 görkəmli xadiminin adı olan siyahı mövcuddur – DTK-nın keçmiş aqentləri. Orada bu günkü Rusiya isteblişmentlərinin bir çox layiqli nümayəndələrinin adları var. Burada dövlət işçiləri, bir neçə iri maliyyə strukturlarının başçıları, nazirlər, onların müavinləri, regionların rəhbərləri, görkəmli parlamentarilər, diplomatlar, telegörünüş işçiləri «qeyri-standart seksual oriyentasiyalı» şəxslər var. Xəbərdə təsbit edilir ki, homoseksual aqentura siyahını qırmızı xəttlə keçib gedir. «Komsomolskaya pravda»nın verdiyi xəbərə görə onu demək kifayətdir ki, siyahının tərtibində iştirak edən və onun bir sıra təfərüaatlarından xəbər verən zabiti öldürməsinə cəhd edilmişdir. Özü də Rusiyada yox, Aralıq dənizi ölkələrinin birində. Bu məqsədlə oraya xüsusi qrup uçmuşdur.

«Mənə bir prezident kimi yaraşmaz ki, rusiyalıların işlətdiyi ifadəni təkrar edim. O cümlədən, şəxsən mənə də aid olanlarını. Əgər onlar az da olsa namus, vicdan, alicənablıq, mədəniyət kateqoriyalarını anlasaydılar bu, onlar üçün sadəcə rüsvayçılıq olardı. Axı Yelsinin, Çernomırdinin, Kulikovun, Lobovun verdiyi bütün bu tamaşa onlar üçün alçaqlıqdır, bizim üçün yox. Biz, bizə qarşı, imperatorun qəzəbinə gəlməkdən qorxan vassala olan münasibətə yol vermədik. Etiraf edirəm: Kremldə o gün gördüklərim mənim üçün fəlakət idi. Mən çaşıb qalmışdımki, belə böyük ölkəni, çoxmillətli xalqı bu səviyyədə insanlar idarə edir. O insanlarki, elementar ədəb anlayışı onlar üçün yaddır». Bu, çeçenlərin lideri Yandarbayevin polşanın «Reç pospolita» qəzetinə müsahibəsindəndir.

Əsil sifətləri bir qədər sonra açılacaq bu siyasi xadimlər konqlomeratı qarabağ hərəkatının Moskva bünövrəsi idi. Onların hər biri qarabağ prosesində iştirakı ilə öz məsələlərini həll edirdi: bir parası xristian və müsəlman qarşıdurmasında xal yığır, başqaları özünü azadlıq uğrunda mübariz kimi qələmə verir, bəziləri SSRİ DTK-nin agentləri olmaqla, kompartiyanın hakimliyi itmiş Azərbaycanda vəziyyətin maksimum pozulmasına can atırdılar; onların bir parası mavi və yaşıl rənglərə həvəskar kimi ortaya çıxır, başqaları özləri üçün erməni diasporasının güclü olduğu ABŞ-da ehtiyat təyyarə meydanları hazırlayırdılar. Qərb xüsusi xidməti tərəfindən ələ alınaraq SSRİ-nin qaynar nöqtələrində hər hansı pozğunluğa şərait yaradanları da tapıldı. Kimlərsə özünə başqa iş tapmadığından, digərləri – yüksək vəzifə və akademik dərəcə almaq ümidi ilə, nəyi isə itirmək qorxusu altında, müsəlman aləminə nifrət bəslədiyinə görə, rusiya hökmranlığının pyotr və yekaterina dövrü uğrunda mübarizə etmək məqsədi ilə və s. bu hərəkata qoşulurdular. Xarici banklarda hesabları ola-ola, ümumdünya kurortlarının təmtəraqlı otellərində istsirahət edə-edə, öz uşaqlarını gələcəkli tədris müəssisələrində oxudaraq, onlar, Azərbaycan xalqına bəlalar gətirdilər.

Məşhur atalar sözünü başqa ifadələrlə desək: «bu hərəkatı dəstəkləyənlərin kimliyini mənə de, həmən hərəkatın nə olduğunu sənə deyim!».

Bəs Moskva siyasətçilərinin bu incə, təkmilləşmiş oyununa qarşı Bağırov, Vəzirov, Mütəllibov, Elçibəy və onların komandaları nə qoydular? Ə.Vəzirovun və A.Mütəllibovun neqativ rolu barədə müxtəlif mətbularda çox və əsaslı danışılmışdır, lakin nədənsə, respublikaya böyük siyasi və mənəvi ziyan vurmuş K.Bağırov və onun silahdaşları yaddan çıxarılmışdır.

Azərbaycana güclü iqtisadi zərbə antialkoqol kompaniyası illərində vuruldu. Cəmi iki il müddətində Azərbaycanın 70 min hektar - bütün üzümlüklərin üçdə biri qədər - sahəsindən üzüm kolları çıxarılıb atılmış və bu da məhsuldarlığı 25% azaltmışdı. Partiya və dövlət xadimlərimiz, həmişəki kimi qabaqcıllar sırasında olub, «respublikada böyük işlər görüldüyü» barədə birinci olaraq hesabat verdi. Halbuki, bu üzümlüklərin əsasında bir neçə birgə müəssisə yaratmaq olardı, necə ki, Gürcüstan etdi.

K.Bağırovun biabırçı bacarıqsızlığına əyani misal: o, keçmiş idmançı kimi respublikanın idman həyatına fəal qarışırdı. Azərbaycan şahmat federasiyasının rəhbərliyi altında bu idman növündə böyük nailiyətlər əldə edilmişdi. Qısa bir müddətdə respublikada dünya, SSRİ çempionları boy atdı. Azərbaycan məktəbliləri, qadınlar arasında spartakiadanın qalibləri olur – şahmat tarixində misli görünməmiş fakt. SSRİ şahmat federasiyasının iclasında Azərbaycan şahmat federasiyasının işi nümunəvi sayılır və onun təcrübəsinin bütün ittifaqa yayılması təklif edilir. FİDE-nin iclasında Azərbaycan şahmat federasiyasının sədri iki – məktəb və kompüter – komisiyalarının üzvü seçilir. K.Bağırovun bu müvəffəqiyətlərə münasibəti ona xas olan - başqa, başlıcası isə əsaslanmış nəzər nöqtəsinə idiosinkraziyalı rəhbərin münasibəti kimi oldu. O, federasiya başçısının həmişə öz mülahizəsinin olmasına və bunu sözdə və işdə sübuta yetirməsinə görə federasiyanı dağıtdı və fili, piyadadan ayıra bilməyən Azərbaycan KP MK-nin xarici şöbə müdirini yeni sədr təyin etdi. İdman komitəsinə isə, Azərbaycan KP MK-nin keçmiş işçisi, özünün tennis partnyorunu sədr təyin etdi (sonralar Tarpişev bu təcrübədən istifadə etdi, ani olaraq Yelsinin tennis partnyorluğundan Rusiyanın idman komitəsinin sədrinədək yol keçdi) Təbiidir ki, bir müddətdən sonra, bütün bu ağır zəhmətlə yaradılanlar uçurultdu. Bu metodlar bir qədər dəyişilmiş şəkildə bütün sahələrə tətbiq edildi. K.Bağırov bir şəxsiyət kimi ciddi qəbul edilmədiyindən tezliklə respublikada tam qarma-qarışıqlıq hökm sürdü: bütün hökumət strukturlarında cəkişmələrgedirdi. Məlum hadisələr başlananda isə hər biri başqasını taqsırlandırmağa cəhd edirdi. Məhz bu vaxt erməni ekstremistləri müvəffəqiyətlə çoxgedişli strategiya debütü oynadılar. Məlumdurki, güclü partnyorla oynayanda, debütdəki səhvləri düzəltmək çox çətin olur.

K.Bağırovun «müvəffəqiyətlər»inə sumqayıt hadisələri də aiddir. O, respublikanın rəhbəri kimi hadisələrin qarşısını ala bilmədi, çünki, ölkədəki vəziyəti ələ ala bilməmişdi, yalnız siyasətçiliklə məşğul idi. Sumqayıtdakı hadisələr bitdikdən sonra «özü yıxılmasın» deyə, hər şeydə şəhər hakimiyətini taqsırlandırmaqla, respublikaya ikinci zərbəni vurdu. Əgər birisi Parisdən Sumqayıt haqqında görüntü filmi sifariş etmək istəsəydi, onu, bütün texniki və bürokratik əngəllər nəzərə alınmaqla, azı, bir neçə ay keçdikdən sonra ala bilərdi. Lakin, artıq hadisələrin sonrakı günü Fransız telegörünüşünün bütün kanallarında sumqayıt faciəsi bütün «gözəlliyi ilə» göstərilirdi. Elə təkcə bu, K.Bağırovu və onun ətrafındakıları ayıltmalı idi, bir də ki, şübhəsiz, onlar küllü miqdarda başqa informasiyaya da malik idilər. Lakin kommunist marağı üstün gəldi, o, MK-nin rüsvayçı bürosunu keçirdi və burada taqsırı yerli hakimiyətin üzərinə qoydu, bunula da baş verənlərə görə məsuliyəti respublikanın üzərinə götürdü. Büro üzvlərindən heç biri buna etiraz etmədi, halbuki, orada başqa, zərəsiz məsələlərdə vətənpərvərlikdən pafosla çıxış etməyi sevən şəxsiyətlər var idi.

Sumqayıtdakı hadisələr zamanı çəkilmiş sənədli kadrlar və Azərbaycan KP MK Bürosunun çap edilmiş qərarı ermənilərin əlində güclü təşviqat silahına çevrildi.

Vəzirov harada görünürdüsə, elə hey deyirdi:«Biz yüz əlli il qardaş kimi yaşamışıq və sonra da belə yaşayacağıq» və öz hakimiyətinin bütün gücünü, Qorbaçovun göstərişi ilə H.Əliyevin elədiklərinin dağıdılmasına yönəldirdi. NQHİ-lərdən birindəki fəhlələrlə görüşdə qabaqcadan hazırlanmış bir fəhlə deyrdi: «Bizim əsas problemimiz Qarabağ deyil, bütün respublikanı bürümüş mafiyadır». Vəzirov şən halda əllərini oynadaraq tam bir saat hansısa mafiyadan danışır və bir dəfə də olsa Dağlıq Qarabağı yada salmırdı. «Radioqayırma» zavodunda çıxış edərək o, direktor Alışevə, dostları ilə birlikdə AXC nümayəndələrini zavoddan qovduqlarına görə təşəkkür etdi. Mafiya və AXC onun əsas hədəfi idi.

Vəzirovun az qala hər addımı populizmlə boyanırdı və bu, təhlükəli nəticələrə gətirirdi. Bir hadisəni yada salmaq kifayət edər: Spitakdakı zəlzələdən sonra o, insanları təyyarə ilə Ermənistana, hamıya aydın idi ki, ölümə göndərdi. Həmən təyyarənin qəzaya uğrama səbəbi bu vaxta qədər açılmamışdır. Ə.Vəzirovun vaxtında, «Stepanakerti blokadaya almaq üçün» (?? – müəllif ), Xocalıda tələsik bir qəsəbə tikildi. Bununla bərabər, görünür tam rahatlıq üçün, o, xırda hamamların tikilməsini və qoz ağacları əkilməsini də təklif etdi. Demək lazımdır ki, onun populizmi fanatik xarakter daşıyırdı və bir sıra çıxışlarından hiss olunurdu ki, səmimidir. «Fanatikada ən bağışlanılmaz məqam – onun səmimiliyidir». O.Uayld.

«Fanatik – baxışlarını gizlədə bilməyən və mövzunu dəyişə bilməyən insandır». U.Çörçill. Təəccüblüdür, hər iki rəy Ə.Vəzirovun şəxsiyətinə necə də uyğundur. O, öz populizmində səmimi idi və öz baxışlarını gizlədə bilmirdi.

Ermənistanda və Azərbaycanda birinci katibləri dəyişdirəndən sonra Qazaxda Vəzirovla Arutyunyanın qısamüddətli görüşü oldu və bu, telegörünüşdə nümayiş etdirildi. Arutyunyanın Vəzirova incə baxışları adi gözlə görünürdü və təkrar edirdi: «nə yaxşı ki, sizi birinci katib vəzifəsinə təyin etdilər». Axı o Vəzirovu yaxşı tanıyırdı. Vəzirov Moskvadakı komsomol otağını tərk edən kimi, oranı Arutyunov tutdu. Rafik Nişanovun ekstremal şəraitdə təklif etdiyi model Vəzirovun lap ürəyincə oldu (camaat arasında dedi-qodu gedirdi ki, Nişanov – «Qorbaçovun şəxsi RAFikidir». Orta Asiyadan qayıdarkən, orada qan tökülməsiylə başlanan yerli çəkişmələrin səbəbini deputatlara və onlarla birlikdə bütün ölkəyə belə izah etdi – bazarda, çiyələyin qiymətinə görə sözləri düz gəlmədi.

Azərbaycana qarşı on illərlə hazırlanan ideoloji və hərbi təcavüzü Vəzirov da Nişanov təki komsomol ruhunda xırda anlaşılmazlıq kimi qələmə verir və bugün-sabah, marksizm-leninizm əsasında, əlləri sıxmaqla bitəcəyinə əmin edir.

«Komsomolskaya pravda» 26 mart 1988-də yazırdı: iki ildir ki, DQMV və Ermənistanda Dağlıq Qarabağ problemi barədə ərizəyə imza yığılır, yəni, qarabağ separatistləri hələ 1986-dan rəsmi olaraq fəaliyət göstərmişdir. Aydındır ki buna hazırlıq daha əvvəldən başlamışdır. Bakıda isə dinc arxayınçılıq hökm sürürdü – bütün problemləri həll edəcək güclü mərkəzə inam var idi.

Lakin bu zaman, A.Qurovun yazdığı kimi, sentyabr 1990 ildə SSRİ DİN 6-cı İdarəsi tərəfindən Kirovoqrad qaldırıcı-nəqliyat avadanlığı zavodunda, baş texnoloqun rəhbərlik etdiyi talançı dəstə aşkar edilmişdir. Dəstə, almas alətləri oğurlayıb, onları erməni yaraqlılarına satmaqla məşğul imiş. Alətlər Ermənistan SSR Çarensavan alət zavodunda avtomat silahların qanunsuz istehsalında istifadə edilirmiş. Bir neçə gün ərzində, silah əldə etmək məqsədi ilə, Ermənistan milisinin rayon şöbələrinə 40 basqın edilmişdi. Ermənistan DİN müavini, gələcəkdə Dİ naziri və Rusiya qəhrəmanı V.Yerinin «sayıq gözləri qarşısında», bir dənə də atəş açılmadan, bütün silahlar zəbt edilmişdi.

Qorbaçov bunların hamısını bilərək və bilərək ki, bunlar ictimaiyətə, və ilk növbədə Azərbaycan ictimaiyətinə məlumdur, Ermənistandakı silahlı dəstələrin tərksilah edilməsi barədə ikiüzlü qərar verdi. Hakimiyətin yuxarı pillələrində heç bir real hərəkət etmədən, iki ay bu qərarın yerinə yetirilmə mexanizmi mzakirə edildi. Pakin sonralar bu qərar həmən Qorbaçov tərəfindən ləğv edildi ki, bu da – silahlanmanı davam edin, biz sizə qarşı gücsüzük – demək idi.

Ermənistan KP MK ikinci katibi, sonralar Rusiya Təhlükəsizlik Şurasının katibi O.Lobov, Azərycan Respublikasının konstitusiya hüquqlarına etinasız yanaşaraq deyir: «sumqayıt vandalizminə, fərqanə hadisələrinə verildiyi qədər kəsgin qiymət verilməlidir… Dağlıq Qarabağ xalqına ittifaq respublikaının diktəsi olmadan özünün yaşamasına imkan vermək lazımdır. Özünəməxsus prezident idarəsi həyata keçirmək lazımdır».

Rusiya xüsusi xidmət «Aum Senrike» yaraqlılarını öyrədirdilər və Kreml bu barədə məlumatlandırılmışdı, Təhlükcsizlik Şurasının katibi O.Lobov isə bu məlun təriqətin başçısı Asaxara ilə dostluq münasibətində idi. Asaxara hər yaraqlının öyrədilməsinə 20 min dollar dəyirdi. Yaponiyadan rusiya banklarındakı hesaba köçürülən bu pullar müəmmalı surətdə itirdi. Müəmmalımı?

Obyektivlik xatirinə qeyd edək ki, Xocalı faciəsi də başlanğıcını Ə.Vəzirov vaxtından alır. Rusiya kimi ölkələr düşmən məskunlu bu və ya digər regionları mənimsədikdə onlar hərbi, adətən, kazak məntəqələri yaradırdılar. Ə.Vəzirov və onun komandası Xocalıda tez-tələsik müvəqqəti evlər tikdirir, onlardan hətta ov tüfənglərini də alaraq qaçqınları güclə orada yerləşdirirdilər. Nə material-texniki bazası, nə mənəvi, nədə güc dəstəyi almayan bu adamlar məhkum edilmişdilər.

Mütəllibovun keçmiş silahdaşlarının, o cümlədən Ağa Axundovun dediklərindən A.Mütəllibovun rusiya xüsusi xidmətinin əlində necə alət olması aydın olur. Onun üçün ən qorxulusu o idiki, o, sistemin tərkib hissəsi deyil, yalnız onun aləti idi

Milli ordu yaratmaq istəməməsi Mütəllibovun faciəli səhvi idi və bu respublikaya böyük ziyan vurdu. Mütəllibov bir günlüyə (!) hakimiyətə qayıdanda demişdi: «Mən həmişə ordu yaratmağın əleyhinə olmuşam, mən milli qvardiya yaradılmasını təklif etmişəm». Keçmiş müdafiə naziri Bərşadlı bir vaxtlar necə də düz qeyd etmişdi ki, belə qvardiya məzəli ordu olardı. 1990 il avqustun axırında Mütəllibov bildirmişdi: «Bəli, bizim ərazidə müharibə gedir. Qurbanlar var. Görünür bu, taledir. «Axıradək mübarizə» ideoloqları bu gün yeni fitnə-fəsad hazırlayacaqlar. Onlar, Azərbaycanda da hərbiləşdirilmiş qeyri-rəsmi dəstələr təşkilinin başlanacağına böyük hesab qoyurlar. Mən insanları, öz «patriotizmini» olduqca qızğın, ordu yaratmaq kimi məsuliyətsiz silahlanma şüarları ilə və s. biruzə verənlərdən çəkindirmək istəyirəm». Bu cür mövqeni ya Moskvaya sonsuz inam, ya da ağılsızlıqla izah etmək olar.

Müxtəlif mənbələrdən məlum olur ki, A.Mütəlibovun prezidentliyinin axırında azərbaycan ordusu 100-200 döyüşçüdən (! ) ibarət olmuşdur. Bu ordu Mütəlibovun özünü qoruya bilmədi. Bir vaxtlar oxşar ordu Kerenskini qoruya bidməmişdi.

20 yanvar 1990 il faciəli hadisələr barədə Mütəlibov SİTA müxbirinə «Vremya» proqramında məlumat vermişdi ki, «Bakıda həlak olmuşlar arasında uşaqlar və qadınlar yoxdur, Səlyan kazarmalarını isə yaraqlılar gülləyə basmışlar». Sənədlərlə müəyyən olunmuşdur: Bakıda həlak olanların arasında uşaqlar da olmuşdur, Səlyan kazarmaları yanında isə sovet əskərləri havaya güllə ataraq küçə döyüşləri imitasiyası yaratmışlar. Kazarmaların divarlarında heç bir güllə izi yoxdur, halbuki qarşıdakı yaşayış binalarının divarları güllələrlə dəlik-deşik edilmişdir.

Ə.Vəzirov və V.Hüseynovla əlaqədər heç bir sual ortaya çıxmır. Başqası təəccüb doğurur. Necə oldu ki, H.Əliyevin tərbiyələndirdiyi, kifayət qədər savadlı mühəndis və iqtisadçı (hər halda, o bu göstəricilərlə o vaxtkı AKP Bürosunun bütün üzvlərindən üstünlüklə fərqlənirdi) A.Mütəlibov Qorbaçovun, rusiya qenerallarının və xüsusi xidmətin tilovuna düşdü? O, SSRİ HSK-nin yaxın adamı kimi bu cənabların xasiyətini yaxşı bilirdi. Onun öz müsahibələrinin birində müxbirin sualına: «Siz Moskvada olmağınızdan razısınızmı?» cavabını bir insan kimi başa düşmək olar: «Düzünü desəm, yox. Axı mənimlə insan kimi rəftar etmədilər. Mən və mənim ailəm bir neçə dəfə sadəcə olaraq küçədə qala bilərdi, hər birimiz müxtəlif yerlərdə gecələyirdik. Uşaqların qarşısında utanırdım, onlar soruşurdular: «Ata, axı səni tanıyırlar. Bəs niyə belə?». Mən onlara bir cavab verə bilmirdim».

Mütəlibovu AXC-dən olan yeni dostları da aldadırdılar. A.Mütəlibovun keçmiş dövlət məsləhətçisi A.Hacıyevin ifadəsinə görə 14 may 1992 ildə Mütəlibov onu və müdafiə naziri R.Qazıyevi Azərbaycanın MDB-yə daxil olması haqqında müqavilənin imzalanma təntənəsinə göndərmişdi. Mütəlibovun bu inamına R.Qazıyev dərhal «münasibət» bildirmişdi: «Sizə Azərbaycan lazımdır ya Ayaz Mütəlibov? Mən – hazır prezidentəm və nə lazımdır hamısını edərəm, ancaq kömək edin Bakıya dövlət başçısı kimi qayıdım». Mütəlibov isə bu vaxt Moskvadan dəstək və inandığı R.Qazıyevdən xoş xəbərlər gözləyirdi…

E.Axundova yazır, «…onun öz etirafına görə (A.Mütəlibovun - müəllif ), o gah V.Polyaniçkonun, gah V.Barannikovun daçalarında yaşayır, kiminsə şəxsi mənzilləri arasında sərgərdanlıq edirdi».

Moskvanın Vəzirova və Mütəlibova münasibəti əsas məsələdə eyni idi, lakin, əgər Vəzirova siyasi oyuncaq münasibəti vardısa, Mütəlibova münasibət zərif və həssas idi: sistemin tərkib hissəsində olması imitasiyası yaradılırdı.

Vəzirov və Mütəlibov yaxın gələcək üçün, Azərbaycanın böyük nefti və dünya neft hasilatı konyukturası ilə əlaqədar geosiyasi vəziyyəti proqnozlaşdıra bilmədilər. Mütəlibov durmadan ümumittifaq milli gəlirdə Azərbaycanın kiçik faizindən danışır, Vəzirov isə həmişə birinci yerdə xalqlar dostluğunu görürdü. Hər ikisi deyirdi ki, ABŞ heç vaxt Azərbaycana münasibətdə maraqlı olduğunu göstərməyəcəkdir. Bunu həm onlar deyir, həm də o zamanın bütün rəsmi mətbusu yazırdı. Sonrakı hadisələri geosiyasi planda tutuşdursaq onların necə kobud səhv buraxdıqlarını görərik. Çox gümanki, bu səhv deyildi düşünmə tərzi idi, sadəcə olaraq onlar başqa fikir yürüdə bilməzdilər və istəmirdilər də.

Bununla bərabər, o zamanın bütün neqativini Mütəlibovun ayağına yazmaq olmaz. O, Bağırov və Vəzirov dövründəinkişaf etmiş neqativ təzahürləri saxlaya bilmədi. O, bu miqyasda şəxsiyyət deyildi, bunu özü də etiraf edir. Bunu Elçibəy də edə bilmədi. Bağırov- Vəzirov-Mütəlibov-Elçibəy dövründən yığılıb qalmış bütün bu neqativ təzahürləri dayandıran, sındıran və onlara yeni müsbət istiqamət verən, yalnız başqa miqyaslı şəxsiyyət – H.Əliyev oldu.

20 yanvar Bakı və Xocalı hadisələrində təkcə Mütəlibovu taqsırlandırmaq ədalətsizlik olardı. Respublikanın bütün rəhbərliyi, partiya işçiləri yaxınlaşan bəladan xəbərdar idi – lakin onların heç biri telegörünüşdə çıxış etməklə və ya uzağı press-konfrans çağırmaqla birbaşa xalqa müraciət etmədi.onların hər biri digərini ayağa verməyə, və hakimiyətin zirvəsinə qalxmağa can atırdı. Xalqa müraciəti Moskvada, özünün və yaxınlarının həyatını təhlükə altına qoymaqdan çəkinməyərək H.Əliyev etdi. Tək belə bir cəsarətli siyasi addım tarixə düşmək üçün kifayətdir.

AXC hakimiyətini müşayiət edən özbaşınalıq, kitabın sonrakı səhifələrində müfəssəl verilmişdir. Burada isə biz AXC-nin, mülahizəmizə görə, bir neçə mühüm mərhələləri üzərində dayanacağıq.

AXC-nin hərbi qiyam nəticəsində devrildiyinin israrı əfsanədir. Bu adicə ayırd etmə idi, sözgüləşdirməsi ilə başlayıb, «tank arqumenti» ilə bitdi. İkincisi, əgər bu qiyam idisə, onda niyə hakimiyətin müdafiəsi üçün çoxminli mitinqlər yox idi (axı, prezidentin bir tank tapıb, onun üstündən Yelsin kimi çıxış etməsi çətin deyildi), güc nazirlikləri harada idi? AXC-ni mühafizəsi üçün sadə vətəndaşların – AXC üzvlərinin tələsik silahlandırılması özü-özlüyündə əxlaqsızlıq idi: hərbçilərə qarşı hərbçilər vuruşmalı idi. üç-dörd tank rahatlıqla bakıya tərəf gəlir, üolüstü AXS nümayəndələrini vəzifələrindən düşürür. Əgər üç-dörd tankın hücumu ilə prezident və baş nazir qaçırsa, aydın məsələdir ki, belə hakimiyət məhvə məhkumdur. Bu qiyam deyil, hakimiyətin can verməsi idi. Və AXC-nin praktiki parçalanması da təsadüf deyildi.

AXC-nin parçalanması İ.Qəmbərin «Müsavat» partiyasını yaratması ilə başlayıb, Ə.Kərimovun «Yurd»u yaratması ilə bitdi.AXC, özünün birinci sədrinin ölümü ilə 80-cı illərdə əldə etdiyi romantik surəti itirdi – o, Elçibəyin parlaq surəti ilə əlaqədar idi.

Bu insan, şübhəsiz ki, Azərbaycanın müstəqilliyi uğrunda parlaq və özünəməxsus mübariz kimi tariximizə düşəcəkdir. Elçibəy tarixi şəxsiyətdir. Öz əməllərində – istər düz,istər səhv – səmimi idi, oxşar mənsəbli siyasətçilərdə nadir keyfiyyətə malik idi. Tarix onun haqqında hələ son sözünü deməmişdir. Müəllifin fikrincə, bu insanın ən böyük faciəsi onda idi ki, o və onun ətrafındakılar həmfikir deyildilər: sözdə hər biri ona lider deyirdi, işdə isə, hər biri özünü onun yerində görmək istəyirdi. Milli məclisin iclasında nazir prezident Elçibəyi ağır sözlərlə təhqir edirsə, mətləb aydınlaşır. Hamıya, o cümlədən nazirin özünə də aydın olurki – ertəsi gün, öz kürsüsünü tərk etdikdən sonra, onu həmişəlik yaddan çıxaracaqlar. Onun Xalq cəbhəsi üzrə baş müavininin, Elçibəyin adı ilə pərdələnməsi və onu xalq hərəkatı tarixindən səliqəli şəkildə pozmağa cəhd etməsi isə, insanı kədərli düşüncələrə yönəldir. Elçibəyin keçmiş silahdaşlarının çoxu, əsasən öz qohumları və yerlilərindən təşkil edilmiş partiyalar yaradaraq, öz siyasi karyeralarına xitam verdilər. Onlar yenə də başa düşmədilər ki, onların siyasi fəaliyətinin dayağı Elcibəy idi.

AXC-nin parçalanmasına qayıdaraq qeyd etməliyik ki, burada elə İ.Qəmbərin ehtimal etdiyi baş verdi. O, mart 1993 ildə Milli məclisin iclasında demişdi: «Biz, güc işlətməklə hakimiyətə gəlmişik və bizi, tutduğumuz yoldan dönməyə yalnız, güc işlətməklə məcbur etmək olar». Elə o an da başa düşmüşdü ki, nə isə alınmadı, «düzəltdi». «Ali Sovetə hücum edəndə iki-üç ədəd güclə hərəkət edən tanklardan istifadə etmişik, burada qeyri adi nə var ki?» (?!)

Ozamankı hadisələri AXC-dəki hadisələrə köçürməklə alınan mənzərəni belə təsvir etmək olar:

1. Başda görkəmli alimlər, yazıçılar, ictimai xadimlər olmaqla Azərbaycanın müstəqillik əldə etməsində böyük rol oynamış güclü xalq hərəkatının kortəbii yaranması. Bu, demək olarki, AXC-nin təşəkkülündə ən parlaq səhifədir və bu, Elçibəyin böyük əməyinin bəhrəsidir

2. AXC-nin lider mövqelərindən ziyalıların tam sıxışdırılıb çıxarılması və aralarında çoxsaylı populistlər, ekstremistlər və istənilən yolla hakimiyətə can atanlar olan yeni fəalların birinci rollarına yiyələnmələr.

3. Azərbaycanda hərbi qiyam yolu ilə hakimiyəti zəbt etmə.

4. Bütün əsas vəzifələrə, səlahiyyət və ixtisas hazırlığı səviyyəsindən asılı olmayaraq AXC üzvlərini təyin etməklə Azərbaycanda totalitarizmi yeritmə.

5. AXC-nin, qıraqdan baxanda bir-birinə loyal olan, əslində isə bir-birinə qarşı təxribatçılıq işi aparan bir sıra siyasi partiyalara parçalanması. Bu partiyaların liderləri, özlərini respublikanın birinci siyasi rollarında görürlər. AXC-nin belə parçalanmasının, əslində isə – dağılmasının başlanğıcını E.Məmmədov və İ.Qəmbər qoydular. Burada yerlibazlığın ilk nişanələri göründü və bu, sonralar respublikanın siyasi həyatında mühüm rol oynadı.

6. Respublikanın yüksək rəhbərləri arasında, başlanğıcını siyasi əlahiddəlikdən alan «dərəbəylik». XİN başçısı Vyanada hansısa sülh danışıqları aparır, müdafiə naziri hamının gözü qarşısında bunu inkar edir, premyer nümayişkaranə bildirir ki, prezidentin qərarı onun üçün qərar deyil, DİN naziri «Müsavat» partiyasının rəhbərlərini – üzvlərini qəbul etmir, spiker israr edir ki, bütün problemləri prezident aparatı yaradır, Elçibəy deyir ki, onun üçün alı prinsip insan haqlarına əməl edilməsidir, DİN naziri isə camaat arasında jurnalisti döyür və hələ haqlı olduğunu da sübut etməyə çalışır. AXC-nin rəhbər işçiləri, özlərinin bir «yoldaşı» haqqında bir səslə deyirlər ki, o DTK-nin agentidir. O agent isə, onun keçmiş kolleqalarının da günahsız olmadıqlarını aydınlaşdıran materiallar çap edir, XİN bildirir ki, biz öz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik, Elçibəy isə, Şimali Azərbaycanın Cənubi ilə birləşdirilməsi haqqında, Özbəkistanda və Türkmənistanda totalitarizm haqqında, tezliklə türk bayrağının Çinə çatacağı barədə hey danışır.

A.Rutskoyun intellektual və siyasi səviyyəsi məlumdur o, jurnalistin son illər onu ən çox təəccübləndirən nədir sualına – bu, Azərbaycan Nazirlər Soveti Sədri Pənah Hüseynovun intellektual və iqtisadi bilik səviyəsidir - cavabını vermişdi. Başa düşmək olmurdu ki, bu adam respublikanın belə yüksək postunu necə tuta bilmişdi. Müxbir Elçibəyə sual verəndə ki: Pənah Hyseynov xalq üçün nə etmişdir? – o olduqca ciddi cavab vermişdi:

- «O respublika üçün «yığılmış» və «ianə edilmiş», SSRİ-nin,«bir sıra» keçmiş dövlətlərin qızıl mədənlərindən qanunsuz «apardığı» iri qızıl partiyaları vəsaitinin mənimsəninlənməsi üzrə əməliyyatlar aparmışdır;

- Onun təklifi ilə, böyük məbləğdə nəğd valyuta hesabına bir tilində nöqsan olan iri almas yenidən tilləşdirilmiş və nəticədə bunun bazar qiyməti on dəfələrlə artmışdır;

- O heç vaxt qarpız satmamışdır, respublikadan heç yerə getməmişdir və yüksək savadlı, ziyalı insandır». Respublikanın Nazirlər Sovetinin Sədri qəribə məsələlərlə məşğul olurmuş!

7. Respublika idarə sisteminin tam itirilməsi. Bu, nəzarətdən çıxan iqtisadi strukturların və hərbi birləşmələrin yaranmasına gətirdi. Fikirləri hər şeydən çox hakimiyyətə və talana yönəlmiş kiçik knyazcıqların və sərbəst sahə komandirlərinin yaranmasının təməli qoyuldu.

8. Respublikada nəzarətdən çıxmış dağıntı və xaos. Bunun nəticəsi kimi, ermənilərin Azərbaycan ərazisinin xeyli hissəsini, yaxınlaşan vətəndaş müharibəsi təhlükəsi səbəbindən praktik olaraq heç bir müqavimətə rast gəlmədən, zəbt etməsi.

9. Xalqın və dövlət strukturlarının inamının tam itirilməsi. Prezidentin, Pənah Hüseynovun qaçması və AXC hakimiyətinin süqutu.

10. AXC öz səhvlərini və bacarıqsızlığını etiraf etmək əvəzinə, hamını və hər işdə öz uğursuzluqlarına görə taqsırlandırırdı.

Bakı, may 1993 ildə məyus, ədəbsizlik dərəcəsində sükutla keçirilən belə bir təntənəli iclası bu vaxta qədər görməmişdi, natiqlərin nitqini Respublika Sarayını ağzınacan doldurmuş 2500 adamdan 100-150-si qavraya bilirdi. Bunda Elçibəyin taqsırı hamıdan az idi: belə qavramaya görə o, praktik olaraq AXC ətrafında siyasi vakuum yaratmış silahdaşlarına borclu idi.

AXC rəhbərləri həmişə deyirlər ki, hakimiyəti itirmələrinin səbəbi bəzi qonşu dövlətlərin xüsusi xidmətlərinin dilbirliyi olmuşdur. Bu, bir qədər həqiqətə uyğundur. Lakin əsas məsələ başqadır: məhz dövlət rəhbərlərinin hər növ dilbirliyinə və qiyamlara qarşıdurma qabiliyəti, güclü və bacarıqlı hakimiyəti fərqləndirən cəhətlərdən biridir. H.Əliyev hakimiyətə gələndən sonra dilbirliklərinin və qiyamların sayı azalmadı, lakin o, güclü sosyal əsası və xalqın dəstəyini əldə edərək onları zərəsizləşdirə bildi.

AXC və «Müsavat» partiyasının fəallarından heç biri, hakimiyəti itirdikdən sonra bir dəfə də olsa, öz səhvlərini etiraf etməmişlər. Onların sözünə görə, özlərindən başqa hamı taqsırkar idi. Bununla da onlar, erməni təcavüzkarlarına qarşı ən ağır vaxtlarda təklikdə mübarizə aparan yüzlərlə namuslu və təmiz sadəAXC üzvlərinin əməyini heçə endirirdilər.

H.Əliyev deyirdi: «Azərbaycan, bundan qabaqkı parlament seçgilərindən keçən beş il ərzində böyük bəlalar yaşamışdır. İndi də əziyyət çəkir. Lakin fərq ondadırki, o bəlalar Azərbaycanın daxili sabitliyini pozurdu, qarma-qarışıqlıq, anlaşılmazlıq yaradırdı, və 1993 ildə bizə nəsib olmuş belə miras şəraitində uzun illər lazımdır ki, cəmiyyətimizi bu cinayətkarlardan təmizləyək, nöqsanları ləğv edək. Bu adamlardan biri bir xarici dövlətin kəşfiyatı ilə, digəri – digər ölkənin kəşfiyatı ilə əlaqə saxlayaraq, Azərbaycanı dağıdırlar».

Nə qədər acı olsa da, etiraf etməlidirki, belə bir şəraitdə erməni ekstremistləri həm Moskvada, həm də Yerevanda yaxşı təşkilatlanmışdılar və hər vəziyyətdən öz xeyirlərini götürürdülər. Bakıdan fərqli olaraq, Yerevanda həm partokratlar, həm demokratlar Dağlıq Qarabağ üzrə bir dəstə kimi çıxış edirdilər. Xalq deputatları qurultayında partokratlar birinci mövqelərə çıxan kimi erməni nümayəndələrindən də deputat-partokrat irəli sürülürdü. Vəziyyət dəyişib demokratlar irəli gələn kimi erməni deleqatlar deleqat-demokrat «buraxırdılar». Belə çevik taktika onlara imkan verirdi ki, müxtəlif vəziyyətlərdə təşəbbüsü əllərində saxlasınlar. Bundan başqa, yenə də Bakıdan fərqli olaraq erməni siyasi fəalları çalışırdılar ki, «zibili bayıra» – öz daxili problemlərini Erməristandan kənara atmasınlar. Azərbaycanda isə, partokratlar müxalifəti başqa cür yox, birbaşa ekstremist adlandırır, bunlar isə, borclu qalmayırdılar, beləliklə, bəzən aralarındakı mübarizə Qarabağ maraqları uğrunda mübarizədən daha kəsgin olurdu.

Erməni ekstremistlərini bir də o müşayiət edirdiki,o illər Rusiyada, hər halda Azərbaycana münasibətdə, sözün normal mənasında heç bir demokrat yox idi. Hamılıqca nifrət, hakimiyyət və əmlak uğrunda mübarizə var idi.

Qorbaçovun postsovet hərc-mərcliyini geniş mənada 1917 il ideologiyasını xatırladan siyasi xaos kimi səciyələndirmək olar. Mandelştamın bir ifadəsi məhz bu vaxta çox uyğundur: «biz, altımızdakı ölkəni hiss etmədən yaşayırıq». Lakin erməni maraqları nöqteyi-nəzərindən bu idarə olunan xaos idi: bu xaotik siyasi sistemin hər elementində, erməni fəallarının səyi ilə onların maraqları güdülürdü, və bu onlara haqq qazandırır. Yada salaq: qorbaçovun postsovet hərc-mərcliyi Azərbaycan xalqına böyük iztirablar gətirdi. Bəs erməni xalqı bundan uddumu – böyük sualdır.

Qorbaçovun ermənipərəst mövqe tutması şübhə doğurmur. Məsələ başqadır. O, erməni xalqının maraqlarını rəhbər tuturdumu? Böyük şübhə doğuran budur. Ölkədəki vəziyyət barədə ( SSRİ, 1990 il. – müəllif) Raciv Qandinin sualına Qorbaçov belə cavab vermişdi: «Bilirsinizmi, bizdə fırtına qopub. Neçə ball olduğunu bilmirəm – yeddinci, səkkizinci yaxud, doqquzuncu, amma bizi o tərəf, bu tərəfə yırğalayır…Bu nədir. Bizim cəmiyyət üçün silkələnmə lazımdır(müəllif nəzərə çarpdırmışdır). Biz əsaslı dəyişikliklər edəcəyik, gəminin hərəkət istiqamətini daha dəqiq təyin edəcəyik. Dəniz sakitləşəcək, və hər şey öz qaydasına düşəcəkdir. Gəmi məqsədə doğru gedəcək və mütləq ona çatacaqdır».

Ona, özünün dediyi kimi cəmiyyəti «silkələyə» biləcək bir qüvvə lazım idi. Belə bir qüvvə kimi o, Qarabağ hərəkatını seçdi. Hər iki tərəfdən nə qədər qurban olacağı onu az maraqlandırırdı.

Azərbaycana münasibətdə bütün yuxarıda şərh olunmuş hərc-mərcliyin baş təşkilatçısı, ruhlandırıcısı və ifaçısı isə Qorbaçov idi və onun haqqında ayrıca danışılacaqdır. O, Azərbaycan tarixinə şübhəsizki, ən qəddar siyasətçilərdən biri kimi düşəcəkdir. Onun Azərbaycandakı qanlı əməlləri haqqında həqiqət, nəsillərdən nəsillərə ötürüləcəkdir.

SSRİ-nin parçalanma modelini qlobal və lokal təşkiledicilər şəklində göstərsək, onda Qorbaçovun lokal təşkilediciyə «töhvəsi» görkəmlidir. 1986-da yəni, yenidənqurmanın ilk şəfəqlərində, A.Zinovyev belə bir ehtimal irəli sürmüşdü ki, başlanan reformalar SSRİ-nin dağılmasına gətirib çıxara bilər. O yazırdı: «Qorbaçovçular sovet tarixinə əsaslı yenidənbaxma həyata keçirmək niyyətindədirlər. Onun işdə necə görkəm alacağını gələcək göstərəcəkdir. «Kommunist» jurnalında Rusiyanın knyaz Vladimir tərəfindən xaç suyuna salınması barədə məqalə yerləşdirilmişdi. Məqalədən aydın olurki, sovet Rusiyasının indiki islahatçısı – Qorbaçovun hələ X əsrdə sələfi var imiş – kiyev knyazı Vladimir. Kitabın müəllifi israr edir ki, Rusiyanın xaç suyuna salınması ozamankı hadisələrin yalnız xarici görüntüsü idi, onların məğzi isə, başda knyaz Vladimir olmaqla Kiyev Rusu rəhbərlərinin islahatçı fəaliyəti idi. Deməli, artıq 1000 il bundan qabaq, bu gün olduğu kimi, «ölkənin inkişafında sıçrayış, o dövrün qabaqcıl ölkələrinin yüksək nailiyətlərinin mənimsənməsi lazım idi».

Diqqət yetirin: ölkənin inkişafında sıçrayış lazım idi! Demək olar – sürətli inkişaf. Bir sözlə, knyaz deyil, Kiyev Rusu kompartiyasının baş katibi. Adı çəkilən sıçrayış nəyə lazım idi? Məlum olur ki, «o dövrün qabaqcıl ölkələrinin yüksək nailiyətlərinin mənimsənməsi» üçün, «dünya standartları səviyyəsinə qalxmaq üçün» lazım imiş. Lap, «sovet adamlarını «yeni təfəkkür»dən istifadə edərək yüksək dünya nailiyətləri səviyyəsinə qalxmağa çağıran, Qorbaçov kimi. Sovet Rusu qarşısında, qabaqcıl kapitalist ölkələrindəki səviyyəyə qalxmaq məsələsi dururdu. X əsrdə isə, «Kommunist» jurnalına görə Kiyev Rusu «inkişaf etmiş feodal monarxiyalarla bir cərgədə» durmalı idi. O vaxt, görürsünüzmü, ən qabaqcıl sosyal quruluş feodalizm idi. Bilmək istərdik, o vaxt knyaz Vladimirin imarətlərindən «Yaşasın , bütün bəşəriyətin işıqlı gələcəyi olan feodalizm!»şüarı asılmışdımı?

Yeri gəlmişkən, «yeni təfəkkür» istilahını siyasi mənada ilk dəfə ortaya atan da, SSRİ-nin gələcək prezidenti Qorbaçov olmamışdır. Dm. Volkoqonov yazırdı ki, M.S.Qorbaçovun «olduqca bayağı» «Ölkəmiz və bütün dünya üçün yenidənqurma və yeni təfəkkür» kitabı çıxanda aşağıdakıları müşahidə etməmək olmazdı. Qorbaçovun «yeni təfəkkürə»yə daxil etdiyi, onun ümumbəşəri nöqteyi-nəzərini ifadə edən ideyası, hələ lap əvvəllərdən, avropanın görkəmli mütəfəkkirləri Şveyser, Rassel, Saxarov və XX əsrin bir çox başqa «düşünən insanları» tərəfindən irəli sürülmüşdür. Dm.Volkoqonov özünün «Yeddi rəhbər» kitabında vurğulayır ki, müəllifin planetarlığa və universallığa iddiası, bolşevik-məsiha ruhu daşıyır… lakin, ona qədər bu barədə çoxları, bunu «yeni təfəkkür» adlandırmadan danışmışlar. Kitabda baş katib, yalnız son dərəcə daxili, sovet ictimai-siyasi hadisəsi olan yenidənqurma məsələsində pionerdir. O ki, qaldı haqqında çox danışılmış, çox yazılmış «yeni təfəkkür»ə, o, səhnə arxasında, ənənəvi qarşıdurma, silahlanma mövzuları ilə qonşuluq etdi. Volkoqonov davam edərək deyir: çox gümanki, «Qorbaçov bu illər daxili mübarizə, yenidən dərk etmə, məğzimizin təşkiledicilərinin yenidən dəyərləndirilməsi proseslərində olmuşdur. Belə vəziyətdə isə, qədim yunan mütəfəkkiri Demofenin dediyi kimi, özün özünü aldada bilərsən, lakin yerdə qalanların hamısını – çox çətin.

Qorbaçovun yolverilməz iqtisadi savadsızlığı SSRİ-nin bütün əmtəə-pul sisteminin dağılmasına gətirdi. Politoloq S.Qara-Murza düzgün olaraq göstərir ki, «sovet sənayesi, siyasi iqtisadiyatı A.V.Çayanov tərəfindən işlənmiş kənd təsərüfatının davamı olmuşdu. Zavodun əmək kollektivi icma variantı idi. bu növ sosyal orqanizmin istehsalı və həyatı pulla tənzim edilmir, təsərüfat əsas etibarilə qeyri-pulludur. İstehsalat daxilində məhsulun bir sahədən digərinə ötürülməsi, şərti, saxta pullarla – «qeyri-nəğd» (bunlar da müxtəlif növlü idi) - tənzim edilirdi. Onlar qapalı kontur üzrə dövr edirdilər və istehlak bazarında istifadə edilən real pullara çevrilə bilməzdilər. Ona görə də nə inflyasiya var idi, nə də «ödəməmək böhranı». Qorbaçovun manqası iqtisadiyatın «venasını açan» kimi – saxta pulları reallaşdıranda – istehlak bazarı və maliyyə sistemi pozuldu. Ləmələrdən mallar yox oldu, inflyasiya başladı, xəzinə boşaldı». «Dadına baxma» komsomol fəallarına tapşırılmışdı, məhz onlar 1987-də «kapitalizmi qurmağa» başlamışdılar. «Nomenklatura biznesi»nin birinci növü pulların nəğdiləşdirilməsi idi. Maliyyə fəaliyətinin bu növü üçün xüsusi strukturlar – SNTTM – «komsomol iqtisadiyatının» (eyni zamanda inflyasiyanın) lokomotivi yaradıldı.

Əlbəttə, «nəğdləşməyən pullar» halının sovet vaxtı üçün normal olduğunu heç vəchlə təsdiq etmək olmaz. Lakin Qorbaçovun «xidməti» onda idi ki, o, pis iqtisadi vəziyyəti lap pisə transformasiya etdi. İlk milyonerlər, milyardlarla nəğdləşməyən pullar şübhəli bank əməliyatlarından keçərək nəğdləşəndən sonra peyda oldular.

Görkəmli yazıçı, «altımışçı», dissident A.Qavrilin, - o zamankı iqtisadiyatın yalnız neftin köməyi ilə özünü saxladığına görə, sovet rejiminin süqutu səbəbləri arasında məhz neft ehtiyatlarının azalmasının göstərildiyini deyən müxbirə cavabında – «Mənim fərziyyəm başqadır. Rejim yalnız ona görə dağıldı ki, onu dağıdan adam təkcə o ola bilərdi – Sovet İttifaqının ən böyük adamı, MK-nin Baş katibi Mixail Sergeyeviç Qorbaçov».

Alman qəzeti «Di Tsayt» yazırdı: «Qorbaçov axır ki, Stalinin mirasını tamamilə uduza bildi və bu gün rusların çoxu onu səfeh İavnuşka kimi ələ salırlar, belə ki, o, rusların əsrlərlə qurduğu dövləti və onun ətrafındakı təhlükəsizlik qurşağını da üstəlik, heç nədən buraxdı»…

Qərb, Qorbaçovun birinci katib olmasından xeyli qabaq, onda dağıdıcılıq meylinin olmasını hiss etmişdi.

SSRİ tarixən məhkum idi, odur ki, onun dağılmasında bütün taqsırı Qorbaçovun üzərinə yıxmaq olmaz. Qərb ekspertləri vaxtilə SSRİ-nin müxtəlif respublikaları və milli dairələri arasındakı sərhədlərin mübahisəli sahələrində 79 qaynar nöqtə müəyyən etmişdilər. Məsələ bunda deyil. Qorbaçov sabitlik yaratmaq üçün hər hansı bir yol axtarıb tapmaq (Andropovun da çalışdığı kimi) ya da, heç olmazsa SSRİ-nin dağılma prosesinə sivil xarakter vermək əvəzinə bir şeyə çalışırdı – bu mühitdə tarixi şəxsiyyət kimi görünmək, müxtəlif mükafatlar almaq və Qərbin xoşuna gəlmək.

Artıq bu gün, SSRİ-nin dağılmasında Qarabağ qarşıdurmasının katalizator rolu oynadığına şübhə yoxdur. Brutens öz xatirələrində yazır: «24 fevraldaA.N.Yakovlevin yanına getmişdim. O, danışdı ki, Qorbaçov bir neçə saat bundan qabaq şairə S. Kaputikyanı və yazıçı Z.Balayanı qəbul etdi (mən belə başa düşdüm ki, onun proteksiyası ilə). Onun sözlərinə görə söhbət Mixail Sergeyeviçdə təəssürat yaratmışdı, o ilk dəfə olaraq Arsax(Dağlıq Qarabağın qədim adı) problemini dərk etməyə imkan vermiş və ona acımışdır. Zənnimcə Yakovlevin özü də belə münasibəti bölüşürdü. Sonra mənimlə sağollaşdı. Bundan da aydın, demək olmazdı! Qorbaçov və Yakovlev hakimiyyətdə olduqları bütün müddətdə bu mövqeni saxlamışdılar. Bu, sonrakı hadisələri qabaqcadan təyin edirdi. Güclü erməni təbliğatı praktik olaraq dünyanın hər yerinə çatırdı. Qorbaçovla bu görüşlərdən sonra yubanmadan Stepanakertdəki mitinqlərdə «Lenin – partiya – Qorbaçov. Hitler – Stalin – Liqaçov» şüarı səsləndi, Yerevanda isə, çoxminli mitinqdə SovİKP MK katibi Yakovlev Stepanakertin separatizmi ni «xalq azadlıq hərəkatı adlandırdı. Ədalət naminə qeyd etməliyik ki, A.Mütəlibov xalq deputatları qurultayında SovİKP MK katibi Yakovlevin bu hərəkətini ifşa etdı.

SSRİ hökuməti hamılıqla, Qarabağ separatistlərini «dilə gətirməyə» başladı: Nazirlər Sovetınin xüsusi məsələlər üzrə bürosunun sədr müavini, Dövlət plan komitəsi sədrinin birinci müavini V.M.Serov, nazirlər A.Q.Anfimov, A.A.Yejovski, S.F.Voyenuşkin, V.A.Durasov, V.M.Lukyanenko, N.A.Puqin, M.S.Şkabardiya, müavinlər A.F.Kazakov, E.İ.Razumeyev … Dağlıq Qarabağa kimlər gəlirdisə (özü də nümayişkaranə,Yerevandan keçərək) eyni sözləri deyirdilər: ah, burada vəziyyət necə pisdir və hər biri də bir növ kömək edəcəklərinə söz verirdi, əlbəttə Bakıdan yan ötərək. Əslində Qarabağda həyat Azərbaycanın başqa regionlarındakından görkəmli dərəcədə yaxşı idi.

Növbəti...