Min nəfərə yaxın adam güllə yarası almışdır. Mən hələ meşədə donanları, yaşanmış dəhşətlərin yaratdığı vahimədən özünə gələ bilməyib, ürək partlamasından ölənləri demirəm. 30 Xocalı ailəsi bütövlükdə, yəni uşaqdan böyüyə qədər həlak olmuşdu və indi onların soyadını heç biri daşımır. Ermənilərin hücum etdiyi anda, Xocalıda minlərlə məskun var idı. Bunların 3 mini əsir düşmüş, öldürülmüş və ya yaralanmışdı.
Yalnız 1000 nəfər xilas ola bildi ki, onların da bir hissəsi donmuşdu. Beləliklə, dörd min Xocalının hamısını bu və ya digər dərəcədə soyqırımın qurbanları hesab etmək olar.
Sözsüz ki, bu miqyaslı aksiyanı ermənilər özləri müstəqil olaraq edə bilməzdi, belə ki, o zaman Dağlıq Qarabağın ərazisi Ermənistandan aralı idi və bu, erməni silahlı qüvvələrinin əməliyatda bilavasitə iştirakını çətinləşdirirdi. Əslində rus hərbi hissələrinin soyqırımda baş rol oynadığı məlumdur. Sonralar, könüllü surətdə əsirliyə təslim olan iki rus hərbiçisi 366-cı alayın əsgər və zabitlərinin vəhşilikləri haqda xeyli məlumat verdilər».
Azərbaycan Dövlət təhlükəsizliyi nazirliyinin cap etdirdiyi radio ələkeçirmə, Kəlbəcəri işğal edcrkən ordunun nələr törətdiklərini göstərir. Bu, ələkeçirilmiş radio səsləşmələri, Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalında iştirakına şübhə yaratmır.
Həmən hərbi əməliyatda yeni 6721 kHz radio tezliyindən istifadə edilmişdi. Səsləşmə aşağıdakı radiostansiyalar arasında aparılmışdı:
«QSM-7 – Ermənistanın Vardenis rayonunda işləmiş qərargah radiostansiyası. Bununla, əməliyata ümumi rəhbərlik və Yerevanla əlaqə həyata keçirilmişdi.
«Uraqan» (U) – döyüş zonasında işləmiş baş radiostansiya. Kəlbəcərin işğalından sonra orada yerləşdirilmişdir.
«LEO-13» və «Manuşak» – mobil radiostansiya əməliyatlarında işlənmişdi.
Səsləşmələrdə işlənən şərti sözlər:
«Dub» – ölənlər,
«Osina» – yaralananlar,
«Xariton» – azərbaycanlılar,
«Malenkiye sosedi (adamlar)» – qarabağ erməniləri,
«Qolub» – vertolyot, təyyarə.
Azərbaycan Respublikasının Kəlbəcər rayonunu işğal etdikdən sonra erməni hərbiçilərinin 6-7 aprel 1993 ildə radiosəsləşmələrinin məzmunu:
06.04.1993 il 13:00
«Uraqan» - «Uraqan-1» qulaq asır.
«QSM-7» - Sizdən bir nəfər buraya gəlmişdi. O, hər şeyi sizə başa salıb, üsulları deyib. Siz qəbul etdinizmi?
«Uraqan» - Anlamadım, təkrar edin
«QSM-7» - deyirəm siz tərəfdən biz tərəfə bir nəfər gəldi. O, hər şeyi sizə başa saldı, üsulları deyib. Siz qəbul etdinizmi?
«Uraqan» - Mənim xəbərim yoxdur.
«QSM-7» - «Malıy narod», «Malıy narod». Qəbul etdin?
«Uraqan» - Malıy nə?
«QSM-7» - «Malıy narod».
«Uraqan» - Bəli, bəli.
«QSM-7» - Sən qəbul etdin? Bilirsən?
«Uraqan» - Xeyir, qəbul etmədim.
«QSM-79» - Sən yanındakı «Uraqan»dan soruş. Onlar deyər nə qədər «Dub» və «Osina» var. Təcili hamısını «İsparit» edin! Qəbul etdin?
«Uraqan» - Nə?
«QSM-79» - «Xariton», «Xaritonski», «Dub» və «Osina». Tamam məhv edin! Sən onlara de, onlar bilir. Qəbul etdin?
«Uraqan» - Yaxşı.
«QSM-79» - Cəld yerinə yetirin. Mütləq.
«Uraqan» - Qəbul etdim, qəbul etdim.
«QSM-79» - Sən onlara de, onlar hamısını bilir. Kiminlə əlaqə saxlamağa imkanın varsa orada hamısını başa sal. Örtülü mətnlə başa sal. Hamısı cəld yerinə yetirilmiş olsun.
«Uraqan» - Burada iki «Osina» vardır. «Qolub»lazımdırki, onları göndərim.
«QSM» - Bu bizim «Osina»lardır, sənsə tərsinə başa düşmusən. Başa düş: «Osina» və «Dub»lardır.
Anladınmı?
«Uraqan» - Anladım.
«QSM» - Təcili olaraq «Bolşim» və «malenkim» və ya kim gəldi, de ki, ərazidə heç kim görünməməlidir.
«Uraqan» - Başa düşdüm.
« QSM» - «Uraqan-1», sənə nə çatdırmışdımsa, «Manuşak-10»a da bir az örtülü de və qoy bunların hamısını sürətləndirsin və imkan olan kimi öz qonşularına da desin.
«Uraqan-1» - Bizdə onların «Osina»sı var. Cavandırlar. «Qolub» gözləyirik.
«QSM» - Onların hamısını on metr aşağı və düz vəziyyətdə. Anladın?
«Uraqan-1» - Təkrar edin.
«QSM» - Təcili. Onlarda nə və nə qədər var hamısını!
«Uraqan-1» - Anladım.
«Uraqan-1» - Mənəm, Qnel
«L» - Nə deməliyəm?
«Uraqan-1» - Siz axırıncını eşitdiniz?
«L» - Nə barədə? Müxbirlər haqda?
«Uraqan-1» - Əgər eşitməmisinizsə eyb etməz,, mən bu saat «QSM»lə danışıb bilərəm.
«L» - Yaxşı. Əlaqədə ol, heç yerə itmə.
«Uraqan-1» - Mən həmişə əlaqədəyəm.
«L» - O Sizi axtarırdı, soruşurdu, niyə Siz onu axtarmışdınız. Sizi tapa bilmədi, hirsləndi, getdi.
«Uraqan-1» - Anladım. Sən indi bilirsən niyə biz onu axtarırdıq, ona deyərsən.
«L» - Bilirəm, lakin o «yuxarılar»la məşğuldur.
«Uraqan-1» - Anladım. Amma, o özü şəxsən mənə bir söz deməyincə heç kəsə,heç nə demərəm.
«L» - O, gələr deyər. Bilmək istəyirsənsə, qanunla deməlisən, «Martunik» yox. Onun ixtiyarı yoxdur ki, tangetkanı öz əlinə götürsün
«Uraqan-1» - Var,var. İşçi kabellər də hələ məndədir istəyirlər. Nə etməliyəm?
«L» - «Martunik» gəlib səninlə danışacaq. Amma qanunla onun ixtiyarı yoxdur.
«Uraqan-1» - Burada qanun yoxdur!
«L» - Qanun yoxdur ona görə ki, burada bardakdır. Hər şeyi telefona çeviriblər!
«M» «Martunik» qulaq asır.
«Uraqan-1» - Xahiş edirəm əmrinizi bir də təkrar edəsiniz.
«M» kimdir danışan?
«Uraqan-1»-«Uraqan-1»dən
«M» Ağzını yum, «Urqan-!» otur yerində və nə desələr əməl et! Fokus göstərmə! Məni başa düşdün?
«Uraqan-1»- Mən şəxsən sizin əmrinizi istəyirəm.
«M» Mən təkrar edirəm. Səni görən kimi elə yerində gyllələyəcəyəm. Axmaxlama! Qəbul etdin əməl elə. Baş «Uraqan»a ötür.
«Uraqan-1» burada baş «Uraqan» yoxdur.
«M» Sənə dedilər: əməl et, ya da baş «Uraqan»a ötür. Həm də qarışma. Sən çox kiçiksən ki, qarışasan!
«Uraqan-1»-Anladım.
«M» Qneli çağır.
«Q» Qnel qulaq asır.
«M» Orda mənimlə danışana de ki, qoy axmaqlıq eləməsin, nə deyiriksə onu ötürsün. Bu – sənə və Başçıya yuxarıdan göstərişdir. O nə istəyir, mən onun əvəzinə rabitəçi işləyim?! Mən onu güllələyərəm! Bütün bu yaramazları.
«Q» Anladım. Soruşmaq istəyirəm: sizdən gələn bu «qonaqlar» nə ilə qayıtmalıdırlar?
«M» Elə onunla.
«02» «02-ci»- «QSM»-a.
«M» «Manuşak-10»-«QSM»-a.
«Saşa-22»-«Saşa-22»-«QSM-7».
«L» «Leo-13»- «QSM-7»
«QSM» Sən haradasan? Eşidirsən və cavab vermək istəmirsən? Deməli Tiko səni başa salacaq. Qoy sxemin yanına gəlsin. Qəbul etdin?
«L» Qəbul etdim.
«QSM» Sən axırıncı «dub»u tanıdın? O kimdir?
«Uraqan-1» Yox.
«QSM» Sən bilirsənmi bu axırıncı «dub» harada idi? Ebonu mənə verin. Sən bilirsən «dub» harada idi?
«Uraqan-1» Bəli, bilirəm.
«QSM» Orada yanaşı çoxlu «dub» və «osina» vardır. Sən onlara mütləq bu yer üçün, müxtəsər bu yer üçün. Qəbul etdin?
«Uraqan-1» Qəbul etdin?
«QSM»qəbul etdim.
«Uraqan-1» Sizin cavabınızı gözləyirəm. Təmizlik və səliqə.
Tarix: 06.04.93 Vaxt: 14:00 Tezlik: 6721
«Uraqan-1» Öz yerindədir. (Martunika)
«L» Danışır «Leo-13». Gedin onu çağırın. Qoy o şəxsən mənə desin, bu barədə əmr versin.
«Uraqan-1» «Leo-13»
«L» Dinləyirəm.
«Uraqan-1» Artaş sənsən?
«L» O yoxdur.
«Uraqan-1» O haradadır?
«L» O buradadır, uzaqda deyil. Tezliklə gələr. Kimdir soruşan?
«Q» Bu gün olacaqlar?
«M» Gözləyirik ki, oradan – baş şəhərdən – gəlsin ki, sonra göndərək ora, o quldurların dalınca. Siz bütün komandirlərə deyin ki, onlar əmrdə göstərilənləri bilsinlər və ona əməl etsinlər.
«Uraqan-1» «Manuşak-10»u çağırıram. «QSM-7» ilə əlaqə yaradın.
«QSM-7» Mən mühüm məlumat verirdim. Siz niyə rabitədə deyildiniz?!
«Uraqan-1» Mən həmişə rabitədə idim.
«QSM-7» Mənim dediklərimi eşitdiniz?
«Uraqan-1» Lütfən, mənim üçün hamısını təkrar edin.
«QSM-7» Diqqətlə qulaq as. Sən xəbərdarsanmı: «malenkiy çelovek»?
«Uraqan-1» «Malenkiy çelovek»?
«QSM-7» Bəli, bəli «malenkiy çelovek» - səndən qabaq orada oturan adam. Mən ona mahiyəti başa saldım. İndi sonrası.
«Uraqan-1» O bilmir mən soruşdum.
«QSM-7» «malenkiy çelovek», «malıy narod». Qəbul etdin?
«Uraqan-1» Qəbul etdim.
«QSM-7» «Zelyonıy», «Osina», «Dub» - 2 metr aşağı və düz. Qəbul etdin?
«Uraqan-1» Qəbul etdim, başa düşdüm.
«QSM-7» Hər yerdə, hamıya de. Eboda olan o «dub»u tanıyırsan? Onun yeri.
«Uraqan-1» Xeyr, bilmirəm.
«QSM-7» Haçan Ebo deyirdi: «mən buradayam, bu mənim yerimdir». Yadındadır?
«Uraqan-1» Bəli.
«QSM-7» Ən başlıcası oradadır.
«Uraqan-1» Anladım. Məndə «zelyonıy-osina» var.
«QSM-7» Bu, onlara aiddir, şəxsən onlara, nə qədər var. Qəbul etdin?
«Uraqan-1» Qəbul etdim.
«QSM-7»Hər şey aydındır?
«Uraqan-1» Aydındır. Bu «Nojka-3»ə də aiddir?
«QSM-7» Əgər «Osina», «Dub» var isə deməli bəli, həmçinin
Tarix: 07.04.93 Vaxt: 8:20 Tezlik 6721
«QSM-7» Dünən hamısı sizin Artaşa deyildi. O, hamısını başa düşdü. Artaş sizdədir?
«Uraqan-1» Yox. Hansı Artaş: «Leo-13»dəki, yoxsa «Qarik-02»dəki?
«QSM-7» «Uraqan 4»dəki. O, 88 il 7 dekabr sakinlərindəndir.
«Uraqan-1» Anladımm. O yoxdur. o «Uraqan»ın yanına düşdü.
«QSM-7» O nədir, sizi xəbərdar etmir? Onu soruşsalar necə olsun?
«Uraqan-1» o nə isə dedi, lakin bu o qədər həqiqətə uyğun deyildi ki, mən heç nə anlaya bilmədim. Xahiş edirəm əmri təkrar edin ki, mən yerdə qalanlara dəqiq çatdırım.
«QSM-7» Sən bilirsən «dub», «osina»- onlarla nə etmək lazımdır? Hə, ya yox?
«Uraqan-1» Bəli, bilirəm.
«QSM-7» Siz «QSM-7»ni ümumiyətlə bilmirsiniz. Anladınız?
«Uraqan-1» Anlamadım.
«QSM-7» «QSM-7»ni və onun ərazisini bilmirsiniz. Anladın? O tərəfdən bizi tanımırlar
«Uraqan-1» Anladım.
«QSM-7» Siz – «malenkiye lyudi» - bizi tanımırsınız. Anladın?
«Uraqan-1» Siz bununla nə demək istəyirsiniz? «malenkiye lyudi», ərazi nə deməkdir? Normal danış. Əmri çatdır.
«QSM-7» Mən açıq danışa bilmərəm. Bizi, bunların hamısını yazırlar. Ona görə də açıq danışa bilmirəm. Sən məni anlamalısan. «Malenkiye lyudi» – tanınmır, biz isə tanınırıq. Anladın?
«Uraqan-1» Anladım. Məlumatı verə bilərsən.
«QSM-7» Ciddi bir şey yoxdur. Sən artıq «dub» və «osina»larla nə etməlidir bilirsən. Bütün ərazilər təmiz və qaydada olsun! Sən bizi tanımırsan, biz də səni. Qəbul etdin?
«Uraqan-1» Qəbul etdim. Anladım.
«QSM-7» Təfərrüatı ilə öyrən. Mən «Martunik»ə məruzə etməliyəm.
«Uraqan-1» Oldu.
Tarix: 07.04.93 Vaxt: 8:25 Tezlk: 6721
«Uraqan» Salam, Qurgen qulaq asır. Nə yenilik var?
«QSM-7» Əvvəla, sizə «qonaq»lar gəlir. Bu gün, lakin xaricdən. «qonaq»lar gəlib görmək istəyirlər ki, bu müharibədə biz iştirak etmirik. Hər şey hazırdır, mən onları gözləyirəm. Necə anladın? Qəbul.
«Uraqan» Qəbul etdim, mən qarşılamağa hazıram. Mənə də «qonaq»lar gəlir. Sən onları neçədə gözləyirsən?
«QSM-7» Saat 10-a gözləyirəm. Qriqori də onlarla gəlir.
«Uraqan» Mən anladım. Qriqori Qareqinoviç – ən böyüyüdür.
«QSM-7» O mənim yanıma gəlir, sizə isə bizim baş şəhərdən ən böyük adamlar gəlir.
«Uraqan» Qəbul etdim. Yollar necədir? Martunik işi qurtarır ya yox?
«QSM-7» Bugün tam qurtaracaq Qurgen-can. Hamısı açılacaq. Həm də birinci karvan o yolla sizə gələcək.
«Uraqan-1» Anladım. «Qolub» haçan buraya uçacaq?
«Kerenskinin quşcuğazları» tarixə məlumdur. Bu banditləri tərəddüd etmədən «Qorbaçovun quşcuğazları» adlandırmaq olar – bunları belə «qoçaqlığa» məhz o ruhlandırmışdı.
Məhz Qorbaçovun vaxtında Azərbaycana qarşı erməni terrorizminin yeni tarixinin başlanğıcı qoyuldu – Azərbaycan terrorizmlə üzləşməyə məruz qaldı.
18 sentyabr 1989 ildə Tiflis-Bakı sərnişindaşıma avtobusunda partlayış baş verdi, bunun nəticəsində 5 nəfər həlak oldu və 37 nəfər yaralandı.
10 avqust 1990 ildə Ağdam-Tiflis sərnişndaşıma avtobusundakı partlayış nəticəsində 20 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
30 may 1901 ildə Bakı-Moskva qatarındakı partlayış 11 nəfərin həyatına son qoymuş, 22 nəfəri yaralamışdır.
31 iyun 1991 ildə Dağıstan ərazisindən keçərkən Bakı-Moskva qatarında partlayış baş vermişdir. 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
8 yanvar 1992 ildə «Kalmıkiya» paromundakı partlayış nəticəsində 25 nəfər həlak olmuş, 88nəfər yaralanmışdır.
Azərbaycan milli təhlükəsizlik Nazirliyinin məlumatına görə aprel-may 1992 ildə, erməni kəşfiyatı «Sadval»ın ortaqlığı ilə, Ermənistanın Nairi rayonunun Lusoker qəsəbəsindəki tədris bazasında bir qrup Azərbaycan vətəndaşının xüsusi təxribatçılıq hazırlığı keçməsini təşkil etmişdir. Bu qrupun bir üzvü Oktay Qurbanov «20 yanvar» metrosunda partlayış törədərkən həlak olmuşdur. Qrupun digər 6 üzvü MTN əməkdaşları tərəfindən tutulmuşdur.
28 fevral 1993 ildə Qudermesdə Bakı–Kislovodsk qatarındakı patlayışda 11nəfər ölmüş, 18 nəfər yaralanmışdır.
1 fevral 1994 ildə – Bakı dəmiryol stansiyasında partlayış. 13 nəfər ölmüş, 20 nəfər yaralanmışdır.
19 mart 1994 ildə metropolitenin «20 yanvar» stansiyasında partlayış, 14nəfər həlak olmuş, 42 nəfər yaralanmışdır.
3 iüul 1994 ildə metropolitenin «28 may» və «Gənclik» stansiyaları arasında partlayış, nəticədə 14 nəfər həlak olmuş, 54 nəfər yaralanmışdır.
Şairə Silva Kaputikyan Yerevan telegörüntüsündəki çıxışında deyirdi: «Biz yoldaş Qorbaçova dedik ki, əgər Dağlıq Qarabağ məsələsi 60 il ərzindəki kimi həlledilməmiş qalarsa, bu «qara qüvvələrin» gələcək fəallaşmasına, şəraitin pisləşməsinə gətirib çıxarar, mənəvi, psixoloji, ərazi və iqtisadi ziyan vura bilər».
Onun, erməni terrorunu nəzərdə tutduğunu şübhə altına almaq lazım deyil.
Erməni terrorizmi qədim köklərə malikdir və onlar, praktiki olaraq bunu bütün dünyada və bütün dövrlərdə işlətmişlər. Edvard Radzinskinin sözlərinə müraciət edək. « Bu, isti yay günündə 26 iyul 1907 ildə baş vermişdi. Gündüz saat 11 idi. Tiflisdəki Erivan meydanı həmişəki kimi adamla dolu idi – alabəzək, şən cənub camaatı. Meydana kazak eskortunun müşayiəti ilə iki ekipaj daxil oldu: Dövlət bankının böyük məbləğdə pulunu aparırlar. Elə həmin vaxt meydana iki fayton da daxil oldu: birində zabit geyimində kişi, o birində iki xanım. «Zabitin» komandası ilə pul aparan ekipajın qarşısı kəsilir və elə bil yerin altından əlli nəfərə yaxın quldur dəstəsi peyda olur. Kazakların və ətrafdakıların üstünə bombalar atılır. Səs-küy və tüstüdə quldurlar ekipaja hücum edirlər…Meydanda bombadan tikə-tikə parçalanmış kazak, polis, əsgər meyidləri və dağıdılmış ekipajın çırpı-qırıntıları arasında yerə sərilmiş inildəyən, eybəcər hala salınmış ətrafdakı insanlar qalmışdı. Erivan meydanındakı hücumu, Kamonun bütün «rəşadət»lərini üstələyirdi. Bu parlaq tamaşanı əvvəldən axıra qədər Koba hazırlamış və onu dəqiq, qabaqcadan verilmiş notasına uyğun yerinə yetirən Kamo olmuşdur. Bu, Kobanın quruluşunda bütün Avropaya səs salan ilk tamaşa idi.
Bu, əsrin əvvəlində, Cuğaşvilinin (Stalin) və Kamonun (Simon Ter-Petrosyan) bütün Avropanı diksinməyə məcbur etdikləri vaxt baş vermişdi. Krupskaya İsveçrədən fəxrlə xəbər verirdi – «İsveçrə sakinləri ölümcül dərəcədə qorxmuşdular… danışıqlar yalnız rus eksləri barədədir». Tiflis qəzeti «Novaya vremya» yazırdı – «Belə eşidilməmiş qaba talanın necə törədildiyini yalnız şeytan bilər». Erməni terrorizmi sonralar beynəlxalq həyata daxil oldu.
«Dünən gecə Stepanakertin lap mərkəzində sui-qəsd nəticəsində işdən evinə qayıdan Dağlıq Qarabağ Respublikasının prezidenti 43 yaşlı Arkadi Qukasyan iki ayağından yaralanmışdır. Eyni zamanda onun sürücüsü Sergey Sərkisyan və cangüdəni Samvel Qəribyan da ağır, həyat üçün təhlükəli yaralar almışlar. Aparılan istintaqın nəticələrindən asılı olmayaraq, qarabağ prezidentinə suiqəsdin əsl təşkilatçısının və ruhlandırıcısının kimliyi aşkar edilsə də baş verənlər çox şey haqqında düşünməyə vadar edir. O cümlədən, belə fikir yaranır ki, fərdi terror bütün və hər cür problemin həllində yaxşı işə gedən üsula çevrilmişdir. Dağlıq-Qarabağ Respublikası Ali Sovetinin birinci sədri Artur Mkrtıçyan 90 ilin əvvəllərində naməlum şəraitdə həlak olmuşdur. Rəsmi xəbər onun qısqanclıq zəminində öz arvadı tərəfindən öldürüldüyünü deyir. Vertolyot qəzası nəticəsində tanınmış qarabağ səhra komandirlərindən biri, Şaumyan rayon icra komitəsinin sədri Şagen Megryan həlak olmuşdur. Onun da ölümünün şəraiti indiyə qədər qəti aydınlaşdırılmamışdır. Hərbi əməliyatların qızğın çağlarında böyük hərbi mütəxəssis, cənub-şərq cəbhəsinin komandanı Avo (Monte) Melkonyan öldürülmüşdü. Bir sıra səlahiyətli mənbələr təsdiq edir ki, vaxtilə o, Qərbi (Türkiyə) Ermənistanı azad etmək məqsədilə xarici erməni silahlı təşkilatı ASALA-nın parlaq nümayəndələrindən biri olmuş, lakin sonralar onu tərk etmişdir. Qəti məlum olanı budur ki, Monte Melkonyan Livanda vətəndaş müharibəsi dövründə, Beyrutun erməni kvartallarının müdafiəsində fəal iştirak etmişdir. Deyirlər ki, onu azərbaycan snayperi güllələmişdir və bu, bəziləri tərəfindən müəyyən şübhə ilə qarşılanır. O da məlumdur ki, arxiyepiskop Parqevə bir neçə dəfə qəsd edilmiş, xoşbəxtlikdən baş tutmamışdır. Şübhəsiz ki, ən gur rezonans yaradan, Ermənistan parlamentində keçən ilin 27 oktyabrında baş vermiş, və baş nazir Vazgen Sərkisyanın, Milli iclasın spikeri Karen Dəmirçiyanın, onun hər iki müavininin və bir sıra başqa tanınmış siyasətçilərin qətli ilə nəticələnmiş terror aktı idi. Yeri gəlmişkən, aparılan istintaq, başqaları ilə bərabər belə desək, «qarabağın izini» də yoxlayır. O da var ki, buna qədər il ərzində respublikanın baş prokuroru, müdafiə nazirinin müavinlərindən biri və DİN daxili qoşunlarının komandanı öldürülmüşdür. Hesab edilir ki, bu qətllər (bir halda – özünə qəsd) «iqtisadi» və ya məişət zəminində baş vermiş və siyasətə heç bir qarışacağı yoxdur. Daha əvvəllərdə isə, 90 ilin başlanğıcında Ermənistan dəmir yolunun rəisi, respublika DTK-nın istefada olan rəhbəri və ölkədə tanınmış bir sıra digər şəxslər öldürülmüşdür. Bu qətllərin təşkilatçısı kimi keçmiş daxili işlər naziri, parlamentin deputatı Vano Siradeqyandan şübhələnirlər. Lakin, istintaq hələ, çox güman ki, birbaşa dəlil olmadığından, işi məhkəməyə verməyə tələsmir.
Bunların hamısı belə, arxayınlıq yaratmayan nəticə çıxarmağa imkan verir: terror Ermənistanın və Dağlıq Qarabağın ictimai-siyasi həyatında adət edilmiş fona çevrilir, əgər artıq çevrilməmişsə. Bütün bunların kütləvi şüura necə təsir etdiyindən danışmaq artıq işdir. Cəmiyyətdə süstlük, inamsızlıq, qorxu və çarəsizdik hissləri aşılanır. Millətin görkəmli nümayəndələri həlak olursa, sayılan xarizmatik liderlər terrorist güllələrinə tuş gəlirsə, artıq heç kəs özünün təhlükəsizliyini hiss edə bilməz. Belə fikir yaranır ki, «bütün xalqların atasının» məşhur «insan üoxdursa – problem də yoxdur» göstərişi yenidən canlanır və işdə həyata keçirilir. Həqiqətdə hər yeni hay-küylü qəsd, hər növbəti terror aktı, onsuz da çətin olan problemləri daha çox dərinləşdirir və bunlar həll edilmədikcə, erməni dövlətçiliyinin binası özlüyündə dayanaqsız görünməyə başlayır.
Əlbəttə, iş tək müvəffəqiyətli və baş tutmayan qəsdlər çoxluğu təşkilatçılarının tapılması, adlarının çəkilməsi və cəzalandırılmasında deyildir. İş, düşünmə tərzinin və həyat tərzinin müasir baxışlar dərəcəsindən çox uzaq şəkildə təşəkkül tapmasındadır.
…Maraqlı nüans: «NQ» müxbirinin səlahiyətli həmsöhbətlərindən heç biri üzdən iraq «DQR» prezidentinə qəsdin mümkün ehtimallarıının heç birində «Azərbaycan izinin» mümkünlüyünü yada salmadı. Hər halda, hələlik. Əksinə, hətta bu ehtimala işarə də şübhə ilə qarşılanırdı. Deyəsən cəmiyyətdə belə rəy yaranır ki, «heç bir düşmən bizə, bizim özümüzün edə biləcəyimizdən daha pis ziyankarlıq edə bilməz». Əgər belə rəy erməni xalqının çoxəsrli və halisələrlə zəngin tarixi boyunca vaxtaşırı araya çıxmasaydı, o da bir təhər nəticə sayıla bilərdi».
Bu Bakıda yazılmır və onu azərbaycanlı yazmır. Bunu «Nezavisimaya qazeta»dan Armen Cilovyan yazır.
Azərbaycanın işğal olunmuş ərazilərində üumiyətlə 900 yaşayış məntəqəsi, 800 kilometr avtomobil yolları, 3234 metr uzunluqda 160 körpü, 14,5 min kilometr elektrik xətləri, 2 min kilometrdən çox qaz kəməri, 2300 kilometr su kəməri, 160-dan çox su tutumu, 240 kilometr kanalizasiya xətləri dağıdılmış, 2,5 min müxtəlif güclü transformatorlar, 35 min saylı ATS-lər və s. məhv edilmişdir.
Azərbaycanın işğal olunmuş ərazilərində 7000 sənaye, təsərüfat obyeatləri və ümumi yeməkxana obyektləri, 4 mindən artıq sosyal-mədəni təyinatlı obyektlər, 112 mindən çox 9 milyon kvadrat metr ümumi sahəli yaşayış obyektləri, eləcə də 693 ümumtəhsil məktəbləri, 219 uşaq bağçaları, 16 orta ali tədris müəssisələri, 191 tibb müəssisələri talan edilmiş və praktiki olaraq dağıdılmışdır.
«SSRİ-nin qardaş respubdikaları» da o zaman elə bil ağızlarına su almışdılar, susurdular. Onların heç biri (Ukrayna bir qədər istisna ilə) Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanı obyektiv qiymətləndirmədi: model eyni idi – bacıların hamısına, bir cüt sırğa hərəsinə. Bu qarşıdurmadan danışan kimi arası kəsilmədən Sumqayıt, Sumqayıt səsləri eşidilirdi, elə bil 20 yanvar 1990 il, Xocalı , Azərbaycan ərazisinin 20%-nin işğalı, milyon qaçqın olmamışdı. Burada siyasət incəlikləri ilə şöhrətlənmiş pribaltika respublikalarından olan demokratlar xüsusilə özlərini «göstərdilər». Onlar, Qarabağ qarşıdurması ilə əlaqədar olaraq antiazərbaycan kampaniyasını geniş yaymaqla, Azərbaycan xalqının faciəsini nümayişkaranə görməməzliyə salırdılar. Rusiyanın baltikyanı dövlətləri işğal etməsi – faktdır, o da faktdır ki, onlar SSRİ-nin tərkibində Rusiyadan nə bacardılar – aldılar.
Müəllif, bir telefon danışığının şahididir: respublikanın yüksək vəzifəli məmuru Xocalı faciəsini N.Nəzərbayevə nəql edirdi. Nəzərbayev cavabında erməniləri bir kəlmə ilə də taqsırlandırmadan, hətta azərbaycanlıların kütləvi qırğınına görə başsağlığı vermədən, yalnız bir şeylə maraqlandı: «bu hadisələr A.Mütəlibova xələl gətirməzki?». Mütəlibovun Nəzərbayevlə məşhur bir Bakı şirkəti vasitəsi ilə birgə neft biznesi, o vaxt tam gücü ilə gedirdi, və qazax liderinin maraqları dairəsində ən mühümü – görünür, yalnız biznes idi.
Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın və Tacikistanın rəhbərləri neytrallıq nümayiş etdirirdilər. Onlardan bəziləri isə, misal üçün Niyazov və Əkəyev özlərinin Ermənistanla dəyişməz dostluq əlaqələrini qeyd edirdilər.
Məlumdur ki, Türkmənistan Xəzərin Azərbaycan sektorunda yerləşən bir sıra neft yataqlarına iddialıdır. Və bir dəfə prezident Niyazov özünə rəva bilib dedi ki, «Əgər Azərbaycan bu məsələləri həll etməsə, ikinci Qarabağı alacaqdır» (?! – müəlif). Nə olar, güclü deyilmişdir, lakin düşünülmüşdürmü? Türkmənistan Əfqanıstanla uzunluğu 1500 km olan ümumi sərhədə malikdir və istənilən anda on Qarabağı birdən ala bilər. Azərbaycanın məşhur atalar sözündə deyilir: gülmə qonşuna, gələr başına.
O ki, qaldı Qırğızıstanın başçısı Əkəyevə, bir dəfə o, sovet hakimiyəti illərində hansı ordenləri almasını xatırlamadığını demişdi, lakin onun ən böyük «nailiyəti», beynəlxalq səhnədə erməni soyqırımını faktiki tanıması, daxili həyatda isə – ölkəni idarə etdiyi illərdə qoyunların sayının 11 milyondan 3 milyona düşməsidir.
Belorusun eks-prezidenti Şuşkeviçin siyasətdə necə peyda olduğu məlum deyil – yarımçıq slavyanpərəstmi, demokratmı, daha kimmi ( A.Puşkin məhz belələri barədə demişdir ki, «ehtimal vardır ancaq, axır bütöv olacaq). Minskdə, MDB-nin növbəti sammitinin nəticələrinə həsr edilmiş mətbuat- konfransında o, Azərbaycan jurnalistlərinə söz verməməklə özünün onlara qarşı neqativ münasibətini nümayiş etdirdi.
E.Şevardnadze və gürcü ictimaiyəti də nəzərə çarpan bitərəflik mövqeini tutmuşdu. Müəllif Solonikidə, qədim şahmat oyununun kompüterləşdirilməsi üzrə mühazirə oxumağa dəvət edildiyi şahmat Olimpiadasında baş vermiş söhbəti xatırlayır. Qrosmeyster Nana İoseliani o vaxtkı tanınmış şahmatistlərin yanında müəllifə müraciət etmişdi: «Sumqayıtda bu necə baş verə bilmişdi?!». Müəllif cavabında demişdi ki, bu, xaricdən məlum separatist qüvvələrin təhriki ilə törədilmiş bir faciədir. Ona cavab olaraq deyilmişdi: «necə separatizm – bu vandalizmdir!». Nə etməli, bu gün Gürcüstanda praktiki olaraq hamı başa düşür ki, separatizm nədir və o necə həyata keçirilir. Güman etmək olar ki, N.İoseliani də başa düşür. Yulius Fuçik demişkən, «düşməndən qorxma – ən pis halda onlar səni öldürə bilər. Laqeyddən qorx – onlar öldürmür və xəyanət etmirlər, lakin onların dinməz razılığı ilə yer üzündə xəyanət və qətllər baş verir.
A.Mütəlibovun müsahibəsindən bir haşiyə, əyani surətdə «qardaş» respublikaların Azərbaycana münasibətini nümayiş etdirir. «25 dekabr 1991 ildə Qazaxstanın paytaxtında 11 dövlət MDB yaradılması haqqında razılığı imzaladılar. Heç kəslə məsləhətləşmədən, qorxmadan, şəxsi təşəbbüsümlə, məni orada gözləməsələr də Alma-Ataya üçüb bu sənədi imzaladım. Hətta dəvətnamə də göndərməmişdilər. İclasa bir gyn qalmış mən Nursultan Nəzərbayevə zəng etdim: sən orada iclas çağırmısan, mən isə burada hər gün soruşuram Alma-Atadan teleqramma gəlib? Deyirlər, yox. Niyə məni iclasa dəvət etməmisən? Nəzərbayev cavab verdi ki, «bunun üçün sən Yelsindən icazə almalısan». Mən qeyd etdim: axı sən Qazaxstanın prezidentisən, iclası da sən çağırmısan, Yelsinin bura nə dəxli var. Və başa düşdüm ki, qəsd qoxusu var. Təyyarəyə minib gecə ikən Alma-Ataya gəldim. Səhər onun yarısında gözləmə zalına daxil oldum. Dövlət rəhbərləri elə indicə yığışmışdılar. Məni gördükdə bir neçəsi salamlaşdı, bir neçəsi isə üzünü kənara döndərdi. Dəyirmi masa qurulmuşdu. Yelsinlə üzbəüz, Ukraynanın prezidenti Leonid Kravçukla yanbayan kürsüdə oturdum. Yelsinin yanında isə Ermənistanın prezidenti oturmuşdu. Mən Kravçuka pıçıldadım ki, çıxış edəcəyəm, xahiş edirəm məni dəstəklə. O razı oldu.
Məni görəndə, Yelsin üzünü Belorusun parlament sədri Şuşkeviçə döndərib dedi: «Azərbaycanın prezidenti buradadır, lütfən, sözünüzü deyin». Şuşkeviç başladı: «Ayaz Niyazoviç, sizin ölkədə millətlərarası qarşıdurma gedir. Biz burada məsləhətləşib qərara gəldik ki, yeni yaradılan birliyi sovet dövrünün problemləri ilə yükləmək lazım deyil. Qarşıdurmanı aradan götürəndən sonra istənilən vaxt bizim birliyə daxil ola bilərsiniz, qapılarımız sizin üçün açıqdır». Elə hirslənmişdim ki, az qalmışdı külqabını onun başına çırpım. Durdum və dedim: «Boris Nikolayeviç, o nə danışır? Bu nədir, Azərbaycana qarşı koalisiya yaratmaq istəyirsinizmi? Siz nə fikirləşirsiniz, azərbaycan xalqının işi-peşəsi qurtarıb ki, ermənilərlə mübarizə etsin? Qarabağ problemini bizmi yaratdıq? Demək istəymrsiniz ki, bu problemə sizin heç bir qarışacağınız yoxdur? Axı Siz dünənə qədər SSRİ-nin rəhbər vəzifələrini tutan şəxslər idiniz. Azərbaycanda nə baş verməsində sizin də taqsırınız var. Azərbaycanda döyüşən isə Sizin yanınızda oturmuşdur – Ter-Petrosyan. Deməli o MDB-yə daxil olacaqdır, biz isə kənarda qalacağıq? Mən qəti etirazımı bildirirəm və hesab edirəm ki, Azərbaycan MDB-də olmalıdır və olacaqdır…»
Ayın 30-da Moskvadakı növbəti görüşdə SSRİ-dən çatasi silah payımızın Azərbaycana verilməsi haqqında məsələni gündəliyə saldıra bildim. Admiral Çernyavin və general Qromov 1992 il yanvarın əvvəlində Bakıya gəldilər. Komisiya yaradıldı, Xəzər flotiliyasını və 4-cü ordunun döyüş sürsatını bölüşdürdük. Düzdür, bütün bunlar mən qovulandan sonra həyata keçdi, döyüş sürsatlarını Rəhim Qaziyev aldı. Əgər mən MDB-yə girməsəydim, bu döyüş sürsatları Azərbaycana verilməzdi, necə ki, Gürcüstana verilmədi»
Azərbaycanın MDB-yə qəbul edilmə və ya edilməmə məsələsi nə o vaxt, nə də bu gün xüsusi əhəmiyət kəsb etmir; onun necə amorf və az xeyir verən təşkilat olması məlumdur. Bu müsahibədə maraq doğuran, «qardaş» respublikalar tərəfindən Azərbaycana olan münasibətdir. Qorbaçov yenidənqurması gedişatında ən çox ziyan çəkmiş ölkəmizə cəmiyyətdən qovulmuş kimi yanaşırdılar. Dünən Azərbaycan xalqını sevdiyinə and içənlər, bu gün soyuqqanlılıqla müşahidə edir və hər hansı bir dərəcədə ona divan tutulmasında iştirak edirdilər. İstər-istəməz İ.Erenburqun romanından bir epizodu xatırlayırsan, təzəcə konslagerdən azad edilmiş polyak havayı sup növbəsində durarkən öz dustaqlıq kolleqası – yəhudiyə deyir: «sizləri az öldürüb Hitler». Və bu, Hitler tərəfindən soyqırıma məruz qalmış iki xalqın nümayəndələri arasındakı dialoq idi! Nə etmək olar, Erenburqun sözlərinə görə, «müharibə qəlbimizə elə tüpürmüşdü ki, biz insan simasını itirmişdik».
Bəli, görünür Erenburqun da qəlbində bəd yerdəyişmə baş vermişdi, yoxsa o Almaniyaya qədəm qoymuş sovet qoşunlarına «Almanları öldürün!» nidasını atmazdı. Şahidlərin dediyinə görə onlar da öldürürdülər.
Mütəlibov sonralar ilk dəfə olaraq, öz əqidəsini söyləyəcəkdi ki, «Azərbaycanın yaxşı planlaşdırılmış qəsd nəticəsində düşdüyü dəhşətli haqsızlıqlar son uzun illərdə məni düşündürürdü: doğrudanmı hamı üçün hər şeyin fərqi yoxdur, doğrudanmı hamı (mən respublikaları nəzərdə tuturam) baş verənlərlə maraqlanmayacaq? Axı bu minvalla istənilən xalqın axırına çıxmaq olar və bu halda başqaları sadəcə müşahidə edəcəklər. Azərbaycana münasibət tarixi bizim İttifaqın iç üzünü tam açıqladı. Axı biz bu gün də təkik».
Uydurulmuş SSRİ xalqlarının «qardaş» dostluğu, bax beləcə «qəlbimizə elə tüpürdü ki,» o zamankı rəhbərlərin bəziləri, xüsusən Yelsin və Şuşkeviç Azərbaycana qarşı «insani» münasibəti itirdilər. Şuşkeviç tezliklə siyasi məhvə düçar oldu, Yelsin isə, ölkəmizə belə münasibətini öz çarlığı müddətində axıracan dəyişmədi.
« Xocalı faciəsi bütün dünyanı titrətdi. Butros Qali, Sayrus Vens, Türkiyə və İranın rəhbərləri, hətta Ceyms Beyker və Corc Buş – ta, kim qalmadı hamı minlərlə qətlə görə o vaxt həyəcan keçirirdi. Və yalnız Rusiya Federasiyasının prezidenti Boris Yelsin cinayətkarcasına susur, hətta respublikanın dinc əhalisi arasında çoxsaylı qurbanlara görə adi qaydada başsağlığı da bildirməyirdi» – yazıçı Pompeyev belə yazırdı.
Bu, demokrat Yelsinin gəlişi ilə vəziyyət kökündən dəyişəcəkdir deyən Azərbaycan demokratları üçün soyuq duş oldu.
Sonralar məlum oldu ki, həm Qorbaçov, həm də Yelsin öz kommunist baxımlarını çoxdan dəyişmiş, aralarındakı mübarizədən isə, Yelsin qruplaşması qalib çıxmışdır.
Heç bir ideoloji mübarizə yox idi – yarımmafioz ayırdetmə var idi ki, bunda da sırtıq Yelsin uşaqları güclü çıxdı. Qarabağ problemində isə fərq onda idi ki, Qorbaçov ermənilərin dəstəyini qəliz kəlmələrlə gizlədir, erməniləri xəlvət dəstəkləməyə üstünlük verirdi, Yelsin isə bunu açıq və nümayişkaranə edirdi.
Şübhəsiz ki, SSRİ və Azərbaycan DTK-ləri vəziyyətin sabitləşməsinə öz samballı paylarını verə bilərdilər. Lakin, DTK rəhbərlərinin son vaxtlar çıxan memuarlarını oxuyarkən, onların vəziyyəti necə «sabitləşdirdiklərini» görürsən. Azərbaycan DTK də başlıca olaraq onun rəhbərləri Z.Yusifzadə və V.Hüseynovun şəxsində öz töhfəsini verdi.
O illərdə Azərbaycan DTK-nin bütün gücü partiya orqanları ilə qarşıdurmaya yönəlmişdi. Respublikanın kommunist bossunun – K.Bağırovun, sonra isə onu əvəzləyən Ə.Vəzirovun açıqdan-açığa səriştəsizliyi üzündən, partiya fəalları və məxfi xidmət rəhbərləri Azərbaycanda təsir dairələri uğrunda mübarizə edirdilər. Bu, «valyutatutumlu» H.Kasparovun misalında yaxşı görünür. Həm K.Bağırov, həm də Z.Yusifzadə axırıncını öz tərəfinə çəkməyə çalışırdılar. Həm Azərbaycan KP MK-də, həm də DTK-də bir neçə şöbə (Azərbaycan DTK-də əsasən ermənilər) Kasparovla məşğul idi.
Və təsadüfi deyil ki, Kasparovun Karpov-Kasparov matçını qanunsuz pozduqdan sonra respublikaya birinci zəngi Yusifzadəyə oldu.
Respublika «Yapuncu və xəncəl cəngavərləri»nə haqq qazandırmaq lazımdır ki, (başlıca olaraq rəhbərliyə) onlar bu məsələdə, xüsusən K.Bağırovun vaxtında, çox iş gördülər. O zaman Yaşıl teatrda verilən konsertlərin birinə yığışmış yüzlərlə tamaşaçı heyrətlə Azərbaycan KP MK birinci katibi K.Bağırovun, DTK başçısı Z.Yusifzadənin yekəxanalıqla yayıldığı kreslonun ətrafında vurnuxaraq, nəsə aydınlaşdırdığını müşahidə edirdilər. Bununla bərabər qeyd etməmək olmaz ki, Azərbaycan DTK-də respublikanın maraqlarını hər şeydən üstün tutan əməkdaşlar da var idi və bu, sonralar təsdiqləndi. Və onların hamısına insafsızcasına zülm edildi, xüsusilə V.Hüseynov tərəfindən.
O zaman, DTK rəhbərliyinin heç bir ətraflı düşünülmüş konsepsiyasının olmamasını aşağıdakı fakt göstərir. Z.Yusifzadə, çox illər keçdikdən sonra müstəqil telekanalda etiraf etdi ki, «Krunk»un – Dağlıq Qarabağın separatist hərəkatının 10-12 fəalını həbs atməyi təklif etmişdi «və onda Qarabağ məsələsi həll olardı». Bu məlumatda nəyin çox olduğunu demək çətindir – gecikmiş özünüreklam, sadəlöhvlük və ya ağılsızlıq. Əgər həqiqətən bu həbslər edilsəydi, onda az qala bütün dünya və sovet ictimaiyəti «Krunk»un müdafiəsinə qalxardı və separatist proses yalnız sürətlənərdi. Yox, əgər Yusifzadə səmimiliklə o vaxtkı sirrləri açmaq istəyirdisə, onda yaxşı olardı SSRİ DTK-nin Azərbaycana qarşı fitnələri necə hazırladığından danışaydı (axı respublika DTK-nin yuxarıları çox işin icində idilər). Bu isə, demək olar ki, adi gözlə görünürdü.
N.Vert ermənilərin təşkilatlanma dərəcəsini belə təsvir edir. «Erməni çoxluğuna baxmayaraq 1923 ildə Azərbaycana birləşdirilmiş Dağlıq Qarabağa görə ermənilərlə azərbaycanlılar arasındakı qarşıdurma ən faciəli hal almışdı.1988 ilin fevralında Azərbaycanın tərkibindəki bu muxtar vilayətin erməniləri rəsmi olaraq Ermənistana birləşmələrini tələb etdilər. İttifaq hökumətinin ikimənalı mövqeinə və Azərbaycan rəhbərliyinin müqavimətinə görə qarşıdurma kəsginləşdi və Sumqayıtda ermənilərə qarşı azərbaycanlıların törətdiyi qırğın isə Ermənistanla Azərbaycan arasında əsl müharibənin proloqu oldu. Erməni böhranının ciddiliyi, təkcə onun toxunduğu konstitusiya məsələlərində deyil, həm də kütlənin son dərəcə özünütəşkil potensialında idi. Onun nəticələri çoxtərəfli idi: əvvəlcə bir neçə ay Stepanakertdə – Dağlıq Qarabağın inzibati mərkəzində, sonra bütün Ermənistan üzrə davam etmiş ümumi zabastovkalar dalğası, yerli və mərkəzi hakimiyətlə bir səviyyədə danışıqlara başlayan yardım və idarə komitələrinin yaradılması, yüz minlərlə insan toplamış əzəmətli nümayişlər. Şərqi Avropanın müxtəlif ölkələrində kütləvi partlayış dərslərinin təsirli nəticələri təsdiqləndi: yerli hakimiyətin çox hissəsi kütlə tərəfə keçib, onların tələblərinə şərik oldular və dəstəklədilər».
«Yerli hakimiyət»də «kütlə»də vəhdət təşkil edirdi (Azərbaycandan fərqli olaraq) və bir mərkəzdən idarə olunurdular. Əlbəttə, belə hərəkatı yaratmaq üçün böyük vəsait lazım idi və bu da var idi. Odur ki, söhbət təşkilatdan gedir, kütlənin özünütəşkilindən yox.
Yaxşı məlumdur ki, bir sistemə qarşı digər sistem dura bilər. Moskvanın atdığı və Avropanın unutduğu Azərbaycan çox ağır şəraitə düşmüş oldu. Azərbaycan xalq hərəkatı özünü demokratik təşəbbüskarlığı, səmimiliyi və saflığı görə Polşa «solidarnost»u ilə müqaisə edilə bilərdi. Fərq yalnız onda idi ki, axırıncını ABŞ hərtərəfli təşkilatı, maddi və maliyə cəşətdən dəstəkləyirdi, Azərbaycan isə yaxşı təşkil olunmuş və silahlanmış düşmənlə təkbətək qalmışdı. Azərbaycan xalq hərəkatı sıralarına xeyli təhrikçilər və populistlər yeridilmişdi və onlar bütünlüklə hərəkata böyuk ziyan vurmuşdu ki, bu da vəziyyəti daha da mürəkkəbləşmişdi.
Brutens o vaxtkı Azərbaycan partiya fəallarının səviyəsini məmnuniyətlə təsvir edir: «Fevralın 13-də, artıq xatırlatdığımız «möhür vurulduqdan» sonra, Hadrut rayon partiya komitəsinin büro üzvləri vilayət komitəsinə çağırılmış və burada Azərbaycan KP MK ikinci katibi V.Kanavalov, MK katibləri Orucov, Zeynalov və başqaları kobud surətdə onların abırını vermişlər. Onların işlətdiyi kəlmələrə baxın. Konovalov: «Yenidənqurma və aşkarlıqdan istiəfadə edərək ağzınızı açmısınız…Lakin bu müvəqqəti işdir». Orucov RK ikinci katibi Səfəryana müraciətlə: «Sən ümumiyətlə – komunistsən, sən – Sovet hakimiyəti tərəfdarısan?»
Azərbaycan Nazirlər Sovetinin sədri isə həmin hadisələr zamanı baxın necə «incilər» paylayırdı – «Bu gün Azərbaycanın bütün təşkilatları qarşısında beynəlmiləlçi tərbiyənin kökündən yaxşılaşdırılması, lenin milli siyasətinin ardıcıl həyata keçirilməsi, azərbaycan və erməni xalqlarının dostluğunun möhkəmləndirilməsi, respublikanın bütün zəhmətkeşlərinin səyini yenidənqurma prosesinin sürətlənməsi üçün səfərbər edilməsi üzrə böyük və məsuliyətli məsələlər durur». İzaha ehtiyac yoxdur!
Demək lazımdır ki, Azərbaycanın komynist özəyi, Ermənistan komunistləri ilə qarşıdurmada büs-bütün uduzmuşdu. Azərbaycan kompartiyasının o vaxtkı başçısı Ə.Vəzirovun baş ideoloqu jurnalist S.Peres idi. Ermənistanın həm komunistləri, həm demokratları Azərbaycanla qarşıdurmada ümumi fikrə gələ bilirdilər, Bakıda isə bu zaman komunistlərlə müxalifət arasında amansız mübarizə gedirdi və heç vəchlə onlar üçün düşmənin kim olduğunu aydınlaşdırmaq mümkün deyildi. Yazıçı M.İbrahimbəyov, Azərbaycan KP MK katibinin şəxsində «lenin işinin davamçıları»nın ümumiləşdirilmiş portretini açıqlayır. «Yeri gəlmişkən Daniil quluyev haqqında. O, ozamankı partiya fəallarının arasında, həqiqətən ən gözə gəlimli «sadiq leninçi» idi. O, işdə, evdə və tanışlarla ünsiyətdə istənilən məsələlərdə Marksa, Engelsə, Gegelə istinad edirdi. Elə gəlirdi ki, Komunist partiyasının və Sovet hakimiyətinin bundan sadiq üzvü və sədaqətli vətəndaşı yoxdur. Bəs nəticədə nə oldu? havadan yanıq iyigələn kimi, partiyanın buraxılma təhlükəsi yarananda, Dağlıq Qarabağda isə qiyam alovlananda sadiq leninçi AFR-na qaçdı və bu günə qədər görünür, orada zəhləsi getdiyi kapitalist cəmiyyətində «xal» axtarır.
Bilirsiniz, hər halda mənim fikrim belədir ki, Kompartiyanın buraxılmasına və SSRİ-nin dağılmasına ilk qol qoyan, uydurma müxalifət yox və xaricdən çox ciddi insanların real təsiri də yox, bəlkə heç özləri də istəmədən ağılsız, vicdansız və satqın sovet məmurları və partiya kahinləri idi. Kütbeyin, vicdansız,satqın məmur bu gün də hamı üçün təhlükəlidir. Bu, xüsusi heyvandır və hec bir dərslikdə ona qalib gəlmək ücün təsirli üsul tapa bilməzsiniz». Acıdillər iddia edirki, D.Quluyev Leninin yolunu əksinə təkrar edərək, lakin plomblanmış vağonda deyil, rahat təyyarədə özü ilə partiyanın çox qiymətli arxivlərin də aparmışdır.
Nə demək olar, heç respublika komunistlərinin özləri də Ermənistanla mübarizədə məğlub olduqlarını danmayırdılar. Azərbaycan KP MK katibi H.Həsənov 1990 il 8 yanvarda Bakıda partiya-təsərüfat aktivində baxın nə deyir: «Bəs biz: Azərbaycan KP MK, Azərbaycan Respublikasının Ali Soveti – buna qarşı nə etdik? Цrək ağrısı ilə, özünütənqidlə, bir daha özünütənqidlə, və bir daha özünütənqidlə qeyd etməliyəm ki, biz buna qarşı gözləmə siyasətini, vaxtuzatmanı, respublikadaxili dinməməzlik siyasətini, ittifaq mətbusunun şişirdilmiş aşkarlığını, qarşıdurmanın özünün inkarını, güzəştlər siyasətini, valyuntarist uydurmaları, əsaslandırılmamış razılaşma siyasətini, filantropik birtərəfli barışığı qoyduq».