«Xalq tərəfindən həm mərkəzə, həm də bizə inamsızlıq bir-birlərinə sarınıb vəhdət təşkil etdi. Bizim hər birimizə, vəzifəli şəxsə, mərkəzi razı salmağı xalqın hörmətindən üstün tutan bir adam kimi baxırlar. Bizi, vəzifəli şəxsi, tutduğu vəzifədə möhkəmlənməyi xalqın mənafeinin müdafiəsindən üstün tutan şəxs kimi görürlər. Bizi, sözün tam mənasında, mankurt adlandırırlar»...

«Təslimçilik, uydurma-sülhpərvərlik və arxayınçılıq», «güzəştlər, volyuntarist uydurmalar, əsaslandırılmamış razılaşma, filantropik birtərəfli barışıq siyasəti». Bu üsullar yığımı sabitliyə gətirib çıxara bilməzdi. Həsənov yekun vuraraq deyir:«Xalqımız demişkən, biz ağzımızı yuma bilərik, biz qulaqlarımızı qapaya bilərik, biz gerçəkliyə gözümüzü yuma bilərik, lakin biz, Azərbaycan xalqına öz Vətəninin bölünməzliyi haqqında düşünməyi qadağan etmək iqtidarındayıqmı?

O,bunu etiraf etmək üçün özündə cəsarət tapdı. Digərləri bir-birini, mərkəzi hakimiyəti, erməni lobbisini, xülasə, özlərindən başqa hamını və hər kəsi taqsırlandırırdılar. Uzun illər keçdikdən sonra da hər biri özünü təmizə çıxarmağa, başqalarına isə qara yaxmağa çalışır.

Azərbaycanın komunist elitasında, yaranmış şəraitə tətbiq edilə biləcək lenin ideyalarından bəhs edərkən, səhvə yol vermək istəmirdilər. Amma, onların hər hansı biri belə səhv buraxsaydı, necə də yaxşı olardı. Kolumb, məlumdur ki. səhv etmişdi…və Amerikanı kəşf etdi.

Lakin heyf, Azərbaycan KP MK-də heç kim özü üçün bir təzə şey kəşf etmək istəmirdi: onlara marksizm-leninizm kifayət idi.

Bizim ziyalılarımız da, daha doğrusu, onların rəhbər dəstəsi də intellektual mübarizəni şübhəsiz ki, uduzmuşdular. Xalq deputatları qurultayının gedişatında Ermənistan elmlər akademiyasının prezidenti Ambarsumyan, saysız-hesabsız mətbuat konfransları keçirib orada çoxsaylı jurnalistlərə qarabağlıların azadlıq uğrunda mübarizəsinin məğzini aydınlaşdırırdı, qurultayın axırında isə «Rossiya» mehmanxanasında aclıq elan etmişdi ki, burada da onu bütün dünyadan gələn jurnalistlər ziyarət edirdi. Bizim elmlər Akademiyasının prezidentini isə nə görən, nə də eşidən oldu. SSRİ xalq deputatları qurultayında Ermənistan yazıçılar ittifaqı nın sədri Vardges Petrosyanın həyasızlığa keçən təcavüzkar çıxışı hamının yaddaşındadır. Azərbaycan yazıçılar ittifaqının başçısı Anar isə, susurdu. Sonralar o bunu belə izah edirdi ki, «o, Petrosyanın tərbiyəsi kimi tərbiyələnməmişdır». Bunda şübhə yoxdur, lakin hadisələr heç də ingilis centlmenlər Klubunda genişlənməmişdi və müzakirəyə heç də etiket problemləri çıxarılmamışdı – söhbət Azərbaycanın taleindən gedirdi.

O illərdə jurnalist S.Boqdanov böyük dövdətlərin siyasətində Bakı faciəsinin yerini sərrast göstərə bilmişdi: «Əgər belə qırğın Brejnevin vaxtında törədilsəydi (Bakıda 20 yanvar 1990 il faciəsi nəzərdə tutulur – müəllif», Kreml, həm BMT-nin Təhlükəsizlik Şurasında, həm də BMT-nin Baş Assambleyasında ciddi təcridə məruz qalardı.

Lakin, əgər Fransa prezidenti Mitterana və SSRİ AS sədri Qorbaçova Kiyevdə olarkən diktator Çauşeskunun taleini həll etməyə, prezident Buşa isə Kemp-Deviddə istirahət edərkən və ya, Şevardnadze ilə birlikdə hava üfürülmüş qayıqda Men ştatının çay və göllərində üzərkən diktator Noryegi kənarlaşdırmağa yol verilmişdisə, onda niyə Ermənistan öz milli problemlərini və ərazi iddialarını, Zaqafqaziyada sovet hərbi iştirakının güclənməsi sayəsində həll etməməli idi?! Elə müasir siyasət və kəşfiyatın paradoksu da ondadır ki, DTK-si həmişə Mossadla, britaniyanın intellicent servisi ilə danışıqlar apara bilər, MKİ-si isə, SSRİ-nin yenidənqurma perspektivləri ilə ABŞ erməni cəmiyətlərinin başını elə tovlaya bilər ki, onlar bütün ermənilərin Katolikosu İ Vazgenin telegörüntüdə çıxış edərkən coşğunluqla əsdirdiyi orta əsr xəritəsinə tam uyğun mifik Böyük Ermənistanın doğrudan da bərpa olunacağına inandıra bilərdi… Xalqlar kəllə-kəlləyə gətirilir, qanlar axır, qarətlər, talanlar, milli rayonların tam köçürülməsi başlanır, Qobaçov hərbi vəziyyət yeridir, respublikalar volskilər, radionovlar və krivolapovlar general-qubernatorluğuna çevirilir, beynəlxalq ziddiyətlər isə dərinləşir!».

Azərbaycan KP MK-nin yanvar hadisələrindən dərhal sonra çağırılmış plenumu da Qorbaçovun hərəkətlərinə susmaqla razılıq vermiş oldu. Bu, Azərbaycan tarixinə ən rüsvayçı plenum kimi düşəcəkdir. Doğruya oxşar bir söz deyə biləcək görkəmli bir komunist tapılmadı: «hücumun başlanması üçün kimsə, tam qaməti ilə ayağa qalxmalıdır». Heç kəs qalxmadı, hamı dinməz oturmuşdu. Müəllif əmindir ki, Azərbaycanda komunizmə, məhz bu plenumda «hökm cıxarılmışdı»

Diqqət yetirək: praktiki olaraq Mərkəzi Komitə Bürosu üzvlərindən heç biri – nə Əfraid Daşdəmirov, nə Rafiq Zeynalov, nə Müslüm Məmmədov, nə Ayaz Mütəlibov – yanvarın 22-də şəhidlərin dəfninə gəlmədilər. Yalnız yanvarın 27-də (faciədən 7 gün keçəndən sonra!) rəsmi dövlət qəzeti «Bakinski raboçi»də Mərkəzi Komitənin başsağlığı dərc edildi. Əlləri qana batmış partiya elitası 20 yanvar hadisəsinin qarşısının alınması üçün heç bir iş görmədi. Onlar hətta şəhidlərin dəfninin təşkili üçün də bir iş görmədi: nə şəhər partiya komitəsi, nə Mərkəzi komitə, nə Nazirlər Soveti. Hamısı kənara çəkildilər.

SİTA xəbər verirdi: yanvarın 20-də Azərbaycan Kompartiyası MK Bürosunun iclası keçirilmişdir, burada respublikadakı vəziyyət müzakirə edilmişdir. Partiya komitələrinin diqqəti gərginliyin yayılmaması, respublikada şəraitin normallaşdırılması üzrə bütün lazımi tədbirlərin görülməsinə cəmləşdirilmişdir. Baş vermiş hadisələrin səbəblərinin dərin və hərtərəfli araşdırılması zərurəti etiraf edilmişdir.

Azərbaycan KP MK Bürosu insan tələfatı hallarına görə başsağlığı vermişdir.Respublikada üç günlük matəm elan edilmişdir.

Ə.X.Vəzirov yoldaşın Azərbaycan KP MK-nin birinci katibi vəzifəsindən azad edilməsi ilə əlaqədar olaraq MK Bürosuna rəhbərlik Büro üzvləri – Azərbaycan Nazirlər Sovetinin sədri A.N.Mütəlibov və respublika Kompartiyası MK-nin ikinci katibi V.P.Polyaniçko yoldaşlara həvalə edilmişdir».

Bu sətirlər, Bakıda yüzlərlə vətəndaşın azadlıq və müstəqillik uğrunda həyatından keçməli olduqlarından sonra təhqir kimi səslənir.

Nisşe yazır: «Yalanı insanlar ağızları ilə rahat deyirlər, lakin bu halda sifətlərindəki əzilib-büzülmələr doğrunu söyləmiş olur». Amma bu, insanlar üçün deyilmişdir, Qorbaçov üçün yox. O, Mərkəzi telegörüntüdəki çıxışında Bakıdakı 1990 il 20yanvar hadisələri haqqında danışarkən həm ağzı, həm də sifəti ilə yalan söyləyirdi. Həqiqət isə sadə idi və onu, Qorbaçovun o zaman ən yaxın silahdaşı olan, cənab Primakov demişdi: «… seçgilərdən sonra bizim ayrılmağımıza bir addım qalır. Biz buna yol verə bilmərik və verməyəcəyik».

Bolşeviklərin ən qorxulu cəhəti cinayətkarlığın bütün hədlərini aşmalarında deyil, başqa dünyadan gəlmiş varlıq olmalarındadır.

D. Merejkovski

Qorbaçov, «ruhunu iblisə satmış» adamdır, hətta, Azərbaycandakı faciəli hadisələrdən on il keçəndən sonra da məğrurluqla etiraf edir ki, Bakıya qoşun yeridilməsi əmrini o vermişdir və bununla fəxr edir: «SSRİ sərhədlərinin 200-300 km-i dağıdılmışdı, 16 rayonda Sovet hakimiyəti devrilmişdi (!? – müəllif ), dar ağacı qurulmuşdu (!? – müəllif )». Bakıya qoşun yeridilməsinin zəruriliyini belə aydınlaşdırır. Bir dəfə yalan danışan…

Əslində necə olmuşdur? Azərbaycanın bir neçə rayonlarında korrupsiyaya batmış rayon partiya komitələrinin birinci katibləri xadqın qəzəbin7dən qorxaraq qaçmışdılarvə hakimiyət, Leninin arzuladığı kimi, Sovetlərə keçdi. Yeri gəlmişkən, məhz bu vaxt Qorbaçov Litva KP MK birinci katibi Brazauskası hədələmişdi: mən səni vəzifədən cıxardaram! O isə «Sizin buna səlahiyətiniz yoxdur, Litva Kompartiyası müstəqildir və Moskvaya tabe deyildir» – deyə o cavab verib. Azərbaycanın 5-6 rayonu deyil, respublika təşkilatı bütövlükdə SovİKP-nin tərkibindən çıxmışdı, – Qorbaçov bu barədə bir kəlmə də deməmişdi. Litva da axırıncı deyildi.

Hansısa bir «mahir», Azərbaycan KP MK binasının qarşısında əldəqayırma kronşteyndən Vəzirovun müqəvvasını asmışdı ( bu da, Qorbiyə görə «dar ağacı qurulmuşdu»). Buna bənzər «dar ağaclarını», o zaman Qorbaçovun özünün müqəvvası ilə birlikdə, demək olar ki, Rusiyada keçirilən bütün mitinqlərdə müşahidə etmək olardı.

Sərhədlərin dağıdılmasına gəldikdə isə, burada indiyədək hələ çox şey aydın deyildir. Qəfldən, bir saat ərzində sovet sərhədçiləri (onlar DTK işçiləri ola-ola) öz postlarını tərk edib, kazarmalara çəkilirlər, və hansısa insanlar sərhədləri dağıtmağa başlayırlar. Lakin bu, heç bir asayiş pozuntusuna gətirmir: bir neçə gündən sonra sərhədlər bərpa edilir.

Azərbaycan prokurorluğunun xüsusi əhəmiyət kəsb edən işlər üzrə müstəntiqi 1993 ildə, Qorbaçovu və 1990 il yanvar hadisələrində əli olan digər şəxsləri dindirmək üçün Moskvaya göndərilir. O. coxlarını dindirir, lakin hamını yox: SSRİ-nin eks prezidenti ifadə verməkdən qəti imtina edir. Rusiya prokurorluğunun idarə rəisinin Azərbaycan müstəntiqinin xahişi ilə Qorbaçovu dindirilməyə çağıran telefon zənginə onun cavabı sənədləşdirilmişdir. 1990 ilin yanvarında Bakıya qoşunların yeridilməsi barədə danışarkən, Qorbaçov telefonla aşağıdakıları demişdi. «Qəbul etdiyim qərar, Azərbaycan Respublikasının o zamankı rəhbərliyinin irəli sürdüyü xahişə əsaslanır. Mən SSRİ-nı tanıyırdım, SSRİ-nin rəhbəri idim. Mən SSRİ-nin prokurorunu və onun vasitəsilə Azərbaycanın prokurorunu tanıyırdım. Mən Azərbaycan prokurorluğunun heç bir əməkdaşına, heç bir ifadə verə bilməyəcəyəm və heç bir fikir söyləməyəcəyəm. Mənə məruzə edilmiş bütün rəsmi daxil olan sənədlər, materiallar SSRİ arxivindədir. Bu sənədlər, qoşunların yeridilməsi barədə qərar qəbul etməyim üçün mənə hüquqi əsas vermişdi». Xülasə, SovİKP MK-nin keçmiş baş katibi törətdiklərinə görə məsuliyətdən qaçmağa çalışır. Mümkündürmü? Цmid edirəm ki, yox.

Jurnalist Y.İvankova Lebedlə Primakovun arasında, 20 yanvar 1990 ildə Bakıda nə baş verdiyini dolayısı ilə xatırladan mənalı fikir mübadiləsini təsvir edir. Söhbət Lebedin tezisi barədə düşdü: iqtisadiyat və maliyənin mərkəzləşdirilmiş idarəsi – Mərkəzə inamsızlığın əsas köküdür və Rusiyanın parçalanmasına gətirib çıxara bilər. Mərkəzləşdirmə sərtləşdikcə, mərkəzdənqaçma meyli güclənir. General bu fikri aydınlaşdırmaq üçün nədənsə baş nazirin yadına saldı ki, onlar 1990 ildə Bakıda bir yerdə olublar – «siz diplomat, mən isə – general». Görünür, Y.İvankova yadından çıxarmışdır ki, A.Lebed heç nəyi «nədənsə» eləmir. O, sadəcə olaraq Y.Primakovun yadına salıb ki, onların hər ikisinin əlləri bakılıların qanına batmışdır, yəni, başlanğıcını Azərbaycanın paytaxtında 20 yanvar 1990 ildən alan qanlı qardaşlıq (qan qardaşlığı ilə qarışdırmamaq) təklif etmişdir.

Ola bilsin ki, elə bu xatiratın səbəbinə Primakov cavab verir: «biz Sovet İttifaqını itirdik, biz qoymarıq ki, Rusiya itirilsin». Axırıncı müddəa, sovet qoşunlarının vəhşicəsinə Bakıya yeridilməsinin SSRİ-nin saxlanması naminə edildiyini sübut edir.

Y.Primakovun yaxın ətrafına, onun dostlarına və böhran hallarında kiminlə münasibətdə olmasına, ən aktual məsələləri kiminlə müzakirə etməsinə diqqət yetirək. Elə onun öz «Qodı v bolşoy politike» kitabından sitatlar gətirək.

– «sınanmış dostum akademik S.Sitaryan – Azərbaycan SSR iqtisadiyatının baş dağıdıcısı;

– «illər boyu əvəz olunmayan köməkçi» Robert Vartanoviç Markaryan, moskva mətbusu ona «boz kardinal» ləqəbi vermiş, Y.Primakov onu arxasınca «daşımış»,o, SSRİ xarici kəşfiyat Xidmətinin başcısı olmuşdur. Yeri gəlmişkən, Y.Primakov amerika ekspert-şərqşünası E.Cenikyanla görüşündə yaxın şərq tənzimlənməsi problemini məhz onunla müzakirə etmişdir.

– «köhnə mehriban yoldaş» A.Volski, 1989 ilin yanvarında Qarabağda məşhur xüsusi idarə Komitəsinə başçılıq edib, bütün fəaliyəti, faktiki olaraq bu regionun Azərbaycandan ayrılmasına və erməni separatistlərinin dəstəklənməsinə yönəlmişdir.

Beləliklə, 1991 il avqust qiyamı ərəfəsində, Forosdakı hadisələrə lap az qalırdı. «Havadan tufan qoxusu gəlirdi. 17-si axşam biz Şahnəzərovla sanatoriyanın ərazisində gəzişirdik və bir neçə gündən sonra Oqarevdə (Moskva ətrafında) artıq hazır olan, respublikalara böyük hüquqlar verəcək İttifaq müqaviləsinin imzalanmasının , onun fəal tərəfdarlarının dustaq ediləcəyinə görə baş tutmaya biləcəyindən danışırdıq».

Daha bir sitat-etiraf. «…Hələ 1989 ilin yazında Moskvada qarabağ hərəkatının iki real rəhbərləri ilə görüşdüm…Robert Köçəryan və Maksim Mirzəyan SovİKP MK rəhbərlərindən biri ilə görüşə gəlmişdilər. Köhnə meydandakı söhbətdən sonra onlar, mənimlə və vəfat etmiş arvadımla sıx dostluğumuz olan Nami Mikoyanın vasitəsilə şəxsi qaydada mənimlə, o vaxtkı SSRİ AS-nin İttifaq Sovetinin sədri ilə, söhbət etmək xahişində olmuşdular.

Danışıqda mənim tələbəlik illərindən dostum, «İzvestiya» qəzetinin şərhçisi Kostya Geyvandov, N.Mikoyan və onun oğlu…Stas Namin iştirak edirdi».

Yeri gəlmişkən, K.Geyvandov – keçmiş bakılıdır, ittifaq mətbusunda ilk böhtançı antiazərbaycan kampaniyasına başlayanlardan biridir.

Mənə de ki, dostun kimdir…Bu atalar sözü,hərdən düz çıxmır: İsa peyğəmbərin dostları kim idi, yada salın. Lakin, Y.Primakova tətbiq etdikdə lap yerinə düşür. Əlləri dirsəyinə qədər Bakıda 1990 il yanvar faciəsinin günahsız qurbanlarının qanına batmış Y.Primakov, belə ətrafı ilə başqa cür, bir balaca az antiazərbaycanlı ola bilərdimi? Çətin, axı insan öz ətrafını, «öz surəti və özünə oxşar» özü seçir.

Və, nəhayət, bu mövzunu bitirmək üçün «Qodı v bolşoy politike» kitabından bir sitat da gətirək. Kitabda «Nyu-York Tayms»dan sitatverilir: «Yevgeni Primakovun gözlənilməz halda Rusiyanın xarici işlər naziri kimi meydana cıxması bütün Qərbi titrəməyə salmışdır. Boris Yelsinin bu casus idarəsinin başçısı olmuş xeyirxah ilan seçimi, rusiya diplomatiyasında mister Yaxşı oğlanın sona çatdığından xəbər verir».

O hadisələrdən 9 il keçdikdən sonra, artıq Rusiyanın baş naziri vəzifəsində, Kosovodakı hadisələrə münasibət bildirən Primakov deyir: «orada dinc vasitələrdən tam istifadə edilməmişdir, …bəs niyə albanların xeyrinə serblərin bombalanması məsələsi qoyulur?...Axı NATO-da kürdlərin hüququ müdafiə edilərkən Türkiyəni bombalamaq, yaxud baskların müdafiəsi üçün İspaniyanı bombalamaq heç kəsin ağlına gəlməmişdi!» Bakıdakı 20 yanvar hadisələrində iştirak edərkən Primakov tamamilə başqa fikir yürüdürdü. Məgər Bakıda tərəflər arasında konsensusa gəlmək və məsələnin sülhlə həll edilməsiüçün imkan tükənmişdimi? Məgər bakıda siyasi böhranı həll etmək üçün dinc vətəndaşları qətlə yetirmək zəruriydimi? Əlbəttə ki, yox. dinc üolla həll üçün imkanlar var idi, həm də istənilən qədər. Sadəcə olaraq şübhəli slavyan cənab Primakovun düşüncəsinə görə Azərbaycanın və Kosovonun müsəlman əhalisi başqa kateqoriyaya aiddir.

Yeri gəlmişkən, məhz Bakı 20 yanvar hadisələri və Kosovo ətrafındakı böhran Primakovun siyasi sifətini tam açdı. Elə belə də gözlənilirdi ki, bu cənab Rusiyanın deyil, məlum ideologiyanın maraqlarını güdəcəkdir. «Kommersant Deyli»nin yazdığı kimi ABŞ-da hələ başlanmamış görüşlərinə xitam verərək o, Rusiyaya 15 milyard dollar ziyan vurdu. Bununla da o, prezident Miloşeviçin xeyrinə Rusiyaya xəyanət etdi». Primakov öz müsahibələrində tez- tez etiraf edir ki, öz həyatını yumorsuz təsəvvür edə bilməyir. Düzdür, onun yumoru «qaradır». 1998 ilin fevralında Şevardnadzeyə ikinci dəfə qəsd edildikdən sonra o, Rusiya və Bosniya sülhməramlı qüvvələrinin hərbçilərindən gülümsəyərək soruşmuşdu ki, tank əleyhinə mərmiatanın zirehli «Mersedesi» deşə bilmək qabiliyəti varmı. Ölümdən möcüzəli surətdə qaça bilən Gürcüstan prezidentini belə sual çətin ki, təmin edərdi. Təsadüfi deyil ki, Primakov istefaya çıxan gün gürcü mətbuatı onun bu zarafatını yada saldı.

Yeri gəlmişkən, Primakovun Şevardnadze ilə qarşılıqlı münasibətlərində çox iş birincinin intriqasının üzərində qurulurdu. Primakovun özünün etirafına görə «bizim münasibətlərdə vaxtaşırı müəyyən gərginliyin yaranmasına səbəb, ola bilər ki, Şevardnadzenin yaxınlarından bəzilərinin onun yerinə, SSRİ xarici işlər naziri vəzifəsinə göz tikdiyimi deməsidir.

Belədir, ya yox, ancaq o, ABŞ dövlət katibi S.Beykerə demişdi ki, Qorbaçov məni, onu əvəz etmək üçün hazırlayır. 1990 il günlərinin birində mənim telefonla birbaşa: «Bizim münasibətlərimiz niyə belə zəifləyir, doğrudanmı siz düşünürsünüzki, mən sizin kreslonuzda oturmaq istəyirəm?» sualıma cavabında Şevardnadze dedi: «XİN-də hamı bunun haqqında danışır». Və Primakov, axır ki, xarici işlər naziri oldu.

Bir cox illər keçdikdən sonra çoxları məəttəl qalmışdılar ki, S.Dorenko Primakovun siyasi reytinqini 63%-dən 11%-ə necə endirə bilib. Lakin bu problemin dərinliyinə vardıqda az təəccüb etmək olar. Əlbəttə, S.Dorenko «qara piar»dan istifadə etmişdi, lakin bunu nə çox və nə az, belə demək mümkündürsə, Rusiya üzrə «ortaçəkili seçgiqabağı səviyyədə» etmişdi. Bizə belə gəlir ki, iş başqadır. Primakov ilk dəfə olaraq, onun əleyhinə kütləvi intriqa ilə üzləşdi. Adətən onun özü başqalarına qarşı belə intriqalar törədirdi, özü isə kölgədə qalırdı. A.S.Dorenko Primakovu bütün gözəllikləri ilə, gizlənməsinə imkan vermədən, allahın düzünə çıxartdı. O, adi piar-üsulları effektlə tətbiq edərək, Primakovun tam siyasi fəaliyətini kosmik sürətlə «kontrməhsuldar» hala çevirdi.

Y.Primakov burada özünü itirdi, elə itirdi ki, canlı efirdə bütün rusiya telekanallarının fikrimizcə ən parlaq telejurnalisti və analitiki, məəttəl qalmış Y.Kiselyovu təhqir etdi. Qısamüddətli müqavimətdən sonra Primakov təslim oldu. S.Dorenko ilə camaat qarşısında mübarizə aparmaq gücdən düşmüş Yelsinin əleyhinə qəsd toru qurmaqdan, və ya Bakıda Ə.Vəzirovu, Ə.Daşdəmirovu, R.Zeynalovu və başqalarını asanlıqla üstələməkdən qat-qat mürəkkəb imiş. Y.Lujkovla qoşa seçgiləri uduzub o yenidən Putinin komandasına yaxınlaşmağa başladı, təbii ki, özünün dünənki silahdaşlarını ələ verməklə.

Bu sətirlərin müəllifi bağ evində olarkən (Bakı aeroportu Binənin yaxınlığında) bir dəfə Rusiyanın xarici işlər naziri Y.Primakovun təyyarəsinin iki qırıcının sıx müşayiəti ilə (canının qədrini bilir!), təyyarə meydanına tərəf necə uçduğunu müşahidə edirdi. Yaxşı olardı ki, o zaman o, bir neçə ildən sonra Amerikaya çata-çatda okeanın üstündə etdiyi kimi, xəzərin üstündə də təyyarəsini geriyə döndərəydi. O, heç vaxt Bakıya xoş niyətlə gəlməyib! O dəfə də xoş niyətlə gəlməmişdi. Primakov Azərbaycanla Ermənistan arasındakı danışıq prosesinə … Dağlıq Qarabağın da cəlb edilməsini təklif etdi.

Sonralar Milli Məclis 1990 il 20 yanvar fəciəsini müzakirə edərkən nədənsə taqsırkarlar siyahısından Primakovun soyadını çıxartdı. Qoy bu, parlamentarların vicdanına tapşırılsın, lakin Azərbaycan xalqı faciəli yanvar hadisələrinin əsil taqsırkarlarını heç zaman yaddan çıxarmayacaqdır.

Cənab Primakov Bakıda Vəzirovu, Mütəlibovu, Daşdəmirovu qoşunların yeridilməsi məqsədində azdıraraq asanlıqla və sərbəst üstələyə bilirdi. ( Цmumiyətlə, keçmiş həmyerlilər cəhətdən Azərbaycanınkı «gətirir». Roy Medvedevin məlumatına görə Y.Primakov Bakıda doğulmuşdur. Primakovun özü isə Azərbaycanın paytaxtında 1990 ilin yanvarında pres-konfransda demişdi ki, «uşaqlıqda iki il Bakıda yaşamışdır», doğulduğu yeri dəqiqləşdirmədən.

Sonralar, özünün 1999 ildə çap olunmuş «Qodı v bolşoy politike» kitabında etiraf etmişdi ki, Bakı hərbi dəniz məktəbində iki il oxumuşdur.)

Düzdür, başqa misallar da var və onlar olduqca çoxdur – böyük L.Landau və M.Rastropoviç Bakıda doğulmuş və yaşamışlar, həmişə də Bakı və bakılılar haqqında xoş fikirdə olmuşlar.

SSRİ müdafiə naziri D.Yazov Primakovu təkrarlamışdı. «İzvestiya»ya müsahibəsində o etiraf etmişdi ki, « qoşunlar Bakıya Xalq cəbhəsi strukturunu dağıtmaq üçün yeridilmişdi».

Bakıya silahlı basqın SSRİ müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanmışdı. Əməliyatın məxfi adı – «Udar» idi. Mühüm rol, SSRİ DTK-nin xüsusi təyinatlı qrupu «Alfa»ya və təxribatçı «A» qrupuna ayrılmışdı. A.Karaulov yazır:«Qorbaçovun əmri ilə Bakıda Sovet hakimiyətini üç adam: Dmitri Yazov, Vadim Bakatin və DTK-də Kryuçkovun birinci myavini Filipp Bobkov xilas edirdi. Onlar, o nəhs gecədən bir həftə qabaq Bakıya gəlmişdilər. Moskvaya əməli xəbərləri catdırmaq üçün hər birinin ləqəbi var idi, məsələn, Bakatin deyək ki, «general Qriqoryev adlanırdı».

H.Əliyev xatırlayır ki,: «yanvarın 19-da – faciədən bir gün əvvəl – Qorbaçov qəflətən mənə zəng etdi . bu 1987 ildən sonra bizim birinci danışığımız idi və yüksək tonda gedirdi.

Qorbaçov dedi ki, Azərbaycanda qarışıqlıq baş verir və bu qarışıqlığın taqsırkarı mənəm. Respubdikada sovet hakimiyətinin faktiki olaraq devrilməsində taqsır məndə olduğu üçün, mən təcili tədbirlər görməli və hadisələrə təsir etməliyəm. O hədələdi ki, əgər mən bunu etməsəm onlar mənimlə hesablaşa bilərlər. Azərbaycanda isə, onsuz da qayda yaradacaqlar… Xülasə, təəccüblü deyildi ki, onların hamısı mənim Azərbaycana dönməyimin əleyhinə köklənmişdilər»

Şybhə yoxdur ki, Bakıdakı 1990 il 20 yanvar hadisələri SSRİ-nin dağılması üçün vurulan başlıca təkanlardan biri olmuşdur: sovet respublikaları əyani olaraq, itaət etməyənlərin necə cəzalandırıldığını gördülər. İttifaq respublikalarının heç birində komunist Moskvasına heç bir inam qalmamışdı.

Dünya kütləvi mətbuatı 1990 il yanvarın ortalarından başlayaraq Azərbaycandakı hadisələr haqqında müntəzəm xəbərlər dərc edir, onların dinamikasını verməyə çalışırdılar. Təxminən 18 yanvardan başlayaraq məlumatlar daha çox ümumiləşdirilirdi, yenidənqurmanın, demokratik proseslərin gedişatına təsir planında, bütünlüklə ölkədəki vəziyyətin araşdırılmasını əhatə edirdilər. Vəzirovun müqavimətinə baxmayaraq müxalifət qüvvələrinin dəvət etdiyi müxbirlər, ingilis qəzeti «Qardian»da Bakıdakı hadisələri obyektiv işıqlandırmışdılar.

Aşağıda siyasi xadimlərin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin Azərbaycanda yaranmış vəziyyətin yanvarın 18-dən 28-nə qədər, yəni qoşunların birbaşa Bakıya yeridilməsindən əvvəlki, eləcə də onun ardınca gələn müddətdə ən səciyyəvi mülahizələri verilir. Mülahizələrin diapazonu, Türkiyədə və İranda qoşun yeridilməsinin qəti qəbul olunmazlığından başlamış, əksər qərb nəşrləri və siyasətçilərinin daha ehtiyatla ifadə etdikləri mövqeyə qədər dəyişir.

18 yanvar 1990 il, «Vaşinqton post» (ABŞ): «Ağ evin Qorbaçovun qərarlarına münasibəti birmənalı olaraq göstərir ki, Moskvanın çətinliklərinə amerika nəzər nöqtəsi, evolüusiyaya düçar olaraq dözümlülük və diplomatik taktla fərqlənməyə başlayıb. Ağ evin nümayəndəsi Marlin Fitsioter deyirdi:«Biz, başa düşürük ki, qayda pozulduqda vəziyyəti düzəltmək zəruridir».

«Kanberra tayms» (Avstraliya) 18 yanvar: «Məhz,Azərbaycandakı milli qarşıdurma, Sovet İttifaqının başqa guşələrinin hər hansı birindəkindən daha çox, belə irqi, dini və mədəni fərqləri olan xalqların vahid imperiya çərçivəsində birləşməsinin perspektivsizliyini açıqlayır. Bu imperiyanı saxlamağa can atan Qorbaçovun qarşılaşdığı çətinliklər, məhz Azərbaycanda nümayiş etdirildi.

«Nyu-York tayms» (ABŞ), 19 yanvar: «Aldığımız məlumata görə, azərbaycanlılarla ermənilər arasındakı toqquşmada 50-dən çox adam ölmüşdür, və bundan sonra sovet rəhbərinin qəbul etdiyi bu qərar, mərkəzi hava vağzalının qarşısındakı avtobus dayanacağında soruşulmuş, şəhərdən gedən və ya indicə buraya gələn, ölkənin müxtəlif rayonlarının ən müxtəlif sovet cəmiyyəti nümayəndələrinin tam dəstəyini almışdır.

… Lakin, Azərbaycanda elə təhlükəli vəziyyət yaranmışdı ki, Qorbaçov, bu rayona qoşun yeridilməsi haqqında sərəncam verməkdən başqa çıxış yolu tapmamışdı».

«Nyu-York tayms» (ABŞ), 22 yanvar: «Prezident Mixail Qorbaçov qayda yaratmaq üçün cənubda yerləşən Azərbaycan respublikasına qoşun göndərməklə, özünü uzunmüddətli işğalla bağladı və bu, onun tərəfdarlarının artıq indi ehtiyat etdiyi kimi, daxili Əfqanıstana çevrilə bilər.

…Moskva, Azərbaycandakı hadisələri bəlkə də məhdudlaşdıra bilər, lakin o, bu respublikanı idarə etməkdə çətinlik çəkəcəkdir, xüsusilə ona görə ki, indiyədək fəaliyətdə olan Azəraycan Xalq cəbhəsi, qəmə batmış xalqı kütləvi üsyan və vətəndaş tabeçiliyindən çıxma aksiyalarına səfərbər edəcəklərinə söz vermişlər. Cənub respublikalarındakı qayda-qanunsuzluq artıq indi yüksək dərəcədə planlaşdırılması və ixtisaslaşdırılması ilə fərqlənən sovet iqtisadiyatına öz neqativ təsirini göstərir.

Azərbaycandakı təlatümlər rus millətçilərinin səfərbər olması üçün efektli vasitə ola bilər, belə ki, onlar, getdikcə artan həyəcanla, özlərinin sürətlə artan və təhdidedici müsəlman əhalisi arsında itiriləcəyindən danışırlar».

Bi-bi-si müxbiri M.Sakssmit (London), 19 yanvar: «Öz redaksiya məqaləsində «Sandi ekspres» yazır ki, «sözün açığı, Qorbaçovun qoşun göndərməkdən başqa bir yolu yox idi. Lakin, Böyük Britaniyanın Şimali İrlandiyadakı kimi ona aydın olarki, qoşun yeritmək asandır, nəinki onu oradan çıxarmaq». «Sandi teleqraf» özlüyündə, Zaqafqaziyanı «sovet Livanı» adlandırır.

«Osservatore romano» (Vatikan): «Moskva tərəfindən siyasi, iqtisadi, mədəni dilçilik planında sərt sıxma-boğmalar, eyni zamanda «dövlət ateizmi»nin məcburən qəbul etdirilməsi qatı millətçiliyə gətirib çıxardı ki, bunun da çərçivəsində din oxşarlığı mədəni və etnik birlik roluna malik oldu. Bu günlər, bəzən belə kəsgin xarakter alan qarşıdurma formalarında məhz bu baş verir».

«İomnuri» (Tokio), 23 yanvar: «Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi, qoşunların Bakıdan iki gün ərzində çıxarılmasını tələb edən sərt, əslində Moskvaya «ultimatum» olan qətnaməsindən sonra Azərbaycandakı hadisələr, M.S.Qorbaçov rəhbərliyinin bu zaqafqaziya respublikası ilə qarşıdurmasına qədər yüksəldi. SSRİ konstitusiyasına görə, ittifaq respublikası SSRİ Ali Soveti Prezidiumunun Qərarını ləğv etmək hüququna malik deyildir. Lakin, Qərarın qeyri-qanuniliyini elan etmək üçün Azərbaycanın Ali Soveti hüquqi əsas olaraq, 1989 ilin noyabrında təqdir edilmiş respublika konstitusiyasının «respublikanın qanunları İttifaq qanunları qarşısında üstünlüyə malikdir» maddəsindən istifadə etmişdi.

Yerli mənbələrin məlumatına görə, respublika hakimiyəti artıq Azərbaycanın SSRİ-nin tərkibindən çıxması məsələsi üzrə referendum keçirilməyə hazırlaşır».

«Tokio simbun»un Moskva müxbiri qeyd edir: «Azərbaycan SSR Ali Sovetinin hərəkətləri, Qafqazdakı milli qarşıdurmaların Kremlin Azərbaycan milli və dövlət strukturları ilə qarşıdurmasına qoşularaq yeni mərhələyə keçməsi deməkdir. Bununla bərabər,SovİKP MK-nın qarşıdakı plenumu ərəfəsində mühafizəkar qruplaşmaların əkshücumunun gücləndiyi bir şəraitdə, göstərilən qətnamə M.S.Qorbaçovun hakimiyətinin bünövrəsinə daha ciddi və labüd zərbə vuracaqdır».

«Jurnal dyu dimanş» (Paris), 24 yanvar: «Son həftələr Livandan Yerevana ağır silahla, mina atanlarla və avtomatlarla yüklənmiş təyyarələrin uçuşu davam edir. Onlar gecələr, erməni gömrükçülərinin nəzarəti altında boşaldılırdı. Onlar respublikanın kənarından göstərilən himayədən azad olmuşdular və daha ekstremist əhval-ruhiyəli ermənilər tərəfə keçmişdilər. Artıq bir neçə gündür ki, təyyarə vağzalının gömrüyündə bir nəfər də olsa, rus işləmir…

Bu bandaların başında çox vaxt Beyrut və Dəməşqdən gəlmiş erməniləri görmək olar. Onlardan bəziləri Livan terroristləri və xristian silahlı dəstələrinə yaxındırlar. Küçə döyüşləri taktikası ilə yaxşı tanış olan bir neçə yüz livan ermənisi buraya vizasız gəlmişdir. Onların bir hissəsi hələlik Yerevandadır, lakin çoxu artıq Gorus ətrafındakı sərhəd rayonlarına və Xanların qarşılığına getmişlər.

Livan erməniləri öz «qardaşlarını» – qaçqınları müsəlmanlardan əvəz almağa çağırırlar. Beləliklə, Qafqazın gələcəyi olduqça müəmmalı görünür».

«Nyu-York tayms» (ABŞ), 20 yanvar: «Buş idarəsinin əməkdaşları, Zaqafqaziyada ermənilərlə azərbaycanlılar arasındakı toqquşmanın əvvəllərindən Qorbaçovun da düşdüyü vəziyyətə baxıb gücsüzlük və eyni zamanda dərin qayğıkeşlik hiss edir».

«Nyu-York tayms» (ABŞ), 24 yanvar Türkiyənin münasibəti haqqında: «Diplomatların və rəşbər işçilərin dediklərinə görə, yerli hakimiyət, Azərbaycana sovet intervensiyasını dəstəklədiklərinə görə Amerika və digər qərb ölkələrindən narazıdır, çünki onların mülahizələri ikiqat standartlara əsaslanmışdır – və ya tam standartsızlaşmaya – və müsəlmanlara qarşı, bir hökumət xidmətçisinin dediyi kimi «siyasi və dini qərəzliliyi» əks etdirir. Beləliklə, sovet aksiyası Vaşinqtonla onun müttəfiqi arasındakı münasibətlərə xələl gətirdi.

…Böhran kəsginləşdikcə, Türkiyənin vəzifəli şəxsləri qərbin qarşıdurmanın səbəbləri ni qiymətləndirməsindən daha çox hiddətlənirdilər, belə ki, onların fikrincə bu qiymətlər qərəzliliyi ilə fərqlənirlər».

Türkiyənin NATO-dakı nümayəndəsi Ц.Цnsalın dedikləri:

1. Türkiyə, NATO üzvü ölkələrindən Azərbaycandakı hadisələrə də Sovet Pribaltikası respublikalarındakı «millətçi hərəkata» göstərdikləri diqqəti və bununla da blokun «ikili standart» siyasəti aparmadığının sübutunu gözləyir.

2. Qərbin kütləvi informasiya vasitələrində təkcə erməni tərəfinin nəzər nöqtəsi əks olunur. Türkiyənin fikrincə, azərbaycan tərəfinin yanaşması da böyük əhəmiyət kəsb edir. Qərb birtərəfli informasiyaya sövkənməklə düzgün nəticə çıxara bilməz.

3. Türkiyə, Azərbaycanda baş verən hadisələrdən ciddi narahatlığına baxmayaraq, hesab edir ki, bunlar Sovet İttifaqının daxili işidir.

Qəzetlərin yazdığına görə blokun digər dövlətlərinin nümayəndələri Ц.Цnsalın dediklərinə öz münasibətlərini bildirmədilər. Müşahidəçilərin fikrincə «belə dinməzlik onunla izah edilir ki, bu ölkələr Azərbaycan problemi üzrə öz mövqelərini hələ müəyyən etməmişlər»

Anadolu agentliyi (Türkiyə), 24 yanvar: «Xarici işlər naziri Məsud Yılmaz öz çıxışında qeyd etdi ki, «Azərbaycanlılarla ermənilər arasında illərlə davam edən ziddiyət, azərbaycan xalqı ilə Sovet İttifaqı rəhbərləri arasında qarşıdurmaya gətirib çıxartdı. Qanunsuz hərəkətlər nəticəsində elan edilən fövqəladə vəziyyət, ardınca qan tökülməsi sirr deyildir. Hamı gözəl bilir ki, hadisələr Ermənistanın Azərbaycan torpaqlarına iddialı olmasından və buna nail olmaq üçün güc və fitnəkarlıq işlətməsindən başlamışdır». Qərbin kütləvi mətbusunun ermənipərəst mövqeini qeyd edərək Yılmaz dedi ki, « bu hadisələrə biz SSRİ-nin daxili işi kimi baxmaqda davam elirik. Lakin bu o demək deyildir ki, biz sərhədlərimizin obiri tərəfindəki Sovet İttifaqında yerləşən, mədəni cəhətdən bizə yaxın olan, yaxşı münasibətlər qurmaq istədiyimiz Azərbaycan xalqına biganə qalacayıq».

«Türkiş deyli nyus» qəzeti baş redaktor İlnur Çevikin «Qərb azərbaycanlıların sıxışdırılmasını alqışlayır» başlıqlı redaksiya məqaləsini çap etmişdi. Burada deyilirdi ki: «1968 ildə sovet tankları və qoşunları Çexoslovakiyanın sərhədlərini keçəndə qərb ölkələri bu aksiyanı qəzəblə qarşıladılar və Moskvaya etiraz elan etdilər…İndi, bir müddət keçdikdən sonra, həmən Qızıl Ordu Azərbaycana yol açmış, azərbaycan millətçilərini qətlə yetirmişdir, həmişə insan hüquqlarından danışan Qərb isə, durub əl çalır».

Türk şəhrçisi Mehmet Əli Birand «Millət»də yazır ki, «Moskva Azərbaycanı uzun müddətə itirdi». O, qeyd edir ki, Ankaranın Azərbaycandakı hadisələrə həssaslığı XİN başçısı Məsud Yılmazın SSRİ-nin Ankaradakı səfiri ilə saatyarımlıq söhbətindən sonra cəmisi üç sətirlik məlumat dərc olunmuşdu. Demək istədiklərimiz isə bundan ibarətdir: «Bəli, bu hadisələr – sizin daxili işinizdir. Biz qarışmırıq və onları can yanğısı ilə müşahidə edirik. Lakin, əgər siz azərbaycanlıları əzməkdə və onların qanını axıtmaqda davam etsəniz, biz susa bilməyəcəyik».

«Türkiş deyli nyus», 25 yanvar: «Hər şey daıdıldığı bir vaxtda qərb, və şərq ölkələri bir yerə yığışıblar ki, 1,5 milyarda yaxın insandan ibarət islam birliyinə qarşı «xristian ittifaqı» yaratsınlar. SSRİ, yenidənqurma və aşkarlıq tezislərindən təbliğat məqsədilə istifadə edərək insan hüquqlarına riayət etdiyini deyir, lakin bununla bərabər ikili standarta qaçır. SSRİ xristianlara dözümlü yanaşır, müsəlmanlara münasibətdə isə sərt siyasət tətbiq edir. Qurbanların dörd minə çatacağından ehtiyat edilir. Qərbi Avropa, ABŞ və xristian kilsəsi müsəlman xalqının qırğınını dəstəkləyir».

«Nyu-York tayms» (ABŞ), 21 yanvar: «İran Mokvanı təmkinli olmağa və sovet qoşunlarının Azərbaycanın sadə vətəndaşlarını sıxışdırarkən tətbiq etdiyi zorakılıqdan çəkinməyə çağırır».

«Cümhuriye eslami» (İran), 19 yanvar: «Sovet İttifaqı tərəfindən təkrarlanan sərhəd pozulmaları İrana Moskva hakimiyyətindəki qeyri sabitliyin gücləndirə biləcək addım üçün əlverişli əsas verirdi, əlbəttə, əgər bu, Tehranı ağrıtsaydı. Lakin qoşunlar sərhəd rayonunda yerləşdirilir, bu İranda xüsusi həssaslıq yaradır, belə ki, orada erməni-azərbaycan toqquşması yoxdur, amma, buna baxmayaraq bu rayon da fövqəladə tədbirlərin görüləsi yerə aid edilir. Qəzet güman edir ki, « Kreml qüvvələrinin açıq-aşkar Azərbaycan müsəlmanlarını sıxışdırması iran-sovet münasibətlərinə olduqca neqativ təsir edə bilər».

İran İslam Respublikasının XİN-nin İRNA agentliyinin yanvarın 21-də gecə yaydığı məlumatında, Sovet hakimiyyətinə, azərbaycan xalqına qarşı təcavüzü dayandırmağa və problemi dinc vasitələrlə tənzimləməyə çağırış yer almışdı. Sənəddə düzgün olmayan tədbirlərin görülməsinin təəssüf hissi doğurduğu deyilir, «belə ki, güc tətbiqinin davamı problemin həllinə nəinki kömək etmir, əksinə, vəziyyəti bir qədər də dərinləşdirir».

«Cümhuriye eslami» 24 yanvar redaksiya məqaləsində Qərbin və ABŞ-nın Azərbaycandakı hadisələrdə rolunu xüsusi qeyd edərək göstərir ki, «sovet rəhbəri Bakıdakı qurbanlara görə başsağlığı verir, ABŞ isə bu şəhərdəki güc nümayişini dəstəkləyir. Bu o deməkdir ki, Qərb, Moskvanın sovet müsəlmanlarını zorla sıxışdırma yolu ilə getməsinə dəstək verir. Kremlin rəhbərliyi, bu dəstəyin mənasını necə lazımdır, başa düşür və Qərbin, xüsusilə də ABŞ-nın çirkin məqsədlərini duya bilir».

H.Əliyev, faciəli yanvar hadisələrindən sonra Moskvada, Azərbaycanın SSR daimi nümayəndəliyində keçirilmiş mətbuat konfransında demişdi ki, SSRİ Azərbaycanı həmişəlik itirdi. Sovet İttifaqı dağıldı, lakin o illərdə nələr baş verdiyini, Azərbaycan heç vaxt yadından çıxarmamalıdır. Və heç vaxt Azərbaycan ərazisində heç bir hərbi birləşmələr olmamalıdır: onlar Azərbaycana yalnız dərd gətirir.

«Vaşinqton post»un müxbiri D.Remnik yazır: «Əliyev, Bakıdakı faciə haqqında yanvarın axırında, Barvixedə istirahət edərkən eşitmişdi. O, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş mətbuat konfransında Kremli kəsgin tənqid edərək, Bakıda silahlı qüvvələrdən istsfadə edilməsinə qarşı çıxış etdi. Bu çıxışın ayrı-ayrı parçaları Qərbdə çap edilmişdi, və ən əhəmiyətlisi də o idi ki, onlar geriyə, sovet dinləyicilərinə radio qısadalğaları ilə qayıdaraq çatdırıldı. «Bu mənim həyatımda ilk çıxışdır ki, mən camaat arsında apparat əleyhinə danışıram» – bunu,öz yüksəliş pilləsini

DTK-nin əməliyat işçisi və zabiti kimi başlayan, mərdliyi ilə, müəyyən planda Andrey Saxarovla müqayisə edilə biləcək, Əliyev deyirdi».

V.Şironin xatırlayır: «Yadımdadır, o dəfə Şeremetyevo təyyarə meydanında xüsusi təyinatlı dəstənin «beşlik» komandirləri: Aleksandr Miroşniçenko («Alfa»), Sergey Lısyuk («Vityaz») və Aleksandr Qorodilov («Vımpel»), SSRİ DTK İkinci, Baş və Beşinci idarələrinin, bir sıra xüsusi bölmələrinin zabitləri özlərini mənə təqdim etmişdilər»

Demək olar ki, xüsusi təyinatlı bölmələrin praktiki olaraq hamısı – analitik və təbliğatçılardan tutmuş partladıcı və terroristlərə qədər, Bakıya gəlmişdi və onlar burada eşidilməmiş vəhşiliklər törətmək üçün əllərindən gələni etmiş, güc işlədilməsinin və qan tökülməsinin qarşısının alınması isə, heç ağıllarına da gəlməmişdi. Bakıdakı yanvar hadisələrindən keçən axırıncı on il ərzində çeçen müharibəsində hər hansı bir xüsusi təyinatlı həlak olurdusa, onun nekroloqunda bir qayda olaraq qeyd edilirdi ki, o, Bakıdakı və ya DQMV-dəki hadisələrdə iştirak etmişdi. Nə ilə məşğul olduqları isə, Azərbaycan xalqının yaxşı yaddaşındadır. Bu cənabların törətdikləri aşağıdakı çıxarışdan yaxşı görünür.

General A.Lebed yazır:

- Yuri Alekseyeviç (Pskov HDD 76-cı alayın komandiri polkovnik Y.A.Naumov nəzərdə tutulur), məruzə edin, nə məsələdir? – dedim.

- Yoldaş polkovnik, icazə verin təsvir edim…

- Yaxşı, təsvir et…

- Müdafiə naziri yumruğunu burnuma dirəyib dedi: «Hünəriniz var, ananızı belə, almayın!... Lebedə çatdır!»

- Vəssəlam?

- Vəssəlam!

- Bəs nəyi almaq lazımdırkı?

- Bakını də. Burada alınmalı başqa şey yoxdur.

Tapşırıq – ikimilyonluq şəhəri almaqdır – qəşəng və sadə. Bakıya qədər – 30 kilometrdir…

- İrəli! - əmr verdim.

…Ryazan alayı, ardınca da Kostroma alayı Bakıya tərəf hərəkət etdilər.

…Çalır tərbiyələnmiş desant «şovinizmi» («həll edilməyən məsələ yoxdur», «heç kimsə, bizdən başqa»). Təcavüzkarlıq və nifrət oyadılır…

…Səhər saat 5 üçün alaylar təyin olunmuş rayonları ələ keçirirlər. Şərqdən, «Nasoslu» təyyarə meydanı tərəfdən Pskov hava desantı diviziyası şəhərə daxil olur. Bundan başqa, bölmələri Rostov vilayətindən, Krasnodar və Stavropol dairələrindən tələsik çağırılmış «partizanlardan» yığılmış bir aləm motoatıcılar.

…Diviziya ştabı qısa bir müddətdə əməliyat planlaşdırdı, mən dəniz vağzalını tutmaq tapşırığını kostroma alayının komandiri Y.Y. Savilova həvalə etdim.

…Səhər saat 7 üçün alay itgisiz, hər iki tərəfdən dəniz vağzalını tutdu. Birinci sinif «Sabit Orucov» paroxodunu (Finlandiya tərsanəsində hazırlanmış) ələ keçirdi…Tapşırıq yerinə yetirilmişdi, lakin belə hallarda həmişə olduğu kimi, müxtəlif mürəkkəblik dərəcəli nəticələrə gətirən bir sıra vəziyyət əmələ gəldi.

…7.05-də dənizdən «Nefteqazflot»un gəmisi yaxınlaşdı…Alay komandiri ani qərar çıxardı: dörd BMD-1 yanalmaya çıxır, hər maşın gəmiyə iki ədəd kumulyativ mərmi oturdur, gəmi alovlanır.

…dəniz vağzalının başqa obyektləri sırasında restoran da tutulmuşdu, restoranda isə səhər yeməyi – iki yüz nəfərlik. Həm də sadəcə səhər yeməyi deyil, kabab, balıq, qara və qırmızı kürü. Burada isə artıq bir həftə quru payda olan əsgərlər. Döyüşlərdə qızışmış, gənc, sağlam, bu yaşda normal sayılan ac. Bütün bunlara qazanılmış hərbi qənimət əsasında baxaraq tərtəmiz süpürdülər, təkcə əlsilənlər qaldı.

…Təsərrüfat vzvod və batalyonlarının yaşlı, təmkinli, təsərrüfatçı, çox ağıllı komandirləri, özlərinin dediyi kimi kasıblamış ehtiyatları «havayı» doldurmaq üçün yaranmış şəraitdən istifadə etməyi yaddan çıxarmadılar.

…Bığımızı silməyə macal tapmamış, məlumat aldım ki, baş verən hadisəni araşdırmaq üçün SSRİ Prokurorluğunun və Baş hərbi prokurorluğun müstəntiqlərinin birgə, çoxsaylı

- 39 nəfər – qrupu gəlir və onun işinin əsas obyektlərindən biri mənə həvalə edilmiş diviziyadır.

…Mən müstəntiqlər qrupu nümayəndələrini şəraitlə qısaca tanış etdim. Onların çoxu başlarını bulayırdı, lakin, buna baxmayaraq, əlbir, bir səslə dedilər ki, qanunun hər hərfinə əməl edərək bütün yer almış qarma-qarışıqları qərəzsiz araşdırmaq fikrindədirlər. Həm də ona görə ki, işə başlamaq üçün lazım olandan da çox material vardır. Müstəntiqlərdən biri standart vərəqlər qalağını mənə tərəf itələdi, gözə yarı 150-170 ədəd olardı. Mən onları qaçaraq oxudum…Onların hamısı tamamilə eyni başlıqlı idı: «Hava desantı qoşunları hərbçilərinin 19-20 yanvar 1990 ildə Bakı ərazisində törətdikləri cinayətlərin siyahısı». Məzmunlar fərqli idi, lakin bir o qədər də yox: yüzlərlə öldürülmüş, minlərlə yaralanmış. Ağlasığmaz miqdarda maşın, soyuducu, xalça, pul, qiymətli əşyalar oğurlanmışdır.

«Qoçaq» sovet generalı, bax belə vəcdlə öz əsgərlərinin «rəşadətindən» danışır, və elə fikirləşmək olar ki, söhbət dinc sovet şəhərinin işğalından və dinc sovet adamlarının qətlə yetirilməsindən deyil, düşmən ərazisindəki döyüşlərdən gedir. «İzvestiya» qəzeti o illərdə yazırdı: «Sovet Ordusu Bakıda totalitar rejimi, SovİKP hakimiyətini və sovet imperiyasını xilas edirdi». Qorbaçov və onun kompaniyası Stalinin içdiyi məlum anda sadiq idi: «…Yoldaş Lenin aramızdan gedərkən vəsiyyət etmişdir ki, respublikalar İttifaqını möhkəmlədək və genişləndirək. And içirik sənə. yoldaş Lenin ki, biz vicdanla sənin bu vəsiyyətinə əməl edəcəyik…»

S.İ.Ojeqovun «Rus dilinin lüğəti»nə görə «terror – siyasi düşmənlərə münasibətdə fiziki məhvə qədər çata biləcək, fiziki zoraçılıqdır». 1989 ildə Azərbaycanda hakim kommunist rejiminə sərt müxalifət yarananda, Qorbaçov, siyasi hakimiyəti saxlamaq xatirinə Bakıda 20 yanvar 1990 ildə günahsız insanların qanının tökülməsi qarşısından geri çəkilməyərək, özünü əsil terrorist kimi göstərdi. O, özünü Leninin və Hitlerin davamçısı kimi göstərdi. «Terror – tabe etmə vasitəsidir», bu, Leninin sözləridir. «Terror – ən təsirli siyasi vasitədir», bu, Hitlerdən sitatdır.

Azərbaycanda da Qorbaçovun həmfikirləri var idi. Yanvar hadisələrindən sonra dərhal cağırılmış Azərbaycan KP MK plenumunda kommunist R.Əhmədov deyirdi: « Bu tribunadan çoxlu həyəcanlar yağdırıldı, biz hamımız dəhşət içindəyik. Bizim beynəlmiləl Bakımız qan içindədir. Mən qantökmənin qəti əleyhinəyəm. İnsanlar gərək xəbərdar ediləydilər, lakin, bunda kim günahkardır? Biz özümüz deyilikmi? Biz bu faciənin müəlliflərinə şərik deyilikmi? Bax, siz deyirsiniz ki: gərək qoşunlar getsin. Hakimiyəti əlimizdə saxlaya biləcəyimiz xülyadır yoldaşlar, ona görə ki, ekstremistlər elə dəstələr yaratmışlar ki, sabah onların tərəfindən şəhərdə terror başlana bilər». R.Əhmədov bir məsələdə haqlıdır: o və onun kimilər bu faciənin müəlliflərinin şərikidir.

Əlbəttə, elələri də var idi ki, onların davranışını ədəbli saymaq olmazdı və onları şübhəsiz ki, heç bir vəchlə vətənpərvər saymaq olmazdı. Müəllif, Azərbaycan KP MK-nin bir şöbə müdirinin qanlı yanvar hadisələrindən bir neçə gün sonra: indi heç kəs yaradıcı iş aparmağa mane olmayacaqdır dediyinin şahidi olmuşdur…Digər partiya fəalı, Qorbaçovla həmrəy idi (qəzetlər belə yazmışdı, o isə təkzib etməmişdi), və ondan sitat gətirməkdən iyrənməyirdi: «əgər qoşun yeridilməsəydi, daha pis olardı».

DTK-nin ən məxvi bölməsi olan «Alfa»nın rəhbərlərindən biri M. Boltunov xatırlayır: «döyüşçülər narahatçılıqdan şikayət etmirdilər, lakin Bakıda onları kazarmalarda yerləşdirib döşəkdən başqa heç bir şey təklif etmədikdə, hətta hər şey görmüş əməliyatçılar belə təəccüb etdilər. Döyüşçülər beləcə üç ay, quru yeməklərlə dolandılar. Yeri gəlmişkən, onlara həmən məşhur 3.50 gündəlik ezamiyət pulu ödənilirdi, iş isə elə idi ki, gecə, gecənin yarısı, səhərə yaxın qayıdırdılar – hansı yeməkxanadan danışmaq olardı». Sən demə, Bakıda terrorla məşğul olduqları üçün onları plova qonaq etmək lazımmış. Ola bilsin, onlar Azərbaycan DTK-nin keçmiş sədri Vaqif Hüseynovdan narazı qalmaqda bir növ haqlı idilər: madam sən vətənini otuz qəpiyə satmısan, zəhmət çəkib bizimlə bölüşdür.

Kinorejisor Stanislav Qovoruxin Bakıdakı hadisələrdən xəbər tutan kimi, dərhal operatorlarla birlikdə ora getmişdi. O şahidlik edir ki: «Milis şöbələrindən birisinin hadisələr jurnalı qarşımdadır. Vərəqləyirəm: əsgərlər bir yoldan keçəni saxlayırlar, əyin-başın axtarırlar, pulunu götürürlər; əsgərlər tankla mağazanın qapısına tərəf gedib onu sındırır oğurluq edirlər; əsgərlər yoldan keçənin şapkasını başından çıxarırlar; əsgərlər mənzilə girirlər, qiymətli şey axtarırlar, tapmayıb ev sahibəsinin üzüyünü barmağından çıxarırlar…»

Növbəti...