Azərbaycan xalqı, ona qarşı törədilmiş bu vəhşilik aktını heç vaxt yaddan çıxarmayacaqdır. Şair demişkən: «Kim dedi – yaraları hifz edin, qoy onlar ağrısın ki, yaxşı yada düşsün».
Azərbaycan 20 yanvar 1990 ildə olanları heç vaxt bağışlya və ya onlara haq qazandıra bilməz və bilməməlidir. Buna görə, o zaman hakimiyətdə olanlar cavab verməlidir. M.S.Qorbaçov deyirdi: «Mən düşünürəm ki, biz 1937-38 illərdə olanları heç vaxt bağışlaya və ya ona haq qazandıra bilmərik və bilməməliyik. Heç vaxt. Buna görə o zaman hakimiyətdə olanlar cavab verir». Bu sözləri eynilə Bakıdakı hadisələrə, və birinci növbədə M.S.Qorbaçovun özünə aid etmək olar. 20 yanvar 1990 il faciəsində bilavasitə taqsırkar olan Qobaçovu və onun komandasını beynəlxalq məhkəməyə vermək zərurəti çoxdan yetişmişdir. Bunu, günahsız qurbanların ruhları tələb edir.
Bakı ilə vidalaşma cürbəcür olmuşdur. Yesenin özünə məxsus incəlik, mehribanlıq və sevgi ilə Bakıya əlvida demişdi:
«Bakı,Bakı əlvida! Səni görməm bir daha,
İndi qəlbimdə kədər, qorxu hissi yaşayır.
İndi ürəyimdəsən həm ağrılı, həm yaxın,
Sadə dost sözü artıq, böyük məna daşıyır.
Bakı, əlvida Bakı! Türk səması əlvida!
Qanım donur damarda, güc qalmayır qolumda
Lakin bir xoşbəxtlik tək apararam qəbrədək
Xəzər dalğalarını, Balaxanı mayını.
Bakı, Bakı əlvida! Əlvida bir nəğmə tək!
Son dəfə mən basaram öz dostumu bağrıma…
Ki, onun başı sanki qızıl güldür, əl edər,
Dumanlıqda itəcək bənövşəyi yoluma.
Sovet əsgərləri Bakı ilə vidalaşdıqda özlərindən sonra bərbadlıq və qan qoyub getmişdi.
Qorbaçov SSRİ xalqlarını mədəni və qeyrilərinə ayırırdı. SSRİ xalq deputatları qurultayında Baltikyanı ölkələrin SSRİ tərkibindən çıxma cəhdləri barədə çıxış edərkən o, yüksək tribunadan demişdi: «Siz heç yana getməzsiniz. Siz mədəni xalqlarsınız, başqaları kimi deyilsiniz. Sizin vicdanınız bunu etməyə yol verməz» (Müəllif ayırıb). Çörçill bir vaxtlar etiraf etmişdi ki, radioda Hitlerə qulaq asdıqda onu hər şeydən qabaq fürerin Allahdan danışması hiddətləndirirdi. Qorbaçov vicdan haqqında mühakimə yürüdəndə də eyni hissləri, özündən asılı olmayaraq, keçirirsən.
Qorbaçovun SovİKP MK Baş katibi və SSRİ Prezidenti vəzifələrindəki fəaliyəti yaxşı məlumdur. Bunlar, onun əvvəlki tərcümeyi-halını əks etdirir. Onun Moskvaya, Kremlə keçdiyi yol özünəməxsusdur. Siyasi Büronun yüksək fəallarını qarşılamaq və onları Şimali Qafqaz kurortlarında istirahətini təşkil etmək – Moskvaya, hakimiyət elitasına, «yuxarıya yol» bunların vasitəsilə açılmışdı.
V.Boldin yazır: «insanlar yaşlandıqca danışqan olur. Tez-tez keçmişdən danışır, unudulmamış və fəxr edə biləcəkləri hadisələri yada salırlar. Ola bilər ki, bu hamıda baş verir. Mixail Sergeyeviç də bu zəifliyə düçar olmuşdu. O, SovİKP MK baş katibi seçilən zaman öz yaxınları dairəsində tez-tez Siyasi Büronun keçmiş üzvləri Brejnev, Kosıgin, Andropov, Suslov, Kulakov, Ustinov və başqaları ilə görüşlərini, söhbətlərini yada salırdı. Həm də, partiya və dövlət rəhbərləri Mineral Su kurortlarında istirahət edərkən, onlardan bəziləriylə görüşlər adətən, ailəvi olurdu.
O, əksər «kurort» katibləri kimi, Siyasi Büro və hökumət üzvlərini qarşılayır, əyləndirir və yola salırdı. Belə qarşılamalar, əlbəttə, qeyri rəsmi xarakter daşıyırdı və olduqca tez-tez təbiətin qoynunda, Y.İ.Çazovun və MK-nin işlər idarəsinin dikəltdikləri malikanələr və yaxşı ov üçün hər şəraiti olan Qafqaz dağı və dağ ətəklərində, füsunkar dağ çayı vadilərində və dərələrdə baş verirdi. Ətirli ot üstündəki süfrələrə bol qəlyanaltı düzülürdü, məst olmuş qonaqlar düymələri açır, açıx danışır və minnətdar-iltifatçılıq nümayiş etdirirdilər. Qorbaçovun dövlət liderləri ilə əlaqəsi, məhz o zaman sahmanlaşmışdı…
Bir dəfə Raisa Maksimovna o dövrü xatırlayaraq demişdi:
« - Axı çoxları heç utanmırdı, və rəhbərlərin xanımları, hansı hədiyyəni almaq istəklərini özləri deyirdi»
O, bu və ya digər hədiyəni – qafqaz çekankası, nazik farfordan qəribə məmulat, hər hansı bir başqa, kifayət qədər bahalı şey arzulayan rəhbər arvadlarının adını çəkirdi.
- Bizim üçün bu çox çətin idi, odur ki, bir təhər vəziyyətdən çıxmaq lazım gəlirdi. – deyə Raisa Maksimovna davam edirdi.
Qorbaçovun isə dövlətli babaları və nənələri olmadığından Qorbaçov cütlüyünün «vəziyyətdən bir təhər» necə çıxdıqlarını və Qafqaz Mineral Sularında hansı qüvvələrin onlara vəsait ayırdığını fala baxmadan da bilmək olar. Bu, sonralar Azərbaycandakı hadisələrin inkişafı gedişatında məlum oldu.
Ant. Qromıko təsdiqləyir ki: «Qorbaçovun hakimiyətə doğru irəliləməsində daha subyektiv anlar olmuşdur. Mixail Suslov 1972 ildə Brejnevdən sonra hakimiyətdə ikinci şəxs idi. Onun tərki- dünyalığı, demək olar «yezuit xarici görünüşü» insanlarda çəkinmə və, hətta qorxu hissləri aşılayırdı. Onun Xruşşovla rəftarı, «bizim Nikita Sergeyeviçin» siyasi tabutunun qapağına birinci mıxı vurması hamının yadındadır. Qədir bilən Brejnev Suslova, onunla yaxınlığı olmasa da, mərhəmət etdi.
Suslov qabaqlar, 1939-dan 1944 ilə qədər Stavropol vilayət partiya komitəsinin birinci katibi – bəli, bəli, işləmişdir. Bunu, hamı yaddan çıxarmışdı, lakin, Qorbaçovun yadında idi. Suslov istirahətə gedəndə, hərdən Stavropola baş çəkərdi. Yerli partiya rəhbərliyi, o cümlədən Qorbaçovun özü də danışırlar ki, bir dəfə, növbəti başçəkmədə onu dəvət edib, ona…Mixail Andreyeviç Suslovun həyat və fəaliyəti muzeyini göstəriblər. Qoca zəiflik göstərərək, kövrəlib və əvəzində Qorbaçova yaxşılıq edib.
Əgər daha bir güclü dəstək olmasaydı, bəlkə də bu epizod Mixail Sergeyeviçin həyatında belə əhəmiyətli rol oynamazdı. İkinci dəstəyi, digər siyasi xadim, keçmişdə o da Stavropol vilayət partiya komitəsinin katibi olmuş Fyodor Kulakov vermişdi».
Qorbaçovun bütün siyasi karyerası qəddarlıq, xainlik, alcaqlıqdan və, karyera üçün lazım olduqda, yaltaqlıqdan ibarətdir.
Onun MK-nin kənd təsərüfatı üzrə katiblikdən tutmuş SovİKP MK-nin Baş katibinə qədər yolu Qorbaçov üçün xarakterikdir. Onun memuarlarından o dövrə aid ayrı-ayrı fraqmentlərə baxaq:
«…Yadımdadır, Siyasi Büronun iclaslarının birində sədrlik edən necə «özünə getdi», müzakirənin fikir xəttini itirdi. Hamı elə görkəm aldı ki, guya heç bir şey olmayıb. Halbuki, bütün bunlar ağır təsir bağışlayırdı. İclasdan sonra mən öz təəsüratımı Andropovla bölüşdüm:
- Bilirsən, Mixail – mənə qabaqlarda da dediklərini sözbəsöz təkrar etdi – Leonid İliçi bu vəziyyətdə də dəstəkləmək üçün gərək hər hey edəsən. Bu, partiyada, dövlətdə sabitlik məsələsidir, həm də beynəlxalq sabitlik məsələsidir».
«...Zənn edirsən ki, həmkarlar, silahdaşlar yığılır. Əzilib-büzülməyin nə yeri var? Amma yox, hər kəs masanın arxasında mütləq müəyyən yerdə oturmalıdır…
Konstantin Ustinoviçlə qonşuluq da müəyyən narahatlıq yaradırdı. O daima yerindən sıçrayıb Leonid İliçin yanına qaçır və kağızların yerini cəld dəyişdirməyə başlayırdı:
- Biz artıq bunu həll elədik… Biz indi bunu oxumalıyıq… bunu isə biz müzakirədən çıxarmışıq…
Bir sözlə, mənzərə cansıxıcıdır. Bunların hamısı açıqca edilirdi, heç də utanmadan. Belə dəqiqələrdə mən utanırdım və mən bəzən fikirləşirdimki, başqaları da eyni hissləri yaşayır. Belədir ya yox, amma hamı oturub, necə deyərlər, heç gözünü də qırpmırdı».
Qorbaçovun xatirələrindən daha bir epizod:
«…Aleksey Nikolayeviç Kosıgin danışığa qatılaraq, kifayət sərtliklə mənə dedi: bəsdir diləndiniz, öz qüvvənizlə dolanmaq lazımdır.
- Qulaq as, - deyə Brejnev sakitcə onun sözünü kəsdi – axı sən yığımın nə olduğunu özün üçün təsəvvür edə bilmirsən. Bu məsələni həll etmək lazımdır.
Lakin Aleksey Nikolayeviç susmadı, daha da əsəbiliklə davam etdi:
- Bax burada bizə, Siyasi Büro üzvlərinə kənd təsərüfat şöbəsinin yazısını paylayıblar. Qorbaçov imzalayıb. O və onun şöbəsi yerliçilik əhval-ruhiyəsinə qapılıblar, bizim isə daha taxıl almağa valyutamız yoxdur. liberallıq etmək lazım deyil, ciddi tələblər qoyub tədarük planını yerinə yetirmək lazımdır»
Və ya: «…Belə qorunan sahə, hamıdan qabaq, müdafiə kompleksi idi. bax əslində haradan sıxmaq, kəsmək və kürəmək olar, çünki hərbi xərclərin artım sürəti milli gəlirin ümumi artımını xeyli qabaqlayırdı. Lakin, heç kim və heç vaxt vəsait və resursların optimal paylanması məqsədilə, büdcəni ağıllı-başlı araşdırmaq üçün cəhd də etməmişdi.
- Sən bu məsələni qoya bilərsənmi? – deyə, iclasların birindən sonra ikilikdə qaldıqda, Baybakov məndən birbaşa soruşdu. Onun, öz gizli saxladığı arzuları haqqında nə dediklərini tapmaq çətin deyil.
- Xeyir, qoya bilmərəm – dedim.
- Bax, görürsən, mən də qoymaram – deyə Nikolay Konstantinoviç təəsüflə qeyd etdi. Biz ikimiz də gözəl bilirdik ki, hər kim buna oxşar bir nəyinsə haqqında kəkələsə, ertəsi gün o öz yerində olmayacaqdır. Bu «baş katibin bağlı sahəsi» idi.
«…Mən öz fikirlərimi, məsələn, belə demək olarsa, ümummilli Ərzaq məramnaməsinin işlənməsi haqqında məruzəmdə həyata keçirtdim. Bu, məndə bir neçə səhifədə alındı, Arbatov onlardan bir səhifə düzəltdi, və bu şəkildə o, ilk məzmuna daxil oldu».
«…onun təsiri səbəbini, uzun illər Leonid İliçlə birgə işləməsindən başqa, mən onda görürəmki, məhz Çernenko Brejnev imicinin, onun görkəmli əvəzedilməz siyasi xadim obrazının yaranması üçün hamıdan çox çalışmışdı. Konstantin Ustinovun ətrafında kütləvi informasiya vasitələrini, partiyanın ideoloji strukturlarını, partiya komitələrini, uyğun səmtə yönəldən insanlar qrupu yığılmış, və «hamı tərəfindən tanınmış lider», «böyük nəzəriyəçi», «qüsursuz avtoritet», «sülh və proqres uğrunda görkəmli mübariz» ifadələri səslənməyə başlamışdı. Leonid İliçin axır zamanlar gündə cəmi bir neçə saat işləyə bilməsini, daha doğrusu – yerində olmasını nəzərə alsaq, onun əmək fəallığı görüntüsünü yaratmaq heç də asan deyildi. Baş Katibin camaat arsına çıxması əsaslı surətdə ölçülüb-biçilirdi, onun adından məqalələr, memuarlar yazılır, əsər tomları buraxılırdı. Bunlar da, Brejnevin xoşuna gəlirdi.
Baş Katibin inanılmış şəxsi, az qala onun qəyyumuna çevrilmiş Çernenko, açıq-açığına «ikinci şəxs» postuna hesab aparırdı.
Qorbaçovun katiblikdən başlayıb SovİKP-nin Baş Katibinə qədər fəaliyətini təsvir edən memuarları bax, belə kremldaxili fitnə-fəsadlar və müxtəlif dedi qodular haqqında hekayələrlə doludur. Oxucu burada onun siyasi və iqtisadi konsepsiyaları, ölkənin gələcəyinə baxışları, və s. haqqında dəqiq və aydın məlumat tapa bilməyəcəkdir. Onun şeytan xislətli gücü, onunla hər hansı bir təmasda olanları, həm dostlarını, həm düşmənlərini, həm neytrallarını, həm silahdaşlarını məharətlə aldadaraq, xəyanət edərək, təhlükə altına qoyaraq sıradan çıxara bilməsindədir. Halbuki, Rusiyanın və SSRİ-nin bütün başçılarının, hətta İvan Qroznı, İ Pyotr və ya Stalin kimi qəddarların, həyatlarının axırına qədər silahdaşları və eynifikrliləri olmuş, onlarla birlikdə haqq və ya qeyri haqq (bu barədə tarixçilər mühakimə yürüdə bilər) yolunu keçmişlər.
Qobaçov tək-tənha qaldı.
Dostları «təslim etmək» mexanizmi kifayət qədər sadə idi. V. Boldin xatırlayır: «Mən, Y.K.Liqaçovla M.S.Qorbaçovun qarşılıqlı münasibətlərinə son qoyan axırıncı səhnənin qeyri-ixtiyarı şahidi olmuşam. Baş katib öz «müavini»nə səsvermədən qayıdırdı və gözlənilmədən Kremlin Georgi zalından qurultaylar Sarayına dar keçiddə Y.K.Liqaçovla toqquşdu. O, yalnız bir anlığa özünü itirdi, lakin gözlənilmədən dedi:
-Yeqor, mən sənin əleyhinə səs verdim.
- Mən isə, Mixail Sergeyeviç, sizin Baş katib seçilmənizə səs verdim…-deyə Y.K.Liqaçov cavab verdi.Və onlar qarşılıqlı əks tərəflərə ayrıldılar. Həmişəlik ayrıldılar. Mən 1985 ilin yaz günlərində M.S.Qorbaçovun Baş katib seçilməsi üçün Y.K.Liqaçovun nələr etdiyini yadıma saldım. O zamanlar «partiya kadrları» onun əlində idi və o, onlarla MK üzvləri, vilayət və ölkə komitələrinin katibləri ilə söhbət edərək, 1985 ildə keçiriləcək növbədənkənar plenumda Qorbaçovun Baş katib seçilməsinə dəstək vermələrini xahiş etmişdi. Beş il keçdi və dünyagörüşləri, xasiüətləri,prinsipləri bu adamları ayırdı. M.S,Qorbaçov keçmiş əlaqələrin, iş yoldaşlarının üstündən yüngülcə keçib gedirdi. Dostları isə, mən biləni, heç vaxt olmamışdır. Hər halda Moskvada. Elə o da böyük sual altındadırki: ümumiyətlə onun yoldaşları olmuşdurmu? Belə baxanda məndən soruşmalı olmadıqları halda Siyasi Büro üzvlərindən, MK katiblərindən eşitməli olurdum ki: niyə M.S.Qorbaçov insanlarla ünsiyətdən kənarlaşır? Onun yaxın yoldaşları varmı, yoxsa o britaniya siyasətçilərinin fəlsəfəsinə etiqad edir – İngiltərənin nə dostları var və nə də düşmənləri, onun maraqları var?».
SSRİ-nin dağılmasından bir neçə il sonra, bir sıra sənədlərdən məxfilik qrifi göürüldükdən sonra (bəlkə də bu, mütəşəkkil informasiya sızması idi), məlum oldu ki, Qorbaçov Andropovla birlikdə Brejnevin əleyhinə qəsd hazırlamışlar. İ.Buniç yazır ki: «Andropov və Qorbaçov Siyasi Büronun təcili iclasını çağırmağa və gündəliyə « Brejnevin şəxsiyətinə pərəstişkarlığın ölkə üçün neqativ nəticələri» məsələsini salmağa hazırlaşırmışlar. Məruzə ilə Andropovun özü cıxış etməli idi, Qorbaçov isə – müzakirələrdə onu dəstəkləməli idi. Qərara gəlmişdilər ki, həm Əfqanıstanı, həm polşa «Solidarnost»unu, həm Yaxın Şərqdə SSRİ-nin mövqelərinin zəifləməsini, həm dünyada komunist hərəkatının dağılmasını, həm «İttifaq respublikalarında millətcilik əhval ruhiyəsinə və SSRİ-dən çıxma təmayülünə gətirən, yəhudi, erməni, alman emiqrasiyasına icazə ilə ifadə olunan» daxili siyasətdəki liberalizmi, həm rüşvətxorluğu, eləcə də, «zəhmətkeşlərin ideoloji tərbiyələnməsinin zəifləməsini, onların komunizm ideyasına inamının demək olar ki, məhv olmasını və mövcud quruluşa hamılıqla tənqidi yanaşmanı» qoca, xəstə Baş katibin ayağına yazsınlar. Bu da, Qorbaçovu Kremlə gətirən və Qorbaçovun öz memuarlarına inansaq, ona səmimi münasibət bəsləyən Brejnevin hərəkətlərinə cavab.
Görünür, Andropov da həyatının sonunda Qorbaçovda nə isə bir xoşagetməzlik hiss etmişdi. Andropovu uzun müddət tanıyanY.Kalginin şahidliyinə görə «vəfatına az qalmış Andropovun xəstəxanada Siyasi Büro üzvləri ilə axırıncı görüşündə Qorbaçov yox idi». İnsanları və taleləri ayaqlayıb keçmək,bu gün lazım olmayacaq hər şeyi «yaddan çıxarmaq» kimi, profesional aparat işçisinə xas olan, daha bir ştrix. Siyasi Büro üzvlərinə «Y.Andropov» sənədli filmini göstərəndə, filmin rejisoru O.Uralovun şəhadətinə görə, H.Əliyev, V.Çebrikov, və V.Vorotnikov ona müsbət rəy vermişdilər, amma Qorbaçov susmuşdu. O, Y.Andropovun ona etdiyi yaxşılıqlara görə təşəkkürünü belə ifadə etmişdir.
Aydın məsələdir ki, sovet qoşunlarının Şərqi Avropadan çıxarılma rposesinə və orada qoyulub qalan variyət və daşınmaz əmlaka görə, əgər bu proses qəbul edilmiş hüquq normalarına uyğun aparılmışsa, on milyardlarla dollar ödənməlidir. SMQ Almaniyada tam və ya bir hissə 777 hərbi şəhər, 5269 ambar və baza, 3422 tədris mərkəzi və poliqon, 47 təyarə meydanı, 20 min mənzil tikmişdi. Qorbaçov SMQ mülkiyətinin 30 milyard marka dəyərlənməsi ilə razılaşmışdı; 1992 ildə Rusiya hökuməti bu məbləği 10 milyard markaya qədər endirdi. 16 dekabr 1992 ildə isə B.Yelsinlə G.Kolun birgə bəyanatında deyilirdi: « Keçmiş SSRİ-nin vəsaiti hesabına almaniyaya məxsus torpaq sahələrində tikilmiş daşınmaz əmlak, alman hökumətinə verilir…Tərəflər, qarşılıqlı iddialardan imtina edirlər…»
Qorbaçov tələsirdi. Dünyanı bir şeylə təəccübləndirməyə və nəyin bahasına olur, olsun, adi şəxsiyət çərçivəsindən kənara çıxmağa tələsirdi. Nobel mükafatı almağa tələsirdi, tələsirdi ki, qərb sakininin nəzər-nöqtəsincə, cəlbedici şəxs olsun. Sonralar «Bez qalstuka» televerilişində o deyəcəkdi: «…Tale, özümü göstərməyə imkan yaratdı». (özümü! – müəllif)
Daha kiçik hərbiçilər də, bu hərc- mərclikdə tələsirlilər. 1990 ilin noyabrında SMQ alay komandiri Kolesnikov qaçdı və ən yeni tank üçün üç mərmini, PTUR «Kobra» və zenit raketi «Tunquska»nı özü ilə apardı. «Kobra» da, «Tunquska» da ən məxfi idilər və dövlət sirrini təşkil edirdilər. Sonralar «Vaşinqton tayms»ın yazdığı kimi, ABŞ qaçqına siyasi sıınacaq verdi.
Almaniyanın birləşmə prosesi elə cinayətkaranə sürətlə getdi ki, ADR-də «Ştazi» arxivlərini – dünyanın ən güclü xüsusi xidmətlərindən birinin – məhv edə bilmədilər. Arxivlərin həcmi belə idi ki, əgər məxfi sənədlər adi templə öyrənilsəydi (bu məqsədlə böyük bir aparat hərəkətə gətirilmişdir) buna 400 il lazım gələrdi.
Qorbaçov qərbyönümlü imic və Nobel mükafatı əvəzinə, bir saatın içində ATƏT-i Rusiyanın yüzlərlə kilometr perimetrli sərhədlərinə yaxınlaşdırdı. Amma qonorar da uyğun idi: Rusiyadan ən məşhur alimin, yazıçının və ya siyasətçinin mühazirələrinin dəyəri 1000 dollardan artıq deyil, Qorbaçovun mühazirələri isə – 10000 dollardır. Necə deyərlər, qərbyönümlü imic işindədir.
Qorbaçov Şenefeld təyarə meydanında Xonnekeri marçılamaqla, bütün Almaniyanın gözü qarşısında İuda öpüşünün klassik ifasını nümayiş etdirdi. Sonralar da Qorbaçovun qucaqlayıb öpdüyü adamlardan bəziləri öldürülürdü (Çauşesku), digərləri mühakimə edilirdi (Jivkov, Xonekker). Qanlı rumın hadisələrində Qorbaçovun öz payının olması na danılmaz sübutlar vardır. N.Zenkoviç öz kitabında aşağıdakı materialı verir:
«Fövqəladə hərbi tribunalın protokolundan:
Müttəhim: Müqəssir Nikolaye Çauşesku…
N.Çauşesku: Mən müqəssir deyiləm, mən Rumıniyanın prezidenti və silahlı qüvvələrin Ali baş komandanıyam. Mən Böyük milli məclisin qarşısında cavab vermək istəyirəm. (Arvadına tərəf dönür). Sən nə dedin? (Müttəhimə müraciət edərək). Sən xalqa xəyanət edirsən, sən Rumıniyanın müstəqilliyini dağıdırsan.
Müttəhim: Biz səninlə mübahisə aparmayacağıq (tribunalın üzvləri öz yerlərindən qalxırlar).
Y.Çauşesku: Yox, əzizim, biz qalxmayacayıq…
Müttəhim: Fövqəladə hərbi tribunal bir səslə müqəssirləri, əmlakı müsadirə edilməklə ölüm cəzasına məhkum edir…
N.Çauşesku: Mən qəbul etmirəm…
Müttəhim: Qərardan şikayət etmək olmaz.
1994 ilin əvvəlində dustaqlıqda olan Rumıniyanın baş nazirinin keçmiş müavini İ.Dinke «dekabr inqilabının» tapmacalarını araşdıran xüsusi parlament komisiyasına müraciət edərək demişdi:
- Mixail Qorbaçovla Moskvada olan Nikolaye Çauşesku arasında, 6 dekabr 1989 ildə tək-bə-tək söhbətin qeyri rəsmi stenoqramı mövcuddur…
Onun sözlərinə görə, bu danışıq «xüsusilə kəsgin» olmuşdu, «burada, yalnız söyüş çatmırdı». Çauşesku Buxarestə qayıdaraq Siyasi icra komitəsinin üzvlərini «kosmetikaya uğradılmış» variantı ilə tanış edir, əslini isə ualnız Dinkeyə göstərir.
- Əgər siz 1989 ilin dekabr hadisələri barədə həqiqəti bilmək istəyirsinizsə, – deyə keçmiş vitse-premyer əlavə etdi, – gərək mütləq tam stenoqramı tapasınız.
Deyilənə görə, Qorbaçov cəhd edirmiş ki, Çauşeskunu siyasi yenidənqurmaya təhrik etsin, buxarest lideri bundan qətiyətlə imtina etmişdi. Onda, Kremlin hirslənmiş sahibi Çauşeskuya xəbərdarlıq edir ki, onun etirazının nəticələri fövqəladə ciddi olacaqdır.
Həmən 1994 ildə Celu Voykan-Voskulesku uzun sürən sükutunu pozaraq demişdi: «Çauşesku cütlüyünün güllələnməsi – bu cinayət, mənim ağır günahımdır».
1989 il rumın inqilabı hadisələrində SSRİ DTK-nin, çoxsaylı rumın nəşrlərının israr etdiyi kimi, əli vardımı? Rumın təhlükəsizlik xidmətinin direktoru Vircil Mequryanu jurnalistin bu sualına qısa və quru cavab vermişdi:
- Cəlbetmə var idi, lakin o təsdiq edilməmişdi».
Deməyinən, Qorbaçov özünün qərbyönümlü siyasətçi imicini yaratmaqla Y.Andropovun tapşırığını yerinə yetirirmiş. Yalnız sonralar, Y.Andropovun vəfatından sonra bu, onun müstəqil xətti oldu. Başqa sözlə o, DTK-nin iri miqyaslı agenti imiş. A. Zinovyev bu barədə belə yazır: «M.S.Qorbaçov Baş katib seçilən zaman, qərb kütləvi informasiya vasitələrində ona avans kimi, görkəmli siyasi xadim şöhrəti yaratmağa başladılar.
Deməliyik ki, Qərbdə Qorbaçova göstərilən belə münasibət təsadüfi deyildi. Qərb, buna hazırlanmışdı, və Andropov, özünün güclü agenturası vasitəsilə bunu bilirdi. Qorbaçov bilərəkdən Qərbin rəğbətini qazanmağa can atırdı. Bunun üçün ona nəinki icazə verilmişdi, hətta sovet sisteminin hakim zirvəsindən ona tapşırıq verilmişdi.
DTK Qorbaçova çox böyük dəstək göstərirdi. Bu barədə DTK-nin Qərbə qacmış yüksək vəzifəli əməkdaşı Oleq Qordiyevski və Kristofer Endryu öz kitablarında görün nə yazırlar. «1984 ilin son aylarında DTK-nın Çernenkoya vərəsə kimi Qorbaçovu dəstəkləməsi Qordiyevskiyə və Londondakı iqamətgaha məlum idi. Sovet parlament nümayəndələrinin başda Qorbaçov olmaqla 1984 ilin dekabrında Böyük Britaniyaya səfəri qarşısında Mərkəz, Qorbaçov üçün informasiya materialları tələbləri ilə London iqamətgahını bombalayırdı. Bu səfərdə Qorbaçov ilk dəfə Marqaret Tetçerlə söhbət etmişdi. Qeyri adilik onda ki, materialları göndərdikdən sonra da əlavə tələblər gəlməkdə davam edirdi. Aydın görünürdü ki, bəzi məsələlər şəxsən Qorbaçov tərəfindən qoyulmuşdu. Şaxtaçıların artıq səkkiz ay davam edən tətillərinin ehtimal olunan sonluğu necə olacaqdır? Onlar hansı vəsaitlə yaşayırlar? Tətili kim maliyələşdirir? Onlar həftədə nə qədər alırlar? Bu həyatları üçün kifayət edirmi? Mərkəz, bütün səfər müddətində, daima gərginlik içində Qordiyevskini məcbur edirdi ki, hər gün Qorbaçova informasiya versin. Səfər tam müvəfəqyətlə keçdi. Madam missis Tetçer qərara gəldi ki, Qorbaçovla «iş görə bilər», onda o da şübhəsiz, belə nəticəyə gələcəkdir. «RYN» əməliyatı keçmişdə qaldı».
Qladilinin fikrincə, yenidənqurma faktiki olaraq Qorbaçovun başçılıq etdiyi inqilab idi, o yazır: «Lakin ona qədər DTK, ideoloji şöbələr düşünən insanların kökünü kəsməkdə yaxşı işləmişdilər. Təkcə «çeqo izvolite»lər qalmışdı. ( Mən yalnız Andrey Dmitriyeviç Saxarovu əsil demokrat sayıram). Цstəlik komsomol, partiya, və DTK demokratlığa cumurdular, çünki onlar tez başa düşmüşdülər: keçmişdə oğurluğa görə cəzalandırırdılar, indi isə oğurlamaq olar və heç nə etməzlər».
Söz yox ki, ozamankı siyasi elitanın gerontoloji taqətsizliyi də Qorbaçovun hakimiyətə gəlməsinə imkan yaratmışdı. Telegörünüşdə tez-tez «İttifaqlar Sarayının sütunlu zalı – Kreml divarları» marşrutunun qət edilməsi translyasiya edilir, necə deyirlər,«çlenovoz»ları top lafetləri ilə əvəz etməli olan Baş katiblərin sayı artır. O zamanların səciyəvi məzhəkəsi: «Niyə Siyasi Büronun içlaslarında Andropov, sonra isə Çernenko yekdilliklə seçildilər? Ona görə ki, Andropovun böyrəklərinin analizi dəhşətli idi, Çernenkonun isə – kardioqramı çox pis idi».
SSRİ, özünün yarandığı ilk gündən Qərb ölkələrində əhval-ruhiyəyə təsir etmiş və orada öz maraqlarına uyğun təbliğat aparmışdır. Əlbəttə ki, bunun üçün hər vasitədən istifadə edilmişdir. Amma, yalnız son (80-cı) illərdə Sovet İttifaqının Qərb ölkələrinə təsirinin yeni dövründən danışmağa imkan verən dönüş yarandı».
Qorbaçov, SSRİ-də baş verənlərin hamısından gözəl xəbərdar idi. O, avqust «qiyamı» barədə də bilirdi. B.Plyatskin, .Çarodeyev («İzvestiya») yazırlar: «Bu kitabı müəllif – Pit Erli keçmişdə DTK-nin Vaşinqtondakı rezidenti, sovet kəşfiyatının kadr işçisi, istefada olan general-mayor Boris Aleksandroviç Solomatinə hədiyə etmişdi. ABŞ-da dərhal besselerə çevrilmiş kitab «Casusun etirafı» adlanır. Kitab, Moskvanın xeyrinə casusluğa görə ömürlük həbsi amerikanın ciddi rejimli həbsxanasında keçirən Oldriç Xeyzen Eymsin dramatik talei haqqındadır.
Bu kitabdan bir fraqmentə baxaq: «16 yanvar 1991 ildə prezident Buş Bağdada hava hücumu etdi. İran körfəzində müharibə alovlandı. Lakin ABŞ idarəçilərinin hamısı İraqla aludə olmamışdı. MKİ-də Sovet İttifaqı ilə məşğul olan insanlara Qorbaçovun siyasi böhran yaşaması barədə məlumat çatmışdı. 1991 il aprelin sonunda MKİ-nin Sovet İttifaqındakı vəziyyəti təhlil edən bölməsi prezident Buşa, indiyədək məxfi qalmış məruzə göndərmişdi. O, «Sovet qazanı» adlanırdı. Orada, dövlət çevrilişinin yetişdiyi və qəsdçilərdən birinin – Kryuçkov olması barədə xəbərdarlıq yer almışdı».
A.N.Yakovlev şəhr edir: «O ki, qaldı SSRİ-nin birinci prezidentinə, bilirəm ki, Mixail Sergeyeviç, qəsd baş verəcəyi barədə bir neçə dəfə xəbərdar edilmişdi. Mən özüm ona məktub yazıb, onu rəhbərlikdən kənarlaşdırmaq istədiklərini xəbər vermişdim. O, yarızarafatla cavab vermişdi: «Sən nə danışırsan!...Bunun üçün ağıldan başqa qoçaqlıq da lazımdır. Onlarda isə…». Həmən ilin yazında Genştabın mənə tanış olan generallarından biri dedi: «Aleksandr Nikolayeviç, ehtiyatlı olun, özünüzünküləri xəbərdar edin – ölkədə qəsd hazırlanır».
Qorbaçovla iyulda baş vermiş uzun bir söhbətimizi yada salıram. İntuisiya ilə hiss etmişdim ki, buludlar sıxlaşır və bunu Qorbaçova dedim: «Ətrafda nə isə bir narahatçılıq duyulur, istefaya çıxıram».
«Antiqiyam» qəhrəmanlarından biri, sonralar məlum olduğu kimi – korrupsioner, general K.Kobes «Moskovski komsomolets» qəzetinin səhifələrində məlumat vermişdi: «Artıq ayın 19-u səhər, qiyamçıların əleyhinə işlənmiş plan mənim seyfimdə idi. O, «İks» planı adlanırdı. Biz, hansı myəssisənin bizə nə ayıracağını qabaqcadan (müəllif vurğulayır) təyin etmişdik: dəmir-beton lövhələri haradan götürmək, haradan metal və s». Madam ki, bunu ştab generalı bilir, deməli bu, Polişinelin sirridir və Forosda Varennikovun dik sualına, əlbəttə ki, Qorbaçov ona müxtəlif vaxtlarda verilən çoxlu suallar kimi buna da, birbaşa cavab vermədi. O, yenidən bir neçə dəfə onun xilasına xidmət edən xilasedici «sonra»ya hesablanmış arxayınçılıqla gözləyirdi. Amma bu dəfə, nə isə alınmadı. Məlumdur ki, Qorbaçov Forosdan sonra, Foros haqqında tam həqiqəti heç kim və heç vaxt bilməyəcəkdir və bunu yalnız o bilir demişdi. Zaman göstərəcəkdir. Qorbaçov Forosda təcrid olunmamışdı. Prezident rabitəsi aparatlarını hazırlayan «Siqnal» birliyinin müdiri sonralar demişdi ki, «prezidenti rabitədən təcrid etmək mümkün deyildir».
Hətta avqust qiyamını ifşa edənlərdən biri – A.Yakovlev, sonralar demişdi: «Hamınız nə deyib tutmusunuz avqust qiyamı, avqust qiyamı…Əslində heç bir şey olmamışdı! Bu elə komandalardan birinin maçta gəlməməsi, gələnə isə iki qalibiyət xalı yazılması kimi bir şeydir».
Qiyamın fərasətsiz təşkilatçıları və onlara bənzər qalibləri. A.Sobçağın yazdığı kimi, «sonra baş verənlərin hamısı tam improvizasiya idi, ən mühüm qərarlar ayaqüstü, isti-isti qəbul edilirdi. 19 avqustda səhər, B.Yelsinin Arxangelskdəki malikanəsində, praktiki olaraq bütün Rusiya rəhbərlərinin iclası nələrə dəyməzdi. Sovet İttifaqı xalqlarına müraciət məhz burada yazılmışdı, müqavimət strategiyasının cızma-qarası məhz burada müəyyənləşdirilmişdi, amma məhz burada bizi həbs edə və kənarlaşdıra bilərdilər – bundan sonra isə heç bir müqavimət ümumiyətlə ola bilməzdi».
Oleq Popsov xatırlayır ki, Avqust hadisələrində Yelsin tankın üstündə çıxış edərkən kütlədən bir nəfər kinli zarafatla: «Artıq biri zirehli maşının üstündən çıxış etmişdi. 80 il həll edə bilmədik... – Susdu və təəssüflə əlavə etdi:– Pis əlamətdir». Bu əlamət tamamilə baş tutdu. İnqilabçılıq və dağıdıcılıq dərəcəsinə görə Yelsini, çəkinmədən Leninlə müqayisə etmək olar. 1993 ildə Ağ evə hücum, 1917 ildə Qış sarayına hücumdan nə ilə fərqlənir? Yalnız onunlamı ki, 1993 ildə 1917 ildəkindən çox insan həlak olmuşdu. Bir sıra müəllif yazır ki, «Oktyabr inqilabı»
zamanı bir neçə insan həlak olmuş və qadın batalyonunundan bir neçə qız zorlanmışdı. Elə «Avrora»dan da həqiqi mərmi ilə yox, boş mərmi ilə atəş acılmışdı.
ABŞ-nın Rusiyadakı keçmiş səfiri Cek Metlok, özünün maraq oyadan adda – «Ölmüş imperiyanın yarılması» – kitabını çap etdirmişdir. O, burada yazır ki, qiyam ərəfəsində, o zaman Moskvanın meri olmuş Q.Popovdan qiyam və qiyamçılar haqqında tam məlumat almışdı. Sonralar Q.Popovun verdiyi bütün göstəriçilər təsdiqini tapdı. Aydındır ki, əgər Q.Popov bunu bilirdisə, deməli hamı bilirdi.
Bununla kifayətlənməyərək, Metlok bunların hamısını Buşa xəbər verir, o isə «qaynar xət»lə qiyam haqqında Qorbaçova xəbər verir və hətta bunu Metloka deyənin adını da çəkir, yəni kitabdan belə başa düşmək olar ki, cənuba gedərkən, Qorbaçov qiyam haqqında hər şeyi bilirmiş.
V.Medvedev hadisələri belə şərh edir: «Forosda hər iki rəisim – Plexanov və Generalov mənim otağıma girdilər. Axırıncı elə bu yaxınlarda Moskvadan mənimlə danışmışdı. «Hər şey qaydasındadır – deyə Plexanov gülümsədi – Mixail Sergeyeviçin yanına bir qrup gəlib, get məruzə et». O, gələnlərin adını çəkdi – ən yaxın adamlar idi.
Qorbaçov isti xalatda oturub, qəzet oxuyurdu. O təəccübləndi: «Onlar niyə gəlmişlər?» və susdu. Qarşısında mən durmuşdum, onun şəxsi mühafizəsinin rəisi, onun bir sözü bəs idi ki, «qonaqlar»ın əlləri həlqədə olsun, mənim ixtiyarımda həm təyyarə, həm də vertolyot var idi. Lakin, görünür Qorbaçov onların niyə gəldiklərini bilirdi, vidalaşanda onların əlini elə-belə sıxmamışdı. Ona görə də o mənə heç bir söz demədi və həmişəki kimi, arvadı ilə məsləhətləşmək üçün yataq otağına getdi. O, hələ uzun müddət «qonaqlar»ın yanına gəlmədi, və onlar özbaşına gəzişir – boş binada onu axtarırdılar. Baş katiblə danışıqdan sonra Boldin sakitcə dedi: «Xeyr, qol çəkmədi».
A.Karaulov özünün «Tapşırılmış mövzuya fantaziya» kitabında yazır:
«… 91-in noyabrında qiyamdan sonra Qorbaçov birdən, Şapoşnikovu öz yanına çağırdı.
– Hər şey küt gedir… hər şey! Bax, Yevgeni İvanoviç, özün görürsən: İttifaq dağılır. Bəlkə, fikirləşirəm, hərbiçilər, belə də, bir təhər…yavaş-yavaş hər şeyi…öz əllərinə alsınlar, hə? Sonra isə…
– …birdən-birə Lefortovoya – deyə Şapoşnikov onu tamamladı.
– Eh, niyə belə… kənara çəkilərdik…»
Başqa bir oxşar hal və yenə də hərbiçilərlə. V.Baranes yazır: «Qorbaçov bir dəfə Şapoşnikova zəng edib xəbər verir ki, strateji təyinatlı Raket qoşunlarının üç polkovnikindən qorxulu xəbərdarlıq teleqramı almışdır: əgər Qorbaçov SSRİ-ni saxlamasa, onda strateji raketlər ittifaq respublikalarının paytaxtlarına tuşlanacaq və yerin quru hissəsinin altıda birini ölü səhraya çevirəcəklər. Marşal, Qorbaçovu sakitləşdirmək üçün uzun-uzadı ona izah etməli oldu ki, ölkədə prezidentin, müdafiə nazirinin və Baş qərargah rəisinin iştirakı olmadan heç kəsin raketləri buraxmaq imkanı yoxdur– strateji nüvə silahlarının idarə sistemi belə qurulmuşdur. Ona görə də teleqramı ya sayıqlama, ya da sadəlövh hədə-qorxu saymaq olar. Buna baxmayaraq marşal prezidentə dedi ki, şəxsən araşdırma aparmağa hazırdır. O, Qorbaçovdan xahiş etdi ki, teleqramı və ya polkovniklərin soyadını və onların xidmət etdikləri hissənin sıra sayını göstərsin. Lakin Qorbaçov bundan imtina etdi və bu da, marşalda başa düşülən şübhə oyatdı. Şapoşnikov sonralar etiraf edirdi ki: «Belə fikirləşirəm ki, bu cür teleqram ümumiyətlə həyatda olmamışdı, təşəbbüs isə, hər şeydən bilinirdi ki, Qorbaçovun ətrafındakılardan gəlir. Görünür onlar, İttifaqı saxlamaq üçün prezidentə hər hansı bir ağıllı məsləhət verə bilməmişdilər». Bizim fikrimizcə bu, Qorbaçovun ətrafının deyil, onun öz təşəbbüsü idi. O, hamıya və hər işdə hədə-qorxu gələrək, onları gərgin vəziyətə salırdı, çünki, belə şəraitdə o, özünü suda balıq kimi hiss edirdi.
Qorbaçov öz mülahizələrini əlcək kimi dəyişirdi. Tanınmış neftçi Fərman Salmanov xatırlayır ki, Qorbaçov Sibirə səfəri gedişatında Nijnevartovskidə çıxış etmiş və neftçiləri tərifləmişdi, iki gündən sonra isə Tümendə çıxış edərək, Nijnevartovskidə dedikləriylə tam ziddiyət təşkil edən əks sözlər demişdi. İclasın iştirakçıları Dolgix, Baybakov, Kozlovski və başqaları, eşitdiklərindən heyrətlənmiş halda dağıışdılar. Dövlət başçısının belə ziddiyətli mülahizələri qarmaqarışıqlığa və anlaşılmazlığa gətirib çıxarırdı.
O, həmən hərəkətləri beynəlxalq aləmdə də nümayiş etdirirdi. «Ən yüksək səviyyədə» kitabının müəlliflərinin yazdığı kimi, Qorbaçov heç də ona görə vəcdə gəlmirdi ki,«divarın açılması, imkan yaradacaqdır ki, Almaniya tezliklə birləşsin. 1988 ilin dekabrında BMT-dakı nitqində sovet lideri məlumat verdi ki, özünütəyin almanlara da aid edilməlidir. Lakin, sonrakı ilin sentyabrında Moskvada Marqaret Tetçerlə görüş zamanı o etiraf etdi ki, Avropanın ürəyində böyük, birləşmiş Almaniyanın peyda olması «heç bir ağıllı adamı» narahat etməyə bilməz. Britaniyanın baş naziri onunla razılaşdı ki, Almaniyada dəyişikliklər doğrudan da, olduqca sürətlə gedir – yaxşı olardı ki, proses bütünlüklə bir qədər ləngisin ki, «biz hamımız hadisələrin əhəmiyətini ciddi qiymətləndirə bilək». Oktyabrda Moskvaya səfəri zamanı Eqon Krens Almaniyanın birləşməsini «xülya» adlandırdı və onun yaddan çıxarılmasını, bununla da «Avropanın inteqrallığının və sabitliyinin»təmin edilməsini tövsiyə etdi. Bunu nə ilə bitdiyi yaxşı məlumdur.
Rusiya psixoloqu R.Hərifüllin – «Uydurma ensiklopediyası»nın müəllifi – hər hansı bir uydurma əmsalı təklif etmişdir. O, aşağıdakı tərkib hissələrini özündə cəmləyir: saxtakarlıq, təhrif, azdırma, boşboğazlıq, müdafiə və s. R.Hərifulinin verilənlərinə görə azdırma və boşboğazlıq üzrə ən böyük əmsal Qorbaçovdadır.
Vladimir Medvedev olduqca əyani surətdə, müxtəlif illərdəki mülahizələrindən sitat gətirməklə Qorbaçovun boşboğazlığını təsvir etmişdir:
«Daha fəal hərəkətlərin vaxtıdır və bu, bugün başlıcadır» (15 oktyabr 1985 il ).
«Hər şey bizdən asılıdır, yoldaşlar. Qızğın və sıx hərəkət vaxtıdır». (8 mart 1986 il ).
«İstərdim bir də təkrar edim: hərəkət etmək lazımdır, hərəkət, hərəkət,və bir də hərəkət – fəal, cəsarətlə, yaradıcı, işi bilərəkdən! Bu, əgər istəyirsinizsə, anın baş məsələsidir». (27 yanvar1987 il).
«…bizim üçün bu saat başlıcası – hərəkət etmək, qızğın və məqsədyönlü hərəkət etməkdir». (14 iyul 1987 il).
«Belə ki, haradan yanaşırsan yanaş, vaxt itirmək olmaz, hərəkət etmək lazımdır və qətiyətlə hərəkət etmək» (29 iyul 1988 il).
«İndi hərəkət etmək lazımdır, qətiyətlə şərəkət etmək» (19sentyabr 1989 il).
«İndi, necə deyərlər, hamıya ağıllanmaq lazımdır, hər şeyi başa düşmək, çaş-baş olmamaq və konstruktiv hərəkət etmək lazımdır, hamı və hər kəs.» (28 sentyabr 1989 il).
«Deməli, daha qətiyətlə hərəkət etmək lazımdır, yoxsa gecikmə ölkədəki vəziyyəti kəsginləşdirə bilər» (2 iyul 1990 il).
«bugün belə hərəkət etmək ona görə lazımdır ki, ölkədə vəziyəti yaxşılığa doğru dəyişmək üçün bütün imkanlardan istifadə edilsin və neqativ proseslərin sonrakı genişlənməsinə yol verilməsin» (17 sentyabr 1990 il).
O zamanın bir xarakterik epizodu yada düşür. Obninsk şəhərində, fizikada simmetriya üsulu üzrə simpoziumun gedişatında, bir yerli mütəxəssis bir qrup iştirakçını evinə dəvət etdi. Televizoru açdılar, orada isə elan etdilər ki, indi Qorbaçov çıxış edəcəkdir. Yığışanlardan biri ktəklif etdi ki, mərc oyunu keçirək, Qorbaçovun dediklərini kim yaxşı müxtəsərləşdirsə – o da udur. Beləliklə, yarısı fizika-riyaziyat elmləri doktoru olan 8 nəfər 20 dəqiqə ərzində, heç bir fikri də ötürməməyə çalışaraq, rəhbərə qulaq asdılar. Nəticə təsiredicidir: buradakıların heç biri Qorbinin nə dediyini müxtəsər ifadə edə bilmədi. Qorbaçov öz talantı ilə hamını biabır etdi.
Bu üslub SovİKP MK-nin Siyasi bürosunda da yer almışdı. F. Bobkov xatırladığı kimi: «Qorbaçovun vaxtında Siyasi Büronun iclasları tamam başqa çür keçirdi: adətən onlar səhər saat 11-dən axşam saat 8-ə qədər uzanırdı, bəzən bir az da gec. Onlara insan çoxluğu dəvət alırdı və hamısı da çıxış etməyə can atırdı. Əlbəttə, əksərən ciddi və hərtərəfli müzakirə tələb edən problemlər həll edilirdi, lakin Uşaq fondunun yaradılması haqqında üç saat mübahisə aparılması, açığını desək təəccüb doğururdu…
Maykl R.Beşloss və Sirous Telbott yazırlar ki, ABŞ, Qorbaçovun Mərkəzi Amerika barədə axırıncı «təşəbbüs»ünə necə münasibət göstərəcəyinə aid şərhçilərin sualına prezidentin nümayəndəsi Fitsuoter cavab vermişdi ki, Qorbaçov «yalnız cəmiyyəti qıdıqlayır – onun sözləri əməli ilə düz gəlmir». Amerikalılar «çox ehtiyatlı və ardıcıl» siyasət aparırlar. İnsanlar onu «silahlanma üzərində nəzarət təklifləri, biri obirinin ardınca, lap geyindirilmiş kovboy-carçılar kimi piştaxtanın üstünə atıldığı» hallarda sovet yanaşması ilə qarşı-qarşıya qoymalıdırlar. Prezidentin mətbu ilə əlaqə üzrə köməkçisi, kəşfiyatın dövlət departamenti tərəfindən əvvəlcə hazırlanmış, sonra isə dondurulmuş verilənlərinə istinad edərək davam etdi: «İndiki an üçün bizdə hərbi yardımın dayandırıldığının təsdiqi üoxdur. O, əvvəllərdə olduğu kimi gəlməkdədir. Qorbaçovu xırda fırıldaqçılıqda taqsırlandırdıqdan sonra o, indi də onu yalançı adlandırdı».
Lakin, Qorbaçovun özünəməxsus qabiliyətlərinin qiymətləndirilməsində Almaniyanın Kansleri Qelmut Kol hamıdan uzağa getdi. «Nyusuik» jurnalına müsahibəsində onu Gebbelslə müqayisə etdi və olduqca aydın şəkildə öz tutuşdurmasını əsaslandırdı. Qorbaçov heç bir kütləvi diplomatik rüsvayçılıq qaldırmadı və onları sakitcə «uddu».
Özünün uydurduğu qərb liderləri ilə «dostluq» da, əsasən təklifsizlikdən ibarət olub boş şey çıxdı. Bu barədə A.Zinovyev gizlədilməyən qərəzkarlıqla yazır: «Siz elə fikirləşirsiniz ki, SSRİ ilə ABŞ arasında – artıq və köhnəlmiş silahların cüzi hissəsinin məhv edilməsi haqqında – bağlanan müqavilə əsrin ən böyük hadisəsidir? Razıyam, bu böyük hadisədir. Lakin, ən böyük deyil. O, yalnız ikinci yerdə durur. Birinci yerdə – Reyqanla Qorbaçov arasında bir-birinə «sən»lə müraciət etmək və bir-birini, uyğun olaraq – Ronya və Mişa – adlandırmaq razılığıdır. Bax bu, şəqiqətən əsrin ən böyük hadisəsidir! Əgər ölkələrin rəhbərləri qarşılıqlı anlaşmanın bu səviyyəsinə çatmağı çoxdan fikirləşib tapsaydılar, bəşəriyət çox bəlalardan yan keçərdi! Məsələn, imperator Napoleon və çar Aleksandr qərara gəlsəydilər ki, biri-birini, uyğun olaraq – Bonya və Saşa – adlandırsınlar, baxardın ki, 1812-1814 illərin ölümqırğını döyüşləri heç olmayıb. Hitler və Stalin qərara gəlsəydilər ki, biri-birini, yyğun olaraq – Adik və Yuzik – adlandırsınlar, ola bilər, ikinci dünya müharibəsi ötüşərdi…»
Qəribədir, lakin həmən, canyandırıcı gülümsəmə doğuran modeli sonralar Yelsin də seçmişdi («Dost Bill», «Dost Qelmut» və s.).
İran körfəzində müharibə başlanmasının böyük günahı M.Qorbaçovun və onun xüsusi elçisi Y.Primakovun üzərinə düşür. Qorbaçov öz memuarlarında yazır: «Körfəzdəki hadisələr sovet siyasətini xüsusilə çətin problemlər qarşısında qoydu. Sovet İttifaqı, İraqla dostluq və əməkdaşlıq Müqaviləsi ilə bağlı idi. Və sovet ictimaiyyətinin əksər hissəsini, müttəfiqə «xəyanət» perspektivi iyrəndirirdi. Amerika xarici siyasət motivlərinə inamsızlıq da öz işini görürdü. İraqda müxtəlif rollarda – hərbi məsləhətçilər, texniki mütəxəssislər və s. – minlərlə adamımız işləyirdi. Nəhayət, İraqla iri, demək olar, milyarda bərabər iqtisadi maraqlar bağlı idi və bu da bizim ağır iqtisadi vəziyyətimizi nəzərə alsaq, xüsusi ilə həssas məsələ idi».
Hətta bu bir neçə kəlmə də SSRİ-nin İraqla həm siyasi, həm iqtisadi bağlılığının nə qədər dərin olduğunu göstərir. Sovet rəhbəri, sonra iran körfəzindəki hadisələrə öz münasibətinin məğzinə keçir. «2 avqust 1990 ildə İraq tankları Kuveytin ərazisinə soxuldular. İraqın zəbt etdiyi bu kiçik dövlət onun on doqquzuncu əyaləti elan edilmişdi. İraq rəhbərliyinin belə təhlükəli macəraya qoşulmaqla nəyə hesabladıqlarını demək çətndir. Müxtəlif şəraitlərlə, xrüsusən Hüseyn şəxsiyətinin xüsusiyətlərilə, bərabər, iraq rəhbərliyinin beynəlxalq vəziyyətin dinamikasından geri qalması, dünyanın bu rayonunda böhran baş verəcəyi təqdirdə, qarşıdurma vaxtında kök atmış ABŞ və SSRİ-nin mütləq barikadanın müxtəlif tərəflərində olacağı təsəvvürü də görünür öz rolunu oynamışdı.
Lakin, məhz bu əsas məsələdə Bağdad uduzdu. İran körfəzindəki hadisələr fövqəl dövlətlərin regional böhranlara münasibətdə, hərəkət sərhədlərini öz aləmində müəyyənləşdirdi, - onlar ilk dəfə razılaşdırılmış çıxış etdilər».
Qorbaçov haqlıdır: «Bağdad uduzdu». Və nəinki təkcə Bağdad, Sofiya, Buxarest, Berlin, Kabül, Bakı…Jivkov, Çauşesku, Xonneker, Nəcibulla, Vəzirov…da uduzdular. Bəzilərini həbsxanaya salacaqlar, digərlərini güllələyəcəklər, üçüncüləri asacaqlar, kimsə qaçacaqdır. O, hamısına deyirdi: «Bizim sosialist blokumuz dağılmazdır. Biz qoymarıq ki, kimsə ona qəsd etsin». Onların hər birini sevdiyinə isə, and içirdi. Qorbinin emissarları Bağdadda həmən xətti aparırdılar – biz müharibənin əleyhinəyik, lakin İraqa münasibətdə ədalətsizliyə yol vermərik. Necə istəyirsən, elə də başa düş! Lap hərb illərinin oğru mahnılarındakı kimi: «bağışlaram sənə sabun düz üç funt, istərsənsə yuyun, istərsən də sat!». Burası var ki, oğru mahnısında işin məğzi daha aydın görünür.
Amerikalılar İraqa zərbə endirən kimi, Qorbaçovun «ulduz»saatı çaldı – o, öz siyasi şousuna başladı. O, bütün ölkələrə sülh təşəbbüsü ilə zəng etməyə, bütün telekanallarda və məlumat agentliyinin bütün xəbərlərində sayrışmağa başladı. Onu təngə gətirən milçək kimi yaxına buraxmırdılar, xüsusən avropalılar, lakin Qorbi elə özünün uydurduğu «sülhməramlı missiyasını» davam etdirirdi. «Elə həmən gecə biz Fransanın, Çinin, Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, Hindistanın, İranın rəhbərliklərinə, əksər ərəb dövlətlərinin başçılarına müraciət edərək, qarşıdurmanın məhdudlaşdırılması, onun təhlükəli genişlənməsinə yol verilməməsi məqsədi ilə birgə paralel addımlar atmağa çağırdıq. «Ondan da qabaq, 24 yanvar1991 ildə amerika səfiri Metloku qəbul edərkən mən təxminən həmən fikirləri inkişaf etdirmişdim. Və mən həmən tezisləri Küveyt dövlətinin baş nazirinin müavini, xarici işlər naziri Sabbah əl-Əhmədlə 1991 il 14 fevralda apardığımız söhbətdə şərh etdim».
«Mən, müharibənin irəliləməsinin, xüsusən onun dağıdıcı raundunun qarşısını almaq üçün, axırıncı cəhdi etdim. 23 fevralda bütün sutka ərzində telefondan uzaqlaşmadım, dünya siyasəti üzrə başlıca partnyorlarımı sonrakı inkişafın qeyri hərbi məcraya yönəltməyin mümkün olduğuna inandırmağa çalışırdım. Əvvəlcə Təhlükəsizlik Şurasının bütün üzvlərinə teleqram göndərildi. Saat 12.45-dən 21.10-a qədər telefonda Meycorla, Andreotti ilə, Mitteranla, Mübarəklə, Əsədlə, Kolla, Keyfu ilə, İran Prezidenti Haşimi Rəfsəncani ilə və yenə də Buşla (sadalama danışıq ardıcıllığına uyğun verirəm)». Oxşayır, o bu mövzuda yalnız Burkino-Fasonun rəhbərliyi ilə danışmayıb. Bu siyasi şounu Qorbaçov «yeni siyasi düşünmənin sınağı» adlandıracaqdır (!?).
Suetsk böhranı zamanı Xruşşov bəyan etmişdi ki, Misirə könüllülər göndərilməsinə etiraz etməyəcəkdir (Qərb isə, yaxşı başa düşürdü «könüllü» nə deməkdir) və bununla da təcavüzün dayandırılmasına çox komək etmiş oldu. Karib böhranında Xruşşov Kennedinin sərt mövqei ilə toqquşubsovet raketlərini Kubadan götürdü və bununla da yeni dünya müharibəsinin qarşısını aldı. Lakin o, həm birinci, həm də ikinci hallarda bütün dünya dövlətlərinə zəng vurmamışdı, və özü qərar qəbul etmişdi. Əlbəttə, müxtəlif kanallarla hansısa danışıqlar gedirdi və bu adi diplomatik qayda idi, təzə və ya köhnə düşünmə yox. Kobud desək, Xruşşov zəngsiz hərəkət edirdi (düzdür və ya düz deyil – başqa məsələdir), Qorbaçov zəng edirdi, bir iş görmədən. Və bu onu ümumi əxlaq modelinin müxtəlif növlülüyü idi.
Bəs Qorbaçovun hərəkətlərinə amerikalılar necə münasibət bəsləyirdilər? Onlar yorulmadan deyirdilər ki, Qorbaçov xeyirli iş görür, özləri isə öz işlərini görürdülər: «Vaska pişik qulaq asır, və yeyir». «Yeni düşünmə» amerikalılar üçün göydəndüşmə oldu. İran körfəzindəki müharibəyə həsr edilmiş son sözündə Qorbaçov özü özünün o zamankı hərəkətlərinə hökm verir. «Axıra qədər açıq danışacağam, bir fikirdən xilas ola bilmirəm ki, İran körfəzindəki böhranın siyasi tənzimlənmə planını həyata keçirmək mümkün idi və bu ABŞ-nın mövqeinə görə, son anda hərbi həllə üstünlük verməklə, baş tutmadı». Başqa sözlə, Qorbaçovun sülhyaratma addımları sınıq çıxdı, bütün sonrakılar isə, sadəcə bənzətmə idi. İran körfəzindəki müharibədən sonra ərəb ölkələri başa düşdülər ki, ABŞ ilə danışmaq lazımdır: Sovet İttifaqı artıq bu regionda görkəmli rol oynamır.
Azərbaycanın dağ rayonunda balaca bir şəhər var – Şəki, onun əhalisi ta qədimdən öz məzəli məzhəkələri ilə məşhurdur. Sovet vaxtında o, Bolqarıstanın Qabrovosu ilə elə-belə qardaşlaşmamışdı (məlum hadisələrdən sonra o da, obirisi də yumora ara verdilər – «qara» yumordan başqa). Belə, Şəkidə bir məzhəkə eşitmişdim: «Hansısa bir cənab kilosu beş manata ət satır. Dostu soruşur: «Sən özün onu neçəyə almısan?». O cavab verir – «Beşdən». «Onda sənin qazancın nə olur?» - deyə dostu soruşur. «Mən də iş görürəm» - deyə satıcı cavab verir. Belə alınır ki, Qorbaçov da bu hadisələrdə «iş görürmüş». Sonralar Rusiya dövlət Dumasının ekspertləri hesablamışdılar ki, Yaxın Şərqdə qorbaçov «yeni düşünmələri» SSRİ-yə 25 milyard dollara başa gəlmişdir (yeri gəlmişkən, B.Yelsin Qorbi modelini davam etdirdi).
İ. Buniç qorbaçovun bu böhrandakı hərəkətlərini bir qədər başqa cür izah edir. Onun fikrincə, Qorbaçov bu böhrandan güclənməkdə olan daxili müxalifətlə mübarizə üçün və növbəti qərb kreditini almaq üçün istifadə etmişdir. O, həmən hadisələri belə şərh edir: «DTK-nin sədri Kryuçkovun və bir yığım hərbi və partiya ortodokslarının ətrafında qruplaşan imperiya qüvvələrinin son qalıqları, qızğınlıqla kommunizmin bir ideologiya kimi artıq açıqca iflasa uuğramasının qarşısını almağa, bununla da, böyük imperiya üzərindəki hakimiyətlərini saxlamağa cəhd edirdilər. Цmidsizlikdən onlar yenə də Səddam Hüseyni yada saldılar… «Plan olduqca perspektivli görünürdü. Hüseyn qonşu Küveytə hücum edir və onu işğal edir…Sərvətli Küveyt çölləri Hüseynə qismət olur…plan ona əsaslanmışdı ki, ABŞ belə beynəlxalq quldurluqla heç vaxt barışmayacaq və İrakla müharibəyə başlamağa məcbur olacaqdır. Çünki, onlar bunu etməsələr, özlərinin dünya dövləti nüfuzunu tamamilə itirmiş olarlar. Yox, əgər etsələr, Vetnamda olduğu kimi, uzun müddətli və qanlı müharibəyə batıb qalacaqlar. Belə olduqda, SSRİ-nin İrakla dostluq müqaviləsi olduğuna görə, bu andan etibarən Birləşmiş Ştatlar SSRİ-də ardıcıl olaraq «demokratik reforma» apardığına görə deyil, SSRİ-yə, neytralitet saxladığına görə ödəməli olacaqdır. Bu, Qərb tərəfindən Sovet İttifaqına edilən iqtisadi və maliyyə təzyiqini dərhal zəiflədəcək və Qorbaçov reformalarını yığışdırmağa imkan verəcəkdir. Hüseyn tam hazırlıqla razılaşdı. O, özü çoxdan Küveytin və Səudiyyə Ərəbistanının tükənməz sərvətlərinə göz tikmişdi. Hüseyn öz ordusuna Küveyti işğal etmək əmrini verdi və bu da 30 saat ərzində, heçbir itgi vermədən baş tutdu. Gözlənildiyi kimi, ABŞ dərhal öz qoşunlarını Səudiyyə Ərəbistanına göndərməyə başladı. Bu, Qorbaçovla Şevardnadzenin ABŞ və Avropada yeni kreditlər barədə apardıqları danışıqların ən qızğın vaxtı baş vermişdi. Hər ikisi tez Küveytin işğalını pislədilər və Hüseyni tam axmaq vəziyyətdə qoydular. Ortodokslar Qorbaçova təzyiq edir, mətbuatda və Ali Sovetdə onu rüsvay edir və hətta, əllərində Səddam Hüseynin şəkilləri olmaqla, nümayiş də keçirirdilər. Böyük siyasətçi Qorbaçov – ümumi dağıntılar və gerigetmələr dövrünün nadir yetirməsi – qabiliyətsizlik okeanında, onun fırtınaları və durğunluqlarını öz bildiyikimi tənzim etməklə, əla manevrlər etməyi öyrənmişdi. Qorxmaz manevrləriylə o, hər addımda ölü doğulmuş sistemin axırına çıxırdı. Bu hadisələrin qızğın vaxtında hətta Şevardnadze də dözməyib, birbaşa qurultayın tribunasından effektlə istefaya getdi. Bu arada isə amerikalılar Hüseynin «yoldaşlarının» ordusunu elə tez və qətiyətlə darmadağın etdilər ki, Moskva birdən birə başa düşə bilmədi ki, nələr baş vermişdir. Ortodoksların və hərbiçilərin mövqeləri eyni idi – S.Hüseyni tam və sözsüz dəstəkləmək.
«MK-nin Köhnə meydandakı binasında, Baş katibin olduqca böyük iş otağında Dövlət müdafiə şurasının məxfi iclası keçir. Qorbaçov sədrlik edir. Onun partiya yoldaşları: MK katibləri Züqanov, Şenin və Baklanov iştirak edir. DTK-dən: təbii ki, Kryuçkovun özü, onun müavini general Qruşko. Ordudan: marşal Yazov, baş qərargahın rəisi Moiseyev və BKİ-nin rəisi general Mixaylov. Şərait əlverişlidən də yaxşıdır. Amerikalılar, yoldaş Səddam Hüseynin Küveyti zəbt etməklə onlara uzatdığı yemə ilişmişdilər. İrak böyük kimyəvi və bakterioloji silah ehtiyatına malikdir, o eyni zamanda atom bombası yaratmaq yolundadır. Belə şəraitdə amerikalılar çətin ki, qarşıdurmaya cəsarət edələr. Bu, o deməkdir ki, Hüseyn Səudiyyə Ərəbistanını da zəbt edəcək və dünya neft ehtiyatlarının yarıdan çoxuna nəzarət edəcəkdir. «Bu məlumatlar nə dərəcədə dəqiqdir?» – prezident maraqlanır. Generallar öz məxfi saylı qovluqlarını açırlar. Diqqətlə çıxarılmış rəqəmlər sütuncuqları, əyrilər, diaqramlar. Onların çıxardığı nəticələr boşboğazlığa, potensial düşməni kor-koranə saymazlığa deyil, ciddi elmi araşdırmalara əsaslanmışdır: qarşıdurma olarsa, amerikalıları kifayət qədər hiss olunacaq məğlubiyət gözləyir. Onlar, şəxsi xülyaları ilə hələ də İkinci dünya müharibəsinə bağlı qalıb, bütün fikir və planlarını köhnəlmiş meyarlar üzrə qurur, öz nəhəng hərbi maşınlarını mənasız və köhnəlmiş edən hərbi işdəki inqilabı görmürdülər. Küveytin müvəffəqiyyətlə həyata keçirilmiş zəbt planını, mühazirəsi bu müşavirənin əsasına qoyulmuş general Makaşov tərtib etmişdi. Bunların hamısı yaxşı idi, lakin prezident uyğun aksiyanın keçirilməsinə sanksiya verməmişdi. «Bu, yoldaş hərbiçilər, bilirsinizmi nə – prezident öz fikrini dürüst ifadə etməyə çalışır və bu onda, həmişə pis alınır – bu, bilirsinizmi, özfəaliyətdir…». «Niyə özfəaliyət, – generallar inciyir.– İraqla dostluq və ittifaq barədə iktərəfli müqavilə qüvvədədir, onun məxfi protokolları, müzakirə olunana oxşar şəraitlərdə əməkdaşlığı da nəzərə alır…».
«Prezident vəziyyəti götür-qoy edir, Sovet İttifaqının bitərəf mövqeinə görə prezident Buşdan nə qədər «qopartmaq» mümkün olacağını fikrindən keçirir, belə ki, indi Qorbaçovun başlıca marağı – valyuta mədaxilidir».
Bu təsvir real hadisələrə uyğundurmu, nə dərəcədə əsaslandırılmışdır və ümumiyətlə onlar sənəd materiallarında əsaslandırılmışdırmı, işin məğzi bunda deyil. Məsələ başqa cür qoyulur: Qorbaçovun hərəkətlərində nə üstün idi – siyasi şou, müxalifətlə mübarizə, yaxud mümkün qədər çox kredit almaq arzusu? Əslində ona haq qazandırmalıdır ki, o hər üç amili tam vahid şəklində üzvi əlaqələndirmişdi. Moskva və Bağdad arasında Y.Primakov çelnoku isə, vəziyyətin dramatik görüntüsünü saxlamaq üçün ona lazım idi.
Qorbaçov tüklənməyə macal tapmamış, dərhal «banket» kitabını (D.Volkoqonovun ifadəsincə) buraxdı. Buraya 26 aprel 1985 il Varşava görüşündəki çıxışı, 9may 1985 il Kremldə
qəbul zamanı etdiyi çıxış, 21 may 1985 il R.Qandinin şərəfinə verilən nahardakı nitqi, 27may 1985 il V.Brandtın şərəfinə nahardakı nitqi, 29 may 1985 il B.Kraksinin şərəfinə nahardakı nitqi, 31 may 1985 il Q.Qusakın şərəfinə nahardakı nitqi, 28 iyun 1985 il Le Zuanın şərəfinə nahardakı nitqi, 29 avqust 1985 il J.Batmunxun şərəfinə nahardakı nitqi, 2 oktyabr1985 il Yelisey sarayındakı nitqi, 12 oktyabr 1985 il M.Kəddafinin şərəfinə Böyük Kreml sarayında verilmiş nahardakı nitqi daxil edilmişdi. Dünyanın hər yerindən müəlliflər: Qroşner, Qurkov, M.Geller, Sazev, Raymond Jan-Bernar, Stefan Vit, V.Yeqorov, Ramakrişna, Avtorxanov, Robert Miller, Vardeleben, Frankeçini, Feşman, M.Qrox və başqaları Qorbaçov haqqında yazmağa başladılar. Necə, vacib deyil, vacibi odur ki,nə yazırdılar. Burada nə isə bir, Herostratın şöhrətindən var idi.
Məşhurlaşmaq istəyən orta səviyyəli adamdan təhlükəli, heç nə yoxdur.
V.A.Lisiçkin və L.A.Şelepin özlərinin «Цçüncü dünya informasiya-psixoloji müharibəsi» kitabında qeyd edirlər: «Qorbi, hər hansı bir real xidmətləri olmadan və həqiqi və ya xəyali təhqirlərə məruz qalaraq,inanılmaz sürətlə yüksək mənsəbə çatdı. Moskva Dövlət Universitetində ali təhsil alaraq o, özünün, rəhbərliyi altında xidmət edəcəyi insanlardan ağıl üstünlüyünə malik olmasına daxilən inanırdı. Tədricən, onda dağaıdıcı kompleks aşılandı. O, öz üstünlüyünü hiss etməli idi. O, istər ayrı-ayrı şəxslərə, istərsə də bütövlükdə bütün ölkəyə aid dağıntılar və parçalanmalardan həzz alırdı. SSRİ-nin saxlanmasının Baltikyanı tərəfdarları ilə onun necə danışdığını şərh edənlərə qulaq asdıqca,adamı insani dəhşət bürüyür, dəqiq bilərək ki, ertəsi gün o, faktiki olaraq Rubiksi və Brukyaviçusu həbsxana divarlarının ardına salacaqdır, onları aldadırdı. Onunla ünsiyətdə olanlar, onun həqiqi sifətini görə bilmirdilər və onun gücü də bunda idi. Əlbəttə, Sovet İttifaqında baş verən fəlakət əslində qəfil olmamışdı. Bu, ciddi hazırlıqdan sonra, informasiya-psixoloji müharibənin nəticəsi kimi baş verdi. Bu mübarizənin gedişatında Qorbaçovun yerinə başqası da peyda ola bilərdi, lakin «zaman onu seçdi» və çox və lap çox işlər ondan asılı oldu. Bundan başqa, insan təfəkkürü elədir ki, tez-tez bu və ya digər zaman müddəti bir insanın surətində şəxsiyətlənir. Bu mənada ölkənin başında duran Qorbaçov, destruktiv proseslərin baş keçiricisi oldu».
Qorbaçov öz kitabında bütün ölkəni və dünyanı inandırır ki, «Siyasi Büro, Mərkəzi Komitə heç zaman indiki kimi bir olmamışlar, və heç nə bu birliyi tərpədə bilməz». Bir ildən sonra isə, MK-nin 110 üzvünü, demək olar ki, onun tərkibinin üçdə birini istefaya qovur. İ.Zemsov yazdığı kimi, «Qorbaçov öz idarə üslubunu axtarırdı. Stalinin «dərslərindən» başladı: əvvəlcə hakimiyət aparatını təzələşdirdi: MK – 70 faiz, katiblik – 90 faiz. Sonra isə, 1988 ildən başlayaraq Brejnevin «dərslərinə» müraciət etməyə – özünün irəli çəkdiyi hakimiyət başında duranları dəyişməyə məcbur oldu. Şəxsi, qeyri adi bir hakimiyət sistemi yarada bilmədi».
M.Sokolov qeyd etdiyi kimi, ali məmurluğu asan və etinasız dəyişmə ideyası özlüyündə kadr dəyişikliyi əhatəsinə görə ualnız1937-1938 illərin yerdəyişməsi ilə müqayisə edilə bilər və SSRİ nazirlər soveti sədri N.A.Tixonovun, iyun 1985 ildə M.S.Qorbaçova dediyi ölməz sözlərini yada salır: «Partiya kadrlarını döymək üçün sən hələ cavansan,Mişa». Siyasi Büro mərhələlərlə təmizlənirdi, Qorbaçovun hakimiyəti gücləndikcə Siyasi Bürodan brejnev vaxtı ilə əlaqəli xadimlər kənarlaşdırılırdı (eyni zamanda dövlət vəzifələrindən də azad edilməklə): Romanov (iyul 1985 il), Tixonov (oktyabr 1985 il), Əliyev (oktyabr 1988 il), Qromıko, Solomensev, Dolgix (sentyabr 1988). Siyasi Büro eyni zamanda Qorbaçovla oxşar görüşə malik (məlum dərəcəyə qədər), və onunla bir nəslə mənsub rəhbərlərlə doldurulurdu: Şevardnadze, Rıjkov, Zaykov, Slyunkov, Yakovlev, Nikonov, Medvedev. 1990-1991 illərdə bu rəhbərlər də Qorbaçov tərəfindən «təhvil» verildi. Bundan sonra isə, Qorbaçovun öz növbəti çatdı. SSRİ-nin keçmiş prezidentinin iflasını gücləndirən amil o oldu ki, bu gün H.Əliyev dünya siyasətinin yeni, daha yüksək spiralına çıxmışdır, Qorbaçov isə…yem reklam edir.
1985 ildə, A.Qromıkonun SSRİ Ali Sovetinin Sədri vəzifəsinə seçilməsini təklif edərkən deyirdi ki, Baş katib iki vəzifə daşıya bilməz, 1oktyabr1988 ildə isə, Ali Sovetin sessiyası A.Qromıkonu vəzifəsindən azad edib, yerinə Qorbaçovu təyin edir. «Mən bütün bunlardan imtina etməliyəmmi? Mən, lagerlərdən qayıtdıqdan sonra 17 il kolxoz sədri işləmiş babamdan imtina etməliyəmmi? – deyə Baş katib özü-özünə sual verir. Əgər bu səmimidirsə, onda onun sovet hakimiyətindən şikayəti günah olardı. 16 yaşında o, kombayn sürücüsünün köməkçisi kimi hökumət mükafatı – Qırmızı Əmək Bayrağı ordeni almışdır, orta məktəbi gümüş medalla bitirib nüfuzlu MDU-nin nüfuzlu fakultəsinə daxil olur.
Qorbaçovun əlində dəstək etdiyi – aşkarlığa gəldikdə isə, belə bir xarakterik epizodu yada salaq. SSRİ-nin eks prezidentinin istefasından sonra çox seyrək hallarda verdiyi müsahibələrindən birində, incik şəkildə dodaqlarını sıxaraq, şikayətlənir ki, onu telegörüntüyə buraxmırlar. Qeyri-qanuni doğulmuş yenidənqurmanın qanuna uyğun finalı: onun baş ideoloqu A.Yakovlev, bir daha yenidənqurularaq, yenidənqurmanın yaradıcısını telegörüntüyə buraxmır.