Cəmiyyətdə aşkarlıq olmasını kim daha səmimi istəyirdi – Qorbaçov, yaxud Əliyev? – sualına Çernobıl fəlakətindən sonra D.Volkoqonov cavab verir: «Cəmiyyətə necə məlumat verilsin? Təkcə A.N.Yakovlev və H.Ə.Əliyev qətidirlər: xarici jurnalistlərə və öz xalqımıza tam məlumat vermək lazımdır».

Parijdə yaşayan tarixçi M.Gellerin yazdığına görə, «yenidənqurma adlandırdıqlarının ən gözəçarpan və real hiss olunan nəticəsi – Qorbaçov şəxsiyətinə pərəstişin yaranmasıdır. Stalindən başlayaraq, onun sələflərinin heç biri təkbaşına hakimiyətin zirvəsinə belə sürətlə qalxmamışdı». Amma, deyəsən Putin bu rekordu ötüb.

Təsadüfi deyil ki, təşkil olunmuş cinayətkarlıq, məhz Qorbaçovun vaxtında genişlənməyə başladı. Və ona görə yox ki, hüquq-mühafizə orqanları pis işləyirdi – onlar əvvəlkindən nə yaxşı, nə də pis işləyirdilər, – sadəcə təşkil olunmuş cinayətkarlıq başa düşdü ki, ölkədə şəxsiyətlər yoxdur, boşboğazlar və çərənçilər var.

Yeri gəlmişkən, Qorbaçov həm də böyük fitnəkar imiş. V.Boldin yazır: «Strateji təfəkkürə malik olmayan baş katib özünün qaladığı ocağa çör-çöp ataraq, onun ətrafında yöndəmsiz vurnuxur, alovun alışmasına sevinirdi. Bəzən məndən soruşurdu:

– Hə, necədir, Yeqorla Aleksandr (Y.Liqaçov və A.Yakovlev, – müəllif) hələ də cırmaqlaşırlar?

– Artıq orada əlbəyaxadadırlar, hərəsi də öz tərəfkeşlərinə malikdir. Yaxşı qurtarmayacaq.

O, sakit və xoşbəxtcəsinə güldü».

Qdlyanın Liqaçova qarşı, demokratlarda fərəh yaradan döyüşgən hərəkətlərini yada salaq. Sonradan məlum oldu ki, bu – Qorbaçovun fitnəkarlığıdır, Liqaçovla qarşı mübarizənin bir elementidir, və b.k. İ.Buniç Qorbaçov barədə yazır: «Əla siyasətçi və intriqan kimi o, gah Qdlyan və İvanovun hay-küylü komandasının zəncirini MK və Siyasi Bürodakı həmkarlarının üstünə açır, gah da onları yenidən, qapısı lazım gəldikdə açıq olacaq volyerə qaytarırdı. Və artıq Qrişin, Romanov və ya Zaykov kimi xırda insanları deməsək belə Liqaçovun, Solomensevin, hətta Çebrikovun özünün çəngələri çıxarılırdı. Qdlyan və İvanovun öz təşəbbüsləri ilə hərəkət etdiklərini düşünən «bolşevik qoşunu» özündən çıxaraq hər ikisini ölənəcən gəmişdirmək istədikdə Qorbaçov, İvan Qroznı öz ayılarını məlun boyarlardan gizlətdiyi kimi, onları məharətlə gizlətdi.

Baş katib belə fəndlərdən tez-tez istifadə edirdi. Qorbaçov-Korotiç birgəsinin nümayiş etdirdiyi «qeyri-adi» modeli yada salaq: Korotiç birbaşa qurultayda dörd yüksək vəzifəli SSRİ xalq deputatlarının kompromatını verdi. Bundan sonra «dost-silahdaşlar» xeyli sakitləşdilər və Qorbaçovun siyasi manevrləri üçün geniş meydan yaratdılar. Korotiçə gəldikdə isə, Qorbaçov yazır ki, «Korotiç xalq deputatı seçilməsi cəhdləri boşa cıxdıqdan sonra, görünür «Oqonyok»a tamam soyudu və onu kiminsə öhdəsində zəifləməyə qoyub, ABŞ-a gilləndi». A.Karaulovun yazdığına görə: «Moskva (demək olar bütövlüklə) Korotiçin simasında «ziyalıların liderini» görürdü. Belə «lider» yalnız bizdə, «sovkalar»da ola bilər. Korotiç dünyada hər şeydən qorxurdu. Ən çox – özünün «sol» şöhrətindən, amma o da var ki, xəyanət lazım gəldikdə – o! Korotiç sevimli can üçün xəyanət edirdi. Fikirləşmədən. Tam ciddi deyirəm: «Oqonyok»da qalmaq üçün Vitali Alekseyeviç Korotiç hər şeyə hazır idi, doğma anasından da keçərdi».

Qorbi, çox vaxt məğzini başa düşmədən, saatlarla hadisələri böyük hərisliklə eşələmək qabiliyətinə malik idi ki, bu da ümumən qıcıqlanma yaradırdı. Onun sədrlik etdiyi xalq deputatları qurultaylarını yada salaq.

Qorbaçovun bu xüsusiyətini V.A.Lisiçenko və L.A.Şelepin özlərinin «Цçüncü dünya informasiya-psixoloji müharibəsi» kitabında düzgün qiymətləndirmişdi: «M.S.Qorbaçovun şəxsiyəti barədə psixoanalitiklə söhbətdən belə bir mənzərə alınır. Qorbaçov da Hitler kimi aydın görünün nekrofil idi. ədəbi göstəricilərini qaldırdıqda biz tez-tez «Qorbaçov «köhnə qəbirləri qazmağa» başlarkan yaddan çıxarırdı ki, onlar pis iy verir, və ətrafdakılar bu üfunətdən boğula bilər. Onun hakimiyəti dövründə İttifaq başdan-başa arxeoloji qazıntılara çevrilmişdi. Düzdür, heç kəs tapıntıların harada saxlanacağını, sonra sərhədlərin necə çəkiləcəyini, çoxdan bir-birinə qarışmış ərazilərin, müxtəlif millətlərin və dinlərin necə bölüşdürüləcəyini düşünmürdü».

Qorbaçov həm də böyük qorxacaq idi. onun ətrafındakılar xatırlayırlar ki, şaxtaçılar Moskvada piket keçirərkən Qorbaçova elə gəlirdi ki, şaxtaçılar elə indicə onun iş otağına soxulub ondan qisas alacaqlar. Demək olar ki, bir il o güclü təsiredici trankvilizator qəbul etdi. İşsiz qalmış Malkov Omskda onun peysərini yumruğa qonaq etdikdən sonra isə, Qorbaçov üzündəki qorxu ifadəsi ilə mətbuat konfransında Malkovun cibində bıçaq tapıldığını (əgər tapılmışsa da, yəqin ki, bu cib bıçağı imiş – müəllif ) demişdi.

Baş katibin dostu və silahdaşı (müəyyən müddətə qədər) N.Rıjkov öz xatirələrində yazır: «Hadisələrin gedişatını kənara qoyub, öz-özümə sual vermək istəyirəm: Qorbaçov niyə belə qəribə şəxsi qeyri fəallıq göstərdi? Niyə o yanan Çernobılda olmadı? Niyə bir dəfə də olsa heç bir «isti nöqtə»yə, doğrudan da isti olduqda gəlmədi? Nə Qarabağa, nə Tiflisə, nə Sumqayıta, nə Bakıya, nə Vilnusa…Axı o, öz hakimiyətinin elə birinci günündən inadla və məharətlə (mən daha müvəffəqiyətdən demirəm!) özünə xalqın sevimlisi obrazını yaratmışdı, düzünü desək belə söhbətlər, öz maqnitofon yeknəsəqliyi ilə kifayət qədər dəyərsizləşmişdi. O, mətbuat konfranslarından qorxmurdu, dirənmiş istiqamətli teleobyektivlərin qarşısında özünü yüngül hiss edirdi. O, hamıya xoş gəlməyi bacarırdı və istəyirdi. Burada isə – elə bil kola… Axı hər kəsə aydındır ki, hətta onun qısamüddətli – qoy bir neçə saatlığa olsun – həmin Çernobılda görünməsi, ona nə qədər insan rəğbətini əlavə edə bilərdi! Çernobıllıların özlərində də, yeri gəlmişkən, nə qədər inam artıra bilərdi! Baxın, bu qədər Qorbaçova vurulmuş «dəmir ledi» Marqaret Tetçer – Böyük Britaniyada bir dənə də FH-ni buraxmadan, hər yerdə – aviofəlakət yerində və ya güllələnmiş Belfast küçəsində – onun zərif fiqurası peyda olurdu. Onun, – zəif qadının!». Rıjkov özünün qoyduğu sualı cavabsız saxlayır, halbuki, müəllifin rəyincə o, düzünü bilirdi – Qorbaçov qorxaq bayramı edirdi.

Qorbaçovun fərqləndirici xüsusiyətlərindən biri ikiüzlülük idi. Kinematoqrafistlərin qurultayında o, böyük usta-rejisor Kulicanovu ictimaiyət qarşısında təhqir etdi, və az adam bilir ki, o, axşam zəng edərək üzr istəyib. Camaat arasında təhqir edib, gizlində üzr istəmək.

Mütəlibov öz müsahibələrinin birində deyir ki, Qorbaçovla uzun danışıqların nəticəsində bir neçə bir neçə azərbaycan kəndinin sovet silahlı qüvvələri tərəfindən azad edilməsi haqqında razılıq əldə edə bilmişdi. «Buna da şükür!» – deyə Mütəlibov razı qalmışdı. Növbəti sadəlöhvlük! Mütəlibov bilməzdi ki, Qorbaçov Stalini təkrar edir. Müharibədən əvvəlki illər Molotov-Ribbentrop paktına görə, Stalin polşa şəhəri Vilnyusu zəbt edib onu Litvaya birləşdirdi. Bu, Litvada ümumi şənliyə səbəb oldu. lakin uzaqgörən litvalılar hələ onda deyirdilər ki, «bəli, biz Vilnyusu aldıq, lakin Litvanı itirdik». Bir neçə kəndi alıb, Azərbaycan özünün 20 % ərazisini itirdi.

Qorbaçov ədəbsizliyə catacaq dərəcədə zəhlətökən idi. Bir faizli reytinqi ola-ola, o, bütün seçgi kampaniyası müddüətində inadla təkrar edirdi ki, xalq onu dəstəkləyir. 16 iyun 1996 ildə Rusiya prezidenti seçgilərinin nəticələrinə görə Qorbaçov, Ginnesin rekordlar kitabına düşə bilərdi: nəhəng Tula vilayətində o, bir səs də almamışdı. Dünya təcrübəsində belə hadisəni çətin tapmaq olar.

«Yalnız axmaqlar zəhlətökəndir: ağıllı adam, ətrafdakılar üçün xoş, yaxud zəhlətökən olmasını dərhal hiss edir və bunun aşkarlanmasına bir saniyə qalmış, çıxıb gedir» J.Labryuyer

Qorbaçovun özü bu barədə, baxın nə deyir: «Madam başa düşülmürəm, mən özümün prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm». Axır ki, anladı!

Bir vaxtlar Buş Qorbaçov barədə demişdi «Qulaq as, bu oğlan elə yenidənqurmadır!». Lakin «bu oğlan» öz yenidənqurması ilə həyasızcasına yüksək beynəlxalq səviyyəyə soxulduqda, yalnız istehza doğurmuşdu. Maykl R.Beşloss və S.Telbottun yazırlar ki, Fransua Mitteran inkişaf etmiş yeddi iri dövlət başçılarına – necə deyirlər «yeddiliyə» – təklif etmişdi ki, hər illik iclaslarını milli bayram günlərinə təyin etsinlər (Parij, Fransa inqilabının ikiyüz illiyini qeyd edirdi – müəllif). Lakin Qorbaçov Moskvada ola-ola az qala təqdimatı pozmuşdu. Sammitin iştirakçıları danışıqlar masası arxasında oturduqdan sonra Fransa prezidenti sovet həmkarından aldığı məktubu oxudu. Məktubda deyilirdi ki, SSRİ dünya iqtisadi prosesində iştirak etmək və «üçüncü dünya» ölkələrinin borcları ilə əlaqədar problemləri həll etmək istəyir. O, Qorbaçovdan sitat gətirdi: «yenidənqurma, bizim dünya iqtisadiyatında tam dəyərlə ihtirakımıza yönəlmiş siyasətimizdən ayrılmazdır». Başqa sözlə, Qorbi icra komitəsi Parijdə iclas keçirən kluba üzv olmaq iddiasında idi. Amerikalılar hiddətləndilər: onlar Parijə Sovet İttifaqı haqqında danışmağa yox, Şərqi Avropanın problemlərini müzakirə etmək üçün gəlmişlər. Robert Blekuill Qorbaçovun məktubuna qulaq asandan sonra söyləndi ki, bu ona evsiz qız rolundakı Şirli Templın – çirkli, cırıqlanmış paltarda burnunu şirniyat mağazasının vitrininə sıxdığı – epizodunu yada salır». Bir sözlə Qorbinin siyasi sırtıqlığı özünə kifayət edirdi. Və onu, heç bir rişxənd pərt etmirdi: məqsəd vasitəni ödəyir.

1991 ilin yayında axır ki, həyat Qorbaçovu, özünün Qərbdə şişirdilmiş məşhurluq eyforiyasından uzaqlaşmağa məcbur etdi. Lakin artıq gec idi. Son ümid, artıq plansız, hələ də bazar qoxusu gəlməyən dağılmış sovet iqtisadiyatına istiqraz, kredit və sərmayəqoyma şəklində çoxmilyardlı qərb kapitalının axımına qalmışdı. Qorbaçov, kömək üçün Londona, yeddi aparıcı kapitalist dövlətləri rəhbərlərinin yanına cumdu. Həqiqət anı gəldi.

Ant.Qromıko bu barədə belə yazır:

«Yeddilərin görüşü 1991 ilin iyulunda keçirilirdi. Qorbaçov kömək barədə xahişlərlə Buşa hücum edirdi. O, hərfi mənada dilə tuturdu ki, onunla gələcəkdə belə işbirliyi etməsinlər. O, tutğun səslə «gələcəkdə Sovet İttifaqını necə görmək istəyirsiniz?» sualını verirdi. Amerika prezidenti susurdu, deməyə sözü yox idi. Qərb hər hansı real kömək barədə heç fikirləşmirdi də.

Bu ikiüzlülük, zamanın zirvəsindən daha qabarıq görünür. 1994 ildə Meksikaya maliyyə dəstəyi lazım olanda, Qərb ildırım sürəti ilə onlara 50 milyard dollar ayırdı. Bu nədir, ABŞ-ın SSRİ ilə 1991 ildəki münasibəti Meksika ilə 1994 ildəki münasibətindən azmı əhəmiyətli idi. Qorbaçov ağlamsınırdı – istəyirəm ki, bizim ölkələr çiçəklənən olsunlar, «lakin aydın deyil, siz də bunu istəyirsinizmi?» SSRİ rəhbəri Buşun qarşısında durub pul dilənirdi. Axırıncı özünü son dərəcə narahat hiss edirdi və təkcə: «Mən heyfsilənirəm, lakin burada aydınlıq yoxdur» deyə bildi. Ola bilər, bu anda Qorbaçov ilk dəfə öz hərəkətlərinin acısını duymuş olsun.

Onu «yeddilik» liderlərinin yekun görüşünə buraxırlar və nəzakətlə qulaq asırlar. Bununla da hər şey bitir. Qorbaçov əzilmiş və alçalmış halda Londonu tərk edir. SSRİ-yə köməyin verilməməsinin memarı Skoukroft sovet liderinin «yeddilərə» təzimə getməsinin nəticələrini belə yekunlaşdırır: «Qorbaçov gəlmişdi ki, onun hesab etdiyi kimi, ona düşən haqqı alsın, lakin o, öz işini təqdim edə bilmədi. Elə bil o özü problemin tam ciddiliyini başa düşmürdü, həqiqətən radikal həllin qaçılmazlığının inkar etməsi səbəblərini açıqlaya bilmirdi». Buş, kədərli səslə buna belə cavab vermişdi: «Görünür bu oğlanın qol-qabırğası tamam qırılmışdır, belə deyilmi? Möcüzədir. O həmişə yaxşı «satıcı» olmuşdu, lakin bu dəfə yox. Düşünürəm ki, o, reallıq hissini itirmişdir».

V.Solovyov və Y.Klepikovanın onun siyasi «alicənablığı» və fitnəkarlığının səviyəsini təsvir edən epizoda baxaq: «Stavropolda, «Stavropolskaya pravda» müxbirinin şəhadətinə görə Mixail Qorbaçovun daxil olduğu, cəmi üç nəfərdən ibarət yerli kommunistlər qrupu , gözdən düşmüş Bulqaninin həyat və xidmətini dözülməz etməyə çalışırlar. Onlar öz ideoloji canfəşanlığını nümayiş etdirərək, təhqiredici istehzalarla Xruşşovun təzyiqi altında məcbur olub yazdığı tövbə və etirafları az qala hər gün Bulqaninin yadına salmağı bir qayda kimi qəbul edib, onu qışqırıqla partiya əleyhinə fəaliyətdə günahlandırırdılar. Bulqaninin cana gətirilmə tarixi hətta «Nyu-York cerald tribyun» qəzetinə də düşmüşdü.

Bulqanin böyük çətinliklərlə Xruşşovun yanına keçməyə müvəffəq olarkən miskinliklə xahiş etmişdi ki, onu bir daha Stavropola göndərməsinlər. Xruşşov xahişi diqqətlə dinləyib onu təqaüdə göndərir və Bulqanin ömrünün axırına qədər bir daha Stavropolda görünmür»

Qorbaçovun SSRİ-də keçirdiyi müəyyən siyasi dəyişikliklər, ona Qərbdə uyğun imic yaratmaq üçün lazım idi. A.Karaulov səciyyəvi epizodlardan birini belə yada salır:

«Heç kəs demir ki, Qorbaçov niyə belə qəfildən akademik Saxarovu Moskvaya qaytardı. Bəs nə etmək lazım idi? Müşgüllük baş vermişdi: çistopol həbsxanasında Saxarovun dostu, hüquq müdafiəçisi Anatoli Marçenko aclıq və xəstəlikdən həlak olmuşdu. Andrey Dmitriyeviç aclıq elan etmək qərarına gəlir. Onun səhhətinin vəziyyətinə görə, bunun nəyə gətirəcəyi aydın idi. Qorbaçov hər həftə gah Avropaya, gah da Amerikaya gedir, hey yenidənqurmadan danışır, Qorkidə isə XX əsrin görkəmli fiziklərindən biri – acından – ölür?»

Qorbaçov qisas alan idi və xırda qisas alan idi. Məlumdur ki, hərbiçilərin çox hissəsi ona müxalif idi, və o, uzun müddət, səbrlə «öz saatını» gözləyirdi. Saat zəngini vurdu.V.A.Lisiçkin və L.A.Şelepin yazırlar: «Yakovlevin artıq mühüm rol oynadığı yaxın ətrafının daimi tənələrinə məruz qalan Qorbaçov, müxalifət hesab etdiyi SSRİ Silahlı Qüvvələri rəhbərləri ilə hesablaşmaq üçün bir mahna axtarırdı. Elə bunu da, lap vaxtında, öz idman təyyarəciyinin quyruğunda Matias Rust çatdırdı. Nəticədə, Qorbaçovun özünün Siyasi Büronun iclasında dediyi kimi, SO-nun 150 general və zabitləri məhkəməyə verilmişdi. Hadisəni diqqətlə izləyən amerika mütəxəssislərinin verilənlərinə görə, «Rustun fitfası» ilə nəinki başda aviasiya marşalı Koldunov olmaqla HHM qoşunlarının rəhbərləri, həm də bütün müavinləri ilə bərabər müdafiə naziri Sokolovun özü, Baş qərargahın rəisi və onun iki birinci müavini, Varşava Müqaviləsinin BHQ baş komandanı və qərargah rəisi, bütün qoşun qrupları komandanları (Almaniyadakı, Polşadakı, Çexoslovakiyadakı və Macarıstandakı), bütün donanma və dairə komandanları öz vəzifələrindən azad edilmişdilər. Bir sıra dairələrdə, komandanlar bir neçə dəfə dəyişdirilmişdi. Qorbaçov təmizləməsinin dalğası ən azı diviziya komandirləri, bəlkə də daha aşağı səviyyələrə çatmışdı».

Aydındır ki, əgər böyük dövlətin rəhbəri Vətənin mənafeini öz qisasalıcı çağırışlarından üstün tutsaydı o, heç vaxt belə hərəkət etməzdi. Bu, olduqca çox, Stalinin hərəkətlərini yada salır. «1941 ilin mayında, almanların «Yunkers-52» təyyarəsi sovet hava məkanına soxulmuş və sezdirmədən Moskvada, «Dinamo» stadionunun yanındakı mərkəzi təyyarə meydanında sağ-salamat yerə enmişdi. Bu, Kremldə çaxnaşmaya səbəb olmuşdu və hərbi komandanlıqda repressiya dalğalarına gətirdi: qovulmalardan başlandı, sonra HHQ-nin ali komandanlığında həbslər və güllələnmələr baş verdi. Moskvanın mərkəzində bu misilsiz yerə enmə, sovet hərbi qüvvələrinin döyüş hazırlığının nə yerdə olduğunu Hitlerə göstərdi».

Hər il sosyalizm yarışını, təsərüfatçı kimi, şübhəsiz bir baş ondan üstün olan öz qonşusu Medunova uduzan Qorbaçov, Medunovu ləkələyən materiallar yığımı üzrə qərargah yaratmışdı və əlverişli anda Medunovu Andropova təhvil verdi.

Məlumdur ki, Qorbaçovun Kunayevdən zəhləsi gedirdi, çünki o, L.Brejnevlə yaxın əlaqələrdə olduğundan bir başa ona çıxırdı, kənd təsərrüfatına himayəlik edən Qorbaçovdan yan keçirdi. Kunayev Qazaxstan kommunist partiyasının birinci katibi vəzifəsindən azad ediləndə, Qorbaçovun göstərişi ilə, binadan çıxarkən keşikçilər onun vəsiqəsini almışdılar. Partiyanın qocaman xadimi, respublikanın rəhbəri alçaldılmış və təhqir edilmiş halda öz siyasi karyerasını bitirirdi.

Lakin, Qorbaçov H.Əliyevə xüsusi mənfur münasibətlə yanaşırdı, açıqdan-açığa onu həm siyasi, həm də fiziki məhv etmək istəyirdi.

H. Əliyevin problemləri Qorbaçovun və onun siyasi satqın-xədim dəstəsinin hakimiyətə yiyələnməsi ilə başlandı. H.Əliyev öz iradə və işgüzar keyfiyyətləri ilə tərkibcə müxtəlif bu əyanlar cərgəsinə yazılmırdı.

Qorbaçov vaxtının mərkəzi telegörüntülərinin və mərkəzi qəzetlərinin keçmiş dövlət xadimlərinin tənqidi üzrə istiqamətlənməsinin ekspert qiymətləndirilməsini aparsaq, dəqiq mənzərə alınar: birinci və ikinci yerlərdə, qalanları çox arxada buraxaraq, Liqaçov və Əliyev gəlir, sonra Şevardnadze, Qrişin və s. liqaçov və Şevardnadze ilə tam aydınlıqdır: birinci hakimiyyət uğrunda Qorbaçovla mübarizə aparmışdır, ikincini isə – Rusiyanın hərbi və dövlət dairələri qərbyönümlükdə taqsırlandırırdılar (qoşunların Şərqi Avropadan çıxarılması, sərhədlərin dəqiqləşdirilməsindəki güzəştlər və s.). 1 iyun 1990 ildə Vaşinqtonda Şevardnadze və C.BeykerSSRİ vəABŞ prezidentlərinin iştirakı ilə dəniz səthlərinin hədd xətləri haqqında razılaşma imzaladılar ki, bunun da nəticəsində Berinq dənizində, əvvəllər heç vaxt ona mənsub olmayan 51 min kv.m. ərazi, ABŞ-na aid edilmişdi. Bu, SSRİ tərəfindən hər il 150 min ton qiymətli balıq növü hasilatının (ölkənin illik balıq hasilatının 10 %-i) və dünyanın iri neftqaz yataqları olan rayonlarından birinin xeyli hissəsinin itirilməsinə gətirdi. Rusiya dövlət dairələri belə fikirdədirlər.

Bu dairələr Şevardnadzenin Avropa siyasətinə də neqativ münasibət bəsləyirdilər. Məhz Şevardnadzenin qərbyönümlü mövqei ilə onun mükafatlandırılmasını izah edirlər: məlumdur ki, almanlar Şevardnadzeni Kant mükafatı ilə qeyd etdilər, ingilislər isə onu «Birmingemin Qızıl məşəli» ilə təltif etmişdilər. Belə, Şevardnadze əleyhinə deyilənləri onların müəlliflərinin vicdanına tapşıraq, bizi maraqlandıran başqadır – niyə H.Əliyev əleyhinə belə məqsədyönlü mübarizə aparılırdı? Axı o SSRİ-ni dağıtmamışdı, ərazilər verməmişdi, qərb ölkələri ilə oynaqlaşmamışdı və s.

V.Medvedev, «Qorbaçov Suslovu», daha doğrusu «suslik» yazır: «Andropovun hərəkətlərinin ziddiyətliliyini xarakterizə edən daha bir amil. Bu dəfə kadr siyasətində. O, SovİKP MK-nin Baş katibi olandan bir az sonra, H.Ə.Əliyev NazirlərSoveti Sədrinin birinci müavinliyinə irəli çəkilmişdi. Bu hadisə cəmiyyəti dərin anlaşılmazlığa saldı…». Aydınlaşdıraq «cəmiyyət» – Qorbaçovun komandası və ermənipərəst lobbidir.

Bəs niyə, hər halda bir saylı hədəf H.Əliyev oldu? Şəxsiyyət keyfiyyətləri, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə, Qarabağ məsələsi və neft sərvətləri – bax, səbəbləri bunlarda axtarmaq dazımdır. Qorbaçov öz əyanları və mafioz strukturları ilə görməyə bilməzdilər ki, H.Əliyev tez və ya gec, siyasi Olimpin ən ucalığında olacaqdır.

Hələ 1991 ildə, müxbirlər qrupunun Alma-Atada Qazaxstanın keçmiş Birinci katibi, Siyasi Büronun üzvü Dinmuhəmməd Kunayevlə görüşü olmuşdu. H.Əliyev onda Naxçıvan Məclisinə başçılıq edirdi. Söhbətdə D.Kunayev H.Əliyev barədə «prezident» sözünü işlətdi. Ona etiraz etdilər ki, H.Əliyev – prezident deyil. Lakin D.Kunayev cavab verdi: «İnanın mənə, tezliklə o Azərbaycanın prezidenti olacaqdır».

Sonra isə H.Əliyev «sakitcə» SSRİ-nin də başında ola bilər, amma buna, Qorbaçovun və onun yaxınlarının, müxtəlif məsləkli mafioz strukturların şəxsində rəsmi hakimiyyət mane olmağa çalışırdılar. Bu qüvvələrdən hər biri öz məqsədlərini güdərək aşkarca, praktiki olaraq təklənmiş (respublikadakı keçmiş partiya qardaşları, bir azını istisna etməklə, puqaçov generalları kimi, H.Əliyevi birinci təhvil verməyə can atırdılar) insana qarşı birləşdilər.

Vəzirovun vaxtında,1988-1989 illərdə keçirilmiş AKP MK plenumlarında H.Əliyevin kecmiş silahdaşlarından heç biri onun müdafiəsinə qalxmadı, bəziləri isə qızğın surətdə antiəliyev kampaniyasına qoşuldular. Bir hissə keçmiş şagird-həmkarları artıq ona xəyanət etmişdilər, digərləri bir insan kimi onunla ünsiyətdən qorxurdular.

A.Karaulov eks-həmkarlarla əlaqədar təsirli hadisə danışmışdır: «Birin yarısında, mən Barvixaya zəng edib Əliyevi təbrik etdim. Heydər Əliyeviç artıq yatmışdı.

– Necə? Bəs Yeni il?

– Eh, Andrey…Hansı…Təzə il! Budur…təkcə sən zəng etdin, bir də Müslüm zövcəsi ilə…»

Bir vaxtlar məşhur artist Müslüm Maqomayev elə bu mövzuda kifayət qədər kəsgin və yumorla danışmışdı. «Bizim Tamara ilə belə bir ənənəmiz var idi – Heydər Əliyeviçi Tulaya qədər ötürmək (o Moskvadan gedəndə). Bu, qatarla dörd saat edir. Bu müddət ərzində onun vağonunda stol açırdılar. Heydər Əliyeviç – işi çox olan adamdır, onun adi görüşlər və danışıqlar üçün vaxtı yoxdur, burada isə, heç nədən asılı olmayan yol fasiləsi alınırdı. Və biz təkərlərin tıqqıltısı altında ürəyimizi boşaldırdıq… Biz Tulaya qədər gedirik və tələsmədən danışırıq. Heydər Əliyeviç «sadiq həmkarların» davamsız münasibətlərindən şikayətlənir: aldadırlar və ən gözlənilməz tərzdə aldadırlar… Mən də onda dedim: - Siz istefaya çıxın. Цç aylıq…Onda baxarsınız kim qalar…Belə də alındı…»

Xəzərin azərbaycan bölgəsinin neft sərvətləri hələ sovet vaxtından məlum idi. Neft biznesi, məlum olduğu kimi böyük biznesə aiddir, bu isə öz növbəsində, böyük siyasətlə sıx əlaqədardır. Bax, elə ona görə də qorbaçov partiya-dövlət maşını və erməni ekstremistləri bir hədəfə atəş açır, bir nöqtəyə vururdular. Onlar bilirdilər ki, yalnız H.Əliyev xalqı birləşdirə və onların planlarına qarşı çıxa bilər. Xalqın onu hakimiyyətə çağıracağına isə, şübhə etmirdilər.

Qorbaçov, H.Əliyevin ətrafındakı hadisələrin gedişini diqqətlə izləyirdi. «O zaman, SovİKP MK göstərişi ilə mən DTK-nin tam nəzarəti altında idim. Mən Bakıya qoşun yeridilməsini kəsgin töhmətləndirəndən və xarici kütləvi informasiya vasitələrinə müsahibə verəndən sonra bu nəzarət daha da gücləndi. Moskva-Bakı hava xəttinə bilet sifariş etməyə macal tapmamış zənglər başlandı. Əvvəlcə Puqonun partiya nəzarəti komitəsi üzrə iki müavini: Slezko və Gerasimov zəng etdilər. Məsləhət gördülər ki, getməyim, belə ki, Azərbaycanda vəziyyət gərgindir və mənim gəlişim havanı bir az da qızışdırar. Sonra mənimlə alverə başladılar. Onlarda, DTK-də guya Əliyev barədə materiallar var imiş. Əgər o Bakıya getməsə onlar sənədləri arxivə verəcəklər, əgər getsə – sənədləri işə buraxacaqlar. (jurnalist E.Axundova yazır ki, sonralar bu sənədləri Bakıda işə buraxdılar, hətta H.Əliyevin Azərbaycan KP MK-nin birinci katibi postundakı fəaliyətinin yoxlanması üçün hökumət komisiyası da təşkil edilmişdi). 30 mayda Puqonun özü zəng vurdu. Belə məlum oldu ki, həmin məqsədlə. Mən ona dedim: «Qəribə işdir – siz məni lap çoxdan yada salmamışdınız, halbuki, mən çətin günlər yaşamışdım: xəstələnmişdim, xəstəxanada yatırdım, amma indi, mən bir təhər dirçəlmişəm və vətənə getmək istədikdə, birdən, siz məni yada saldınız. Mənim getməyimi qadağan etməyə sizin ixtiyarınız yoxdur». E.Axundova ardınca yazır: «İyunun 5-də «lesnıye dali» pansionatında mərtəbənin növbətçisi Əliyevi telefona çağırır. Puqo yenə də zəng edib. O, özündən çıxmışdır. «Görün nə alınır, – Əliyev xatırlayır – onlar Xanbabayevi öldürdülər ki, mənim vətənə yolumu kəssinlər, yəni, səni də öldürərik, həbs etməklə qorxudurlar, amma mən öz dediyimin üstündə dururam». Puqodan sonra Razumovski zəng etdi və nəhayət, ittifaq Dövlət təhlükəsizliyinin şefi V.Kryuçkov. Axırıncı ilə H.Əliyevin hələ əvvəlki işində dostluq münasibətləri var idi, ona görə də o, «dikinə» sual verdi: «Nədən belə hamınız əl-ayağa düşmüsünüz?». Kryuçkov etiraf etdi: «Mütəlibov bunu bizdən çox xahiş edir». «Onu nə narahat edir? – Əliyev təəccüblənir – əgər o həqiqətən Azərbaycan KP MK-nin qanuni birinci katibidirsə, onda niyə onu adi partiya üzvünün gəlişi qorxudur? Çox güman ki, öz vəziyyətinin səbatsızlığını hiss edir. Mənim sizə yazığım gəlir: Azərbaycanda öz hakimiyətinizi belə adamın köməyi ilə saxlamağa cəhd edirsiniz…Kryuçkov məndən məndən xahiş etdi ki, Mütəlibovla danışım… O zaman Mən, Mütəlibova o şəraitdə necə işləməli olması barədə çoxlu məsləhətlər verdim, – deyə H.Əliyev bizimlə bölüşür – təəssüf ki, o mənim heç bir məsləhətimə qulaq asmadı. Mən dedim ki, Azərbaycan üçün darıxmışam və vətənə qayıtmaq istəyirəm. Mütəlibov söz verdi ki, Bakıya qayıdan kimi mənə zəng edəcək və gəlməyimi təşkil edəcəkdir… O, bizim bir saatlıq söhbətimiz əsnasında məndən xahiş etdi və hətta yalvardı ki, Bakıya gəlməyim. Ki, vəziyyət mürəkkəbdir, hər şey ola bilər. Mən ona açıq dedim: siz Xanbabayevi öldürdünüz, məni də öldürə bilərsiniz. Onsuz da Azərbaycana qayıdacağam. O özünə haqq qazandırmağa başladı, siz nə danışırsınız, Xanbabayevin ölümündən mənim heç xəbərim yoxdur. Heç kəs sizə heç barmağı ilə də toxunmaz. Müxtəsəri, tamam dolaşdırdı: bir tərəfdən mənim Bakıda görünməyimin qorxulu olduğunu söyləyir, digər tərəfdən – inandırırdı ki, mənə heç kəs toxunmayacaqdır».

Qorbaçovun vəzifəyə qoyduğu – SSRİ XİN-nin axırıncı başçısı B.Pankin yazır ki, onlar (yəni, Qorbaçovun komandası – müəllif) H.Əliyevin bütün hərəkətlərini diqqətlə qeyd edirdilər.

Onların dediyinə görə, millətçilik virusu əslində bütün respublikaları əhatə etmişdi, və respublikaların müstəqilliyə can atan bütün siyasi xadimləri H.Əliyevin hərəkətlərini izləyirdilər, belə ki, o, onlar üçün danılmaz nüfuz sahibi idi. Bax, bu da, kreml fəallarında qorxu yaradan səbəblərdən biri idi.

Qorbaçov müxtəlif yollarla Əliyevlə təmas yaradırdı və onlardan biri – SSRİ prokurorluğu vasitəsi ilə, konkret ifaçı rolunda Qdlyanla olurdu. Qdlyanla İvanovun sonralar Qorbaçovu biabır etmələrinə təəccüblənməyə dəyməz: sadəcə Qorbaçov, ona xas olan məharətlə, öz məqsədləri yçyn istifadə etdikdən sonra onları atmışdı.

M.Qorbaçovun təşkil etdiyi, H.Əliyevin siyasi və fiziki məhvi üçün müxtəlif strukturların qarşılıqlı hərəkətini əks etdirən sxem verilmişdir (əlavədə).

Tez-tez eşidilir ki, sovet dövründə Azərbaycanda bu və ya digər xadim DTK tərəfindən təqib edilmişdir. Və bu, şübhəsiz, olmuşdur. Lakin, o təqibləri H.Əliyevə qarşı edilən qlobal təzyiqlərlə müqayisə etsək, onlar uşaq əyləncəsinə bənzəyər. Həmən sxemin məkrliliyi və vəşiliyi ondan ibarət idi ki, Qorbaçov, hakimiyətindən və demokrat imicindən istifadə edərək həm partokratları, həm də demokratları H.Əliyevə qarşı saldırırdı. Yakovlev, Liqaçov, Bakatin, Şahnəzərov və başqaları bir-birinə nifrət edirdilər, lakin onların hamısı birlikdə və uzlaşaraq H.Əliyevə qarşı hərəkət edirdilər. Bu qorbaçov sistemli hücum H.Əliyevi çox gücdən salmış və səhhətinə təsir etmişdi. Lakin, dünya ədalətdən xali deyildir.

Vaxtilə Qorbaçov H.Əliyevə – «Heydər, sən getməlisən» – demişdi. G.Borovik yazır ki, Qorbaçov canını H.Əliyevdən qurtarmağa tələsirdi. O başa düşürdü ki, Əliyev ondan həm düz, həm də dolayısı mənada üstündür. Qorbaçov özünü Əliyev olan yerdə narahat hiss edir və ondan qorxurdu. SSRİ prezidentinin öz yanında görmək istədiyi xadimlərin necə olmasını, içgidən «quruiaq bilməyən» Yanayevə görə təyin etmək olar. Hökmdarlar qəlbinin incə bilicisi Nikolo Makiavelli demişdi – «Hökmdarın ağlı barədə mühakimə, ən əvvəl, kimləri ətrafına yığmasına görə yürüdülür».

A.Karaulov yazır: «Bir aydan sonra Naxçıvan, Əliyevi Naxçıvan MSSR-nın Ali Sovetinin deputatı seçdi. Sonra isə, – Azərbaycanın. Əliyev təyyarəyə bilet aldı. O, Bakıya, oradan isə dərhal Naxçıvana uçmaq istəyirdi. Bu, – onun vətənidir.

Qorbaçovun Əliyevdən qorxması çox maraqlıdır! Əvvəlcə Mütəlibov tərəfdən birisi zəng edir: – Heydər Əliyeviç, təklif var ki,… evdə qalasınız!

Əliyev – eşitmədim.

Sonra Mütəlibov özü zəng etdi:

– Heydər Əliyeviç, biz bir-birimizi çoxdan tanıyırıq…Mən sizdən xahiş edirəm… Moskvada olun.

– Ayaz, hədələyirsən? – Heydər Əliyeviç maraqlanır.

– Xahiş edirəm…

Əlbəttə, hər şey məlum idi: reysin sıra sayı, günü…

Bakıdan «Azərnəşr» mətbəəsinin direktoru Əjdər Xanbabayev Əliyevə zəng edir:

– Heydər Əliyeviç, mütləq sizi qarşılamağa gələcəyəm.

Yarım saat keçir. Əjdər bir də zəng edir:

– Heydər Əliyeviç, qəribə işdir. Məni hədələyirlər, indicə… dedilər ki, sizi qarşılamağa cürət etməyim .

– Belə... – Əliyev fikrə getdi – Bəs sən?

– Dəstəyi yerinə qoydum, Heydər Əliyeviç.

Əliyevə axşam qardaşı zəng etdi. Ona – indicə zəng etmişdilər: «Əliyevə çatdırın ki, Bakıda görünməyə cəsarət etməsin. Sizin dostunuz Xanbabayev artıq ölü düşüb qalıb «jiqulidə» – sizin evin yanında…»

Qorbaçov başa düşürdü ki, H.Əliyev, dövlətdə dağıdıcı proseslərin əleyhinə çıxış edən və mülayim siyasətə çağıran müxalif qüvvələrin vəhdətləşmə mərkəzi ola bilər. Onun H.Əliyevdən necə qorxduğunu və ona münasibətdə ikiüzlülük etməsini belə bir dəlildə görmək olar: H.Əliyevi təqaüdə göndərəndə, MK-nin plenumunda M.S.Qorbaçov onun özü və işi haqqında yaxşı fikirlər söyləmişdi, stenoqram çap edildiedə isə bu sözləri atmışdı. Onun bu hərəkəti mənəvilik və qorxu simbiozu idi. Qorbaçov bütövlükdə budur.

Qorbaçova həm SSRİ-də, həmdə xaricdə ermənilər tərəfindən güclü təsmr göstərilirdi. Erməni millətçiləri dəqiq anlayırdılar ki, H.Əliyevin Siyasi Büro üzvü olduğu halda qarabağ prosesinin başlaması mümükün deyildir.

Akademik Ambarsumyan bir qrup həmfikirləri ilə bütün Ermənistanı şəhərdən-şəhərə, rayondan-rayona, kənddən-kəndə, qapıdan-qapıya nəqliyatla və piyada gəzərək «erməni xalqının düşməni H.Əliyevin düz 17 ildir ki, Dağlıq Qarabağın ana-Ermənistanla birləşməsinə imkan vermir» fikrini yaymışdır. O, indi partiya və dövlət işlərindən kənarlaşdırılmışdır. Biz, bu tarixi əlverişli fürsəti əldən buraxa bilmərik».

F.Bobkov öz memuarlarında xatırladır: «Siyasi büronun Ermənistan kompartiyasının birinci katibi K.Dəmirçiyanın, erməni xalqının soyqırımının 60 illiyi münasibəti ilə tədbirə Azərbaycandan, Gürcüstandan və RSFSR-dən nümayəndələr dəvət edilməsi barədə qərar qəbul edilməsinə nail olduğu plenumunda mən onudəstəkləmişdim. Dəmirçiyan aprelin 24-nün (türk qırğını günü) respublikada matəm günü elan edilməsində də təkid edirdi. Bu məsələ artıq həmən ərəfədə M.S.Qorbaçovun apardığı MK-nin Katibliyində həll edilmişdi. Mənə elə gəlirdi ki, belə qərar labüddür, çünki bu, artıq o zaman Ermənistanda yaranmış antiislam əhval rühiyəni zəiflədə bilər. K.U.Çernenko xəstələndiyi üçün Siyasi Büronun iclasını Qorbaçov apardı. N.A.Tixonov, A.A.Qromıko və daha kimlərsə Dəmirçiyanın təklifinin əleyhinə çıxış etdilər. Təklif keçmədi.

İki məsələ məni məəttəl qoymuşdu: iş onda deyildi ki, təklif qəbul edilmədi, əvvəllər də belə olmuşdu, lakin, iclasda heç bir arqument, heç bir ciddi səbəb səslənmədi, qəbul edilmədi – vəssəlam. Təəccüblü bir də o idi ki, MK Katibliyinin iclasında artıq bu təklifi bəyənən M.S.Qorbaçov bu dəfə susurdu. MK katibləri də – halbuki, hələ dünən onlar bu qərarı qəbul etmişdilər və Siyasi Büronun iclasına çıxarmışdılar».

Açıq-açığına Qorbaçovun təsiri altında işlənmiş məsələnin niyə keçməməsi isə, şübhəsizdir: o zaman H.Əliyev SSRİ rəhbərliyinə real təsirə malik idi.

Qorbaçovda Kaliqulı fenomeni baş vermişdi: əvvəllər Brejnevlə və Andropovla kifayət qədər yaxın münasibətlərdə olan Əliyev qorbaçovun siyasi karyerasının şahidi olmuşdu və çox şey bidirdi, bax bunu, Qorbaçov heç kəsə bağışlamırdı.

Qorbaçov, Əliyevin şəxsində özünə birbaşa alternativ görürdü. 1993 ildə Nikolay Rıjkovdan soruşanda ki, SSRİ qalsaydı dövlətə kim başçılıq edə bilərdi, onda o Heydər Əliyevin adını çəkmişdi. Obyektivlik xatirinə deyək ki, ermənilərin dostu – N.Rıjkov bunu səmimi deyirdi. H.Əliyev xəstəxanaya düşəndə Siyasi Büro üzvlərindən təkcə o, xəstəyə baş çəkmişdi.

Dövlətə başçılıq etməyin belə mümkünlüyü haqqında qərb informasiya agentliklərinin çoxu danışırdı. A.Karaulov yazır ki, «Əliyevlə dostluq edən Andropov, onu SSRİ Nazirlər Sovetində işə keçməsi üçün dilə tutmuşdu. Bir il keçsəydi, bəlkə də – az, Əliyev onun Sədri ola bilərdi»

V.Solovyov və Y.Klepikova yazırdılar ki, «Əliyev Siyasi Büro üzrə öz yoldaşlarının yeknəsəq dairəsində kəsgin fərqlənir – və təkcə milliyətcə yox. Hündürboy, atletik geniş kürəkli, ağıllı və dik başı, təmtəraqlı hərbçi duruşu, Kremldə ağlasığmayan qəşəngliklə əynində oturan ingilis kostyumunda, DTN-nin bu general-mayoru Kremldən qabaq Hollivud sakinini yada salır. Kremldəki qoca, sönük gözlü yoldaşlarından çoxunun fonunda əyalət aktyorunun birinci məşuq ampluasında olduğu kimi, alovlu əliyev gözləri, onun şərq əsilliliyinə istinad edilən coşğun təbiətini biruzə verir.

Əliyev, Kremldə xarici qonaqların qəbulunda fitnəkar suallara iti, ağıllı cavablar verə bilir və belə suallardan qətiyyən qorxmurdu. O, tez-tez gülümsəyir və hətta qəh-qəhə çəkib, gülürdü ki, bu da səksəninci illərin, daha çox partiya elitasının xəstəxanasına bənzəyən Kremlində nə isə, yeni bir şey idi. Əliyev enerji, işgüzarlıq, təşəbbüs aşılayırdı, onun yanında Siyasi Büronun hətta kiçik üzvləri belə – onun qafqaz coşğunluğundan məhrum olanVorotnikov, Romanov və Qorbaçov – tutğunlaşır, göz görə-görə qocalırdılar. Əliyev özünə inamı, iş bacarığı və xarici cəlbediciliyi ilə Kremlin çoxdan cinsi itmiş havasına «kişi potensiyası» gətirdi. O, yaraşıqsız, sürtülmüş kreml faunası arsında qeyri-adi quşa bənzəyirdi. Və əgər sonralar,1985 ilin payızında Tixonov gedəndən sonra premyer postunu tutmağa maneçilik vardısa bu, onun müsəlman-qafqaz keçmişi idi. Axı hətta slavyan Nikolay Rıjkov, sənədlərinə görə ukraynalı olduğu halda, premyer olandan sonra milliyətini dəyişib rus oldu» – V.Solovyov və Y.Klepnikova belə yazırlar.

Sonralar isə, Rıjkov, öz hərəkətlərinə uyğunlaşıb faktiki olaraq erməni oldu. Onun Azərbaycanlılara və bəzi digər millətlərə münasibəti başqa cür oldu. İ.Buniç yazır: «Yeni kompartiyanın MK və Siyasi Bürosunun üzvü Viktor Tyulkin birbaşa qurultayın tribunasından məlumat verdi: «RKP-nin yaradılmasının əleyhinə yalnız «r» hərfini deyə bilməyənlər ola bilər. Sus, jidlər! Qurultayda iştirak edən – SovİKP MK Siyasi Bürosunun üzvü və SSRİ-nin Baş Naziri – Rıjkovdan bir bolşevik kimi Tyulkinin prinsipial mülahizəsini izah etməyi xahiş etdilər. Premyer acınacaqlı halda əllərini açaraq: «Bu dəhşətdir…Lakin nə etmək olar?» dedi. Bax, belə ümidsizlik.

Çörəyini yediyi Azərbaycanın qəddar düşməni, H.Əliyevə qara yaxmaq istərkən, özü də bilmədən ona şaqq qazandırır. Brutens öz memuarlarında yazır: «Bununla bərabər, Əsəd uzun illər eyni insanlarla əhatə olunmuşdur. Ona az qala ən yaxın olan, Suriyanın vitse-prezidenti A.X.Həddam – sünnüdür. Araqızışdırmağa və acı kəlmələrə, lazım gəldikdə isə, bu «cırtdanı» qəribə və bəzən də gülünc vəziyyətə salan təcavüzkar görkəmə həris, hiyləgər və diribaş siyasətçi. Danışıqlarda amiranə və qətiyyətli, bəlkə də özünə güvənən, əzəmətli Qromıko istehzalı acıdil suriyalı ilə bəzən, elə bil, özünü narahat hiss edirdi. Amma H.Əliyev, kobud-saymazyanalıqla onun Livan və iran-iraq müharibəsi haqqında mülahizələrini tənqid etməklə Həddamı «ötüb keçə» bilmişdi (mən Dəməşqdə bunun şahidi olmuşam)». Milyonlarla teletamaşaçı müxtəlif vaxtlarda H.Əliyevin minlərlə telemüsahibəsinin şahidi olmuşlar, o heç kimlə «kobud-saymazyanalıqla» danışmamışdır – nəzakətlilik həmişə onun güclü cəhəti olmuşdur. Və yaxşı məlumdur ki, əgər H.Əliyev bir problem barədə dialoqa girişirsə o, həmən problemi incəliklərinədək bilir. Belə ki, H.Əliyevin A.X.Həddamı nə vəziyyətə saldığını təsəvvür etmək olar.

A.Borovik təsdiq edir ki, «Əgər 1996 ilin yayında H.Əliyev Rusiya prezidntliyinə seçgilərdə iştirak etsə idi o asanlıqla qalib gələrdi». İddiaçılar arasında dövlətin birinci adamı rolunda H.Əliyevin adını V.Pribıtkov da cəkir: «Hətta sentyabrda «kreml xəstəxanasının» lyuks bölməsinə keçib, gecə və gündüz «süni böyrək» aparatına borucuqlarla bağlanmış halda xəstə çarpayısında möhkəm uzanaraq telegörüntünün ekranlarından və qəzet səhifələrindən həmişəlik itib gedəndə, bunlarda növbə ilə başqa – gənc və qoca: Tixonov, Ustinov, Qromıko, Əliyev, Qorbaçov, Rıjkov... – peyda olacaq və bir dəfə də olsa Çernenkonun adı çəkilməyəcəkdir»

Anatoli Qromıko atası Qromıko ilə bir danışığını yada salır

«Əlbəttə, – atam yumşaldı – sən bir qədər haqlısan. Bizim Siyasi Büroda yalnız üç nəfər nisbətən cavandır – Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənim xoşuma gəlir. Onun vaxtında Azərbaycan, xüsusilə kənd təsərrüfatı sadəcə. çox yaxşı inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, alicənab adamdır, amma, heyif ki, o sayıla bilməz. Nazirlər Soveti Sədrinin Birinci müavini – görünür, onun üçün ən yüksəyidir.

– Milliyətinə görə?

– Bu məsələdə bəli, milliyətinə görə

1977 ildə Bakıda ictimai elmlər Seksiyasının Oktyabr inqilabının 60 illiyinə həsr olunmuş yubiley konfransını necə keçirməsi yadıma düşdü. Orada, Sovet İttifaqında milli məsələnin həlli təcrübəsinə xeyli diqqət ayrılmışdı. Bakıda bir neçə dəfə olmuşam, və maraqlısı odurki, tək məndə yox, mənim həmkarlarımın hamısında möhkəm əqidə yaranmışdı ki, o, SSRİ-də ən beynəlmiləl şəhərdir. Ruslar burada özlərini öz evlərindəki kimi hiss edirdilər, sadəcə dostların deyil, mənəvi cəhətdən onlara doğma və yaxın insanların əhatəsində idilər. Bu, təsadüfi, ötüb keçən hisslər deyildi.

Mən indi öz-özlüyümdə fikirləşirəm ki, o zaman müxtəlif millətlərin istər gənci, istərsə də qocası bir qayda olaraq özlərində bir-birinə qarşı ikrah hissi gizlətmirdilər. İnsanlar arasında pis münasibət yalnız məişət və şəxsi zəmində yarana bilərdi, millət zəminində isə, heç vaxt. Azərbaycan mədəniyəti və təhsili necə də irəli,uzaqlara addımlamışdır. Respublika mənəvi cəhətdən sınmamışdı və xəstə deyildi, dinamiki qüvvə idi. Azərbaycanın paytaxtı Bakının havasının özündə inam və xoşniyyətlilik dolaşırdı.

Konfrans bitdikdən sonra hündür dağ başında keçirilən bayram gecəsində azərbaycan oğlan və qızları ildırım sürətli və ahəstə xalq rəqsləri ifa edir, sanki, Şəhrzadın nağıllarındakı şərq mənzərələrindən gəlmiş xalq həyatından səhnəciklər göstərirdilər. İnsanlarda, o cümlədən o qədər də yaxşı yaşamayanlarda, xoşbəxtliyə inam var idi. Bu gün mənə deyə bilərlər ki, bu, yüngüllüklə şirin xəyalları həqiqət kimi qəbul edən moskvalının sadəlövh yuxusu idi. Lakin mən bu qarıldayan səslərə inana bilmərəm, çünki, özüm bu həqiqətləri görmüşəm və onlar nağıl deyildi.

Ən ağıllı və ən nəcib insan akademik Aleksey Matveyeviç Rumyansev söz aldı:

– Dostlar, mən uzun ömr sürmüşəm, hər şey görmüşəm və dərindən inanıram ki, sovet hakimiyətinin 60 ili ərzində ölkəmizdə yeni birlik təşəkkül tapmışdır – sovet xalqı. Bu o demək deyildir ki, biz öz milliyətimizlə fəxr etmirik, əlbəttə fəxr edirik. Lakin elə həmən kimi də fəxr edirik ki, biz sovet xalqıyıq.

Ona hamıdan çox əl çaldılar.

Mən bütün bunları, atam Əliyevin milliyətinin, onun Baş katib postuna namizədliyinin irəli sürülməsi üçün çəpər olduğuna işarə edəndə yadıma saldım. Qəlbimdə onunla razılaşmırdım və atam bunu hiss etmişdi:

– Bizə bir Stalin bəsdir. Əliyev burada taqsırlı deyil, lakin gərək dövlətimizdə birinci adam…

Və burda atam söz tapa bilmədi, susdu. Mən söhbətimizi düzəltməyə başladım, onu əvvəlki axarına yönəltməyə çalışdım. Lakin bundan bir şey alınmadı. Atam hansısa öz işini fikirləşirdi və biz o gün, bir daha söhbətimizin başlanğıcındakı məsələlərə qayıtmadıq».

Qorbaçov H.Əliyevi neytrallaşdırmağa tələsirdi. Lakin H.Əliyev kimi şəxsiyətlərlə belə məsələlərin həlli asan olmur. Qorbaçov da, sonralar H.Əliyevə qəsd hazırlayan şəxslər də stalin prinsipi əsasında hərəkət edirdilər «insan yoxdur – problem də yoxdur». Alınmadı.

Azərbaycanın prezidenti H.Əliyev – dünyada tanınan görkəmli siyasətçidir, Qorbaçov isə – ya, hansısa kampaniyaların lideri, ya şouların fasiləsini dolduran, ya da görüntü kliplərin aktyordur.

«Gərək son dərəcə ehtiyatla özünə düşmən seçəsən» – O.Uayld lap çoxdan sərrast demişdir. Qorbaçov öz memuarlarında yazır: «Əliyev, – şübhəsiz, böyük siyasətçidir. Ağıllı, iradəli, xeyrini bilən (o bunu qəti zəhləsi getdiyi adam haqqında yazmağa məcburdur – müəllif )

Əvvəllər onunAzərbaycandakı fəaliyətini müşahidə edərkən, şübhə etmirdim ki, o, rüşvətxorluğun, kölgə iqtisadiyatının möhkəm əqidəli düşmənidir. O, respublikanın xeyli, xüsusilə kənd təsərrüfatına aid məsələlərinin həllinə enerji ilə başladı, bir sıra proqramları həyata keçirdi, və bütün bunlar onun xeyrinə meyllənirdi.

Lakin tədricən, Azərbaycan işlərinin dərinliyinə getdikcə, başa düşdüm ki, baş verən dəyişikliklərin əsasında olduqca çoxmənalı motivlər yatır. Bəzən eşidirsən ki, siyasi fəaliyəti qiymətləndirmək üçün daxili məqsədlər əhəmiyət kəsb etmir, obyektiv nəticə mühümdür. Heç də yox. mənim bütün təcrübəm göstərirki, motivlər, xüsusilə onlar o qədər də ləyaqətli olmadıqda, həmişə nəticəyə təsir edəcəkdir».

Bax, burada Qorbaçov haqlıdır: «motivlər, xüsusilə onlar o qədər də ləyaqətli olmadıqda, həmişə nəticəyə təsir edəcəkdir». Mütləq təsir edəcəkdir. Qorbaçovun ləyaqətsiz motivlərinin dövlətin taleinə necə təsir etdiyi – hamıya məlumdur. Amma, hansı motivlər səslənsə də o, şəxsən özünü yaddan çıxarmadı: qanlı nobel mükafatı, Rusiyada və xaricdə dəbdəbəli malikanələr, çoxmilyonlu (aydın məsələdir ki, dollarla) fond və digərləri.

H.Əliyevin siyasi məhvi üzrə işə salınmış mexanizm dəqiq işləyirdi. Buraya ayrı-ayrı jurnalistlər, yazıçılar (Roy Medvedev, Topol, Neznamski, S.Baruzdin, L.Qrafov və b.) cəlb edilmişdi. Mərkəzi pres də işə qoşulmuşdu: startı, Arkadi Vaksberqin «Literaturnaya qazeta»dakı cirkin və böhtanlı məqaləsi götürdü. «Pravda»da H.Əliyevin «yerlisinin» fitnəkar məqaləsi peyda olur – V.Əfəndiyev: «Aliyevşina, ili Plaç po sladkomu vremeni». Bu məqalə çap olunandan sonra Əliyev məktub alır: «Əziz Heydər Əliyeviç! «Pravda»da mənim imzamla çap edilmiş «Aliyevşina, ili plaç po sladkomu vremeni» məqaləsi fitnəkarlıqdır və kobud uydurmadır və mən belə məqaləyə heç vaxt imza atmamışam…». Təkzib, təbii ki, «Pravda»da üzə çıxarılmır – uzaq «Vaşinqton post»da üzə çıxır.

H.Əliyev üçün iş və vəzifə maraqları həmişə birinci yerdə durmuşdur və onunla işləyənlərin hamısı bunu qeyd edirlər. Uzun illər Brejnevin və Qorbaçovun mühafizəsində işləmiş Vladimir Medvedev xatırlayır: «Mən H.Əliyeviçin Vetnama getməsini hazırlayırdım … Poladəridən zavodun köhnə marten sobalarının yanında, metal tullantılarının içində mərmi gilizlərini aşkar etdim.

«Onlar partlaya bilər axı», – deyə vetnamlılar məni inandırmağa çalışdılar və onları kənarlaşdırmaqdan imtina etdilər. Bir şey düzəltmək oldu, mənim xahişimlə çaylardan birinin sahilində parom üçün yanalma körpüsü quraşdırıldı, marşrutu dəyişdik və s.

Heydər Ədiyeviç gələndə gilizlər haqqında ona məlumat verdim və soruşdum ki, zavoda getməkdən imtina etmək olarmı,

«Olmaz, – deyə o cavab verdi, – bizi orada gözləyirlər, getmək lazımdır».

Müxtəlif fəaliyət xadimlərinin çoxunun qeyd etdikləri kimi, hətta Siyasi Büro üzvlərinin ovçu təsərrüfatında vaxt keçirdiyi istirahət günlərində də,H.Əliyev işdə olurdu. Dövlətin birinci şəxslərinin mühafizəsində işləyənlər öz xatirələrində yazırlar ki, H.Əliyevi ovçu təsərrüfatında heç vaxt görməyiblər və tək bircə dəfə A.Kosıgini görmüşlər.

S.Yanardağın dediyi kimi: «Siyasətçilər üç keyfiyətin vəhdətinə malik olmalıdırlar – dahilik, siyasi fəaliyət və qəhrəmanlıq». H.Əliyev Norvegiyada olanda, tufanlı havada dənizdə neft hasilatını müşahidə etmək üçün gəldikdə, ona deyirlər ki, belə havada dənizə çıxmaq olmaz. Lakin Əliyev soruşur: «Orada neftçilər var?» – və eşidəndə ki, «Bəli», cavab verir, – «Onda, mən də onlardan biri olaram».

H.Əliyevin işləmə qabiliyətini və məcburiliyini, hətta onun amansız düşməni Qorbaçov da vurğulayırdı: «Цstəlik burada qeyri-adi sərt qış gəldi. Müxtəlif yerlərdən mərkəzə kömək barədə teleqramlar tökülüşdü. Çovğunlar Uralda elə qar yığınları yaratdı ki, hərəkət dayandı. Onlarla deyil – yüzlərlə qatarlar bütün yükləri ilə atılıb qaldı, istehsalın və əhalinin həyat təminatını təşkil edən bütün yüklərlə. Bütün xalq təsərüfatının iflic olma təhlükəsi yarandı. Hökumətin çox işləməsi lazım gəldi. O zaman əməli məsələlərlə Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev məşğul idi. Yeqor Liqaçov da işə qoşuldu».

Böyük dağılan ölkə həddində əməli məsələlərin həllinin nə demək olduğunu, həm də SSRİ Nazirlər Soveti Sədri Tixonovun, elə həmən memuarlardan anlaşıldığı kimi, hakimiyətə can atan Qorbaçovun fitnələrindən iflic olduğu şəraitdə, aydınlaşdırmağa ehtiyac yoxdur.

V.Solovyov və Y.Klepnikova yazırlar: «Hətta sovet mətbusunun məlumatlarına görə mühakimə yürütsək belə, Əliyevin vəzifə dairəsi son dərəcə geniş idi: rüşvətxorluqla mübarizədən başlamış, dəmir yollarında qayda yaradılmasına qədər, ümütəhsil məktəblərinin reformasından tutmuş, SSRİ-nin yaxın şərq siyasətinə qədər».

H.Əliyev, Kremldə adi hal olmuş hakimiyət uğrunda fitnəkar üsullarla mübarizə əvəzinə, ümumi işin maraqları xatirinə konsensus tapmağı təklif edirdi.

V.Solovyov və Y.Klepnikova davam edirlər: «Цmumi partnyorlarının tabutu önündə Romanovun və Qorbaçovun bu siyasi duelinin bütün təfərrüatını biz bilmirik – və, olsun ki, heç vaxt bilməyəcəyik də. Dürüst məlum olanı yalnız odur ki, məhz onlar üçün bu mübarizədə qalib yerini tutmağa heç bir işıq ucu görməyən «mladotürklər» – Heydər Əliyev, Vitali Vorotnikov və DTK-nin şefi Viktor Çebrikov – kreml duelyantlarını cilovlamağa cəhd edir, onları dərrakəli olmağa, güzəştə getməyə və altruizmə çağırırdılar. Alınmadı! Hər ikisi öz kompromissiz mövqeinə şəxsi şöhrətpərəstliyi ilə deyil, yüksək ideallığı ilə bəraət qazandırmaq istəyırdı. Romanov populist neostalinizm, milli-şovinizm və imperiya heysiyatı bayraqları altında mübarizə etdiyi bir zamanda, Qorbaçov ideoloji neytral olduğundan (onun ideoloji ehtirasları, hələ stalin dövründə, tələbə skamyası arxasında sakitləşmişdi), kiçik, ağrısız iqtisadi islahatların köməyi ilə, bir qədər coşğun xruşşov zamanından yaddaşında qalan, bir qədər də öz müəllimi Andropovdan mənimsədiyi polis imperiyasını möhkəmləndirmək istəyirdi. İkisi də ata yurdunun biri obirindən xilaskarı kimi çıxış edir, heç biri güzəştə getmək istəmirdi».

Tarixin öz qanunları var. Qorbaçov prezident vəzifəsindən istefaya gedəndə, artıq ikinci gün Yelsinin komandası onu öz iş otağına buraxmadı, orada Yelsin öz dostları ilə şampan şərabını içirdi.

Yelsin, Qorbaçovun məşhur atmacalarını ona bağışlamadı: «Bu nədir, sən o dərəcədə siyasi savadsızsan ki, biz burada sənin savadsızlığının ləğvini təşkil etməliyik? (həmişəki kimi, «sən»… D.Volkoqonov).

«Bizim adam kimi tanınmaq istəyir. Yarım vedrə içir – bu, böyük hünərdir!»

«…Yelsin prezident kürsüsünə can atır…belə bir vaxtda. O heç özündə deyildir. Öz ətrafını mənim üstümə saldırır…Onların əngini yaxşıca əzmək lazımdır…»

Onun, yalnız özü danışıb, özünə qulaq asması, bəzən təmtəraqlı suallar verməsi isə dillərə düşmüşdü. H.Əliyev xatırlayırdı: «Ali Sovetin Prezidiumunun iclasını yadınıza salın (Dağlıq Qarabağ məsələsinin müzakirəsi nəzərdə tutulur – müəllif ). Qromıko iclas boyu dinməz oturmuşdu. Ali Sovetin üzvü Qorbaçov ona heç ağzını da açmağa qoymurdu. O, özünü kolxoz partiya iclasında raykom katibi kimi aparırdı – istənilən adamın sözünü kəsir, hamıya təzyiq edirdi. Artıq yenidənqurmanın iki ili geridə qaldığı halda o, yenidüşünmə, plyuarizm, demokratiya haqqında danışmaqdan yorulmurdu. Özünü isə, diktator kimi aparırdı».

Qorbaçovun əli də təmiz deyildi. N.Zenkoviç hay-küylü «Stavropol işi» barədə yazır:

«… «İş» 1986 ildə stavropol liyor-araq zavodunun içisi Anatoli Martirosyanın həbsindən başladı. Həbs edilərkən onun 600 min manatlıq qiymətli əşyası müsadirə edilmişdi.

Martrosyan taqsırlı kimi gəlmə yazır. O, zavoddakı oğurluqlar barədə və1976 ildən bəri məmləkət və ölkə rəhbərlərinin necə əliaçıqlıqla «yedizdirilməsindən» danışmışdır. Martirosyan, zavodun direktoru Tamara Karlovanın məktubcuqları əsasında, rəislərə külli miqdarda spirtli daşımışdır… Alkoqol alanların arasında Stavropol məmləkət komitəsinin təsərrüfat şöbə müdiri Aleksey Pişikov var idi. Martirosyanla üzləşdirdikdə o, belə desək, «qonaq evi» üçün – orada Mixail Qorbaçov öz qonaqlarını qəbul edirdi – pulsuz alkoqol aldığını etiraf edir.

…Yeri gəlmişkən, Mixail Qorbaçov şəxsən Tamara Karlovanı iki ordenə layiq görmüşdü – Oktyabr İnqilabı və «Şərəf Nişanı». Elə özü də şəxsən bu ordenləri ona təqdim etmişdi.

Tamara Karlovanı elə həmən 1986 ildə həbs etdilər. O. həbsxanadan öz ərinə – məmləkət prokurorluğunun o zamankı işçisinə – məktublar ötürməyə cəhd edir. Məktublar təlimatlardan ibarət idi: kimə və nəyə işarə etməli ki, onun işini yüngülləşdirsinlər. Mark Deyçin artıq adlarını çəkdiklərinin arasında (bax «Svoboda» radiosunun müxbiri Mark Deyçin «Slujili dva tovarişa…» məqaləsinə, «Stolitsa» jurnalı, No 13 1992 il – müəllif ), misal üçün SSRİ taxıl məhsulları naziri Budıka və SovİKP Rostov vilayət komitəsinin birinci katibi, gələcək SSRİ daxili işlər naziri və RSFSR Nazirlər Soveti sədri Vlasov gözə çarpırdı. Bəziləri isə məktublarda yalnız ad və soyadlarının baş hərfləri ilə qeyd edilmişdi – misal üçün «M.S.» və «R.M.». Karlova birmənalı başa salırdı ki, ona kömək etməsələr, o hamını ələ verəcəkdir…».

V.Boldin yazır: «İlk vaxtlar bəzi hədiyyələr arvadı tərəfindən (R.Qorbaçova – müəllifin qeydi) Qoxrana təhvil edildi, qəzetlər bu barədə yazmışdılar, sonralar isə bu barədə hər hansı bir yazı mətbu səhifələrindən yoxa çıxdı. Baş katib tez-tez müxtəlif fondlardan böyük mükafatlar almağa başlayır, onun bank hesabına mütəmadi dollarlar köçürülürdü, başqa valyuta «Perestroyka i novoye mışleniye dlya naşey stranı i dlya vseqo mira» kitabına görə, başqa işlərə görə. Mükafatların sayı o qədər çox idi ki, onların dalınca xüsusi emisarlar göndərilirdi, və mən başa düşə bilmirdim, niyə alınanların hamısı avtomatiki olaraq dövlət və partiya büdcəsinə göndərilmir, axı prezident cütlüyü büdcədən təmin edilirdi. Daxil olan təkcə valyuta deyildi. Qorbaçova kifayət qədər ağır çəkili, qızıldan, gümüşdən, platindən hazırlanmış medallar, eləcə də, Y.Kruçinanın mənə dediyi kimi, dövlət xəzinəsinə təhvil etmədiyi qiymətli metaldan sikkələr göndərilirdi

Və Qorbaçovun birdən-birə bizim heç bir əlaqəmiz olmayan və Qorbaçova inansaq heç mümkün də olmayan… Cənubi Koreya rəhbərindən – Ro De Udan yüz min dollar alması əhvalatı mənim üçün artıq heç başa düşüləsi deyildi. Mən bu gün də, SSRİ ilə münasibətlərini indicə yaxşılaşdırmış Cənubi Koreya liderinin, Qorbaçovla ikinci görüşündə «fövqəldövlətin» prezidentinə yüz min dollar verməsini ağlıma sığışdıra bilmirəm. Sonralar Ro De U gözüyaşlı halda öz həmvətənlərinin qarşısında etiraf edəcəkdir ki, o, müxtəlif iş adamlarından rüşvət şəklində 650 milyon dollar alıb siyasi məqsədlərə sərf etmişdir. Gördüyümüz kimi, o da, rüşvətin sambalına görə mühakimə etsək, Qorbini bir o qədər də yüksək qiymətləndirmirmiş.

Əlaqələndirici, lakin kölgədə qalan fiqur isə, uzun müddət SovİKP MK-nin beynəlxalq şöbəsində işləmiş Brutens olmuşdur.

DTK-nin polkovniki Veselovski öz rəisi general Qruşkonun adına məlumat vərəqəsində görün nə yazır: «Partiyanın valyuta vəsaiti üzrə heç bir aydınlıq yox idi. MK-nin beynəlxalq fəaliyətlə məşğul olan rəhbərliyi müəyyən qədər nəzarət edirmiş. Lakin belə çıxır ki, nə Dzasoxov, nə Falin bu məsələdə tam məlumatlı deyildilər. Köhnə rəhbərlərin çox işi bağlı qalıbdır, onların arasında xaricdəki bir sıra bank hesablarıdır ki, bəzi məlumatlara görə onlara Qorbaçovun məsləhətçisi Brutens nəzarət edirmiş».

H.Əliyev də partiya varidatına şəxsən Qorbaçovun təkbaşına nəzarət etdiyini təsdiqləyir. Müxbirin: «Partiyanın qızılı – bu əfsanədir, yoxsa həqiqət? MK-nin keçmiş iş icraçıları Kruçina və Pavlovun özünə qəsd etmələri – təsadüfdür, yoxsa zərurət?» suallarına H.Əliyev cavab verir: «Özləri həyatlarına son qoymuşdur, yaxud onları «katapultlaşdırıblar» x – gələcəkdə biləcəyik. Onlar çox şey bilirdilər. Pavlovun erası Brejnevin ölümündən bir ay keçmiş, bitdi – Andropov ondan azad oldu və onun yerinə Kruçinanı təyin etdi. Qorbaçovun təkidli təqdimatı ilə. Bunu Andropov mənə danışmışdı, Mixail Sergeyeviçin özü də mənimlə söhbətində bunu təsdiqləmişdi.

Kruçina bura qədər Qorbaçovun rəhbərlik etdiyi, SovİKP MK kənd təsərrüfatı şöbəsi müdirinin birinci müavini işləyirdi. Mixail Sergeyeviç Baş katib olandan sonra Kruçinanın statusu sürətlə artdı. Kremlin bütün zamanlarında MK-nin iş icraçısı Siyasi Büronun iclaslarında iştirak etmirdi, Kruçina isə, daimi dəvət olunanlar siyahısına salınmışdı. O, bütün xarici səfərlərdə Qorbaçovu, daha doğrusu onu yox, Raisa Maksimovnanı müşayiət edirdi.

SSRİ prezidenti olarkən Qorbaçovun Qazaxstanın Tengiz neft yataqları ətrafındakı siçan oyunlarına əsasən, onun qərb kampaniyaları ilə şəxsi maraqlarının mövcud olduğu yəqinləşər. Bir sıra mərkəzi qəzetlər bu barədə yazmışdılar.

Rusiyanın siyasi həyatında Jirinovski necə fiqurdur, – hamıya məlumdur. hansı qara və şübhəli qüvvələri təmsil edir – o da məlumdur. Lakin, qərəzsizlik naminə deməliyik ki, SSRİ-nin dağılması haqqında onun versiyası, çox deyilənlərdən biri tək, həyata vəsiqə ala bilər. onun versiyasına görə, brejnev dövrünün partiya nəhəngləri yüksək vəzifələrə öz övladlarını və qohumlarını təyin etməyə çalışmış və belə özünəməxsus qaydada vərəsəlik məsələsini həll etmişlər. Bunlar da praktiki hər şeyə – malikanəyə, maşına, vəsaitə – malik olduqlarından kef ilə yaşayır, öz üzərində işləmir və praktiki zal ərlərinə çevrilərək, yalnız SovİKP nizamnaməmini əzbər bilirdilər. Partiyanın digər ehtiyatı – komsomola gəldikdə isə, onlar – həqiqi fəallar nəzərdə tutulur – yalnız öz rəislərinə necə qulluq etməyin qayğısına qalırdılar. İşdir, birdən onların arasında istedadlı və bənzərsiz şəxsiyət peyda olardısa, bir qayda olaraq özlərinin xilası üçün, onu nəzərə çarpmayan yerə göndərərdilər. Odur ki,qorbaçov yenidən- qurması ilə səhnələşdirilmiş hadisələr başlandıqda, kommunistlərin arasında parlaq şəxsiyətlər tapılmadı. Hamıya aydındır ki, onlarla demokrat (bunun şübhəli olduğu – bir azdan bilinəcək), xalq deputatları qurultayını istədikləri kimi fırladırdılar. Son nəticədə «namus və vicdan» oyuncaq ev kimi dağıldı.

Jirinovski daxiliçəkişmə mübarizəsində Qorbaçovun nəfəsini kəsərək, onu «nobel traktorçusu», İlyuxin isə, «orta şəxsiyyət» adlandırmışdılar. Etiraf etmək lazımdır ki, həm faşist Jirinovski (Qaydara görə), həm də kommunist İlyuxin, hərəsi özünə görə haqlıdır. Qorbaçovun «ibo ono lojit naçalo», «kofu popyom v samolyote» və ya «sapiski v prezidium ne lojit tovarişşi!» kəlmələri nobel laureatı ilə adekvat deyildir.

Qorbaçovun hakimiyəti traktorcu kimi idarə etməsini isə, belə bir dəlil yaxşı nümayiş etdirir: SSRİ-nin mövcudluğunun axırıncı dörd ilində ölkənin xarici borcu 40 milyard dollardan 96,6 milyard dollara qədər artmışdır.

Bir vaxtlar, Qorbaçov hələ hakimiyyətdə olarkən, H.Əliyev ona tam dəqiq xarakteristika vermişdi. «Vaşinqton post»un müxbiri D.Remnikə verdiyi müsahibəsində o qeyd edir: «Brejnev dövrü ərzində Qorbaçov Brejnevin bütün tələblərini sözsüz yerinə yetirirdi. Qorbaçov bu müddətdə bizdən fərqlənmək üçün nə edirdi? Brejnevlə Qorbaçovun arasında heç bir fərq yox idi. Qorbaçov Brejnevi tərifləyirdi…»

V.Boldin xatırlayır, Qorbaçov birdəfə ondan soruşmuşdu ki, «brifinq» nə deməkdir. Bu sözün mənasını Boldindən öyrəndikdən və A.Yakovlevdən təkrar soruşduqdan sonra o, yığıncaqlarda, iclaslarda, görüşlərdə yeri gəldi-gəlmədi, bu sözü işlətməyə başladı. Qərəzsizlik naminə qeyd edək ki, rusiya siyasətçilərinin çoxu ondan geri qalmamışlar. Mütəxəssislərin məlumatına görə onlar rus dilinin lüğət ehtiyatının 4%-indən istifadə edirlər.

Kommunist rəhbərliyində həmişə bir prinsip hökm sürmüşdür: özünə özündən zəif müavin seç, lakin burada da, təbii ki, müəyyən ağlabatan hədd qoyulurdu. Qorbaçov, görəsən sonralar rəsmi görüşlərdə birlikdə görünməkdən çəkindiyi, keçmiş komsomol işçisi və qatı alkoqol düşgünü Yanayevi, sözün hərfi mənasında, dartışdırıb özünə müavin gətirəndə özü haqqında nə fikirdə olmuşdu. İstər-istəməz bir əhvalat yada düşür, jurnalistlər bir dəfə Kennedidən soruşurlar ki: ABŞ, dəqiq müəyyənləşmiş it oğlu Samosu niyə dəstəkləyir? Kennedi buna cavab verir: «Bəli o, it oğludur, lakin o, – bizim it oğludur».

Az adama məlumdur ki, ikinci namizəd, əlbəttə, Yanayevlə heç bir vəchlə müqayisə edilməyən Primakov idi.

V.Boldinin təsvir etdiyi bir epizodu nəzərə alsaq Qorbaçovun bir çox xüsusiyətləri başa düşülər: «Mixail Sergeyeviç o ağır müharibə illərini tez-tez yada salırdı, lakin onların evində qalan işğalçıların onu necə xörək hazırlamağa məcbur etdiklərini və hitlerçilərin stolu üçün Mixailin saatlarla qaz və toüuq tükünü didməsindən danışmağı çox da sevmirdi. Qorbaçov faşistlərin vəhşiliyi haqqında danışmırdı, lakin, almanlarla əməkdaşlıq edən kalmıkın onu qamçı ilə vurub çığırtdığı, onun yaddaşına həkk olunmuşdu. Və o, SSRİ- nin gələcək prezidentinə qarşı bu sərt rəftarı tez-tez xatırlayırdı».

Qorbaçovun Liqaçovla birlikdə müəllifliyi ilə keçirilən antialkoqol kampaniyası, onun səriştəsizliyinin inandırıcı göstəricisidir.

Bəşəriyət tiryəkin icadına görə Vİ əsrdə Çində spirtli içgilərin qadağanına borcludur; «Quru qanun» Amerikada cinayətkarlığın son dərəcə artmasına və mütəşəkkil cinayətkarlığın yaranmasına – mafiyaya – gətirib çıxardı. «Quru qanun» 1932 ildə ləğv olundu, mafiya isə tezliklə başqa işlərə istiqamətləndi və fəaliyətini davam etdi.

Gizli araqçəkmə Rusiyada 1914 ildən, çaxır satışı dayandırıldığı vaxtdan, fəal inkişaf etməyə başladı. RSFSR XKS 1921 ildə üzüm çaxırının, 1926 ildən isə – arağın satışına icazə verdi.

Antialkoqol kampaniya, təkcə 1985 ildən 1987 ilə kimi şəkər istehlakının 17 % və ya mütləq rəqəmlə – 1350 ton artmasına gətirdi. Ən sadə hesablamalara görə, təkcə 1989 ildə 200 milyon dekalitrdən çox spirtli icgi (arağa görə hesablamaqla) hasil edilmişdi. 1985 ildən başlayaraq kölgə iqtisadiyatına 150 milyard manat getmiş və əlbəttə, bu pullar xalqın rifah halının yaxşılıaşmasında iştirak etməmişdi. On minlərlə adam «qeyri-standart» üsullarla keflənmə nəticəsində sağlamlığını itirmişdi. Nəticələr belədir. Heç bir təxribatçı təşkilat dövlətə belə hiss olunacaq dərəcədə zərbə vura bilməzdi.

Onun necə planlaşdırdığını isə, o zaman SSRİ Dövlət Plan komitəsinin sədri olmuş N.Baybakov öz müsahibələrinin birində inandırıcı surətdə təsvir edir.

«…Bəs Mixail Sergeyeviç planlaşdırmanı sevirdimi?

– Özü də necə! Düzdür, ilk baxışda onun planlarını mən anlaya bilmədim və hətta istədim onu özümə birinci müavin gətirim. Bir dəfə zəng edir – onda o, Stavropol ölkə partiya komitəsinin rəhbəri idi: «Nikolay Konstantinoviç, sizin qəbulunuza gələ bilərəmmi?». «Nədir ki,?» – soruşuram. «Maraqlı fikir var – deyir – ölkədə yun qırxımını necə artırmaq». Onu qəbul etdim. O, başladı danışmağa ki, ölkədə orta hesabla 100 milyon qoyunun hərəsi 2,5-2,7 kiloqram yun verdiyi halda, o, bir baş qoyundan 6 kiloqram yun qırxılmasını əldə edəcək qoyunçuluq fermer təsərrüfatları yaratmaq qərarına gəlmişdir. Sərəncam verdim ki, Qorbaçova pul, avadanlıq versinlər. Sonra isə dedim: «Mənə kənd üzrə müavin gələrsənmi?». O, ilan vurmuş kimi cəld qalxdı. «Nə danışırsınız Nikolay Konstantinoviç, məgər mən belə işin öhdəsindən gələ bilərəm?». İki ildən sonra isə, onu MK-nin kənd təsərrüfatı üzrə katibi təyin edirlər…

– Axırı necə oldu, Mixail Sergeyeviç yun qırxımını artıra bildimi?

Fikirləşirəm ki, çatdırmadı. O bizi, köhnə qvardiyanı tezliklə qoyun kimi qırxmağa başladı. Əvvəlcə məni Dövlət Plan komitəsindən, sonra isə MK-dən qovdu. Biz necə də axmaq olmuşuq ki, Qorbaçova, onun özünün tərtib etdiyi məktubu yazıb Bizi MK-nin tərkibindən çıxarmağı xahiş etmişik! Axı biz 110 baş idik, MK-nin üçdə biri. Bu ki, qüvvədir! Qalsaydıq həm partiyanı , həm də Sovet İttifaqını saxlardıq. Ay Qorbaç! Doğradı, elə doğradı! Amma deyirdi yun qırxmaq onu çox həyəcanlandırır…»

«Tretya mirovaya informatsionno-psixoloqiçeskaya voyna» kitabının müəllifləri V.A.Lisiçkin və L.A.Şelepin Qorbaçovun bir növ ümumiləşdirilmiş portretini çıxarırlar. «Elə insanlar var ki, özü də bilmədən, öz iradəsi əleyhinə, ibtidadan neqativ aura şüalandırır, öz taqsırı olmadan ətrafdakılara narahatçılıq yaradır. Bunula bərabər, biz elə adamlar da tanıyırıq ki, onlar öz iradəsi ilə, düşünülmüş şəkildə işlərə şər qatır, yəni şərəşürlük edir. Onların ən məşhurları ümumiləşmiş isimlər cərgəsini əmələ gətirmişlər: Qabil, Prokrust, Herostrat, Neron, imansız Yulian... Qorbaçovu hansı növə şamil etməkolar? Əgər birinciyə, onda onun neqativ «canilər yuvası» sahəsi, deyək ki, qekaçepistlər də daxil olmaqla təkcə yaxınlarının taleinə təsir etməli idi. Bəs Rustun cəzasız qalmış bütün HHM sisteminin üstündən uçaraq haradasa yox, məhz Kremlin (!) yanında lovğalıqla yerə enməsi; ordunun birtərəfli silahsızlaşdırılması və dağıdılması; ölkənin gizlicə hərraca qoyulması; yalnız xoşbəxtlikdən üçüncü dünya müharibəsinə çevrilməyən iran körfəzindəki müharibə; Şərqi Avropa və Baltikyanı ölkələrdə kapitalmzmin bərpası; SSRİ-nin keçmiş respublikaları xalqlarının arasında fitnəkarlıqla törədilmiş qırğınlar və onun nəticəsində hələki Moldavyada, Gürcüstanda, Ermənistanda, Azərbaycanda, bilmək olmaz – Tacikistanda da, hətta, oxşayır Rusiyanın özündə də vətəndaş müharibələri; kilsələrin getdikcə artan – gözlənilməz sonluqlu – parçalanması; tam müdafiə sisteminin və dövlət təhlükəsizliyi sirlərinin xarici xüsusi xidmətlərə verilməsi (və ya satılması); keçmiş müttəfiqlərin, qardaş-slavyanlara, avqust «qiyamı» təşkilinə qədər ədəbsiz xəyanəti, və, nəhayət mövcud quruluşun birbaşa dövlət çevrilişi yolu ilə dəyişdirilməsi, nəticədə kapitalizmin vəhşi, xüsüsi yırtıcı növü, mafiyanın iqtisadiyatda, mənəviyatda, kütləvi informasiya vasitələrinə qədər bütün sahələrdə hərtərəfli hökmranlığı ilə birlikdə, azadlığa buraxılmışdır…».

Növbəti...